QRİPLİ
QRUPÇU
OBASTAN VİKİ
Anonymous (qrup)
Anonymous (azərb. Anonim‎) — müxtəlif siyasi hadisələrdə, adətən dövlət təşkilatlarına aid web saytlara hücumlar təşkil edərək etirazını bildirən aktivist və haktivist qrup. Konsepsiyası qurulduğu ilk vaxtlardan təyin olunmuş bir məqsədə doğru, koordinasiyalı bir şəkildə əsasən əyləncə meylli, hansısa bir ad istifadə etməyən "onlayn" kütlə tərəfindən qəbul edilmişdir. 2008-ci ildən etibarən, getdikcə əməkdaşlığa daha çox meyl etməyə başlayan beynəlxalq internet hücumları, öncədən təyin olunmuş etiraz aksiyaları və əsasən müəllif hüquqları ilə qorunan digər əsərlərin ticarətini həyata keçirən firmaların qeyri-qanuni yayımına qarşı kompaniyalara qarşı digər kiber hücumlar ilə xatırlanır. Hücumlar, özlərini "Anonim olaraq adlandıran şəxsiyyəti naməlum olan insanlar tərəfindən həyata keçirilir. == Fəaliyyətləri == Habbo hücumu: Virtual bir otel olaraq yaradılmış olan sosial şəbəkə Habbo Anonymousun tez-tez hədəf aldığı saytlardan biridir. Hal Turner hücumu: Hal Turnerin ifadəsinə görə 2006 Dekabr və 2007 Yanvar ayında özlərini Anonymous olaraq təqdim edən insanların hücumu nəticəsində minlərlə dollarlıq zərərə məruz qalmışdır. Chris Forcandın həbs olunması: 7 Dekabr 2007-ci ildə uşaqbazlıq ittihamıyla 53 yaşlı Chris Forcand, Global Television Networkun məlumatına görə Anonymous qrupunun fəaliyyəti nəticəsində tutulmuşdur. Plan Chanology: (20 Yanvar 2008) Scientology Kilisesinə qarşı bu aksiya nəticəsində qrup mətbuatda geniş şəkildə işıqlandırılmışdır. No Cussing Club (2009) İrandakı seçkilərə etiraz aksiyaları (2009) Avstraliyada internet senzurasına qarşı aksiyalar: Operation Didgeridie (2009), Operation Titstorm (2010) Operation Leakspin Zbabwe:Zimbabve hökumətinin web saytı Wikileaks sənədlərinə tətbiq olunan senzura səbəbiylə hücuma məruz qalmışdır.
Avrora Qrup
== Haqqında == Avrora Qrup distribütor şirkəti kimi fəaliyyətinin əsası 1 noyabr 1993-cü ildə qoyulmuşdur. Şirkət fəaliyyətinə yerli və xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtımını həyata keçirməklə başlamışdır. “Avrora Qrup” hal-hazırda qida sektorunda ölkəmizin ən aparıcı distribütor şirkətlərindən biridir. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin etibarlı partnyoru olan “Avrora Qrup”un portfoliosuna “Danone”, “Ehrman”, “Arla”, “Rolton”, “Hochland”, “KraftHeinz” “Pernod Ricard”, “Diageo”, “Carlsberg”, “Jagermeister”, “Gruppo Campari”, “Brown Forman”, “Bacardi Limited” və s. kimi aparıcı şirkətlər daxildir. Şirkət distribütor fəaliyyətini daha peşəkar və davamlı həyata keçirmək üçün mərkəzi ofisi Bakıda olmaqla Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və Saatlıda filialları fəaliyyət göstərir. “Avrora Qrup”un ümumi sahəsi 39000 kv/m olan logistika mərkəzi vardır. “Avrora Qrup” distribütor şirkəti olaraq hal-hazırda 12000-dən çox ticarət nöqtəsinə 1000-dən çox məhsul çeşidinin satışını həyata keçirir. 2001-ci ildə “Avrora Qrup” fəaliyyət istiqamətlərini genişləndirərək bazarda həm də istehsalçı şirkət kimi tanınmağa başlamışdır. Şirkətin istehsalat sahələrini özündə birləşdirən “Avrora Sənaye Parkı”nda Makaron fabriki, Qənnadı fabriki, Qazlı və qazsız içkilər fabriki, Karbon Dioksid fabriki, Un istehsalı fabriki vardır.
Qrup
Qrup – 1)bir yerdə, bir-birinə yaxın olan bir neçə adam, heyvan, şey və s.; dəstə. Məsələn, bir qrup adam; 2)siyasi görüşləri, məqsədləri, peşələri və s. bir olan adamlar birləşməsi (dəstəsi). Məsələn, ictimai qruplar, ədəbi qruplar, təbliğatçılar qrupu, desant qrupu; 3)elmi təsnifatda: ümumi sistemin hissəsi, qismi, şöbəsi. Məsələn, elmlər qrupu, bitki maddələri qrupu. Qrup (riyaziyyat) — G çoxluğu qrup adlanır. Qrup nəzəriyyəsi Qrup 84 — Ankaralı 4 gənc tərəfindən qurulan musiqi qrupu. Qrup Yorum — protest və folk-rok kimi müxtəlif janrlarda musiqilər yaradan siyasi, inqilabçı türk musiqi qrupu. Qrup Hepsi (Hepsi) — Türkiyə musiqi qrupu. Sosial qrup — == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
AWS (qrup)
AWS — 2006-cı ildə Macarıstanda Bens Braker, Daniel Kökenyes, Örs Siklosi və Aron Veress tərəfindən yaradılmış metal və post-hardkor qrupu. Onlar əsasən metal, post-hardkor, psixodelik rok və alternativ rok janrlarında ifa etdikləri musiqilərə və güclü performans qabiliyyətlərinə görə tanınırlar. İndiyədək qrupun üç sinqlı, üç albomu və yeddi videoklipi təqdim olunmuşdur. Onların şiddət və zorakılığın əks etdirildiyi musiqi videolarında dünyanın üzləşdiyi problemlərə toxunulur. Qrup Macarıstanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. == Musiqi karyerası == Qrupun yaranması ilə AWS bir çox festivallarda çıxış etmişdir. Onlar Macarıstan ilə yanaşı eyni zamanda Avstriya, İngiltərə, Rumıniya və Sloveniyada da konsert proqramları ilə çıxış etmişdirlər. 2015-ci ildə qrup MTV mükafatına layiq görülmüşdür. Daha sonra onlar Blind Myself qrupu ilə birlikdə turlarda iştirak etmişdirlər. 2017-ci ilin dekabr ayında AWS qrupunun "Viszlát nyár" mahnısı ilə Macarıstanın MTVA telekanalının 2018 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak edəcəyi təsdiqlənmişdir.
