QRÁFİK₂

[ yun. ]
1. Müxtəlif proseslərin kəmiyyətcə vəziyyətinin cizgilərlə (xətlərlə) təsviri. Hava təzyiqinin dəyişməsini göstərən qrafik.
2. İstehsalatda, nəqliyyatda və s.-də işlərin görüləcək müddətini və normaları dəqiq göstərən cədvəl, plan. Qrafik üzrə işləmək. Qrafikdən kənara çıxmaq.
– Görmürmü ki, yel bizim qrafiki vurdu dağıtdı? Mir Cəlal.
Gündəlik qrafikin həyata keçirilməsi haqqında siz heç düşünmüsünüzmü? Ə.Sadıq.

QRÁFİK₁
QRAFİ́K₃

Digər lüğətlərdə