Qrenlandiya(inzibati vahid)
Qrenlandiya (qrenlandca:Kalaallit Nunaat; dan. Grønland) — Danimarka krallığı tərkibinə daxil olan, Atlantik və Şimal Buzlu okeanları arasında yerləşən muxtar ərazi. Sahəsi 2 166 086 km², dünyanın ən böyük adası.
Qrenlandiya adı iki dan sözündən — grøn (yaşıl) və land (yer, torpaq, el, ölkə) sözlərindən ibarət olub "yaşıl el", "yaşıl diyar" mənasını verir. Azərbaycan dilinə Qrenlandiya sözü rusca Гренландия sözündən keçib.
Danimarka artıq üç yüz ildir ki, Qrenlandiyaya nəzarət edir. 1979-cu ildə əraziyə məhdud suverenlik verilib. Danimarkanın keçmiş müstəmləkəsi 21 iyun 2009-cu ildə müstəqilliyini elan edib.
Bu addım 2008-ci ilin noyabr ayında keçirilmiş referendumun nəticələrinə əsasən atılıb. Onda adanın əhalisinin böyük əksəriyyəti geniş muxtariyyəti dəstəkləmişdi.