Troyka (at qoşqusu)
Troyka (at qoşqusu)
Troyka, köhnə rus at qoşqusudur. Troyka uzaq məsafəni sürətlə qət etmək üçün hazırlanmışdır. Bu, dünyada fərqli qaçışlara malik atların bağlandığı yeganə qoşqudur. Kök atı - mərkəzi at - sürətli, dəqiq yorğa qaçışla getməlidir, bağlanan atlar - yan tərəfdəki atlar - dördayaq qaçışla qaçmalıdır. Bu zaman sürət yüksələrək 45-50 km/saata çatır. Troykanın mexanizmi ondan ibarətdir ki, mərkəzdəki geniş, yorğa qaçışla qaçan atı, yandakı ona bərkidilmiş dördayaq qaçışla qaçan atlar sanki öz üzərində daşıyırlar. Bu, hər üç atın daha az yorulmasına, lakin yüksək sürəti saxlamasına imkan verir.
Rus tarixi boyunca, demək olar ki, "Çar" dan, yəni imperatordan, Sibirdəki kəndlilərə qədər hər kəs troykadan istifadə edirdi və onun hazırlandığı ağacın növü, bəzəyinin çoxluğu sahibinin maliyyə gücünü göstərirdi. Çar, qoşquları daş-qaşlarla, taxta hissəsi qızıl naxışlarla bəzədilmiş troykalarda gəzərkən, zadəganlar və varlılar nisbətən ucuz daşlarla bəzədilmiş troykalardan istifadə edirdilər və sadə insanların troykası son dərəcə adi olardı. Üstəlik yol getməyə yararsız olar, təkərlər kirşə ilə əvəz edilənədək işləyərdi.