QONDARA
QONDARMAQ
OBASTAN VİKİ
Qondarma tikmə
Oturtma (qondarma) tikmə (qaz. bastırma, rus. вышивка аппликацией) — ayrıca parçalardan kəsilmiş bəzək başqa bir parça üzərinə qoyulub bərkidilməsiylə icra edilən tikmə. == Texnika == Bu tikmənin geniş yayıldığı yerlər Abşeron, Gəncə, Qazax, Şamxor və Göyçə gölünün ətrafı. "Rəsm"i və yaxud naxışı daha qabarıq göstərmək üçün bəzi hallarda onun altına pambıq qoyurdular. Bu üsulla ağ və qara yunu bir-birinə oturdub müəyyən təsvir əldə edirdilər. Keçmişdə saray çadırlarının əsas bəzəyində oturtma tikmə üsulundan geniş istifadə edilib. Keçə, dəri, sonralar müxtəlif rəngli parçaların kəsilib quraşdırılması yolu ilə inkişaf etdirilib. XIX əsrdə bu üsulla yüküzü, buxarı pərdəsi, süfrə, yaxud tapança qoburu, qılınc qını, yəhəraltı və s. əşyalar bəzədilirdi.
Qondarma Erməni soyqırımı
Erməni soyqırımı (erm. Հայոց ցեղասպանություն, translit. Hayots tseğaspanutyun; türk. Ermeni Soykırımı), Ermənilərin köçürülməsi (türk. Ermeni tehciri) və ya ermənilər arasında adətən Mets Yeğern (erm. Մեծ Եղեռն, "Böyük cinayət") — Osmanlı hökuməti tərəfindən əksərən Osmanlı imperiyası vətəndaşı olan etnik erməni əhalinin qətli iddiaları. Hadisələrin başlanğıcı olaraq, Osmanlı hökumətinin İstanbul və Ankara yekun nəticədə əksəri qətlə yetirilmiş 235–270 arası erməni intellektualı və icma rəhbərlərini toplaması, həbs və deportasiya etməsi tarixi olan 24 aprel 1915-ci il hesab edilir.İddialara görə, Birinci dünya müharibəsi zamanı və sonrası baş vermiş soyqırım iki mərhələrdə həyata keçirilmişdir: birinci mərhələdə əmək qabiliyyətli kişi əhali qətlə yetirilmiş, yetkinlik yaşına çatmışlar isə hərbi xidmətə aparılmış və ya məcburi əməyə sövq edilmiş, ikinci mərhələdə isə qadınlar, uşaqlar və yaşlılar Suriya səhrasına köçürülmə qərarı ilə ölüm yürüşünə çıxarılmışdır.İddiaların daha cəzbedici görünməsi məqsədilə irəli sürülən fikirlərə görə, hərbi qüvvələr tərəfindən müşahidə olunan deportasiya edilən əhali, müntəzəm olaraq soyğunçuluq, cinsi təcavüz və qırğınlara məruz qalmışdır. Həmin dövrə Osmanlı imperiyası ərazisində yaşayan assuriyalılar və yunanlar da qırğınlara məruz qalmışlar ki, bəzi tarixçilər bu qırğınları da eyni soyqırım siyasətinin tərkib hissəsi hesab edirlər. Dünyanın bir çox hissələrdində Erməni diasporu birbaşa bu soyqırım siyasətinin nəticəsi olaraq meydana gəlmişdir. Lakin indiyədək ermənilər tərəfindən əsaslı sübutlar gətirilməyib.