Ariya (qrup)
«Ariya» — (rus. Ария) SSRİ dövründə 1985-ci ildə yaradılmış Rusiyalı heavy metal qrupu, Ariya qrupu Rusiyanın dünyaca ən məşhur metal musiqi qruplarındna biridir.Qrupun üslubu hər zaman Britaniyalı metal qrupların üslublarına bənzədilib. == Yaranışı == Ariya qrupu (gitarist) Vladimir Xolstinin və (barabançı) Alik Qranovskiy tərəfindən yaradılıb.Hər ikisidə keçmiş Alfa qrupunun üzvləri idi.Geriyə vokal üçün üzv qalmışdı,bu yeri doldurmaq üçün Valeri Kipelov daxil olaraq Ariya, qrup olaraq formalaşdı. Ariya qrupun əsas yaradıcısı Xolstinin qrupun adını bu sözlərlə demişdir: Qrupun adının heç bir mənası yoxdur, sadəcə olaraq qrupun adını bu adda qoydum ki, bizim əlfbamız kirilcədir.Bəlkə biz məşhur olacağıq deyə düşündüm və qrupun adını bu cür sadə adı seçdim.Latın əlifbası ilədə yazılanda çətinlik çəkilməsin.Hər bir musiqiçinin bir arzusu var,buda mənim arzum idi. Xolstinin daha əvvəl musiqi bəstələri etdiyi üçün qrup 1985-ci ildə ilk debüt albomları "Мания величия" adlı albomlarını buraxdı.Bu albom uğurlu olaraq qrupa konsertlərdə çıxış etməyə şans yaratdı.Çünki albomun musiqiləri Iron Maiden və Black Sabbath tipli dəbdə musiqilər idi. İkinci gitaraçı konsert fəaliyyəti üçün Andrey Bolşakov (keçmiş Ziqzaq, keçmiş Kokteyl) qrupundan dəvət olunub, . Bundan başqa, ikinci barabançı olaraqda İqor Molçanov (keçmiş Alfa) qrupundan dəvət edilib. İlk konsert 5 fevral 1986-ci ildə "CDK МАИ" də keçirildi. Elə həmin ildə qrup, artıq festivallarda iştirak edərək: May ayında və iyunun 7-8-də "Rok-panorame-86" və "Lituanike-86" mükafatlarını qazanmışdır. Qrupun əsas vokalisti Valeri Kipelov qrupda yaşadığı müəyyən problemlərdən ötrü qrupdan ayrılaraq 2002-ci ildə özünün Kipelov qrupunu quraraq fəaliyyətinə orda davam etmişdir.Valerinin yerinə 2002-ci ilin noyabr ayından Artur Berkut Ariya qrupun vokalçısı olub.
Arkona (qrup)
Arkona (rus. Аркона) — 2002-ci ildə Moskvada Maşa "Scream" Arxipova və Aleksandr "Warlock" Korolevım tərəfindən yaradılan Rusiya metal musiqi qrupu. == Haqqında == Əvvəlcə qrupun adı "Qiperboreya" adlanırdı, lakin həmin ilin fevralında qrup adını dəyişərək Arkona etdi. 2002-ci ilin sonunda qrup özünün ilk demo "Rus" albomunu yazdırdı. Daha sonra Butterfly Temple, Pagan Reign, Сварга və Rossomahaar kimi metal qrupları ilə konsertlər də çıxış etməyə başladı. 2004-cü ildə qrup iki studio studio albomlarını yazdırdı. Aprel ayında "Возрождение" adlı albomlarını və dekabrda isə "Лепта" adlı albomlarını çıxardaraq, Rusiyada öz janrları üzrə ən yaxşı qruplardan biri oldu.
Aşıqlar (qrup)
"Aşıqlar" qrupu — 1973-cü ilin avqust ayında Elxan Şıxəliyev tərəfindən yaradılıb. == Qrupun tarixi == Qrup özfəaliyyət məqsədilə yaranmışdı və həmin vaxt qrupun əksər üzvləri musiqi təhsili alırdılar. Ramiz Ağayev qrupun birinci bass gitaristi idi. Hərbi xidmətlə əlaqədar qrupdan ayrılan gitaristi Emil Həsənov əvəz edir. Sonra isə qrupda Əli Rəsulov çalmağa başlayır. Qrup Azərbaycan xalq mahnılarını yeni aranjemanda təqdim etməklə yanaşı, öz mahnılarını da bəstələyirdi. Elxan Şıxəliyev: "Biz əsasən özümüz yazıb, çalıb-oxuduğumuza görə qrupun adını da belə qoyduq. Aşıq o demək deyil ki, yalnız sazda çalmalıdır. Sözün əsl mənası odur ki, aşıq öz xalqının musiqisinə aşiqdir. Özü yazıb, çalıb-oxuyan hər musiqiçi aşıq ola bilər.
Bahman Qrup
Bahman — İranın iki böyük avtomaşın istihsal edən fabriklərindən biri.
Bandista (qrup)
Bandista — 2006-cı ildə İstanbulda yaradılmış protest musiqi qrupudur. Qurulduqdan sonra albomlarını internet vasitəsilə copyleft şəklində yayınlamış və qısa zaman ərzində məşhurlaşmışdır. == Tarixçə == Qrup 2006-cı ildə İstanbulda yaradılıb. Mahnıları kollektiv əməklərinin nəticəsi olduğu üçün qrup üzvlərinin adları açıqlanmır, amma 7 üzv olduqları bəllidir. 2008-ci ildə Rock-A(lternativ) festivalında ilk göstərilərini etmişlər. 2009-cu ildə "Paşanın Başucu Şarkıları" və "De Te Fabula Narratur", 2010-cu ildə "Dikkat Askersiz Bölge" və "Şu Anda! Şimdi!" albomları yayınlandı. Bütün albomları öz internet saytlarında copyleft formasında pulsuz olaraq yayılmışdır. Bütün albomların endirmə keçidində "Ərmağandır. Çoxaldın!
