QRANKA
QRAVÜRA
OBASTAN VİKİ
Qravitasiya
Cazibə qüvvəsi, qravitasiya qüvvəsi və ya sadəcə cazibə (lat. gravitas—"ağırlıq") — kütləyə malik maddi obyektlərin bir-birini cəzb etməsini bildirən təbii fenomen və fizikada təbiətin dörd fundamental qüvvələrindən biridir (başqalar güclü, elektromaqnit, zəif qüvvələr olmaqla). Cazibənin qarşılıqlı təsiri cazibə sahəsi vasitasilə yayılır və zəif olduğundan elementar zərrəcik fizikasında nəzərə alınmır.Yerin cazibə qüvvəsi nəticəsində cisimlər Yer tərəfindən cəzb edilir. Bu qüvvə həm də Yerin və başqa planetlərin trayektoriyasını təyin edir və bununla astronomiyada böyük rol oynayır. Müasir fizika cazibəyə Ümumi Nisbilik Nəzəriyyəsi çərçivəsində yanaşır, yəni fəza-zamanın əyriliyi kimi. Nyutonun nəzəriyyəsi cazibəni qüvvə kimi hesab edir və Nyutonun Ümumdünya Cazibə Qanunu asan olduğundan bir çox hesablamalarda təqribi qiymətləri tapmaq üçün istifadə olunur. == Yaranmasına dair == Qədim hind müəllifləri sərbəst düşməni artıq cismin kütləsi ilə mütənasib olan və yerin mərkəzinə yönəlmiş qüvvə ilə izah etmişlər. Aristotel yeri bütün cismləri özünə cəlb edən cism kimi təsvir etmişdir. Fars astronomu Məhəmməd ibn Musa IX əsrdə fəza cismlərinin hərkətini casibə qüvvəsi ilə izah etmişdir. Əl-Biruni XI əsrdə hind dilində olan materialları ərəb dilinə çevirir.
Qravitasiya qüvvəsi

