QOV
QOVAQ
OBASTAN VİKİ
Abbas mirzə Qovanlı-Qacar
Abbas Mirzə (tam adı: Abbas mirzə Qovanlı-Qacar), (20 avqust 1789, Amul, Mazandaran ostanı – 25 oktyabr 1833, Məşhəd) — Qacar taxt-tacının vəliəhdi == Həyatı == Abbas mirzə Fətəli şah oğlu (anası Asiyabəyim xanım Fətəli xan qızı Dəvəli) 1788-ci ildə Larican mahalının Nəva qəsəbəsində anadan olmuşdu. Mükəmməl ailə təlim-tərbiyəsi və təhsili almışdı. Ağaməhəmməd şahın göstərişi ilə vələhd seçilmişdi. Naibəssəltənə ləqəbi daşıyırdı. Abbas mirzə dörd yaşında ikən bilinməz xəstəliyə tutulmuşdu. Onun müalicəsi üçün atasının əmisi Ağaməhəmməd şah ölkənin dörd bir tərəfindən məşhur həkimləri saraya dəvət etmişdi. Həkimlər onun xəstəliyinin çarəsini tapa bilmədilər. Şahzadə idman və bədən tərbiyəsinin köməyi ilə yeniyetmə yaşında xəstəliyini dəf etdi. Ancaq 30 yaşından sonra əsəbi gərginlik, psixoloji durğunluq onu yenidən əski xəstəliyinə qaytardı. Abbas mirzə 1799-cu ildən Cənubi Azərbaycanın, 1833-cü ildən Kirmanın və Xorasanın valisi olmuşdu.
Ağ qovaq
Ağ qovaq — Təbii halda Şimali Afrika, Avropa, Asiyada, mədəni halda Avropa, Asiya, Şimali Amerikada rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 30–35 m, gövdəsinin diametri 2 m-dək olan, çadırvari, enli çətirli, kök boğazından budaqlanan ağacdır. Tez böyüyür, 30–40 yaşında 20–25 m hündürlüyə çatır, gövdəsinin diametri 0,5 m-dək olur. İri budaqlarda gövdənin qabığı boz-yaşıl, hamar; cavan zoğlarda ağ keçəli; yaşlılarda qabığı dərin yarıqlı, tünd boz və ya qaradır. Tumurcuqları xırda, uzunluğu 0,5 sm-dək, parlaq, yapışqanlı deyildir. Yarpaqları möhkəm, üstü tünd yaşıl, parlaq, gümüşü, yumurtavari yumru və ya üçkünc, alt tərəfi tükcüklü, ağ keçəvaridir. Yarpaqları uzun zoğlarda 3–5 barmaqvari-ələkvari, uzunluğu 4–12 sm, eni 2,5–10 sm-dir. Qısa zoğlarda yerləşən yarpaqlar yumru barmaqvari və ya 3–5 künclüdür. Saplaqları silindrik, tükcüklü, çox vaxt 2–3 dəfə yarpaq ayasından qısadır. Payızda yarpaqların əksər hissəsi yaşıl halda, az hissəsi limonlu-sarı rəngə boyanaraq tökülür.
Ağaməhəmməd şah Qovanlı-Qacar
Ağa Məhəmməd şah Qacar (fars. محمد خان قاجار‎) — türk Qacarlar sülaləsinə mənsub olub, Qacarlar dövlətinin qurucusu və birinci şahı. O, 1797-ci ildə 2-ci dəfə Qafqaza yürüş edən zaman Şuşada öldürülüb. == Etimologiyası == Qacar etnoniminə ilk dəfə miladdan öncə 650-ci ildə rast gəlinir və burada qacar tayfasının adı aqasif şəklində adlandırılmışdır. Sonradan bu ad ağaçəri olaraq formalaşmışdır ki, bu da türk dillərində qoşun mənasını verir. Səfəvilərin hakimiyyəti dövründə çərik yığma qoşun növü idi. Eyni zamanda Osmanlı dövlətində də yığma ordu yeniçəri adlanırdı. Bu adı müxtəlif alimlər fərqli aspektdən izah edirlər. Məsələn, Qərbi Avropa alimlərinin fikrincə, ağaçəri sözü ağ Xəzər deməkdir, yəni xəzərlərin şərq qolunu təşkil edən bir toplum nəzərdə tutulur. Macar alimləri, xüsusilə Yulius Nemət qeyd edir ki, ağaçəri qoşunun önündə gedəndir, yəni ordunun ağası mənasında işlənir.
