QORA

QORA I is. Cır üzüm, üzümün dəyməmişi. Cavahir talvardan asılmış qora salxımlarını ona göstərib dedi. (H.Seyidbəyli).

QORA II is. Yaş, acı göz yaşı. Sıxır gözünün qorasını ki, bir şey olmasa deməzlər (Anar).

QOL
QOŞMA
OBASTAN VİKİ
Qora dialekti
Qora dialekti, Qorani və ya Naşinski (sözün əsl mənası "bizim dilimiz") Cənubi Slavyan dillərinin bir çeşididir ki Kosovo, Albaniya və Makedoniya Respublikası arasında sərhəd sahəsində Qorani xalqı tərərəfindən danışılır. Torlak dialekti qrupunun bir hissəsidir ki, şərqi və qərbi Cənubi slavyan dilləri arasında olan keçid dialektidir. == Paylanması == Qora dialekti Qora regionunda danışılır.Kosovada 18 kənddə, Albaniyada 11 kənddə və Makedoniyada 2 kənddə danışılır.
Yasna Qora monastırı
Yasna Qora monastırı (pol. Jasna Góra, Luminous Mount, lat. Clarus Mons) — Polşanın Çenstoxova şəhərində yerləşən Katolik monastırı. Katoliklərin və Ortodoksların ən böyük ibadətgahıdır. Çenstoxovanın Qara Madonnası bu monastırda saxlanılır.Yasna Qora monastırına ilin müxtəlif vaxtlarında ziyarətlər təşkil edilir və ölkənin qədim tarixi abidələrindən biridir. Bu ziyarətlərin təşkil olunmasının əsas səbəbi Polşa xalqının milli birliyini nümayiş etdirməkdir. Yasna Qora monastırı UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilib. == Tarixi == Yasna Qora monastırının əsası 1382-ci ildə Opole qraflığının cəngavəri Vladislav tərəfindən Macarıstandan dəvət olunan Paulin rahiblərin tərəfindən qoyulmuşdur.
Abdulla Qoran
Abdulla Goran və ya Abdulla Qoran (kürd. عەبدوڵڵا گۆران) — İraq kürd şairi. == Həyatı == Abdulla Goran 1904-cü ildə İraqın Hələbcə şəhərində anadan olmuşdur. O, yerli məktəblərdə və Kərkükdə pedaqoji institutda təhsil almışdır. Goran Kərkükdə müəllim işləyərkən yeni dilləri, türk və Qərb ədəbiyyatını öyrənəmişdir. O, 1930-cu illərdə radikal siyasi və ictimai hadisələrdə iştirak etmiş, 14 iyul 1958-ci il inqilabına qədər tez-tez həbs edilmişdir. Goran iki kürd ləhcəsi olan kurmanc və soranı birləşdirərək vahid kürd ədəbi dili yaratmaq üçün çox səy göstərmişdir. Bundan əlavə, o, tərcüməçi olub, ingilis, fransız, fars və türk dillərindən kürd dilinə mətnləri tərcümə etmişdir. Abdulla Goran 1962-ci ildə Süleymaniyyə şəhərində vəfat etmişdir.
Himalay qoralı
Himalay qoralı (lat. Naemorhedus goral) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoral cinsinə aid heyvan növü. Orta ölçülərə malikdirlər. Altı yarımnövü vardır ki, hazırda isə bu yarımnövlərdən biri olan Şərq qoralı müstəqil növdür (lat. Naemorhedus caudatus). == Adı == Növün elmi adı Nemorhaedus goral Latın dilindən götürülmüşdür. nemus "meşə", və haedus, keçi. Qoral adı isə hind dilindən götürülmüşdür. == Xarici görünüşü == Xarici hörünüş baxımından adi ev keçisinindən Antilopa keçidi xatırladır. Qorallar cinsinə daxil olan digər növlərdən forması, uzun tükləri və iri buynuzlarına görə seçilirlər.
Qoral
Qoral (lat. Naemorhedus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi. Bu canlılar əsasən orta ölçülərə malik olurlar. Yayılmasına gəldikdə isə isə əsasə Cənub-Şərqi Asiya, Şərqi Asiya və Uzaq Şərq bölgələrində yayılmışlar.
Qorallar
Qurallar (pol. Górale; slovak. Gorali) — Polyakların etnik qurupudur. Onlar əsasən Polşanın cənubunda (Podqale və Beskid), Slovakiyanın şimal-qərbində (Kisuse, Liptov, Spiş, Orapa regionları, Çadsa, Tvrdoşin, Nanestovo, Liptovski, Stara Lyobovya, Kejmarok rayonlarında) və Çexiyanın şimal-şərqində (Fridek-Mistek, Opava, Bruntal dairələri) yayılmışdır. Az sayda diaspor ukrayn və rumın Bukovinasında və Çikaqoda mövcuddur. Qoralların ümumi sayı 0,5 - 2,5 milyon nəfərdir. == Qısa məlumat == Polşanın Malopolsk voyevodstvosunda və Slovakiyada yayılmış qorallar Malopolskoye dialektində danışırlar. Silez və Opolsk voyevodstvosunda və Çexiyada isə Silez dialektində danışırlar. Onla öz aralarında polyak, çex və slovak dillərində danışırlar. Böyük əksəriyyəti katolik az bir qismi usə provaslavdır.
Qorallar (cins)
Qoral (lat. Naemorhedus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi. Bu canlılar əsasən orta ölçülərə malik olurlar. Yayılmasına gəldikdə isə isə əsasə Cənub-Şərqi Asiya, Şərqi Asiya və Uzaq Şərq bölgələrində yayılmışlar.
Qoran Draqiç
