QOLAC

is. Qolları hər iki tərəfə açdıqda bir əlin barmaqları ucundan o biri əlin barmaqları ucuna qədər olan məsafə, ara (xalq arasında saylarla birlikdə uzunluq ölçüsü kimi işlənir). İpin uzunluğu beş qolacdır.
– Siyah zülfü dal gərdəndə bir qolac; Sona cıqqası tək ucları qıyqac. Q.Zakir.
Ucu əşrəfili bulud kimi saç; Dal gərdəndə hər hörüyü bir qolac. M.P.Vaqif.

// sif. Uzun mənasında.
Xaqanlar başına şeşpər daldıran; Qolac qollar buran qoç Koroğludur. Koroğlu”.
Bəs onun gülər üzü hanı, qolac saçları, dəyirmi sifəti? Mir Cəlal.

QOL-QOLA
QOLAC-QOLAC
OBASTAN VİKİ
Qolac
Qulac (qolac) — xalq arasında geniş yayılmış və bu gün də işlədilən uzunluq ölçüsü vahididir. == Ümumi məlumat == Qulac bəzi ədəbiyyatlarda "iki əli də çiyin bərabəri" açıq tutduqda sağ əlin başala barmağının ucundan sol əlin müvafiq barmağının ucuna qədər olan məsafəyə bərabər görülür; gah 150 sm, gah 142 sm, yaxud 177 sm hesab olunur. Başqa bir mənbədə isə qulacın dirsək sümüyünün uzunluğuna bərabər olduğu göstərilir. Dirsək sümüyünün uzunluğu da 40-64 sm arasında dəyişir. Bəzi mənbələrdə qulacı dirsəklə eyniləşdirir və 0,5 m-ə bərabər götürürlər. Qulac haqqında olan bu fikirlər mübahisəli sayıla bilər. Belə ki, qulac ("qol" və "aç" sözlərindən əmələ gətirilmişdir) insanın açıq vəziyyətdə tutulmuş sağ və ya sol əlinin ən uzun barmağının ucundan burnunun ucuna qədər olan məsafədir ki, bu da orta hesabla 1 m-ə bərabərdir. Keçmişdə adətən quyunun dərinliyi qulac ilə ölçülərdi. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə.

Значение слова в других словарях

безупре́чно идио́тски наборонова́ть невозмути́мый плутова́ть посо́бничество приме́рчик синемато́граф си́ськи фити́ль заса́ливать уму́чить чу́рка клуня омут пупитр сувой чанкирый Gael nigh tside peace-feeler psychophysiology starless unamenable монополия