1. bax qanad 1-ci mənada.
2. Şaxə, qol-budaq.
Ot saçaqları sallanan bir təpədə iri qol-qanadı qurumuş bir ağac vardı.
□ Qol-qanad atmaq – şaxələnmək, yayılmaq, genişlənmək, inkişaf etmək, böyümək.
Budaqların böyüməsi, qol-qanad atması üçün mahir bir bağban əli lazım idi…
◊ Qol-qanad açmaq – 1) qanadlanmaq, uçmaq üçün qanadlarını açmaq;
2) məc. ruhlanmaq, daha da canlanmaq, fəaliyyət göstərmək.
Məni hərgah qovsalar qaçaram; Uçmağa onda qol-qanad açaram.
Ceyran müəllimə qol-qanad açıb, dərsini davam etdirdi.
Qol-qanad vermək – ruhlandırmaq, qüvvət vermək, daha da canlandırmaq.
Yarıb fəzaları bir şimşək kimi; Qol-qanad verirsən qəhrəmanlara.
Qol-qanadı açılmaq – ruhlanmaq, canlanmaq, inkişaf etmək, bədəni bərkişmək. [Hüseynqulu ağa:] Pəricahan, qızına yazığın gəlsin.
Qoy bu qız ilə oynasın, atlansın, qol-qanadı açılsın, bədəni bərkisin, kefi açılsın.
Qol-qanadı qırılmaq (sınmaq, yanına düşmək) – 1) köməksiz, adamsız qalmaq;
2) bütün qüvvəti, iqtidarı sarsılmaq, aciz bir hala düşmək, ruhdan düşmək.
Dedi, nişanlıyam, özgə malıyam; Sındı qol-qanadım, yanıma düşdü.
Qol-qanadını qırmaq (kəsmək, sındırmaq) – 1) birini köməksiz, kimsəsiz qoymaq. [Qasid:] Xeyr, xan. Biz belə güman elədik ki, Ağa Məhəmməd xanın əsir olmağı onun qol-qanadını qıracaq.
Amma qardaşı tutulandan sonra Cəfərqulu xan ikiqat şiddətlə davaya girişdi. ;
2) birini hərəkət və fəaliyyət qüvvəsindən məhrum etmək, aciz və iqtidarsız bir hala salmaq.