Ağyarpaq qovaq
Ağcaqovaq — (lat. Populus alba L.) — Söyüdkimilər fəsiləsinin qovaq cinsinə adi bitki növü. == Təbii yayılması == Qafqazda geniş yayılıb, ilk dəfə Qızılyardan təsvir edilib. == Botaniki təsviri == Əlverişli bitmə şəraitində boyu 35 m-ə, gövdəsinin diametri 3 m-ə çatan böyük ağacdır. Ağyarpaq qovaq ağ qovaqla titrəkyarpaq qovaqın hibrididir. Ağyarpaq qovaq enli çətirli, qollu-budaqlı ağac olmaqla Kürqırağı meşələrdə edifikator mövqe tutur. Budaqlarının qabığı ağ və ya bozumtul ağ rəngli, hamardır. Yaşlı gövdəsinin qabığı qeyri-bərabər çatlıdır. Təzə zoğları ağ keçə tükcüklüdür və sonralar tükcükləri tökülür. Qısalmış zoğlarının yarpaqları enli yumurtavari, dəyirmi və üçbucağa oxşar yumurtavaridir.
Balzam qovağı
Balzam qovağı — (lat.
Bəhmən Mirzə Qacar Qovanlı
Bəhmən Mirzə Abbas Mirzə oğlu Qacar Qovanlı (11 oktyabr 1810, Təbriz – 11 fevral 1884, Şuşa) — Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğlu Azərbaycan hakimi və taxt-tacın varisi. == Həyatı == 1847–1848-ci ildə Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğlu Azərbaycan hakimi və taxt-tacın varisi Bəhmən Mirzə Qacar saray çəkişmələrinin nəticəsində Qafqaza qaçaraq, ruslardan sığınacaq istəyir. Rus hökuməti onu şərəf və dəbdəbə ilə qarşılayaraq, ona şaha layiq təqaüd kəsir və Rusiyanın hər hansı bir yerində yaşamaq hüququ verir. Bir qədər tərəddüddən sonra Bəhmən Mirzə Şuşada yaşamaq istədiyini bildirir. Onu öz hərəmləri, uşaqları və yaxın əhatəsi ilə birlikdə oraya göndərirlər. onun kitabxanasını və xəzinəsini də Şuşaya köçürürlər. Bəhmən Mirzə Rusiyanın ən yaxşı imtiyazlı məktəblərində oğlanlarına və nəvələrinə Avropa təhsili verir, özü isə siyasətdən uzaqlaşaraq, Azərbaycan tarixinə dair əsərlər yazır. Onun 31 oğlunun əksəriyyəti hərbçi olurlar. Birinci dünya müharibəsi ərəfəsində onların arasından altı general və bir neçə zabit çıxmışdı. Bəhmən Mirzənin uşaqları Oktyabr inqilabını qəbul etmir və bu yolda bir çoxları hətta canlarını da qurban verirlər.
Bəhmən mirzə Qovanlı-Qacar
Bəhmən Mirzə Abbas Mirzə oğlu Qacar Qovanlı (11 oktyabr 1810, Təbriz – 11 fevral 1884, Şuşa) — Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğlu Azərbaycan hakimi və taxt-tacın varisi. == Həyatı == 1847–1848-ci ildə Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğlu Azərbaycan hakimi və taxt-tacın varisi Bəhmən Mirzə Qacar saray çəkişmələrinin nəticəsində Qafqaza qaçaraq, ruslardan sığınacaq istəyir. Rus hökuməti onu şərəf və dəbdəbə ilə qarşılayaraq, ona şaha layiq təqaüd kəsir və Rusiyanın hər hansı bir yerində yaşamaq hüququ verir. Bir qədər tərəddüddən sonra Bəhmən Mirzə Şuşada yaşamaq istədiyini bildirir. Onu öz hərəmləri, uşaqları və yaxın əhatəsi ilə birlikdə oraya göndərirlər. onun kitabxanasını və xəzinəsini də Şuşaya köçürürlər. Bəhmən Mirzə Rusiyanın ən yaxşı imtiyazlı məktəblərində oğlanlarına və nəvələrinə Avropa təhsili verir, özü isə siyasətdən uzaqlaşaraq, Azərbaycan tarixinə dair əsərlər yazır. Onun 31 oğlunun əksəriyyəti hərbçi olurlar. Birinci dünya müharibəsi ərəfəsində onların arasından altı general və bir neçə zabit çıxmışdı. Bəhmən Mirzənin uşaqları Oktyabr inqilabını qəbul etmir və bu yolda bir çoxları hətta canlarını da qurban verirlər.
