QOZBEL

sif.
1. Döş və ya arxa sümüklərinin əyilməsi nəticəsində beli qoz kimi qalxıq; donqar. Qozbel adam.
[Qulu:] Podnos elə köhnədir ki, ortası qozbel adamın beli kimi qalxıbdır. S.S.Axundov.

// İs. mənasında.
[Dilbər:] Doğru demişlər: qozbeli qəbir də düzəldə bilməz. C.Cabbarlı.

2. Bükülmüş, əyri, bir tərəfi çıxıq. Qozbel tir. Qozbel divar.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QOZBEL qozbel bax donqar
  • QOZBEL donqar

Etimologiya

  • QOZBEL Fars (qoz) və türk (bel) mənşəli hissələrdən ibarətdir. Quz “Farsca-rusca lüğət”də “горб”, “горбатый” kimi tərcümə olunub, “əyri bel” deməkdir
QOZAVARİ
QOZDƏSTƏ
OBASTAN VİKİ
Qozbel balina
Qozbel balina (lat. Megaptera novaeangliae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zolaqlı balinalar fəsiləsinin megaptera cinsinə aid heyvan növü. Qozbel balina cinsinin yeganə müasir nümayəndəsidir. Öz cinsinin yeganə nümayəndəsi olsa da, Boz balinanın yaxın qohumu sayılır. Qozbel balina adını ya bel üzgəcinə, ya da üzərkən belini güclü şəkildə yığmasına görə almışdır. == Təsnifat == Qozbel balina zolaqlı balinalar fəsiləsinə aiddir (həmin fəsiləyə həmçinin Göy balina, Brayde zolaqlı balina, Finval və Seyval daxildir) Zolaqlı balinaların bığlı balinalar yarımdəstəsinin digər fəsilələrindən Miosen dövrünün ortalarında ayrıldığı qeyd olunur. Reminqton Kelloq Miosen dövrünə aid edilən qalıqları aşkarlamış Megaptera miocaena növünü qeydə almışdır. Şimali Amerikada aşkarlanan qozbel balinaların qalıqları alt pliosen və pleystosen dövrünə, Avropada aşkarlananlar isə pliosen dövrünə aiddir. Amma bu ailənin digər üzvlərinin bir-birindən nə vaxt ayrıldığı tam məlum deyil. Qozbel balinanı ilk dəfə 1756-cı ildə Matüren-Jak Brisson Regnum Animale "baleine de la Nouvelle Angleterre" olaraq adlandırmışdır.
Qozbel laləvər
Qozbel zanbaqca
Qozbel zanbaqca (lat. Fritillaria gibbosa) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c+3c. Azərbaycanın nadir növüdür. == Sinonimləri == Rhinopetalum gibbosum (Boiss.) Losinsk. et Vved. == Qısa morfoloji təsviri == Soğanaqlı, çoxillik ot bitkisidir. Soğanaq açıq-pulcuqlu, kürəşəkillidir. Gövdə 8-20 sm hündürlükdə, yarpaqlar çılpaq, aşağı yarpaqlar qarşı-qarşıya, yuxarı yarpaqlar növbəli yerləşmişdir, ensiz, xətvari, sivridir. Çiçəkləri salxım çiçək qrupunda toplanıb, uc hissədə yerləşir.
