QOHUMLUQ

is.
1. Ən yaxın əcdad ümumiliyi əsasında insanlar arasında əmələ gələn münasibət; əqrəbalıq. Yaxın qohumluq. Uzaq qohumluq. – Üç-dörd gün bundan qabaq qəssab Cəmil gəldi bizə.
Bununla bizim bir yüngülvari qohumluğumuz da varmış. C.Məmmədquluzadə.
Heç onun bizə qohumluğu da çatmır.
Bununla belə, uşaqlıqdan bəri biz ona “Sarı bibi” demişik. Qantəmir.

// Evlənmə nəticəsində əmələ gələn münasibət.
2. Mənşə ümumiliyi və ya bilavasitə bənzərlik cəhətdən yaxınlıq. Dillərin qohumluğu. Qohumluq və mənşə etibarı ilə birbirinə yaxın və uzaq olan bitkilərin çarpazlaşdırılması nəticəsində yeni bitki növləri alınır.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QOHUMLUQ əqrəbalıq

Antonimlər (əks mənalı sözlər)

  • QOHUMLUQ QOHUMLUQ – YADLIQ Bununla bizim bir yüngülvari qohumluğumuz da varmış (C.Məmmədquluzadə); Yadlığı yadına düşüb qəhərləndi
QOHUMLU
QOHUMPƏRƏST
OBASTAN VİKİ
Qohumluq
Qohumluq münasibətləri — yaxın genetik münasibətləri olan insanların sosial qrupu.
Qohumluq münasibətləri
Qohumluq münasibətləri — yaxın genetik münasibətləri olan insanların sosial qrupu.
Tam ögey qohumluq
Tam ögey qohumluq — əvvəlki ailədən uşaqları olan valideynlərin ailə qurduqdan sonra uşaqlarının bir-biri ilə qohumluq münasibətləri. Tam ögey bacı-qardaşlar bir ailədə böyüsələr də, bir-birləri ilə bioloji qohumluqları yoxdur . Bir atadan ya anadan olan olan uşaqlar sadəcə ögey qardaş-bacı sayılırlar.
Ailə və qohumluq sistemləri
Yaponlarla yəhudilərin qohumluq nəzəriyyəsi
Yaponlarla yəhudilərin qohumluq nəzəriyyəsi (日ユ同祖論, Nichiyu Dōsoron) — ilk dəfə XVII əsrdə ortaya atılan və yaponların əslində İsrailin itmiş on qəbiləsindən biri olduğunu iddia edən marginal nəzəriyyədir. Digər versiyaya görə isə yaponlar əslində yəhudi nestorianların bir qəbiləsinin davamçılarıdırlar. Bu nəzəriyyənin bəzi versiyaları bütün yaponlara şamil edilsə də, bəziləri sadəcə spesifik qrupa aid edilə biləcəyini iddia edir. Tədqiqatçı və müəllif Con Entin DNT testinin yaponlarla yəhudilər arasında əhəmiyyətli əlaqələrin olmadığını göstərdiyini vurğulamışdır. == Mənşəyi == Kəşflər dövründə avropalı səyyahlar qarşılaşdıqları ilk xalqları İtmiş on qəbilə ilə əlaqələndirməyə və xristian missionerlərə təqdim etməyə çalışmışdılar. İtmiş qəbilələrin Şərqi Asiyada olduğunu iddia edən ilk şəxs missioner və tərcüməçi olan Joao Rodriges (1561-1634) olmuşdur. 1608-ci ildə o, çinlilərin əslində İsrailin itmiş on qəbiləsinin davamçıları olduğunu iddia etmişdir. O inanırdı ki, çinlilər konfutsiçi və laoçu ideyaları iudaizmdən götürüblər. Yaponiya tarixindən bəhs edən kitabında o, Yaponiyanın biri Çindən, digəri Koreyadan olmaqla iki dalğa üzrə məskunlaşıldığını iddia etmişdir.Yaponlarla yəhudilər arasında ortaq əcdad nəzəriyyəsi Yaponiyada missioner olan şotland Nikolas Makleod tərəfindən XIX əsrdə populyarlaşdırılmışdır. 1870-ci ildə o, "Yaponiyanın antik tarixinin xülasəsi" əsərini nəşr etdirmişdir.

Digər lüğətlərdə

голизна́ корреспонде́нтский космети́чка нерасчётливый озада́чивать оленёнок перегре́в прика́пливание дендро́лог кли́макс ланцетови́дный настрада́ться пережива́ние произво́дственник среднесда́точный хру́ст чабре́ц каштан absinthe raftsman transuranium квакша нечистота отчётливость тонкость