Qondarma Dağlıq Qarabağ Respublikası
Qondarma Dağlıq Qarabağ Respublikası (erm. Լեռնային Ղարաբաղի Հանրապետություն, translit. Lernayin Ğarabaği Hanrapetut’yun) və ya rejimin özünü adlandırdığı kimi Artsax Respublikası (erm. Արցախի Հանրապետություն; — Beynəlxalq hüquqa əsasən Azərbaycan Respublikasına aid, Cənubi Qafqazda dənizə çıxışı olmayan və Ermənistan Respublikası, Rusiya Federasiyası və Erməni Diasporunun hərbi, siyasi və maliyyə dəstəyi ilə qurulmuş, BMT-yə üzv olan heç bir dövlət tərəfindən müstəqilliyi tanınmayan keçmiş dövlət. 1991-2024-cü illər arasında tanınmamış respublika keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bəzi hissələrinə, o cümlədən mərkəz Xankəndinə nəzarət edirdi. Onun Ermənistana yeganə quru yolu eni 5 km olan Laçın dəhlizindən keçirdi. Rəsmi olaraq 10 noyabr 2020-ci ildə üçtərəfli atəşkəs bəyannaməsinə əsasən böyük hissəsində Azərbaycan Respublikası suveren nəzarəti bərpa etmişdir, bir hissəsinə isə Rusiya sülhməramlı qüvvələri nəzarət edir. 28 sentyabr 2023-cü ildə, qondarma respublikanın "prezidenti" Samvel Şahramanyanın imzaladığı fərmana əsasən, 1 yanvar 2024-cü ildən etibarən idarə fəaliyyətində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilir və qondarma rejim fəaliyyətini dayandırır. == Qondarma rejimin elanı == 10 dekabr 1991-ci ildə azərbaycanlıların boykot etdiyi və yalnız ermənilərin qatıldığı referendum nəticəsinə görə "müstəqillik qərarı" alınmış və 6 yanvar 1992-ci ildə də "müstəqillik" rəsmən elan edilmişdir. Lakin Ermənistan Respublikası daxil, heç bir ölkə və ya beynəlxalq qurum qondarma rejimin müstəqilliyini tanımamışdır.
Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusu
Dağlıq Qarabağ Müdafiə Ordusu (erm. Արցախի Հանրապետության պաշտպանության բանակ) — Dağlıq Qarabağ Respublikasının silahlı qüvvələri. Dağlıq Qarabağdakı erməniləri qorumaq üçün yaradılmış olan qeyri-nizami müdafiə dəstələri idi.Dağlıq Qarabağ Müdafiə Ordusu təxminən 15–20 min əsgərdən ibarət olduğu güman edilir. Şəxsi heyətinin çoxu Qarabağ və Azərbaycanın müxtəlif yerlərindən gəlmiş ermənilərdən ibarətdir. Arsenallarında olan silahların böyük əksəriyyəti Sovet ordusundan qalmış olan Kalaşnikov avtomatları, müxtəlif SSRİ istehsalı olan tanklar, ağır toplardan ibarətdir. Əsas silah və sursat dəstəkçisi Ermənistan Respublikasıdır. Bu ordunun yaradılmasında Robert Koçaryanın (Ermənistan Respublikasının keçmiş prezidenti və Dağlıq Qarabağ Müdafiə Ordusunun ilk baş komandanı), Serj Sarkisyanın (Ermənistan Respublikası nın keçmiş prezidenti), Vazgen Sarkisyanın (1992–1993-cü illərdə Ermənistan Respublikasının Müdafiə naziri, 1993–1995-ci illərdə müdafiəyə cavabdeh olan nazir, 1998–1999-cu illərdə baş nazir), Monte Melkonyanın (Martuni bölgəsinə cavabdeh olan şəxs), Samvel Babayanın (1994–2000-ci illərdə Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri) mühüm xidmətləri olmuşdur. Bu ordu çox böyük və ağır silahlar ilə təchiz edilmişdir: 316 ədəd tank, 323 ədəd zirehli maşın, 322 ədəd 122 mm-lik top, 44 ədəd reaktiv yaylım atəş sistemi və yeni bir ədəd hava hücumlarından müdafiə sistemi. Bu ordu Ermənistan Silahlı Qüvvələrinə dərindən bağlıdır. Ümumiyyətlə, bu ölkənin dünyanın heç bir ölkəsi və beynəlxalq təşkilatı tərəfindən tanınmaması səbəbinə görə bu dövlət həyatda qala bilmək üçün Ermənistandan asılıdır.
Qondarma Dağlıq Qarabağ Respublikası bayrağı
Qondarma Dağlıq Qarabağ Respublikası — heç bir ölkə tərəfindən tanınmayan Qondarma Dağlıq Qarabağ Respublikasının bayrağı. Bayraq Qarabağın erməni icması tərəfindən 1992-ci il iyun ayının 2-də qəbul edilmişdir.Bayraq Ermənistan bayrağı əsasında yaradılmışdır və ona əlavə olaraq ağ bir naxış vurulmuşdur. Bu bayraq Dağlıq Qarabağ torpaqlarının erməni xalqının Qarabağ Azərbaycan icmasının faşist üsullarından istifadə edərək qovmaqla, buranın Rusiya imperiyasının Qafqazda xristian dininin yayılması məqsədilə köçürülən, sonradan isə Qarabağın yerli camaatının guya qədim ermənilər olduğunu özündə ifadə edir. Bayrağın üzərindəki üçkünc naxış isə Qondarma Dağlıq Qarabağ Respublikasının Ermənistan Respublikasından ayrı olmağına rəğmən, Ermənistana olan bağlılığını ifadə edir. Ayrıca olaraq bayraqda olan üçkünc naxış Cənubi Qafqaz və Fars kilimlərinin üzərində olan naxışlara bənzəyir.