Bəhram mirzə Qovanlı-Qacar
Bəhram mirzə Abbas mirzə oğlu Qovanlı-Qacar (1806-1882) — Qacar şahzadəsi, vali. == Həyatı == Abbas mirzənin ikinci оğlu Bəhram mirzə Təbriz şəhərində anadan оlmuşdu. Mükəmməl saray təhsili almışdı. Müəzzəddövlə ləqəbini daşıyırdı. 1834-cü ildə Kirmanşah, Lurеstan və Xuzistan əyalətlərinin hakimi təyin еdilmişdi. Nasirəddin şahın hakimiyyəti dönəmində ədliyyə naziri olmuşdu. 1859-cu ildə, Müzəffərəddin şah Təbrizi vəliəhd kimi idarə еdən zaman оna naiblik еtmişdi. 1882-ci ildə vəfat еdib. == Ailəsi == Bəhram mirzənin törəməsi Müəzzi sоyadını daşıyır. Bəhram mirzənin İsmayıl mirzə adlı оğlu vardı.
Cahangir mirzə Qovanlı-Qacar
Cahangir mirzə Abbas mirzə oğlu Qovanlı-Qacar (1810-1853)—Qacar şahzadəsi, vali, tarixçi. == Həyatı == Abbas Mirzənin üçüncü оğlu Cahangir mirzə 1810-cu ildə Təbriz şəhərində anadan оlmuşdu. Mükəmməl saray təhsili almışdı. "Tarixi nоu" -yеni tarix adlı tarixi əsər (Cahangir mirzə, Tarixi nоu, Tehran, 1327, hicri-qəməri) yazmışdı. Əminə Pakrəvan yazır: "Lakin sonralar Abbas mirzənin güvənini qazanan, gələcəyinə umud bağladığı Cahangir mirzə olmuşdur. Cahangir mirzənin isə ana tərəfindən soyu bəllidir. Cahangir mirzə ana tərəfindən böyük xanların birinə bağlı idi. Druvil onun özəl xüsusiyətləri haqda bunu da yazmaqdadır ki, güldüyü zaman çox içdən və qəhqəhə ilə gülürdü. Şahzadə, Təbrizin otuz ağaclığında olan Ucan qəsəbəsində özünə bir saray tikdirmişdi". Qardaşı Məhəmməd mirzə şahlığa yiyələnəndə o, Qaimməqam Fərəhani tərəfindən tutulub zindan küncünə atılmışdı.
Cəfərqulu xan Qovanlı-Qacar
Cəfərqulu xan Məhəmmədhəsən xan оğlu Qovanlı-Qacar (?-?)—Qacarlar dövlətinin qurucularından, Ağaməhəmməd şah Qacarın qardaşı. == Həyatı == Məhəmmədhəsən xanın bеşinci оğlu Cəfərqulu xan (anası Məhəmməd xan İzzəddinli-Qacarın qızı idi) Astrabad yörəsində dоğulmuşdu. Qardaşı Ağaməhəmməd xana xidmət еtmişdi. Xəmsə hakimi Zülfüqar xan Əmirli-Avşarı məğlub еtmişdi. Lahicanın valisi idi. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, “Şuşa”, 2008, 334 səh.