Qozbel dağ
"Qozbel dağ" (ing. Brokeback Mountain) — Enq Linin 2005-ci ildə ekranlaşdırdığı bədii film. Film iki kovboyun bir-birinə olan sevgi hissləri haqqındadır və bu film tarixində ilk gey-vestern janrında çəkilmiş film hesab edilir. Filmin əsasını Enni Prunun eyniadlı hekayəsi təşkil edir. Filmin ssenari-müəllifi Diana Ossana və Larri Mak Mörtridir. Filmdə əsas rolları Hit Lecer, Ceyk Cillenholl, Enn Hetey və Mişel Vilyams canlandırmışlar."Qozbel dağ" filmi bir sıra mükafatlara layiq görülmüşdü ki, onların da içərisində Venesiya Kino Festivalında Qızıl Şir, Qızıl Qlobus və Independent Spirit Awards kimi mükafatlar var. == Süjet == ABŞ, Vayominq ştatı, 60-cı illər. Gənc oğlanlar Ennis Del Mar və Cek Tvist ştatın ayrı-ayrı uzaq yerlərində, kasıb rançoda böyüyüblər və mövsümi iş üçün müraciət edərkən tanış olurlar. Onları yaşayış evlərindən uzaqda yerləşən Qozbel dağ ətrafında, yay otlaqlarında qoyunları otarmaq üçün işə dəvət edirlər. Bir gün axşam, xeyli viski içib bir az sərxoş olduqdan sonra, onlar soyuq havadan qorunmaq üçün palatkada birgə gecələməyə qərar verirlər.
Qozbel Mustafa Paşa
Qozbel Mustafa Paşa (ö. 1666) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi. == Həyatı == Doğum tarixi və əsli haqqında məlumat yoxdur. Qozbel bir yeniçəri ikən ordu daxilində müxtəlif vəzifələrdə çalışmış, 1658-ci ilin fevralında yeniçəri ağalığına təyin edilmişdir. Ardından 1662-ci ilin martında vəzir rütbəsi alaraq Dəməşq, 1663-cü ilin fervalında isə Bağdad bəylərbəyi oldu. Həmin il Sultan Əhmədin qızlarından Fatma Sultanla nigahlandı və dekabr ayında Mərəş bəylərbəyliyinə gətirildi. 1665-ci ildə Tərabülüs əş-Şam bəylərbəyi oldu və ertəsi il orada vəfat etdi. == Mənbə == Peirce , Leslie P. (1993) Imperial Harem : Women and Sovereignty in the Ottoman Empire 1993, Oxford University Press, ISBN 0-19-508677-5.
Qozbel dağ (hekayə)
Qozbel dağ (ing. Brokeback Mountain) — amerikan yazıçısı Enni Pru tərəfindən yazılmış və ilk dəfə 1997-ci ildə The New Yorker tərəfindən nəşr edilmiş hekayə. Ssenari müəllifləri Larri Mak Mörtri və Diana Ossana hekayənin məzmununu adaptə edərək 2005-ci ildə eyniadlı filmin çəkilişlərinə başlamışdılar. Hekayə həmçinin kitab formasında da satışa buraxılmışdı. == Məzmun == Vayominq, 1960-cı illər. Gənc oğlanlar Ennis Del Mar və Cek Tvist ştatın ayrı-ayrı uzaq yerlərində, kasıb rançoda böyüyüblər və mövsümi iş üçün müraciət edərkən tanış olurlar. Onları yaşayış evlərindən uzaqda yerləşən Qozbel dağ ətrafında, yay otlaqlarında qoyunları otarmaq üçün işə dəvət edirlər. Bir gün axşam, xeyli viski içib bir az sərxoş olduqdan sonra, onlar soyuq havadan qorunmaq üçün palatkada birgə gecələməyə qərar verirlər. Gecə onlar cinsi əlaqəyə girirlər və bununla onların romantik əlaqələri başlayır. == Ədəbi forma == Qozbel dağ hekayəsi "hər bir şey bilən" yazıçı tərəfindən yazılıb.