Qoran Draqiç (6 may 1986[…], Lyüblyana) — Milli Basketbol Assosiasiyası (NBA) klublarından Mayami Hitda forma geyinən sloveniyalı peşəkar basketbolçu. 1.91 metr boya, 86 kiloqram ağırlığa sahib bir guarddır. 2008-ci ildə NBA-yə gəlmədən əvvəl Sloveniyada və İspaniyada basketbol oynamışdır.
Qoran İvanişeviç
Qoran İvanişeviç (13 sentyabr 1971, Split) — Xorvatiyalı tennisçi. 2001-ci ildə vayldkartla Uimbildon turnirinə qatılmış və turnirin qalibi olmuşdur.
Qorağan
Qorağan — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Bəzi tədqiqatçılar oykonimi qədim türk dillərində "dayanacaq", "hərbi düşərgə" mənasında işlədilən qori-qan (monqol variantı xoruqan) sözü ilə əlaqələndirib, yaşayış məntəqəsinin monqol işğalından (XIII əsr) sonra yarandığını güman edirlər. Ehtimal ki, kənd monqol işğalı dövründə hərbi məqsədlə salınmış məntəqə əsasında yaranmışdır. Azərbaycanda monqol mənşəli sözlərdən yaranmış toponimlərin çoxu Şəki, Balakən, İsmayıllı, Qax rayonlarının payına düşür. == Tarixi == 1917-ci ildə, fevral inqilabından sonra Zaqatalanın nüfuzlu din xadimlərindən olan Hafiz Əfəndi (1920 və 1930-cu illərdə Zaqatalada antisovet üsyanlarının başçısı) vaxtı ilə çarizmin xristianlaşdırdığı bəzi məntəqələrdə, ələlxüsus da Qorağan kəndində sakinləri yenidən islam dininə döndərmək məqsədilə fəal təşviqat aparırdı. Bu da bölgədə konfessional zəmində gərginlik doğurmuşdu. XX əsrin 30-cu illərində isə Qorağan kəndində yaşayan xristian ingiloyların əksəriyyəti Gürcüstana köç edərək Tsiteltskaro rayonunda Samtatskaro (əvvəlki adı Anaqar Qorağan) kəndində məskunlaşmışlar. == Coğrafiyası və iqlimi == Kənd Acıçay sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir. Relyefi düzən-çay-meşə relyeflərindən ibarətdir. Kəndin ərazisində çoxlu düzən yerlər kənd təsərrüfatının və maldarlığın inkşafına kömək edir.
Qorağan bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tibet qoralı
Tibet qoralı (lat. Naemorhedus baileyi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoral cinsinə aid heyvan növü. Növün latın adı Britaniya kəşfiyyatçısı Federika Marşman Beylinin (1882–1976) şərəfinə adlanlandırılmışdır. Bu növ əsasən Myanmanın şimalı, Çinin cənub-şərqi və Hindistanın şimal-şərqində yayılmışlar. Tibet qoralları 2000–4500 metr hündürlüklər arasında yayılmışlar. Mövsümü miqrasiya edirlər. Miqrasiya əsasən iynə yarpaqlı ərazilərlə enli yarpaqlı ərazilər arasında olur. Gündüz həyat tərzi keçirirlər. Əsasən səhər və gecəyə yaxın faha çox hərəkət edirlər. Mamırlar qidasında üstünlük təşkil etsə də, otlada qidalanırlar.
Çin qoralı
Çin qoralı (lat. Naemorhedus griseus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoral cinsinə aid heyvan növü. Birma, Çin, Hindistan, Tayland, Vyetnam və Laos ərazisində yayılmışdır. == Xüsusiyyətləri == Bu növün nümayəndələri 910–2400 m arası yüksəkliklərdə yayılırlar. Çin ərazisində isə onlara hətta 4100 metr yüksəkliklərdə belə yayılmışdır. 4–12 başdan ibarət olan dəstələr halında yaşayırlar. Yaşlı erkəklər tənha həyat tərzi keçirir. Orta ömür müddəti 15 ildir. Çəkisi 22–35 kq arasında dəyişir. Yay ayları tükləri qısa və seyrəkdir.
Şərq qoralı
Şərq qoralı (lat. Naemorhedus caudatus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoral cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Şərq qoralı bozumtul rəngə malikdir. Boğazı parlaq rəngə malikdir. Bel nahiyyəsindən tünd zolaq keçir. == Yayılması == Bu canlılar əsasən Rusiyanın cənub-şərq meşələri (Xabarovsk diyarı və Primorsk diyarı), Çinin şimal-şərqi (Heylunszyan və Qirin), üstəlik Koreya yarımadası ərazisində rast gəlinir == Həyat tərzi == Qorallar əsasən elə də böyük olamayan və sayları 4–6 baş olan qruplarda birləşirlər. Erkəklər yalquzaq olaraq yaşayırlar. Dişilər isə yay ayları balaları ilə birlikdə yaşayır. Qida arxasınca əsasən səhər və gecə saatlarında gedirlər. Əsasən ot, yarpaq və bitkilərin digər hissələri və növləri ilə qidalanır.

Digər lüğətlərdə

вя́щий искристый кисло́тность люк напа́костить подде́рживание предзнамено́вывать бакале́йный бодиби́лдинг двупо́льный играть с огнём идустриализова́ться кварци́т селёдочка томи́тельность топо́рно бас balneum blue dun fight down Napier's bones primary consumer thumbkins vasomotor малейший