qraflıq
qrafoloji
OBASTAN VİKİ
Qrafologiya
Qrafologiya (q.yun. γράφω — «yazmaq» və λόγος — «təlim») — Şəxs və xətt ilə bağlı elm sahəsi. == Tarixi == Hələ antik dövrlərdə qrafologiya haqqında məlumatların olduğu müəyyən edilmişdir. Aristotel, Teofast (e.ə.372-287-ci illər), Dimitri Falerskiy, məşhur antik komediyaçı Menandr (e.ə.342-292-ci illər), yunan yazıçısı Dionisi Qalikarnasskiy (e.ə.Ι əsrin ΙΙ yarısı) insanın xarakteri ilə yazısı arasında əlaqənin olduğunu müəyyənləşdirmişdilər. Bu fikri təsdiqləmək üçün tədqiqatlar aparılmış, yazılar arasında psixoloji fərqləri öyrənməyə çalışmışdılar. Məsələn, Poma imperatorlarının mirzəsi Müqəddəs Qay Trankvill imperator Avqustun yazısını analiz edərək onun, ehtiyatlı və xəsis olmasını demış və bunu hərfləri sıx və sətrləri isə yığcam yazması ilə əlaqələndirmişdir. Roma imperiyasının süqutundan sonra qrafologiyaya maraq da itir. Lakin orta əsrlərdə bu sahəyə yenidən maraq oyanır. ΧΙV əsrda bu elm sahəsi okkultizmin daxilində tədris edilməyə başlanır. Buna baxmayaraq bir çox ədiblər bu sahə ilə ciddi məşğul olmuşlar.Bunlardan Uilyam Şekspir, Höte, Lafater, Jorj Sand, Aleksandr Düma-oğul, Volter Skott, Edqar Po kimi tanınmışların adını çəkmək olar.

Digər lüğətlərdə

абсолюти́зм взаме́н пройдо́шничать разбу́ривание холецистопанкреати́т мелкозерни́стый мифологиза́ция отзови́зм складско́й творожиться ука́чивать ЧП сорбан стацея alerion babelize black blizzard disputable divine first base hellier Hibernian moppet onomancy неотвязчивый