Böhran (qrup)
Böhran (azərb-kiril. Бөһран) — 1989–1991-ci illərdə Azərbaycan SSR-də fəaliyyətdə olmuş, Azərbaycan SSR DTK-nın xüsusi təyinatlı əməliyyat qrupu. Qruplaşma Azərbaycanda siyasi vəziyyətin böhranlı inkişafını lokallaşdırmaq istiqamətində çekist tədbirlərinin həyata keçirilməsi məqsədi ilə yaradılmışdı. Əməliyyat qrupu 1989-cu ildə Azərbaycan SSR DTK-nın sədri Vaqif Əliövsət oğlu Hüseynov tərəfindən yaradımışdır. Qrupun üzvləri 1990–1991-ci illərdə törədilmiş bir sıra cinayətlərdə, o cümlədən Əjdər Xanbabayevin və Telman Qurbanovun qətlində, vətəndaşlar Əliyev və Bağırovun öldürülməsinə cəhddə iştirak etmişdilər. Vaqif Hüseynov haqqında 1996-cı ildə cinayət işi açılmışdır. Rusiya hakimiyyətindən Vaqif Hüseynovun dərhal Azərbaycana ekstradisiyasını tələb etmiş, lakin Hüseynov Rusiya vətəndaşı olduğundan bundan imtina edilmişdir. 2000-ci ildə qrupun iki üzvü Sadıx Əliyev və Səbuhi Məmmədəliyev həbs edilmişdir. "Böhran" qrupu Azərbaycan hökuməti tərəfindən "terror təşkilatı" kimi tanınır. == Tarixi == === Yaradılması === Azərbaycan SSR DTK-nın sədri Vaqif Əliövsət oğlu Hüseynovun 7 oktyabr 1989-cu il tarixli 0171 saylı məxvi əmri ilə Azərbaycanda siyasi vəziyyətin böhranlı inkişafını lokallaşdırmaq istiqamətində çekist tədbirlərinin həyata keçirilməsi məqsədi ilə "Böhran" əməliyyat qrupu yaradılmışdır.
Carousel (qrup)
Carousel — 2015-ci ildə Latviyada qurulmuş Sabine Juqa və Markis Vasilyevskisdən ibarət musiqili duet. Onlar "That Night" mahnısı ilə Latviyanın Avroviziya üçün təşkil etdiyi milli seçim turu Supernova 2019-da qalib gələrək, Latviyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququnu əldə ediblər.
Dalğa (qrup)
"Dalğa" qrupu — Cənubi Azərbaycanın Təbriz şəhərində fəaliyyət göstərən musiqi qrupu. Repertuarlarında Azərbaycan xalq və aşıq mahnıları xüsusi yer tutur. Qurucusu və rəhbəri aşıq Çingiz Mehdipurdur. == Haqqında == 1990-cı ildə, Təbriz şəhərində aşıq Çingiz Mehdipur tərəfindən təsis edilib. Dünyanın 30-dan artıq ölkəsində Azərbaycan aşıq sənətinin təbliği yönümlü geniş konsert proqramı ilə çıxış edib. Dəfələrlə Bakıda geniş konsertləri olub. Bakıdakı ən son konserti "Qarabağ dərdi" adı ilə Qarabağa həsr olunub.
Debüt (qrup)
Debüt (rus. Дебют) — Sumqayıt şəhərində yaranmış Azərbaycan rok qruplarından biri. 1988-1991-ci illər arasında Azərbaycanda fəaliyyət göstərmiş pop-rok janrında ifa edən qrupun ifaları ruscadır. == Qrupun tarixi == Qrup 1988-ci ildə gitarist Rasim Qasımov tərəfindən Sumqayıt şəhərində yaradılmışdır. == Üzvləri == Daur Kusov - vokal Eqor Dervoed - zərb alətləri Rasim Qasım - gitarist İqor Tixonov - zərb alətləri Elçin Sadıqov - bass-gitar == Hazırda qrup == Qrup üzvləri hazırda Rusiyada - Moskva şəhərində yaşayırlar. Bunlardan Eqor Dervoed Qorki Park rus rok qrupunun prodüsseridir. == Diskoqrafiya == Я иду по большой аллее Вот и всё Белый снег Сумгаит Забудь печаль Призрак == İstinadlar == ↑ "ФЕНИКС литературный клуб: Eqor Dervoed". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-25.
Draconian (qrup)
Draconian — İsveçdən olan Gothic/Doom metal qrupu. Yaradıcılıqları My Dying Bride, Tristania, köhnə işləri isə Theatre of Tragedy qrupları ruhundadır.Qrup həm qadın,həm də kişi vokalından istifadə edir.Daha dəqiq qadın öz məlahətli vokalı ilə mələk, kişi isə ağır qroulu ilə şeytan obrazı yaradır. == Qrup haqqında == 1994-cü ilin may ayında 3 istedadlı isveçli gənc Johan Ericson, Andreas Hindenas və Jesper Stolpe black -ləşmiş "melodic death metal" oynamaq üçün Kerberos ansamblına daxil olmağa qərar verdilər. Yeddi ay sonra qrupa lider-vokalist və mətnlərin müəllifi Anders Jacobsson daxil olur və bundan sonra qrup adını dəyişməyi qərara alır. Növbəti bir neçə ayda qrup ilk demoları üzərində işləməyə başladılar, hansı ki, Jessica Eriksson(fleyta,vokal), Susanne Arvidsson(vokal,keyboarder), Andreas Haag(keyboarder) da iştirak etdi. Demo 1995-ci ildə tam hazır oldu və "Shades of a Last Moon" adlandırıldı. Lakin o yalnız 1996-cı ilin fevralında işıq üzü gördü. Elə bu ərəfələrdə qrupa yeni gitarist daxil oldu, bu Magnus Bergstrom (Bergis) idi. İlk demo qrupa müqavilə təklifi gətirmədi, lakin buna baxmayaraq qrup bir neçə leyblın marağına səbəb oldu və onlarla iş görmək istəyənlər peyda oldular. Elə buna görə də Draconian yanvarın sonunda ikinci demolarını - "In Glorius Victory" -ni yazdırır, hansı ki, çox pis keyfiyyətdə yazıldığına görə yenidən yazdırmaq barəsində fikirləşmişdilər.Bir neçə müddətdən sonra Susanne Arvidsson qrupu tərk edir və onu Andreas Karlsson (keyboarder,proqramlaşdırma) əvəz edir.
