QOLAY

sif.
1. Asan, zəhmətsiz, yüngül.
Mənim sənətim bildiyin qədər də qolay deyildir. A.Şaiq.
Boz şinel isə soyuq keçməyən bir qalaydı; Bu geyimlə dağlarda gəzmək ona qolaydı. S.Rüstəm.
Sən bu canlara sataşmağı sanırsanmış qolay; Öylə bir fikirdəsənsə, yanılırsan, hay, hay! Ə.Nəzmi.

2. Münasib, uyğun, rahat. Bu yer mənə qolay deyildir.
3. Bikara, yüngül.
Əfruz bacı aldığı toyuqların seçməsini damazlıq üçün saxlayır, qolayını isə kəsdirirdi. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QOLAY qolay bax asan
  • QOLAY asan — yüngül
  • QOLAY bikar — yüngül
  • QOLAY münasib — uyğun — rahat

Etimologiya

  • QOLAY “Səmt, asan, yüngül” anlamlarında işlədilir. Qol sözü ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
QOLACLANMAQ
QOLAYCA
OBASTAN VİKİ
Qolaya Kosa adası
Qolaya Kosa adası — Laptevlər dənizidə, Krasnoyarsk diyarı ərazidində yerləşən elədə böyük olmayan ada. Şimal adasının cənub sahillərində yerləşir. Adadan Nord buxtası ilə ayrılır. Şimal-qərbdən cənub-şərqə doğru uzanır. Uzun və ensiz dili xatırladır. Pyotr adaları qrupunun tərkibinə daxildir. 1736-cı ildə Vasili Vasileviç Pronçişev ekspedisiyası tərəfindən kəşf edilmişdir.

Digər lüğətlərdə

заика́ть мозжи́ть образо́ванная омеща́ниваться проби́рка Фигаро фля́жка цензурова́ть я́вка возмути́тельный делеги́рование доплыва́ть перестыва́ть спека́ться чибурда commensal countervote franking privilege horseless man-eating sparkless буржуазно-демократический неохотно расхварываться седельный