QORUMAQ

f.
1. Hücumdan, təhlükədən, zərbədən, düşməncə qəsdlərdən və s.-dən mühafizə etmək, müdafiə etmək, təhlükəsizliyini təmin etmək. Vətəni qorumaq. Ölkənin hüdudlarını qorumaq.
[Yasavulbaşı] … tez-tez atını sürüb oğlu ilə [atanın] arasına girir, guya özünü sipər edib onu oğlundan qoruyurdu. M.Rzaquluzadə.

2. Pis, zərərli və ya istənilməz bir şeyin təsirindən mühafizə etmək. Xəstəliklərdən qorumaq. Başını gündən qoru! Uşağı soyuqdan qorumalı. Quşları sevmək, onları qorumaq hər bir məktəblinin borcudur.
// Ümumiyyətlə, mühafizə edib saxlamaq.
[Səriyyə xala] uşaqların gələcəyini düşünərək yaxasında gizlətdiyi … pulu bir sirr kimi qorumağı qərara aldı. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QORUMAQ QORUMAQ Biz vətəni qoruyacağıq, bizim işimiz haqdır, biz qalib gələcəyik (R.Rza); BƏKLƏMƏK Müştəri yox, necə bir bəkləyim bazarı (Füzuli); MÜHAFİZƏ ET
  • QORUMAQ saxlamaq
QORUMA
QORUNMA

Digər lüğətlərdə

болбота́ть ви́нница всход дихотоми́ческий маскара́д ме́дленно периметри́ческий понае́сться потора́пливать размно́жить шелопа́йничество автоуго́нщик аисти́ха благоприя́тствование ли́хтер окру́га плечо́ в плечо́ шапар decapitation Ettie thalloid urtication противоположение размножиться созерцатель