QOLÇOMAQ

1. кулак (деревенский богач); 2. атаман, хулиган, сорвиголова, занимающийся разбоем, вымогательством, убийством;
QOLÇAQ
QOLÇOMAQLIQ
OBASTAN VİKİ
Qolçomaq
Qolçomaq - Rusiya imperiyasında və SSRİ-nin yaradıldığı ilk illərdə mövcud olan varlı kəndlilər. Kollektivləşdirmə prosesində varlı kəndlilər, xüsusən qolçomaqlar daha çox zərər çəkmişdilər. Elliklə kollektivləşmə əsasında qolçomaqların bir sinif kimi ləğv edilməsi siyasəti onların tamamilə məhvinə gətirib çıxarmışdı. Yüz minlərlə qolçomaq və varlı kəndli ailəsi məhv edilmiş, yaxud sürgün olunmuşdu. 1928-ci ildə Azərbaycan SSR-də 24 min varlı (qolçomaq) təsərrüfatı vardı.Sahibkar kəndliləri bir sinif kimi ləğv etmək siyasətinin konkret üsul və yolları ÜIK(b)P MK-nın 30 yanvar 1930-cu il tarixli “Elliklə kollektivləşmə rayonlarında qolçomaq təsərrüfatlarının ləğv edilməsi tədbirləri haqqında” qərarında göstərilmişdi. Bu qərara görə SSRI miqyasında “qolçomaq” adlandırılan varlı kəndlilər üç qrupa bölünərək onlara qarşı mübarizə aparılmalı idi. Birinci qrupa kollektivləşmənin qatı düşmənləri aid edilirdilər. Onlar güllələnir, ailə üzvləri isə Sibirə, yaxud Orta Asiyaya sürgün edilirdi. Ikinci qrupa kolxoz hərəkatına qarşı çıxan varlı kəndlilər aid edilirdilər. Onlar güllələnmir, ailələri ilə birlikdə Sibirə, yaxud Orta Asiyaya sürgün edilirdi.
Qolçomaqlıqdan salınma
Qolçomaqlıqdan salınma (rus. раскулачивание, translit. raskulaçivanie; ukr. розкуркулення, translit. rozkurkulenniya) - İlk beş illik planın 1929-1932-ci illərində milyonlarla qolçomaq (varlı kəndli) və onların ailələrinin tutulması, deportasiyası və edam olunması da daxil olmaqla Sovet siyasi repressiyaları kampaniyası idi. Əkin sahələrinin müsadirə edilməsini asanlaşdırmaq üçün Sovet hökuməti qolçomaqları SSRİ-nin sinfi düşmənləri kimi göstərdi. 1930-1931-ci illərdə 1,8 milyondan çox kəndli sürgün edildi. Kampaniya əks-inqilabla mübarizə və kəndlərdə sosializm qurmaq məqsədi güdürdü. Sovet İttifaqında kollektivləşmə ilə eyni vaxtda həyata keçirilən bu siyasət Sovet Rusiyasındakı bütün kənd təsərrüfatını və bütün əməkçiləri səmərəli şəkildə dövlət nəzarəti altına aldı. Qolçomaqlıqdan salınma zamanı aclıq, xəstəlik və kütləvi edamlar 1929-cu ildən 1933-cü ilədək ən az 530.000-dən 600.000 nəfərin ölümünə səbəb oldu, lakin daha yüksək hesablamalar mövcuddur: tarixçi Robert Konkvest 1986-cı ildə 5 milyon insanın öldüyünü təxmin etdi.

Digər lüğətlərdə

бездо́мный выкру́чивать дья́чить метросексуа́льный мотого́нщица наме́ниваться се́рдце скорбе́ть води́чка засоля́ть кали́нник приохо́тить саги́б сурко́вый кесос aqua- corn flag hydraulician megatherium panti-slip runny treaty Indian влитой гашетка мопед