QOCAMAN

sif.
1. Yaşlı, çox yaşayıb yaratmış, təcrübə qazanmış; uzunmüddətli xidmət və fəaliyyətinə görə hamının hörmətini qazanmış; əməkdar. Qocaman alim. Qocaman ədib. Qocaman artist. – Qoca ayrı, qocaman ayrı. ( Ata. sözü ).
Qocaman sənət xadimini dinləməyi arzu edən çox idi. Mir Cəlal.

// Qoca, yaşa dolmuş.
Bu gün neçə gündür qocaman Zakir; Tazə-təri sevmiş, tazə-tər olmuş. Q.Zakir.

2. məc. Əzəmətli, iri, böyük, cəsamətli.
Qocaman dağlarda qucaqlaşmış olan bu gözəl kənd bahar zamanı hər tərəfdən çiçəkli, geniş və sərin qanadları altına bir çox müsafir alırdı. A.Şaiq.
Geniş və qocaman meşənin ən yaxşı vaxtı idi.
Hər tərəfə ətir səpilmişdi. Mir Cəlal.
Onlar yerli-yataqlı, şax-budaqlı qocaman bir çinarın dibində doyunca yeyib, al şərabdan içmiş, yatıb xumarlanırdılar. M.Rzaquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QOCAMAN əzəmətli — böyük — cəsarətli
  • QOCAMAN əməkdar

Antonimlər (əks mənalı sözlər)

  • QOCAMAN QOCAMAN – BALACA Geniş və qocaman meşənin ən yaxşı vaxtı idi (Mir Cəlal); Bu balaca qızın barəsində nə qədər yazsanız ləyaqəti var (S
QOCALTMAQ
QOCAYANA

Digər lüğətlərdə