Qondarma Dağlıq Qarabağ Respublikası gerbi
Dağlıq Qarabağ Respublikası gerbi və ya rəsmi adı ilə Artsax Respublikası gerbi — Qondarma Dağlıq Qarabağ Respublikasının gerbinın rəsmi gerbi. Ortada bəzəkli tac geyinmiş qartal və qartalın sinəsində şaquli olaraq yerləşdirilmiş bayraq altında dağ silsiləsinin panoraması ilə bəzənmiş qalxan vardır. Bunun ardınca paytaxtı Xankəndidə olan “Bu bizim dağlarımızdır” (Menq Enq Mer Sarere / Մենք ենք մեր սարերը) abidəsinin iki daş başların “Nənə və Baba” (Tatik yev Papik / Տատիկ և Պապիկ) mövcuddur. Qartal ayaqlarında buğda və üzüm də daxil olmaqla çeşidli bostan nemətləri tutmaqdadır. Çöl tərəfində isə erməni dilində yazılmış “Lernayin Ğarabaği Artsax Hanrapetutiyun” (“Qarabağın Artsax Respublikası”) ifadəsini daşıyan dairə şəklində olan qızıl lentdən formalaşmışdır.
Qondarma Dağlıq Qarabağ Respublikası himni
Qondarma Dağlıq Qarabağ Respublikası himni və ya Azat u ankax Artsax — Qondarma Dağlıq Qarabağ Respublikasının himni.
Qondarma Dağlıq Qarabağ Respublikasının gerbi
Dağlıq Qarabağ Respublikası gerbi və ya rəsmi adı ilə Artsax Respublikası gerbi — Qondarma Dağlıq Qarabağ Respublikasının gerbinın rəsmi gerbi. Ortada bəzəkli tac geyinmiş qartal və qartalın sinəsində şaquli olaraq yerləşdirilmiş bayraq altında dağ silsiləsinin panoraması ilə bəzənmiş qalxan vardır. Bunun ardınca paytaxtı Xankəndidə olan “Bu bizim dağlarımızdır” (Menq Enq Mer Sarere / Մենք ենք մեր սարերը) abidəsinin iki daş başların “Nənə və Baba” (Tatik yev Papik / Տատիկ և Պապիկ) mövcuddur. Qartal ayaqlarında buğda və üzüm də daxil olmaqla çeşidli bostan nemətləri tutmaqdadır. Çöl tərəfində isə erməni dilində yazılmış “Lernayin Ğarabaği Artsax Hanrapetutiyun” (“Qarabağın Artsax Respublikası”) ifadəsini daşıyan dairə şəklində olan qızıl lentdən formalaşmışdır.
Qondarma Dağlıq Qarabağ Respublikası pasportu
Qondarma Dağlıq Qarabağ Respublikası pasportu — demək olar ki, Ermənistan pasportu ilə eynidir. Pasportun məzmununa erməni və ingilis dilləri daxildir. Beynəlxalq səviyyədə tanınmayan Qondarma Dağlıq Qarabağ Respublikasının pasportları 2006-cı ildə Qondarma Dağlıq Qarabağ Respublikasının konstitusiyaya edilmiş dəyişiklikləri əsasında verilir. Dövlət statusuna görə pasport beynəlxalq ictimaiyyət tərəfindən hüquqi cəhətdən tanınmır və yalnız Qondarma Dağlıq Qarabağ Respublikasının sərhədləri daxilində istifadə olunur. == Səyahət və tanınma == Dövlət statusuna görə pasport beynəlxalq ictimaiyyət tərəfindən hüquqi cəhətdən tanınmır və yalnız Qondarma Dağlıq Qarabağ Respublikası və digər üç postsovet münaqişəsi dövlətinin sərhədləri daxilində istifadə olunur; Abxaziya, Cənubi Osetiya və Dnestryanı tanınmamış dövlətlər birliyinin bütün üzvləri kimi öz vətəndaşları üçün viza tələbini ləğv etməyə razılaşıblar. Bundan əlavə, Qondarma Dağlıq Qarabağ Respublikası vətəndaşları qonşu ölkə Ermənistana vizasız gedə bilərlər. Qondarma Dağlıq Qarabağ Respublikası ikili vətəndaşlıq prinsipini qəbul edib və nəticədə 2012-ci ildə Dağlıq Qarabağ Respublikasına köçmüş suriyalı erməni qaçqınlarına Qondarma Dağlıq Qarabağ Respublikası pasportu verilib.