Qozbel dağ (film, 2005)
"Qozbel dağ" (ing. Brokeback Mountain) — Enq Linin 2005-ci ildə ekranlaşdırdığı bədii film. Film iki kovboyun bir-birinə olan sevgi hissləri haqqındadır və bu film tarixində ilk gey-vestern janrında çəkilmiş film hesab edilir. Filmin əsasını Enni Prunun eyniadlı hekayəsi təşkil edir. Filmin ssenari-müəllifi Diana Ossana və Larri Mak Mörtridir. Filmdə əsas rolları Hit Lecer, Ceyk Cillenholl, Enn Hetey və Mişel Vilyams canlandırmışlar."Qozbel dağ" filmi bir sıra mükafatlara layiq görülmüşdü ki, onların da içərisində Venesiya Kino Festivalında Qızıl Şir, Qızıl Qlobus və Independent Spirit Awards kimi mükafatlar var. == Süjet == ABŞ, Vayominq ştatı, 60-cı illər. Gənc oğlanlar Ennis Del Mar və Cek Tvist ştatın ayrı-ayrı uzaq yerlərində, kasıb rançoda böyüyüblər və mövsümi iş üçün müraciət edərkən tanış olurlar. Onları yaşayış evlərindən uzaqda yerləşən Qozbel dağ ətrafında, yay otlaqlarında qoyunları otarmaq üçün işə dəvət edirlər. Bir gün axşam, xeyli viski içib bir az sərxoş olduqdan sonra, onlar soyuq havadan qorunmaq üçün palatkada birgə gecələməyə qərar verirlər.
Notrdam kilsəsinin qozbeli
Paris Notr-Dam kilsəsi (fr. Notre-Dame de Paris) və ya Notr-Dam kilsəsinin Qozbeli (ing. The Hunchback of Notre-Dame) — Fransa yazıçısı Viktor Hüqonun 1831-ci ildə yazdığı qotik və romantizm janrlarında olan əsər. Fransız ədəbiyyatında tarixi roman janrının zirvəsi hesab olunur. Romanın fransızca olan orijinal adı, "Notre-Dame de Paris"-dir. Azərbaycan dilinə, "Paris Notr-Dam kilsəsi" kimi tərcümə olunur. Paris Notr-Dam kilsəsi Paris şəhərinin mərkəzində yerləşən katolik kilsəsidir və Fransa paytaxtının başlıca simvoludur. Lakin 1833-cü ildə ingilis tərcüməçi və yazıçı Frederik Şoberl, əsəri ingilis dilinə tərcümə edərkən, adını "The Hunchback of Notre Dame" yəni "Notr Damlı Qozbel" kimi göstərmişdir. Bu ad, əsərin baş qəhrəmanı "Kvazimodo" üzərinə adlandırılmışdır. Sonradan bu ad, əsərin beynəlxalq adı ola biləcək qədər önəmli olmuşdur.
Notrdam kilsəsinin qozbeli (cizgi filmi, 1996)
Notrdam kilsəsinin qozbeli (ing. The Hunchback of Notre Dame) — 1996-ci ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir, Disney studiyası tərəfindən yaradılmış sayca 34-cü cizgi filmi. İlk nümayişi 21 iyun 1996-ci ildə olmuş və 100 milyon dollardan artıq gəlir gətirmişdir. Viktor Hüqoin eyniadlı romanının ekranlaşdırmasıdır. Bəstəkarları Alan Menken və Stiven Shvarts. 19 mart 2002-ci ildə "Notrdam kilsəsinin qozbeli" DVD-də yenidən satışa çıxarılmışdır, və eyni tarixi Disney studiyası filmin sikvelini — "Notrdam kilsəsinin qozbeli 2" cizgi filmini təqdim etmişdir. 12 mart 2013-ci ildə "Notrdam kilsəsinin qozbeli" Blu-ray-də yenidən satışa çıxarılmışdır. == Rollarda == Tom Hulce — Quasimodo Demi Mur / Haĭdi Mollenhauer — Esmeralda Toni Jai — Frollo Kevin Kline — Phoebus Paul Kandel — Clopin Jason Aleksandr — Hüqo Çarlz Kimbro — Viktor Meri Uikes — Laverne Devid Oqden Stirz — Archdeacon Meri Key Berqman — Ana Quasimodo Kori Börton — Brutish Guard Bill Faqerbeyk — Oafish Guard Cim Kamminqs / Patrik Pinney — Guard / Qaraçı Qeri Trusdeyl — The Old Heretic Frenk Uelker — Gənc Quşlar == İstinadlar == == Xarici keçidlər == Rəsmi sayt Notrdam kilsəsinin qozbeli — Internet Movie Database saytında.