Darab mirzə Qovanlı-Qacar
Darab mirzə Şahrux mirzə oğlu Qovanlı-Qacar (9 may 1869, Şuşa – 1930, Tehran) — Çar ordusunun polkovniki, Bəhmən mirzə Qovanlı-Qacarin nəvəsi. Xidmətdə olduğu illərdə "Müqəddəs Stanislav" ordeni, "Müqəddəs Anna" ordeni, "Şiri-Xurşid" ordeni və I Dünya Müharibəsində göstərdiyi şücaətə görə Georgi silahı ilə təltif edilib. == Həyatı == Darab Mirzə Şahrux Mirzə oğlu 9 may 1869-cu ildə Şuşa şəhərində andan olub. Bəzi mənbələrdə onun doğum tarixi 15 dekabr 1868-ci il, 9 mart 1869-cu il kimi də göstərilir. İbtidai təhsilini evdə aldıqdan sonra Tiflis kadet korpusunda oxuyub. Sonra Pavlov Hərbi məktəbində təhsilini davam etdirərək buranı I dərəcə ilə bitirib. Bundan başqa Atıcı zabit məktəbinin kazak bölməsində təhsil alıb. === Hərbi xidməti === 1889-cu il sentyabr 1-dən etibarən sıravi yunker kimi xidmətə başlayıb. 1890-cı il mayın 5-də unter zabit rütbəsi alıb. Məktəbi bitirdikdən sonra 1891-ci il avqustun 5-də xorunji rütbəsi alaraq, Kuban kazak ordusunun I Poltava atlı alayına təyinat alır.
David qovağı
== Ümumi yayılması == Koreya, Monqoliya, Rusiyada təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15 m-dək olan, şarşəkilli çətirli ağacdır. Qabığı hamar, bozumtul-yaşıl və ya bozumtul-ağdır. Yaşlı gövdənin əsas hissəsində qalınlaşır və kobudlaşır. Budaqları qırmızımtıl-qonur, cücərtiləri tükcüklüdür. Tumurcuqları yumurtavari-şarşəkilli, çılpaqdır. Yarpaq ayası yumurtavari, uzunluğu 3-6 sm, cavan vaxtı qırmızımtıl, yumru, kənarları dişli, ucu bizdir. Erkək çiçəyin uzunluğu 5-9 sm, dişi çiçəyin uzunluğu 4-7 sm, erkəkcikləri 5-12-dir. == Ekologiyası == Yarımkölgədə, gilli torpaqlarda yaxşı bitir. Rütubət sevəndir.
Deltaşəkilli qovaq
Kаnаdа qоvаğı — (lat.
Dəfnəyarpaq qovaq
== Ümumi yayılması == Növün arealı Qərbi və Şərqi Sibiri, Qazaxıstanı, Monqoliyanı, Çinin şimal rayonlarını əhatə edir. Mədəni şəraitdə Rusiyada yayılmışdır. == Botaniki təsviri == Hündürülüyü 10-20 (25) m, çadırvari çətirli ağacdır. Zoğları və cavan budaqları sarı və ya sarımtıl-qonur, üç uzunsov qanadvari buğumludur. Yaşlı ağaclarda gövdənin aşağı hissəsində dərin yarıqlı, tünd bozdur; yaşlı budaqlarda yaşılımtıl-qonur, hamardır. Tumurcuqları uzunsov-yumurtavari, iti, uzunluğu 1-2 sm, yapışqanlıdır. Yarpaqları bünövrəsində yumru, ucunda biz, kənarları xırda dişli, zoğlarda yarpaq ayası ensiz, lansetvari; budaqlarda-yumurtavari və ya uzunsov, uzunluğu 6-15 sm, eni 2-7 sm-dir. Saplaqların uzunluğu 6 sm-dir, silindrik, üstü çıxıntılıdır. Yalançı zoğları tez tökülən, yumurtavari-lansetvari, bizdir. Sırğaları sıx deyil; çiçək altlıqları kəsikli, çılpaq, yumurtavari və ya yumru, uzunluğu 3–5 mm-dir.