Dəyirman (qrup)
Dəyirman — 1999-cu ildən 2010-cu ilə qədər fəaliyyət göstərmiş Azərbaycan hip-hop qrupu. Qrupun orijinal tərkibinə Miri Yusif, ABD Malik, Elmir Məhərrəmov (L-Mir) və daha sonra qrupu tərk etmiş Anar Abdulla daxil idi. "Dəyirman" 1996-ci ildə Azərbaycan musiqi səhnəsində "Ya Qarabağ, Ya Ölüm" mahnısı ilə uğur qazanmışdır. Qrup müxtəlif dövrdə Anar Nağılbaz, Aygün Kazımova, Coolio, Elşad Xose, Faiq Ağayev, H.O.S.T., Röya, Samirə Allahverdiyeva və digər sənətkarlar ilə əməkdaşlıq edib. == Tarixi == === Qrupun yaranması === Anar Abdulla istisna olmaqla, Dəyirman qrupunun heyəti və qrupun prodüseri Emin Əfəndi İnşaat İnstitutunda (hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində) birlikdə təhsil alıblar. Anar Abdulla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi idi və Səudiyyə Ərəbistanında işinə görə qrupu tərk etmişdi. Buna baxmayaraq, Abdulla keçmiş həmkarları ilə dostluq əlaqələrini davam etdirməyə davam edirdi. 1995-ci ildə yaranan "G.G.G.Аіlesi" (Qara Qan Qardaşları Ailəsi) qrupu, 1999-cu ildə adını "Dəyirman"-a dəyişdi. Qrupun ilk olaraq müqavilə imzaladığı VVS-records musiqi studiyası qrupun ilk albomu üçün xalq mahnılarının sintezində rep konsepsiyasını təklif etdi. === Populyarlıq qazanması === "Dəyirman" 1996-ci ildə Azərbaycan musiqi səhnəsində "Ya Qarabağ, Ya Ölüm" mahnısı ilə uğur qazanmışdır.
EXO (qrup)
EXO (kor. 엑소), Seulda qurulmuş Cənubi Koreya-Çin oğlan qrupudur.Qrup 2011-ci ildə SM Entertainment tərəfindən quruldu və 2012-ci ildə debüt etdi.Qrupun 9 üzvü var- Xiumin, Suho, Lay, Bekhyon, Çen (Chen), (Chanyeol) Çanyol, D.O., Kai və Sehun. Onların Koreya, Mandarin və Yapon dillərində ifa olunan musiqiləri, əsasən ev və elektron rəqs musiqisi janrlarının elementləri də daxil olmaqla pop, hip-hop və R&B-ni özündə birləşdirir. Qrup, 2014–2018-ci illərdə "Forbes Korea Power Celebrity" siyahısında ən təsirli beş məşhurdan biri olaraq sıralanmış və müxtəlif media orqanları tərəfindən "K-pop Kings" və "Dünyanın ən böyük oğlan bandı" olaraq etiketlənmişdir. Qrup iki alt qrupa ayrılmış şəkildə on iki üzvü ilə debüt etdi: Exo-K (Suho, Bekhyon, Çanyol, DO, Kai və Sehun) və Exo-M (Xiumin, Lay, Çen və keçmiş üzvlər Kris, Luhan və Tao)). Kris, Luhan və Tao 2014 və 2015-ci illərdə şirkəti məhkəməyə verərək, qrupu ayrı-ayrılıqda tərk etdilər. Exo-K və Exo-M, 2014-cü ildə üçüncü EP "Overdose" çıxana qədər sırasıyla koreya və mandarin dillərində musiqi ifa etdilər. 2015-ci ildən bəri Exo bir dildə musiqi buraxmağa və ifa etməyə davam edərkən yalnız bir qrup olaraq ifa etdi. Çen, Bekhyon və Xiumin üzvləri Exo-CBX alt birliyi olaraq 2016-cı ildə debüt etdilər.Digər üzvlər- Sehun və Çanyol 2019-cu ildə Exo-SC alt birimi olaraq tanınmağa başladılar. Hər bir üzv ayrıca musiqi, film və televiziyada solo karyeralarını davam etdirir.
Equinox (qrup)
Equinox — Bolqar ifaçılar Jana Berqendorf, Qeorqi Simyonov, Vladimir Mixaylov və Amerikan ifaçıları Conni Manuel və Trey Kempbelldən təşkil olunan Bolqarıstan musiqi qrupu. Qrupun prodüseri Borislav Milanov qrupun adının gecə və gündüzün bərabərliyi anlamına gələn Ekinoks terminindən götürüldüyünü bildirmişdir. Equinox qrupu "Bones" mahnısı ilə Bolqarıstanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. Müsabiqənin final mərhələsinə yüksələn qrup nəticədə 166 xal toplayaraq, 14-cü yerdə qərarlaşmışdır. == Heyət == Jana Berqendorf (bolq. Жана Бергендорф) 20 oktyabr 1985-ci ildə Bolqarıstanın paytaxtı Sofiya şəhərində anadan olmuşdur. O, 7 yaşından oxumağa başlamışdır. Jana musiqi ailəsindən gəlir və onun anası və nənəsi musiqiçilər olmuşdurlar. 18 yaşında ikən Berqendorf Cənubi Koreyaya köçmüş və bir müddət orada musiqi fəaliyyətinə davam etmişdir. 2010-cu ildə o, nişanlısı Stefan ilə birlikdə Danimarkaya köçmüşdür.
Eskulap (qrup)
Eskulap — Azərbaycan rok qrupu. == Tarixi == Rafiq Babayev "Eskulap" qrupunu 1966-cı ildə Azərbaycan Tibb İnstitutunun tələbələrindən təşkil edib. Qrup fəaliyyəti dövründə eyni tərkiblə çıxış edib: Eldar Bağırov (vokal), Murad Vəzirov (vokal), Vaiz Səmədov (vokal), Əli Babayev (piano), Cəbrayıl Məstanov (solo gitara), Abbas Vəlibəyov (bass gitara), Emin Seyidəliyev (zərb aləti), Mehdi Əliyev (saksofon), Fuad Vəlibəyov (orqan). "Eskulap" müasir mahnı yaradıcılığından məharətlə istifadə etdiyi üçün öz ətrafına xeyli pərəstişkar toplaya bilir. Qrupun repertuarında həm xalq mahnıları, həm də xarici mahnılar var idi.1966-cı ildə Azərbaycan Dövlət Rus Dram Teatrında keçirilən festivalda Vaiz Səmədov vokalçılar arasında birinci yerə layiq görülür. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin 51 illiyi münasibətilə təşkil olunan rok festivalında "Eskulap" 2-ci yeri "Eksperiment OK" qrupu ilə bölüşür. 1969 və 1971-ci illərdə "Qızıl Payız" festivallarının laureatı olan qrup üzvləri diplom və medalla təltif edilir. 1971-ci ildə "Gün keçdi" filmində ekranlarda görünən, həmin dövrdə keçirilən bir çox müsabiqə və festivallarda iştirak edən "Eskulap" qrupu 1972-ci ildən fəaliyyətini dayandırır.