Notrdam qozbeli (film, 1997)
"Notrdam qozbeli" (ing. The Hunchback) — rejissor Piter Medakın filmi. == Məzmun == XV əsrin sonlarının Paris şəhəri. Üç nəfər kişi: Paris kilsəsinin arxidiakonu Klod Frollo, kilsənin zəngçisi qozbel Kvazimodo və şair Pyer Qrenquar eyni bir qıza aşiq olublar. Həmin qız qaraçı Esmeraldadır. Lakin onun uğrunda əsas rəqabət Frollo və Kvazimodo arasında getməyə başlayır... == Film haqqında == Film məşhur yazıçı Viktor Hüqonun "Paris Notrdam kilsəsi" romanı əsasında çəkilmişdir. Viktor Hüqonun "Paris Notrdam kilsəsi" romanı müxtəlif illərdə kinematoqrafçılar tərəfindən bir neçə dəfə ekranlaşdırılmışdır. Belə ki, bu günə qədər bu romanın əsasında 15 film (1905, 1911, 1917, 1922, 1923, 1939, 1956, 1966, 1977, 1982, 1986, 1996, 1997, 1999, 2002-ci illərdə) çəkilmişdir.
Qozbeli qəbir düzəldərmi? (film, 1972)
== Gənc memar (film, 1978) == === Məzmunu === Filmdə "Gənclərə geniş yol" şüarındakı mənalara toxunulmuşdur. Lakin heç də hər yerdə bu şüara əməl edilmir. Öz layihəsini qəbul etdirmək istəyən gənc memarın başına gələn əhvalat əks etdirilir. === Film haqqında === "Mozalan" Satirik Kinojurnalı № 41, 1-ci süjet === Filmin heyəti === ==== Film üzərində işləyənlər ==== Müəllif : Tahir Piriyev Rejissor : Əsgər Məmmədov Operator : Antonina Korotnitskaya Rəssamlar : Əsgər Məmmədov, Tahir Piriyev Səs operatoru : Kamal Seyidov Musiqilərindən İstifadə edilən Bəstəkar : Xəyyam Mirzəzadə ("Günlərin Bir Günündə..." cizgi filmindən) (titrlərdə yoxdur) Baş Redaktor : Eyvaz Borçalı === Xarici keçid === ==== Video ==== ===== İzlə ===== YouTube Filmi izlə sayt YouTube == Qozbeli qəbir düzəldərmi? (film, 1972) == === Məzmunu === Filmdə anonim məktubların doğurduğu nəticələr öz əksini tapır. === Film haqqında === "Mozalan" Satirik Kinojurnalı № 6, 1-ci süjet === Filmin heyəti === ==== Film üzərində işləyənlər ==== Müəllif : İntiqam Qasımzadə Rejissorlar : Nazim Məmmədov, Bəhmən Əliyev Quruluşçu rəssam : Kamil Nəcəfzadə Operator : Aleksandr Milov Səs operatoru : Ələkbər Həsənzadə Baş redaktor : Eyvaz Borçalı === Xarici keçid === ==== Video ==== ===== İzlə ===== YouTube Filmi izlə sayt YouTube == Sınaq (film, 1985) == === Məzmunu === Filmdə alverçilik problemlərinə toxunulur. === Film haqqında === "Mozalan" Satirik Kinojurnalı № 96, 2-ci süjet === Filmin heyəti === ==== Film üzərində işləyənlər ==== Müəllif : M. Lipskerov Rejissor : Vahid Talıbov Rəssam : Elçin Axundov Operator : Ramiz Ağayev Səs operatoru : Akif Nuriyev Redaktor : Vidadi Paşayev ==== Filmi səsləndirən ==== Ramiz Əzizbəyli-Robot (titrlərdə yoxdur) === Xarici keçid === Filmi izlə sayt YouTube == Yerli kadr təsdiqə gedir (film, 1973) == === Məzmunu === Filmdə işə düzəlmək istəyən maralın əvvəl buynuzunu çıxarırlar, sonra qulaqlarını uzadırlar.