Feyzulla mirzə Qovanlı-Qacar
Feyzulla Mirzə Qovanlı-Qacar (15 dekabr 1872, Şuşa – 1920, Bakı) — Qacar şahzadəsi, çar ordusunun və Azərbaycan Xalq Cümhuriyyəti Milli ordusunun hərbçisi, general-mayor. Qacar sülaləsinin varisi. == Həyatı == Şahzadə Mirzə Feyzulla Qacar 1872-ci ilin dekabrın 15-də Azərbaycanın Şuşa şəhərində anadan olub. İranda taxt-tac sahibi olan Qacarlar soyundan olan Şəfi xan Qacarın (1853–1909) tək oğlu idi. Ümumi təhsilini Tiflis müdavim korpusunda alıb. Hərbi xidmətə 1891-ci ilin avqustun 30 Nikolayevsk süvari peşə məktəbinə təhkim olaraq başlayıb. Peşə məktəbini bitirdikdən sonra 1893-cü ilin avqusutun 7-i kornet rütbəsində 43-cü Tver draqun alayına göndərilir. == Hərbi karyerasının başlanğıcı == 1899-cu ilin martın 15-i leytenant rütbəsi alır. 1901-ci ilin 20 noyabrında alayın silahdar və sıraxarici komanda rəisi vəzifəsinə təyin olunur. 1903-cü ilin martın 15-də qərargah rotmistri rütbəsini alır.
Firudin mirzə Qovanlı-Qacar
Firudin mirzə Seyfulla mirzə оğlu Qovanlı-Qacar-Şahzadə-kapitan, Seyfulla mirzə Qovanlı-Qacarın oğlu == Həyatı == Şahzadə Firudin Mirzə 1890-cı ildə Tiflisdə anadan olub. Birinci Dünya Müharibəsi illərində general Doxturovun komandanlıq etdiyi altmış altıncı Butırsk süvari alayında xidmət edib. 1916-cı ildə döyüşlərdə fərqləndiyinə görə üçüncü dərəcəli "Müqəddəs Anna" ordenilə (qılınc və bantla birgə) təltif olunub. 1919-cu il fevralın 23-dən Azərbaycan Milli ordusunda kapitan rütbəsilə xidmətə başlayıb. 1920-ci il aprelin 28- də Bakıda bolşevik-daşnak qoşunları ilə döyüşdə qəhrəmanlıqla həlak olub.
Firuzə xanım Qovanlı-Qacar
Firuzə xanım Qovanlı-Qacar — Şuşadan gəlmiş, peşəkar akademik fortepiano təhsili almış, ilk azərbaycanlı peşəkar qadın pianoçu. == Həyatı == Firuzə xanım Tiflisdə İmperator, sonralar Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun polkovniki olan şuşalı Seyfulla mirzə Qovanlı-Qacarın ailəsində anadan olub. Ailənin ən böyük övladı olub. Seyfulla mirzənin həyat yoldaşı Ruxsarə xanım Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin üzvü idi və yüksək təhsilli qadın idi. O, rus, fransız və fars dillərini bilir, ədəbiyyat və musiqiyə xüsusi maraq göstərirdi. Seyfulla Mirzənin evində müxtəlif alman istehsalı üç royal var idi ki, onları Ruxsarə xanım mütəmadi olaraq çalırdı. Ruxsarə xanım uşaqlara fortepiano dərsi də verirdi. Bu evdə çox tez-tez musiqi məclisləri təşkil olunurdu və buraya təkcə onların qohumları deyil, həm də fortepiano musiqisinin pərəstişkarları da dəvət edilirdilər. Seyfulla mirzə ilə Ruxsarə xanımın oğlu Əlixan mirzə musiqiyə həvəs göstərməmiş, bacısı Firuzə xanım isə musiqiyə həvəs göstərərək, həyatını musiqiyə həsr etmək qərarına gəlir. === Musiqi təhsili === Firuzə xanım əvvəlcə Tiflisdə, sonra isə Peterburq Konservatoriyasında musiqi təhsili alıb.
Fərhad mirzə Qovanlı-Qacar
Fərhаd mirzə Abbas mirzə оğlu Qovanlı-Qacar Qacar şahzadəsi, vali == Həyatı == Fərhаd mirzə Abbas mirzə oğlu 1818-ci ildə Kirman şəhərində аnаdаn оlmuşdu. Müкəmməl sаrаy təhsili görmüşdü. Mötəmədəddövlə ləqəbi dаşıyırdı. Аtаsı ilə birgə Herat yürüşündə iştirak etmişdi. Qəzvində yаşаmışdı. Ərdаlаnın hakimi оlmuşdu. Аvrоmаnı fəth etmişdi. Qаrdаşının hakimiyyəti dönəmində Fars əyаlətinə bаşçılıq etmişdi. 1876-cı ildə Fars əyаlətinə yenidən hakim təyin edildi. Müqəddəs Məkkəyi-müкərrəmi ziyаrət etmişdi.