Etnik qrup
Etnik qrup — müəyyən qrup fərdlərin, adətən dil, əcdad, tarix, cəmiyyət, mədəniyyət, milliyət və ya sosial davranış bənzərliklərinə və ya eyniliyinə əsaslanaraq digər insanlar tərəfindən təsnifləndirilməsidir. Etnik qrup anlayışı tez-tez milliyət, etnik milliyət və bir qrup insanın digərlərindən milli zəmində fərqləndirilməsi üçün istifadə edilir. Etnik qrup - etnososial təhsil, xüsusi etnik, oxşar etnopsixoloji, etnomədəni, dil və dini əlamətlərə malikdir. Onun başa düşülməsi siyasi-hüquqi terminlərdə “milli azlıq” kimi şərh edilir. Beynəlxalq hüquqi aktlarda, BMT Konvensiyalarında “milli azlıq” və “etnik azlıq” (qrup) çox zaman adekvat kimi işlənilir. Etnik qruplar etnik ərazidə yaranır və inkişaf edir. Etnik ərazi dedikdə, müəyyən xalqın yerləşdiyi vilayət başa düşülür. Bu ərazi onu başqa xalqlardan fərqləndirən mühüm əlamətlərdən biridir. == Azərbaycanda etnik qruplar == Azərbaycanda ləzgilər, avarlar, saxurlar, rutullar, udinlər, xınalıqlar, qrızlar, buduqlar, gürcülər, talışlar, tatlar, türklər, ruslar kimi onlarla fərqli etnik qrup yaşayır. Еtnik qruplаr tаtlаr, tаlışlаr, kürdlərin dilləri – Аvrоpа dil аiləsinin İrаn budаğınа аiddir.
Europe (qrup)
Europe — 1979-cu ildə İsveçin Upplands Vasbi şəhərində qurulan isveç rok qrupu. Vokalist Joey Tempest, gitaraçı John Norum, basist Peter Olsson və nağaraçı Tony Renodur. 1982-ci ildə İsveçdə "Rock-SM" (İsveç Rok Çempionatı) televiziya yarışmasında qalib gəlməklə böyük bir irəliləyiş əldə etdilər: ilk dəfə bu yarışma keçirildi və Europe yarışın özündən daha böyük bir uğur qazandı. Yarandıqdan bəri 11 studiya albomu, 3 canlı albom, 3 kompilyasiya və 24 musiqi videosu yayımladı. 1980-ci illərdə üçüncü albomu olan 1986-cı ildə ABŞ-də 3 milyon nüsxədən çox və dünyada 15 milyon nüsxə (albom və tək daxil olmaqla) satılan Avropa beynəlxalq şöhrətə yüksəldi. Europe dünyada 25 milyondan çox qeyd satdı. 1992-ci ildə Europe hiatusa getdi, 1999-cu ildə Yeni il gecəsi Stokholmda birdəfəlik bir performans üçün bir araya gəldi və 2003-cü ildə rəsmi birliyə başladı. Europe 2015–2016-cı illərdə GEICO kabel televiziyası reklam kampaniyasında iştirak etdikdən sonra ABŞ-də yenidən diqqət qazandı. Qrupa əsasən Whitesnake, Dərin bənövşəyi, Rainbow, Led Zeppelin, İncə Lizzy, UFO və Michael Schenker Group təsir göstərir.
Fokus-qrup
Fokus qrup (müzakirə qrupu) son zamanlar geniş yayılmış informasiya toplamaq metodlarından biridir. Bazar tədqiqatlarında daha çox istifadə edilməsinə baxmayaraq, müzakirə qrupu metodu sosial tədqiqatlarda da geniş tətbiq olunur. == Haqqında == Əsasən keyfiyyət tədqiqatları aparanlar tərəfindən istifadə edilən fokus qrupda əsas məqsəd iştirakçıların mövzu barədə rəylərini və məsələlərə baxışlarını kollektiv müzakirə mühitində öyrənməkdir. Tədqiqatçıya lazım olan informasiya iştirakçıların qarşılıqlı müzakirə və söhbəti əsasında əldə edilir. Fokus qrup insanların şəxsi fikir, təcrübə, rəy, narahatlıq və arzularını öyrənmək üçün faydalı tədqiqat metodudur. Burada respondentlərin birbaşa iştirakı ilə tədqiqatçı tərəfindən müəyyən edilmiş spesifik mövzular qrup halında müzakirə olunur. Fokus qrup müzakirəsi müxtəlif mövzular üzrə aparıla bilər. Mövzular kimi fokus qrupun məqsədləri də müxtəlif ola bilər. == Tarixi == Fokus qrup informasiya toplamaq metodu kimi XX əsrin əvvəllərində yaransa da, əsasən 1990-cı illərdən etibarən sürətlə yayılmağa başlayıb. Fokus qrupları ilk dəfə 1940-cı illərdə radio studiyaları ilə əlaqəli bazar araşdırmaları kontekstində bir tədqiqat metodu kimi meydana gəlmişdir.
Fokus Qrup
Fokus qrup (müzakirə qrupu) son zamanlar geniş yayılmış informasiya toplamaq metodlarından biridir. Bazar tədqiqatlarında daha çox istifadə edilməsinə baxmayaraq, müzakirə qrupu metodu sosial tədqiqatlarda da geniş tətbiq olunur. == Haqqında == Əsasən keyfiyyət tədqiqatları aparanlar tərəfindən istifadə edilən fokus qrupda əsas məqsəd iştirakçıların mövzu barədə rəylərini və məsələlərə baxışlarını kollektiv müzakirə mühitində öyrənməkdir. Tədqiqatçıya lazım olan informasiya iştirakçıların qarşılıqlı müzakirə və söhbəti əsasında əldə edilir. Fokus qrup insanların şəxsi fikir, təcrübə, rəy, narahatlıq və arzularını öyrənmək üçün faydalı tədqiqat metodudur. Burada respondentlərin birbaşa iştirakı ilə tədqiqatçı tərəfindən müəyyən edilmiş spesifik mövzular qrup halında müzakirə olunur. Fokus qrup müzakirəsi müxtəlif mövzular üzrə aparıla bilər. Mövzular kimi fokus qrupun məqsədləri də müxtəlif ola bilər. == Tarixi == Fokus qrup informasiya toplamaq metodu kimi XX əsrin əvvəllərində yaransa da, əsasən 1990-cı illərdən etibarən sürətlə yayılmağa başlayıb. Fokus qrupları ilk dəfə 1940-cı illərdə radio studiyaları ilə əlaqəli bazar araşdırmaları kontekstində bir tədqiqat metodu kimi meydana gəlmişdir.
