qram-qüvvə
qram-molekulyar
OBASTAN VİKİ
Molekul
Molekul (lat. molecula; "moles" — "kütlə" sözünün qısa formasıdır) — maddənin bütün xassələrini özündə cəmləyən və atomlardan ibarət mikrohissəcik. Bəzi maddələr yalnız bir molekuldan ibarət olurlar (O2, N2, P4 və s.). Molekulları təşkil edən atomların quruluşunu xüsusi formula ilə ifadə edirlər. Süni yolla alınmış maddələrin molekulları minlərlə atomdan ibarət ola bilər. Polimerlərdə ayrıca olaraq mikromolekullardan sohbət açılır. Ancaq kimyəvi maddələrin heç də hamısı molekullardan təşkil olunmamışdırlar. Atom -müsbət yüklü nüvədən və mənfi yüklü elektronlardan ibarət elektroneytral hissəcikdir. == Atom-molekul təliminin əsas müddəaları == Atom-molekul təliminin əsas müddəaları aşağıdakılardı: Maddələr molekul və atomlardan təşkil olunmuşdur; Molekullar daim hərəkətdədir, molekulların hərəkət sürəti temperaturla düz mütənasibdir; Molekulların arasında qarşılıqlı cazibə və itələmə qüvvələri mövcuddur; Molekullar fiziki hadisələr zamanı dəyişmir, lakin kimyəvi reaksiyalarda müəyyən dəyişikliyə məruz qalır; Molekullar atomlardan təşkil olunmuşdur. Atomlar da molekullar kimi daim hərəkətdədir.
Qram
Qram (fr. gramme; işarələməsi: q, g) — Kütlənin ölçü vahidi, SQS vahidlər sisteminin 3 əsas vahidlərindən biri.
Qram determinantı
n {\displaystyle n} -ölçülü U {\displaystyle U} unitar fəzanın x 1 , x 2 , … , x n {\displaystyle x_{1},x_{2},\ldots ,x_{n}} vektorlarının ( x i , x j ) {\displaystyle (x_{i},x_{j})} skalyar hasillərindən düzəldilən n {\displaystyle n} determinantına x 1 , x 2 , … , x n {\displaystyle x_{1},x_{2},\ldots ,x_{n}} vektorlarının Qram determinantı deyilir.
Hans Kristian Qram
Hans Kristian Qram (dan. Hans Christian Gram) (13 sentyabr 1853[…], Kopenhagen – 14 noyabr 1938[…], Kopenhagen) — Dan bakterioloq. Hüquq Professoru olan Frederik Terkel Qram və Luis Kristian Roulun övladı olmuşdur. Kopenhagen Universitetində botanika oxudu və sonra zooloq Yapetus Steenstrupun assistenti kimi işləməyə başladı. Bitkiylə bağlı işləri onu farmakologiya əsasları və mikroskopun istifadəsini öyrənməsinə gətirib çıxardı. 1878-ci ildə tibb məktəbində təhsil almağa başladı və 1883-cü ildə məzun oldu. Eyni zamanda təhsili boyunca Avropanı gəzdi. 1884-ci ildə Berlində, iki böyük bakteriya sinfinin ayırd edilməsi üçün bir üsul inkişaf etdirdi. Metod Qram boyama adını aldı və biokimya və mikrobiologiya standart prosedur oldu. 1891-ci ildə Qram farmakologiya dərsləri verməyə başladı və ilin sonunda Kopenhagen Universitetində farmakologiya professoru təyin olundu.

Digər lüğətlərdə

вольво́кс досу́шивание закислённый зачередова́ться метеослу́жба отпуска́ться сарда́р свёрстываться уроло́гия чересседе́льник высе́ивание поскучне́ть профорганиза́ция рубашо́нка уве́шиваться гонобить actualité pipestem transfix unchurched интеллигентский обхаживать переполошиться повышаться флагман