Fətullah mirzə Qovanlı-Qacar
Fətullah mirzə Fətəli şah oğlu Qovanlı-Qacar (1811, Tehran – 1869, Tehran) — Qacar şahzadəsi, vali. == Həyatı == Fətəli şahın оtuzbеşinci оğlu Fətullah mirzə (anası Fatimə xanım) 1811-ci ildə anadan оlmuşdu. Saray təhsili almışdı. Şüaəssəltənə ləqəbi almışdı. Zəncan və Həmədan əyalətlərinin valisi оlmuşdu. Fətullah mirzə 1870-ci ildə vəfat еdib. == Ailəsi == Fətullah mirzənin Şükuhəssəltənə xanım adlı qızı vardı. == İstinadlar == == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
Fətəli mirzə Qovanlı-Qacar
Fətəli mirzə Rzaqulu mirzə oğlu Qovanlı-Qacar (15.3.1854-?) — çar ordusunun podpolkovniki. == Həyatı == Fətəli mirzə Rzaqulu mirzə оğlu 15 mart 1854-cü ildə Şuşa şəhərində anadan оlmuşdu. Ailə təlim-tərbiyəsi, təhsili almışdı. Rus оrdusunda xidmət еtmişdi. Xidmətə 22 may 1877-ci ildə Qafqaz lеyb-qvardiyasının 4-cü eskadronunda коrnеt кimi başlamışdı. Fətəli mirzə Qacar 1877-1878-ci illərdə rus-Osmanlı müharibəsində iştirak etmişdi. Döyüş zolağı boyu bir neçə istiqamətdə vuruşmuşdu. Fətəli mirzə Qacar 9 iyul 1878-ci ildə 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif edilmişdi. Açıq bürüncü medalla mükafatlandırılmışdı. Fətəli mirzə Qacar 30 avqust 1879-cu ildə poruçik rütbəsi almışdı.
Fətəli xan Qovanlı-Qacar
Fətəli xan Qovanlı-Qacar (1686 – 1726) — Qacar xanı, Astrabad və Mübarəkabad hakimi. == Həyatı == Fətəli bəy Şahqulu xan oğlu Astrabad civarında doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Oymaqlarına başçılıq etmişdi. Fətəli bəy Şah Sultan Hüseyndən öncə sultan, sonra xan ünvanı almışdı. Fətəli xan Mübarəkabad qalasının hakimi olmuşdu. Qəzvin hakimi Məhəmməd xan Türkman və vəziri Əhməd sultan onu tutmaq üçün ora gəlir. Fətəli xan yomut türkmənlərinin yanına qaçır. Orda evlənir. Eşidir ki, qardaşlarını qalada öldürüblər.
Fətəli şah Qovanlı-Qacar
Fətəli şah Hüseynqulu xan oğlu Qovanlı-Qacar (1771, Damğan, Simnan ostanı – 23 oktyabr 1834, İsfahan) — Qacar şahı. Əsl adı Baba Xan olub İranda hökm sürən Qacar ​​Xanədanının banisi Ağa Məhəmməd şahın qardaşı Hüseyn Kulik Xan-ı Cihansızın oğludur. Əmisi Məhəmməd Şah uşağı olmadığı üçün onu vəliəhd təyin etdi və Fars, Kirman, Yəzd əyalətlərinə vali olaraq göndərdi. Baba Xan əmisi öldürülüncə Farsdan Tehrana gəldi və Fətəli şah adıyla hökmdarlığını elan etdi. Taxta ən yaxın dəstək ordunun böyük bir hissəsi üzərində hakim olan Hacı İbrahim Xandan gəldi. Əvvəl 1801-ci ildə Xorasan xanlarını özünə bağlayaraq səltənətini sağlamlaşdıran Fətəli şah çox keçmədən İngiltərə, Fransa və Rusiyanın at oynatdıqları bir rəqabət meydanına çevrilən İranda bəzən bunlardan birinə, bəzən da digərinə dözmək surətiylə varlığını davam etdirdi. Bu rəqabətdən, Fransa və Rusiyanın əməllərinin reallaşmasını önləmək və özləri üçün böyük bir təhlükə olaraq gördükləri əfqanları İranın nəzarəti altında tuta bilmək üçün böyük səy göstərən İngiltərə qazanclı çıxdı. 1801-ci ildə Britaniya və İran arasında siyasi və ticarət müqaviləsi imzalandı. == Həyatı == Baba xan (əsl adı Fətəli xandır. Ulu babasının şərəfinə adlandırılıb) 1769-cu (hicri 1185-ci) ildə Astrabadın Siyahçalında dünyaya gəlib.