Fusedmarc (qrup)
Fusedmarc — vokalist Viktoriya İvanovskaya, multi instrumentalist Denisas Zuevas və dizayner Stasis Jakasdan ibarət Litvalı musiqi qrupu. Onlar "Rain of Revolution" mahnısı ilə Litvanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. Nəticədə qrup müsabiqənin ikinci yarımfinal mərhələsində 17-ci yeri tutaraq, finala adlaya bilməmişdir.
Karvan (qrup)
Karvan — 1984–1993-cü illərdə fəaliyyət göstərmiş Azərbaycan pop musiqi qrupu. == Tarixi == Qrup 1984-cü ildə Sevinc Kərimova tərəfindən Bakıda yaradılmışdır. S. Kərimova qrupun direktoru, eyni zamanda rejissoru idi. O, həm də Azərbaycan Televiziyasında ilk klip çəkən rejissor kimi tanınmışdır. Lakin bir sıra maliyyə və texniki çətinliklərə görə Karvan qrupu dağılır. Həmin vaxtlarda isə Yevgeni Baxtin və Tamilla Ağamiyeva da qrupun üzvləri idilər.Bakı Payızı-88 müsabiqəsindən sonra Karvan qrupu bərpa edilir. Müsabiqədən sonra qrupa yeni üzvlər dəvət edilir — İlqar Xəyal və Firuz İsmayılov. Qrup bərpa olunandan sonra ilk konsertini Türkiyənin İzmir şəhərində uğurla reallaşdırır. Daha sonra Bakıda Lenin Sarayında 5 gün ərzində konsert verir. Karvan qrupunu ilk dəfə Azərbaycan Televiziyasında təqdim edən Nərgiz Cəlilova olmuşdur.
Kreator (qrup)
Kreator — Almaniyanın tanınmış rok-qrupu. == Qrup haqqında == Kreator 1984-cü ildə Almaniyanın Essen şəhərində gitara və vokalda Mille Petroza, bas gitarada Rob və vurma alətlərdə Ventor tərəfindən Tormentor adıyla qurulan qrup Essen, Ruhr çayı kimi ərazilərdə meydana gələn sənaye çirkliliyini mahnılarına mövzu etmişdir. Thrash metala yaxın xəttiylə olduqca sərt və sürətli bir musiqi hazırlayan və gedərək yerli çirklilikdən əlavə ümumi olaraq ətraf problemləri üzərində sıxlaşmağa başladı. Adlarını Kreator olaraq dəyişdirdikdən sonra «Endless Pain» adlı ilk albomlarını yayımladılar və underground bazarda böyük bir maraq gördülər. İkinci albomları «Pleasure to Kill» ilə Avropanın daxilində tanınmağa başladılar və thrash metala yaxşıca yaxınlaşdılar, ancaq musiqilərinə death metal ünsürlərini da qatmışdılar. İki albom da hazırladıqdan sonra «Extreme Aggression» albomunda son dərəcə keyfiyyətli bir iş ortaya qoydular və «Coma of Souls» albomunda da bu keyfiyyəti qorudular. Sözlərində həyatın qaranlıq və ağrılı tərəfini, yox edilən ətrafı, irqçiliyi, insanlığın təbiətə və bir-birlərinə qarşı tətbiq etdiyi vəhşiliyi kimi mövzulara toxunan qrup, musiqi olaraq bu dəhşət dolu mövzuları səslə dəstəklədilər. Ancaq Almaniyanın irqçi seqmenti neonazilərin də etirazı ilə qarşılaşdılar. Lakin heavy metalın ümumi quruluşu içində bu irqçi hücumlara qarşı arxalarında daim dəstək var idi. Kreator hazırladığı musiqi ilə siyasət və ətraf mövzusunda ən sərt ifadələri istifadə edən qrup oldu və hardcore qruplarının üslublarını meydana gətirmədə nümunə aldıqları bir qrup halına gəldi.
"Aşıqlar" qrupu
"Aşıqlar" qrupu — 1973-cü ilin avqust ayında Elxan Şıxəliyev tərəfindən yaradılıb. == Qrupun tarixi == Qrup özfəaliyyət məqsədilə yaranmışdı və həmin vaxt qrupun əksər üzvləri musiqi təhsili alırdılar. Ramiz Ağayev qrupun birinci bass gitaristi idi. Hərbi xidmətlə əlaqədar qrupdan ayrılan gitaristi Emil Həsənov əvəz edir. Sonra isə qrupda Əli Rəsulov çalmağa başlayır. Qrup Azərbaycan xalq mahnılarını yeni aranjemanda təqdim etməklə yanaşı, öz mahnılarını da bəstələyirdi. Elxan Şıxəliyev: "Biz əsasən özümüz yazıb, çalıb-oxuduğumuza görə qrupun adını da belə qoyduq. Aşıq o demək deyil ki, yalnız sazda çalmalıdır. Sözün əsl mənası odur ki, aşıq öz xalqının musiqisinə aşiqdir. Özü yazıb, çalıb-oxuyan hər musiqiçi aşıq ola bilər.
2017 FİFA Konfederasiyalar Kuboku A qrupu
2017 FİFA Konfederasiyalar Kuboku A qrupunda Rusiya, Yeni Zelandiya, debütant Portuqaliya və Meksika mübarizə aparır. Bu qrupda oyunlar 17 və 24 iyun 2017-ci il arasında keçiriləcək. Ən yaxşı nəticə göstərən iki komanda yarımfinala vəsiqə qazanacaq. == Komandalar == Qeydlər == Turnir cədvəli == Yarımfinal mərhələsində: Qrupun qalibi B qrupunun ikincisi ilə qarşılaşacaq. Qrupun ikincisi B qrupunun çempionu ilə qarşılaşacaq. == Oyunlar == Bütün oyunlar Moskva vaxtı ilə (UTC+03:00).
2017 FİFA Konfederasiyalar Kuboku B qrupu
2017 FİFA Konfederasiyalar Kuboku B qrupunda Kamerun, debütant Çili, Avstraliya və Almaniya mübarizə aparır. Bu qrupda oyunlar 18 və 25 iyun 2017-ci il arasında keçiriləcək. Ən yaxşı nəticə göstərən iki komanda yarımfinala vəsiqə qazanacaq. == Komandalar == Qeydlər == Turnir cədvəli == Yarımfinal mərhələsində: Qrupun qalibi A qrupunun ikincisi ilə qarşılaşacaq. Qrupun ikincisi A qrupunun çempionu ilə qarşılaşacaq. == Oyunlar == Bütün oyunlar Moskva vaxtı ilə (UTC+03:00).