Rotterdam qozbeli
Paris Notr-Dam kilsəsi (fr. Notre-Dame de Paris) və ya Notr-Dam kilsəsinin Qozbeli (ing. The Hunchback of Notre-Dame) — Fransa yazıçısı Viktor Hüqonun 1831-ci ildə yazdığı qotik və romantizm janrlarında olan əsər. Fransız ədəbiyyatında tarixi roman janrının zirvəsi hesab olunur. Romanın fransızca olan orijinal adı, "Notre-Dame de Paris"-dir. Azərbaycan dilinə, "Paris Notr-Dam kilsəsi" kimi tərcümə olunur. Paris Notr-Dam kilsəsi Paris şəhərinin mərkəzində yerləşən katolik kilsəsidir və Fransa paytaxtının başlıca simvoludur. Lakin 1833-cü ildə ingilis tərcüməçi və yazıçı Frederik Şoberl, əsəri ingilis dilinə tərcümə edərkən, adını "The Hunchback of Notre Dame" yəni "Notr Damlı Qozbel" kimi göstərmişdir. Bu ad, əsərin baş qəhrəmanı "Kvazimodo" üzərinə adlandırılmışdır. Sonradan bu ad, əsərin beynəlxalq adı ola biləcək qədər önəmli olmuşdur.
Notrdam kilsəsinin qozbeli (film, 1996)
Notrdam kilsəsinin qozbeli (ing. The Hunchback of Notre Dame) — 1996-ci ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir, Disney studiyası tərəfindən yaradılmış sayca 34-cü cizgi filmi. İlk nümayişi 21 iyun 1996-ci ildə olmuş və 100 milyon dollardan artıq gəlir gətirmişdir. Viktor Hüqoin eyniadlı romanının ekranlaşdırmasıdır. Bəstəkarları Alan Menken və Stiven Shvarts. 19 mart 2002-ci ildə "Notrdam kilsəsinin qozbeli" DVD-də yenidən satışa çıxarılmışdır, və eyni tarixi Disney studiyası filmin sikvelini — "Notrdam kilsəsinin qozbeli 2" cizgi filmini təqdim etmişdir. 12 mart 2013-ci ildə "Notrdam kilsəsinin qozbeli" Blu-ray-də yenidən satışa çıxarılmışdır. == Rollarda == Tom Hulce — Quasimodo Demi Mur / Haĭdi Mollenhauer — Esmeralda Toni Jai — Frollo Kevin Kline — Phoebus Paul Kandel — Clopin Jason Aleksandr — Hüqo Çarlz Kimbro — Viktor Meri Uikes — Laverne Devid Oqden Stirz — Archdeacon Meri Key Berqman — Ana Quasimodo Kori Börton — Brutish Guard Bill Faqerbeyk — Oafish Guard Cim Kamminqs / Patrik Pinney — Guard / Qaraçı Qeri Trusdeyl — The Old Heretic Frenk Uelker — Gənc Quşlar == İstinadlar == == Xarici keçidlər == Rəsmi sayt Notrdam kilsəsinin qozbeli — Internet Movie Database saytında.

Digər lüğətlərdə

-вен-(ь) исходя́ из того́ что католици́зм ла́герный недовы́ручка правдоподо́бно при́стальный в миниатю́ре впрямь вы́щипать гази́ровать засу́чивать am antistatic Carpathian Mountains cocky duck-legged epoch-making fanaticism sentry-box slaughterer багетовый меняльный танзаниец чревовещание