Qoşaqovaq
Qoşaqovaq — Azərbaycan Respublikasının Ağdaş rayonunun Qoşaqovaq kənd inzibati ərazi dairəsində kənd.
Qoşaqovaq kəndi Böyük Qafqazın cənub ətəyi olan Bozadağın ətəyində yerləşir. Kənddə bir neçə inzibati idarələrin binası, məktəb, məscid yerləşir. Bundan başqa kəndin mərkəzində Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidə yerləşir. Kənd əhalisi əkinçilik, bağçılıq və heyvandarlıqla məşğul olur.