2018 FİFA Dünya Kuboku A qrupu
2018 FİFA Dünya Kuboku A qrupunda oyunlar 14-25 iyun 2018 tarixlər arasında oynanıldı. Qrupdakı komandalar Rusiya, Səudiyyə Ərəbistanı, Misir və Uruqvay millilərindən ibarətdir.Qrupda ilk iki yeri tutan Uruqvay və Rusiya milliləri 1/8 final mərhələsinə yüksəldi. == Komandalar == Qeydlər == Turnir cədvəli == 1/8 Final mərhələsində: A qrupu birincisi Uruqvay, B qrupu ikincisi Portuqaliya millisi ilə oynadı. A qrupu ikincisi Rusiya, B qrupu birincisi İspaniya millisi ilə oynadı. == Oyunlar == Məqalədəki bütün oyunların vaxtı Rusiya vaxtı ilə verilib. === Rusiya - Səudiyyə Ərəbistanı === İki komanda yalnız bir dəfə üz-üzə:1993-cü ildə yoldaşlıq oyununda üz-üzə gəlib.Oyunda Səudiyyə Ərəbistanı rəqibinə 4 - 2 hesabıyla qalib gəlmişdi. === Misir - Uruqvay === İki komanda yalnız bir dəfə-2006-cı ildəki yoldaşlıq oyununda üz-üzə gəliblər və Uruqvay millisi oyunda 2 - 0 hesabı ilə rəqibinə qalib gəlmişdi.
2018 FİFA Dünya Kuboku B qrupu
2018 FİFA Dünya Kuboku B qrupu nda oyunlar 15-25 iyun 2018 tarixlər arasında oynanıldı.Qrupdakı komandalar Portuqaliya, İspaniya, Mərakeş və İran millilərindən ibarətdir.Qrupda ilk iki yeri tutan İspaniya və Portuqaliya milliləri 1/8 final mərhələsinə yüksəldi. == Komandalar == Qeydlər == Turnir cədvəli == 1/8 Final mərhələsində: B qrupu birincisi İspaniya, A qrupu ikincisi Rusiya millisi ilə oynadı. B qrupu ikincisi Portuqaliya, A qrupu birincisi Uruqvay millisi ilə oynadı. == Oyunlar == Məqalədəki bütün oyunların vaxtı Rusiya vaxtı ilə verilib.
2018 FİFA Dünya Kuboku C qrupu
2018 FİFA Dünya Kuboku C qrupu nda oyunlar 16-26 iyun 2018 tarixlər arasında oynanıldı.Qrupdakı komandalar Fransa, Avstraliya, Peru və Danimarka millilərindən ibarətdir.Qrupda ilk iki yeri tutan Fransa və Danimarka milliləri 1/8 final mərhələsinə yüksəldilər. == Komandalar == Qeydlər == Turnir cədvəli == 1/8 Final mərhələsində: C qrupu birincisi Fransa, D qrupu ikincisi Argentina millisi ilə oynadı. C qrupu ikincisi Danimarka, D qrupu birincisi Xorvatiya millisi ilə oynadı. == Oyunlar == Məqalədəki bütün oyunların vaxtı Rusiya vaxtı ilə verilib. === Fransa - Avstraliya === İki komanda sonuncu dəfə,2013-cü ildəki yoldaşlıq oyununda qarşı-qarşıya gəldilər və bu oyunda Fransa rəqibinə 6 - 0 hesabı ilə qalib gəlmişdi. === Peru - Danimarka === İki komanda ilk dəfədir ki qarşı-qarşıya gəlirlər.
2018 FİFA Dünya Kuboku D qrupu
2018 FİFA Dünya Kuboku D qrupu nda oyunlar 16-26 iyun 2018 tarixlər arasında oynanıldı.Qrupdakı komandalar Argentina, İslandiya, Xorvatiya, Nigeriya millilərindən ibarətdir.Qrupda ilk iki yeri tutan Xorvatiya və Argentina milliləri 1/8 final mərhələsinə yüksəldi. == Komandalar == Qeydlər == Turnir cədvəli == 1/8 Final mərhələsində: D qrupu birincisi Xorvatiya, C qrupu ikincisi Danimarka millisi ilə oynadı. D qrupu ikincisi Argentina, C qrupu birincisi Fransa millisi ilə oynadı. == Oyunlar == Məqalədəki bütün oyunların vaxtı Rusiya vaxtı ilə verilib. === Argentina - İslandiya === === Xorvatiya - Nigeriya === === Argentina - Xorvatiya === === Nigeriya - İslandiya === === Nigeriya - Argentina === === İslandiya - Xorvatiya === == İntizam == Fair play xalları: ilk sarı kart: -1 xal ikinci sarı kart ( və nəticədə qırmızı kart): -3 xal birbaşa qırmızı kart: -4 xal sarı kart və birbaşa qırmızı kart: -5 xalYuxarıdakı qaydalar komandada oynayan hər oyunçuya tətbiq olunur.
2018 FİFA Dünya Kuboku E qrupu
2018 FİFA Dünya Kuboku E qrupunda oyunlar 17-27 iyun 2018 tarixlər arasında oynanıldı.Qrupdakı komandalar Braziliya, İsveçrə, Kosta-Rika və Serbiya millilərindən ibarətdir.Qrupda ilk iki yeri tutan Braziliya və İsveçrə milliləri 1/8 final mərhələsinə yüksəldilər. == Komandalar == Qeydlər == Turnir cədvəli == 1/8 Final mərhələsində: E qrupu birincisi Braziliya, F qrupu ikincisi Meksika millisi ilə oynadı. E qrupu ikincisi İsveçrə, F qrupu birincisi İsveç millisi ilə oynadı. == Oyunlar == Məqalədəki bütün oyunların vaxtı Rusiya vaxtı ilə verilib. === Kosta-Rika - Serbiya === İki komanda ilk dəfədir qarşı-qarşıya gəlirlər === Braziliya - İsveçrə === === Braziliya - Kosta-Rika === === Serbiya - İsveçrə === === Serbiya - Braziliya === === İsveçrə - Kosta-Rika === == İntizam == Fair play xalları: ilk sarı kart: -1 xal ikinci sarı kart ( və nəticədə qırmızı kart): -3 xal birbaşa qırmızı kart: -4 xal sarı kart və birbaşa qırmızı kart: -5 xalYuxarıdakı qaydalar komandada oynayan hər oyunçuya tətbiq olunur.