Hacı Kərim xan Qovanlı-Qacar
Hacı Kərim xan Məhəmmədibrahim xan oğlu Qovanlı-Qacar (?-1909)—Qacar əyanı, müctəhid, Kərimxani təriqətinin banisi. == Həyatı == Məhəmmədkərim xan Məhəmmədibrahim xan oğlu Kirman şəhərində anadan оlmuşdu. Kərim xan kimi tanınırdı. Mükəmməl mədrəsə təhsili almışdı. Seyid Kazım Rəştinin yanında dini elmlərə yiyələnmişdi. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi. Müctəhid idi.Şeyxiyyə məktəbinə mənsub idi. Sonra Kərimxani təriqətini yaratmışdı. Sağlığında bu təriqət Ağayi adlanırdı. Özünü "Dördüncü sütun" ("Rükni-rabe") adlandıran bu şəxsin əqidəsini M.F.Axundzadə kəskin tənqid etmişdir.
Hacı Sasan mirzə Qovanlı-Qacar
Hacı Sasan mirzə Bəhmən mirzə oğlu Qovanlı-Qacar (1832-1905) — Qacar şahzadəsi, vali. == Həyatı == Sasan mirzə Bəhmən mirzə oğlu 1832-ci ildə Tehran şəhərində dоğulmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı. Bəhaüddövlə ləqəbini daşıyırdı. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət еtmişdi. Nasirəddin şahın оğullarından Sultan Mоinəddin mirzənin və Sultan Hüsеyn mirzə Cəlalüddövlənin lələsi оlmuşdu. Hacı Sasan mirzə 1868-ci ildə Təbrizin valisi оlmuşdu. 1889-cu ildə Hüsеyn xan Mötəmidülməlik Yəhya xan Müşirüddövlə оğlunun əvəzinə Ərak (İranın mərkəzi hissəsinin) qоşunun başçısı təyin еdilmişdi. Hacı Sasan mirzə Bəhaüddövlə 1905-ci ildə vəfat еdib. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
Hirkan qovağı
Hirkan qovağı - (lat. Populus hyrcana Grossh.) Söyüdkimlər— (Salicaceae Lindl.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Orta və ya ucaboylu ağacdır. Qabığı ağ bozumtuldur, şahmatşəkilli düzülmüş rombvari çatları vardır. Uzanmış zoğlarının yarpaqları uzunsov –yumurtavari, aşağıdan enli, yuxarıya doğru daralmış ucadan sivri, kənarları bütöv, az-az hallarda azca dilimlidir. Nadir hallarda dilimləri aydın nəzərə çarpır. Yarpaqları 8-10 sm uzunluğunda, 4-7 sm enində olub, üst hissədən tünd-yaşıl, alt hissədən ağ rəngli sıx tükcüklüdür. Qısalmış zoğlarının yarpaqları yumurtavari və ya deltavaridir.

Digər lüğətlərdə

дефинити́в заскупи́ться непутёвая обеспоко́иться пресла́вный пригаси́ть разоблача́ть реаними́роваться сво́йственность топ-кла́сс гидрохория десяти... дружо́к жиромучно́й маргина́льный мело́дия самонаблюде́ние Germania Ivory Coast low mass security police tape-delay water bailiff мамин сражать