QOCALMAQ
QOCAMAN
OBASTAN VİKİ
Aykut Qocaman
Aykut Kocaman (türk. Aykut Kocaman; 4 aprel 1965, Sakarya, Türkiyə) — Türkiyə futbolçusu və futbol baş məşqçisi. Hazırda Türkiyə Super Liqası klublarından Fənərbaxçada baş məşqçilik edir. == Oyun statistikası == Mənbə: "Aykut Kocaman" (türk). Mackolik.com. 2015-10-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-09.
Qocaman Qocamanov
Qocaman Qocamanov (1923, Daşkənd, Yeni Bəyazid qəzası – 31 avqust 2016, Yeni Daşkənd, Bərdə rayonu) — Azərbaycanlı uzunömürlü, şair. == Həyatı == Qocamanov Qocaman Camal oğlu 1923-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Atası Camal kişi Qocamanın iki yaşı olarkən, Kərbəlaya getmiş və oranı ziyarət etdikdən sonra xəstələnmiş, orada vəfat etmiş və öz vəsiyyətinə görə Kərbəlada dəfn olunmuşdur. Odur ki, ailənin vəziyyəti ağırlaşmışdır. Qocamanın qardaşları Balış, Albaba və Böyükkişinin köməkliyi nəticəsində Qocaman böyüyüb ərsəyə çatmışdır. 1941–1945-ci illərdə Qocaman Böyük Vətən müharibəsinə getməmiş, qaçaqlıq etmiş və anası Gülgəz Maqsudqızının qohumlarının yaşadığı Bərdə rayonuna gəlmişdir. Burada bir müddət müharibədən gizlənsə də onu tuturlar. Həbsxanada olarkən Qocaman xüsusi hörməti, davranışı, istedadlı olması, şeirlər yazması, dini qaydalara hörmətlə yanaşması onun köməyinə çatmışdır. O, həbsxanada qazandığı hörmətə görə bəraət verilərək azadlığa buraxılır. 1988-ci ildə Göyçə mahalının Daşkənd kəndindən deportasiya olunduqdan sonra hal-hazıra qədər Bərdə rayonunun Yeni Daşkənd kəndində yaşayır.
Qocaman Həmkarlar İttifaqı (1947)
== Məzmun == Kinooçerk ölkəmizin ən qocaman Azərbaycan Neft Sənayesi Həmkarlar İttifaqının 40 illiyinə, onun fəaliyyətinə həsr edilmişdir.
Qocaman Xəzərin Gəncliyi (1972)
== Məzmun == Təbliğat filmi dünyada ən böyük qapalı su hövzəsi, dünyanın ən böyük gölü olan Xəzər dənizindən, buranın bitki, balıq və heyvanat aləmindən, bu dənizin Xəzəryanı ölkələrin həyatında oynadığı əhəmiyyətli roldan söhbət açır. == Film haqqında == Film SSRİ Mərkəzi Televiziyasının (Moskva) sifarişi ilə çəkilmişdir.
Qocaman Həmkarlar İttifaqı (film, 1947)
== Məzmun == Kinooçerk ölkəmizin ən qocaman Azərbaycan Neft Sənayesi Həmkarlar İttifaqının 40 illiyinə, onun fəaliyyətinə həsr edilmişdir.
Qocaman Xəzərin gəncliyi (film, 1972)
== Məzmun == Təbliğat filmi dünyada ən böyük qapalı su hövzəsi, dünyanın ən böyük gölü olan Xəzər dənizindən, buranın bitki, balıq və heyvanat aləmindən, bu dənizin Xəzəryanı ölkələrin həyatında oynadığı əhəmiyyətli roldan söhbət açır. == Film haqqında == Film SSRİ Mərkəzi Televiziyasının (Moskva) sifarişi ilə çəkilmişdir.
Azad bəy Qocamanbəyov
Azad bəy Ağasadıq bəy oğlu Qocamanbəyov (1860, Şamaxı – 1920, Şamaxı) — Şamaxı qəzasının rəisi, polkovnik == Həyatı == Azad bəy Ağasadıq bəy oğlu Qocamanbəyov 1860-cı ildə anadan olmuşdur. Atası Şamaxının məşhur mülkədarlarından idi. Onun mal-qarası, qoyun sürüləri, Şamaxıda mağazaları və böyük imarəti və Pirsaat çayının sahilində geniş əkin sahələri olmuşdur. Hərbi məktəbi qurtarandan sonra Azad bəy Peterburq və Moskva şəhərlərində qulluq edir. O, 1905-1907-ci illərdə Rus-Yapon müharibəsində iştirak etmişdir. Müharibədə göstərdiyi igidliklərinə görə bir neçə orden və meddallarla təltif olunmuşdur. Müharibənin sonuna yaxın sağ ayağından yaralanmışdır. Bir müddət Moskvada xəstəxanada müalicə olunmuşdur. Sonra polkovnik rütbəsində Şamaxıya qayıdan Azad bəy bir müddət burada əvvəl məhkəmədə işləyir, sonra isə çinovnik köməkçisi, qarnizon komissarı olaraq çalışır. Azad bəy bir müddət Şamaxı qəza rəisi işləmişdir.