Qravitasiya sahəsi
Qravitasiya sahəsi — qravitasiyanın mövcud olduğu fiziki sahə. Qravitasiya sahəsində sınaq cisminə təsir edən qüvvənin bu cismin nisbəti ilə ölçülən fiziki kəmiyyət qravitasiya sahəsinin intensivliyi və ya sərbəst düşmə təcili adlanır. Qravitasiya sahəsinin intensivliyi – qravitasiya sahəsində cismə təsir edən cazibə qüvvəsinin onun kütləsinə olan nisbətinə deyilir: g = F\m və ya g =GM/R2.Qravitasiya sahəsinin intensivliyi -bu sahəni yaradan cismin (burada Yerin) kütləsi ilə düz, onun mərkəzindən olan məsafənin kvadratı ilə tərs mütənasibdir. Qravitasiya sahəsinin intensivliyi vektorial kəmiyyətdir və hər yerdə onu yaradan cismin mərkəzinə doğru yönəlir.Sərbəstdüşmə təcili-bəzən qravitasiya sahəsinin intensivliyi də adlanır və Yer səthində cisimlərin havasız fəzada düşmə təcilidir. Yer qütblərdə bir qədər basıqdır və qravitasiya sahəsinin intensivliyi 9,83N\kq, ekvatorda 9,79N\kq-dır və ortalama g = 9,81N\kq götürülür. Yer səthindən h hündürlüyündə qravitasiya sahəsinin intensivliyi, gh=GM\(R+h)2 ilə hesablanır.Bu təcil cismin kütləsindən asılı deyil və 9,81N\kq və ya g = 9,81m\san2. Yer ayrı-seçkilik qoymadan bütün cisimlrə eyni sürət artırma imkanı verir. Ay səthində Ayın yaratdığı qravitastya sahəsinin intensivliyi Yer səthində Yerin yaratdığı sahənin intensivliyindən təqribən altı dəfə kiçikdir . Fizikada gravitasiya sahəsi kütləvi bir cismin öz ətrafındakı yerə uzanan təsirini izah etmək üçün başqa bir kütləvi orqan üzərində bir qüvvə çıxaran bir modeldir. Beləliklə, bir çəkisi sahə qravitasiya hadisələrini izah etmək üçün istifadə olunur və kiloqramda (N / kq) yeni tonlarla ölçülür.
Qravitasiya (film, 2013)
Yerin cazibəsi (ing. Gravity) — 2013-cü ilin, kameralı texnotriller janrında, rejissor Alfonso Kuaronun filmi; 70-ci Venesiya Kino Festivalının açılışında nümayiş olunmuşdur. Film geniş prokata 2013-cü ilin oktyabr ayında buraxılıb. == Məzmun == Rayan Stoun tibbi avadanlıqlar üzrə parlaq mühəndis, Təkrar daşınan kosmik gəmidə onun ilk missiyasını astronavt-veteran Mett Kovalski ilə birgə yerinə yetirməlidir. Mütəmadi açıq kosmosa çıxış bir fəlakətə çevrilir. Kosmik gəminin qıç nahiyyəsində yaranan dağılma nəticəsində Stoun və Kovalski tamamilə yalqız olaraq açıq kosmosun qaranlığında tək qalırlar. Onları birləşdirən yalnız bir trosdur. Qulaqbatıran sükut onu göstərir ki, onlar Yer ilə bütün əlaqələrini itiriblər və onların xilası üçün bütün ümidlər artıq yox dərəcədədir. Panikaya keçən qorxu, oksigenin yaxın zamanda bitəcəyini anlayaraq hava udumu. Xilas edilməyin yeganə çıxış yolu — kosmosun dəhşətli dərinliklərinə üz vurmaqdır.
Qravitasiya dalğalarının kəşfi
Qravitasiya dalğalarının kəşfi — 11 fevral 2016-cı ildə LIGO və İtalyanın Piza şəhərindəki Avropa rəsədxanası Virgo-nun qravitasiya dalğalarının kəşfi haqqında açıqlaması. Qeydə alınmış siqnal GW150914 adlandırılmışdır. == Tarix == Qravitasiya dalğaları – bu zaman fəzasında çox rast gəlinən elə zaman fəzasının işıq sürəti ilə geometrik strukturunun vibrasiyasıdır. Bu dalğaların mövcudluğu haqqında ilk fərziyələrin ortaya çıxması Albert Eynşteynin adı ilə bağlıdır. 1916-cı ildə Albert Eynşteyn Ümumi nisbilik nəzəriyyəsi ilə cazibə qüvvəsi deyə bir şeyin olmadığını açıqladı. Cazibə qüvvəsi hesab edilən şeylərin isə əslində kainat-zamanda olan bükülmələr olduğunu iddia etdi. Yəni, Eynşteynə görə biz insanların Yer üzərində gəzə bilməsini təmin edən şey şey, yerin cazibə qüvvəsi deyil, kainatdakı bükülmələrin bizə olan təsiridir. Eynşteynə görə heç bir şey olmayan sahədə düz şəkildə olan kainat, sahəyə hər hansı bir cisim daxil olduğu zaman əyilib-bükülür. Bu əyilmə və bükülmələr nəticəsində cazibə qüvvəsi kainatda mövcud ola bilir. Günəşin bükdüyü kosmosda Yer öz orbitində, Yerin bükdüyü kosmosda isə Ay öz orbitində fırlanmaqdadır.

Значение слова в других словарях

интернационали́зм конверсиза́ция обалдева́ть оживлённо охо́тить перепростуди́ться стереоти́пный трепе́щущий хитрёшенько вта́чивать гомеопати́ческий илова́тый иль омола́живанье польщённый прохола́живать гильдия кивес bloody-minded heirless multiyear pristine seel караванный мазок