Qondarma Dağlıq Qarabağ Respublikası Silahlı Qüvvələri
Dağlıq Qarabağ Müdafiə Ordusu (erm. Արցախի Հանրապետության պաշտպանության բանակ) — Dağlıq Qarabağ Respublikasının silahlı qüvvələri. Dağlıq Qarabağdakı erməniləri qorumaq üçün yaradılmış olan qeyri-nizami müdafiə dəstələri idi.Dağlıq Qarabağ Müdafiə Ordusu təxminən 15–20 min əsgərdən ibarət olduğu güman edilir. Şəxsi heyətinin çoxu Qarabağ və Azərbaycanın müxtəlif yerlərindən gəlmiş ermənilərdən ibarətdir. Arsenallarında olan silahların böyük əksəriyyəti Sovet ordusundan qalmış olan Kalaşnikov avtomatları, müxtəlif SSRİ istehsalı olan tanklar, ağır toplardan ibarətdir. Əsas silah və sursat dəstəkçisi Ermənistan Respublikasıdır. Bu ordunun yaradılmasında Robert Koçaryanın (Ermənistan Respublikasının keçmiş prezidenti və Dağlıq Qarabağ Müdafiə Ordusunun ilk baş komandanı), Serj Sarkisyanın (Ermənistan Respublikası nın keçmiş prezidenti), Vazgen Sarkisyanın (1992–1993-cü illərdə Ermənistan Respublikasının Müdafiə naziri, 1993–1995-ci illərdə müdafiəyə cavabdeh olan nazir, 1998–1999-cu illərdə baş nazir), Monte Melkonyanın (Martuni bölgəsinə cavabdeh olan şəxs), Samvel Babayanın (1994–2000-ci illərdə Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri) mühüm xidmətləri olmuşdur. Bu ordu çox böyük və ağır silahlar ilə təchiz edilmişdir: 316 ədəd tank, 323 ədəd zirehli maşın, 322 ədəd 122 mm-lik top, 44 ədəd reaktiv yaylım atəş sistemi və yeni bir ədəd hava hücumlarından müdafiə sistemi. Bu ordu Ermənistan Silahlı Qüvvələrinə dərindən bağlıdır. Ümumiyyətlə, bu ölkənin dünyanın heç bir ölkəsi və beynəlxalq təşkilatı tərəfindən tanınmaması səbəbinə görə bu dövlət həyatda qala bilmək üçün Ermənistandan asılıdır.
Qondarma Dağlıq Qarabağ Respublikasının viza siyasəti
Qondarma Dağlıq Qarabağ Respublikasının viza siyasəti — Qondarma Dağlıq Qarabağ Respublikasına gələnlər vizadan azad olan ölkələrdən birindən gəlmirlərsə, viza almalıdırlar. == Viza siyasəti == Aşağıdakı ölkələrin vətəndaşları Dağlıq Qarabağ Respublikasına vizasız gedə bilərlər: Yuxarıda göstərilən ölkələrlə yanaşı, daha üç keçmiş Sovet dövlətinin vətəndaşları Artsaxa vizasız gedə bilərlər. Tanınmamış dövlətlər birliyinin bütün üzvləri öz vətəndaşları üçün viza tələbini qaldırmağa razılaşıblar: Digər ölkələrin vətəndaşları Ermənistanın Dağlıq Qarabağdakı daimi nümayəndəliyindən viza ala bilərlər. İstisna hallarda, giriş vizası Qondarma Dağlıq Qarabağ Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən də Xankəndidə verilə bilər. Tək 21 günlük turist vizası mövcuddur, tək və çoxlu viza maksimum bir, iki və ya üç ay müddətinə verilə bilər. Azərbaycana getmək istəyən şəxsin pasportunda Dağlıq Qarabağ vizası, möhürü və ya ora səfər etməsi ilə bağlı hər hansı sübut olarsa, onun Azərbaycan Respublikasına girişi həmişəlik qadağan ediləcək və bu şəxs "persona non qrata" siyahısına (arzuedilməyən adam siyahısına) daxil ediləcək.

Digər lüğətlərdə

беззло́бно брюне́тистый закра́пывать лирообра́зно лицензи́рование още́ренный подичи́ться подлежа́ть самозака́ливающийся связна́я сыромя́тный капиталисти́ческий минусова́ние перека́пчивать пикиро́вщик поле зре́ния реструктуризи́роваться приязнь octosyllable overact propulsor seaweed sweepingly калейдоскоп надульник