Məqsəd Qocamanov
Məqsəd Qocamanov — texniki elmlər doktoru, professor, BDU-nun kafedra müdiri, Geodeziya və Kartoqrafiya sahəsi üzrə ilk və yeganə elmlər doktoru, beynəlxalq Fotoqrammetriya və məsafədən Duyma Təşkilatının Azərbaycan nümayəndəliyinin sədri. == Həyatı == Məqsəd Qocamanov 1960-cı il martın 20-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1967-1977-cü illərdə 2 №-li Daş Salahlı kənd orta məktəbində oxuyub. 1977-1982-cı illərdə Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universitetinin (MİİQAiK) geodeziya fakültəsində astronomik-geodeziya ixtisası üzrə (əlavə dəniz geodeziyası ixtisaslaşması almaqla) əyani şöbədə, 1986-1989-cu illərdə MİİQAiK-də əyani aspiranturada (namizədlik dissertasiyasının mövzusu: "Dənizdə obyektlərin koordinatlarının təyin edilməsi üçün Yerin süni peyk sistemi və Yerüstü radiogeodeziya sistemlərindən birgə istifadə metodlarının işlənməsi "; elmi dərəcəsi: texnika elmləri namizədi), 2002-2005-ci illərdə MİİQAiK-də əyani doktoranturada (doktorluq dissertasiyasının mövzusu: "Ərazi xüsusiyyətlərini nəzərə almaqla Dövlət Geodeziya Şəbəkələrinin yenidən qurulması və inkişaf etdirilməsi üçün müasir peyk texnologiyalarının işlənməsi"; elmi dərəcəsi: texnika elmləri doktoru) təhsil alıb. Ali təhsilin bütün pillələrini(universitet, aspirantura, doktorantura) əyani şöbədə Moskva Dövlət Geodeziya və Kartoqrafiya universitetində keçmiş, geodeziya-kartoqrafiya elmi sahəsində ilk və yeganə azərbaycanlı elmlər doktorudur. 1985-ci ildə Azərbaycan Xarici Dillər İnstitutu nəzdində iki illik ingilis dili kursunu bitirib. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "Qabaqcıl Təhsil işçisi" döş nişanı( 30 noyabr 2012-ci il), Fəxri fərman ( 17 dekabr 2014-ci il), "Bakı Dövlət Universitetinin 100 illiyi" yubiley medalı (25 noyabr 2019-cu il), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 noyabr 2019-cu il tarixli sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür. 1982-1986-cı illərdə SSRİ Nazirlər Soveti yanında Baş Geodeziya və Kartoqrafiya idarəsinin 16 №-li müəssisəsində ( AR Dövlət Torpaq və Xəritəçəkmə komitəsi) mühəndis-briqadir, Texniki Nəzarət şöbəsində baş müfəttiş, 1989-1992-ci illərdə AzNEFTKİMYA İnstitutunda laboratoriya müdiri, assistent, 1992-1994-cü illərdə BDU-nun Geodeziya və kartoqrafiya kafedrasında baş müəllim, 1994-2006-cı illərdə dosent olaraq çalışıb. 2006-cı ilin iyulundan kafedranın professoru, 2011-ci ilin iyulundan isə müdiridir. "Geodeziya", "Geodeziya ölçmələrinin riyazi hesablanması və tarazlaşdırılması", "Xəritələrin geodeziya əsasları", "Geodeziya və kartoqrafiya", "Ali və kosmik geodeziya" fənnlərindən dərs deyir.
Tofiq Qocamanov
Qocamanov Tofiq Əsədxan oğlu (13 iyul 1971, Daşkənd, Vardenis rayonu – 16 iyul 1992, Ağdərə rayonu) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qocamanov Tofiq Əsədxan oğlu 13 iyul 1971-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. 1978–1988-ci illərdə Basarkeçər rayonunun Daşkənd kənd orta məktəbində oxumuşdur.1988-ci ildə azərbaycanlıların Ermənistandan köçürülməsi zamanı ailəsi ilə birlikdə doğulduğu kənddən məcburən köçməli olmuş, Bakı şəhərində məskunlaşmışdır. 1989–1991-ci illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. 17 aprel 1992-ci ildə Bakı şəhəri Nizami RHK tərəfindən Milli Orduya könüllü getmişdir. Kiçik çavuş rütbəsində Tərtər-Ağdərə istiqamətindəki döyüşlərdə iştirak etmişdir. Tofiq Qocamanov 16 iyul 1992-ci ildə Ağdərə rayonundakı döyüşlər zamanı şəhid olmuş, Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilmişdir.Subay idi.
Əliyusif Qocamanov
Əliyusif Qocamanov - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. Əliyusif Qocamanov 1933-cü il 1 iyunda Bakıda anadan olub. Naxçıvan mehmanxanasındakı qəzet köşkündə satıcı, Kasparda isə matros işləyib. Üç övladı var. Mərhum o gecə güllə səsinə küçəyə çıxıb. Xəzər kinoteatrının yanında ürəyindən yaralanıb. Semaşko adına xəstəxanaya gətirilib. Qohumları meyidini yanvarın 20-də mərkəzi ölüxanadan tapıb. Pirşağıda dəfn edilib.

Digər lüğətlərdə

арго́новый мотопехоти́нец непу́тный посбра́сывать прени́зко серпообра́зно эмпири́я активи́стка бак отваля́ть отгрохота́ть перехлёстывание успока́ивающий фро́нда applicability coprolite craton intermaxillae maladresse Siberian husky source vicinity переговорить подковаться экий