2018 FİFA Dünya Kuboku F qrupu
2018 FİFA Dünya Kuboku F qrupu nda oyunlar 17-27 iyun 2018 tarixlər arasında oynanıldı.Qrupdakı komandalar Almaniya, Meksika, İsveç, Cənubi Koreya millilərindən ibarətdir.Qrupda ilk iki yeri tutan İsveç və Meksika milliləri 1/8 final mərhələsinə yüksəldilər. == Komandalar == Qeydlər == Turnir cədvəli == 1/8 Final mərhələsində: F qrupu birincisi İsveç, E qrupu ikincisi İsveçrə millisi ilə oynadı. F qrupu ikincisi Meksika, E qrupu birincisi Braziliya millisi ilə oynadı. == Oyunlar == Məqalədəki bütün oyunların vaxtı Rusiya vaxtı ilə verilib. === Almaniya - Meksika === === İsveç - Cənubi Koreya === İki komanda 4 dəfə üz-üzə gəliblər.Millilər arasındakı sonuncu oyun 2005-ci ildə dostluq oyunu çərçivəsində keçirilib və oyun 2 – 2 hesabı ilə başa çatıb. === Cənubi Koreya - Meksika === === Almaniya - İsveç === === Cənubi Koreya - Almaniya === === Meksika - İsveç === == İntizam == Fair play xalları: ilk sarı kart: -1 xal ikinci sarı kart ( və nəticədə qırmızı kart): -3 xal birbaşa qırmızı kart: -4 xal sarı kart və birbaşa qırmızı kart: -5 xalYuxarıdakı qaydalar komandada oynayan hər oyunçuya tətbiq olunur.
2018 FİFA Dünya Kuboku G qrupu
2018 FİFA Dünya Kuboku G qrupu nda oyunlar 18-28 iyun 2018 tarixlər arasında oynanıldı. Qrupdakı komandalar Belçika, Panama, Tunis, İngiltərə millilərindən ibarətdir.Qrupda ilk iki yeri tutan Belçika və İngiltərə milliləri 1/8 final mərhələsinə yüksəldilər. == Komandalar == Qeydlər == Turnir cədvəli == 1/8 Final mərhələsində: G qrupu birincisi Belçika, H qrupu ikincisi Yaponiya millisi ilə oynayacaq. G qrupu ikincisi İngiltərə, H qrupu birincisi Kolumbiya millisi ilə oynayacaq. == Oyunlar == Məqalədəki bütün oyunların vaxtı Rusiya vaxtı ilə verilib. === Belçika - Panama === Rəqiblər bu matçdan əvvəl heç vaxt üz-üzə gəlməyib. === Tunis - İngiltərə === === Belçika - Tunis === === İngiltərə - Panama === === İngiltərə - Belçika === === Panama - Tunis === == İntizam == Fair play xalları: ilk sarı kart: -1 xal ikinci sarı kart ( və nəticədə qırmızı kart): -3 xal birbaşa qırmızı kart: -4 xal sarı kart və birbaşa qırmızı kart: -5 xalYuxarıdakı qaydalar komandada oynayan hər oyunçuya tətbiq olunur.
2018 FİFA Dünya Kuboku H qrupu
2018 FİFA Dünya Kuboku H qrupu nda oyunlar 19-28 iyun 2018 tarixlər arasında oynanıldı.Qrupdakı komandalar Polşa, Kolumbiya, Seneqal, Yaponiya millilərindən ibarətdir.Qrupda ilk iki yeri tutan Kolumbiya və Yaponiya milliləri 1/8 finala yüksəldilər. Dünya Kubokları tarixində ilk dəfə məhz bu qrupda növbəti mərhələyə keçəcək komandanı müəyyənləşdirmək üçün "fair-play" qaydalarından istifadə edildi.Belə ki,Yaponiya və Seneqal milliləri əsas Klassifikasiya qaydalarına əsasən 2-ci yeri tutmuşdular.Lakin Yaponiya Seneqaldan daha az sarı kart aldığı üçün 1/8 final mərhələsinə yüksəldi. == Komandalar == Qeydlər == Turnir cədvəli == 1/8 Final mərhələsində: H qrupu birincisi Kolumbiya, G qrupu ikincisi İngiltərə millisi ilə oynadı. H qrupu ikincisi Yaponiya, G qrupu birincisi Belçika millisi ilə oynadı. == Oyunlar == Məqalədəki bütün oyunların vaxtı Rusiya vaxtı ilə verilib. === Kolumbiya - Yaponiya === === Polşa - Seneqal === === Yaponiya - Seneqal === === Polşa - Kolumbiya === === Yaponiya - Polşa === === Seneqal - Kolumbiya === == İntizam == Fair play xalları: ilk sarı kart: -1 xal ikinci sarı kart ( və nəticədə qırmızı kart): -3 xal birbaşa qırmızı kart: -4 xal sarı kart və birbaşa qırmızı kart: -5 xalYuxarıdakı qaydalar komandada oynayan hər oyunçuya tətbiq olunur.
3,14... (musiqi qrupu)
3,14... — Azərbaycan rok arenasında ilk dəfə Death/Doom metal janrında ifa edən musiqi qrupu. == Bioqrafiya == Qrup 2002-ci ilin sentyabr ayında, Dissonans rok qrupunun fəaliyyətini dayandırması nəticəsində Maksim Koçetov və Emin Kərimov tərəfindən yaradılmışdır. Bir qədər sonra qrupa vokalçı Seva Hacıyeva və zərbçi Vadim Ələkbərov da qoşulmuşdur. Heyət tam komplektivləşdiriləndən sonra məşqlərə start verilmişdir. Səhnədə ilk addımlar "Alma Mater" adıyla 2003-cü ilə "Black Jack" klubunun səhnəsində atılmışdır. 2006-ci ildə qrup həm adını həm də heyətini dəyişdirdi. Keçmiş ad "Alma mater", "3,14..."-lə(Cəbr elmindəki "Pi" və yaxud "π" işarəsinin açması) - əvəz olunur. 2007-ci ilin mart ayında "3,14..." ilk demo albomunu buraxır.Albom 8 kompozisiyadan ibarətdir - onlardan ikisi kaver olmuşdur. Albomdakı mahnıları qrup, o vaxtlar İTV telekanalında yayımlanan "Qaraj" verlişində canlı ifa etmişdir.
3,14... (qrup)
3,14... — Azərbaycan rok arenasında ilk dəfə Death/Doom metal janrında ifa edən musiqi qrupu. == Bioqrafiya == Qrup 2002-ci ilin sentyabr ayında, Dissonans rok qrupunun fəaliyyətini dayandırması nəticəsində Maksim Koçetov və Emin Kərimov tərəfindən yaradılmışdır. Bir qədər sonra qrupa vokalçı Seva Hacıyeva və zərbçi Vadim Ələkbərov da qoşulmuşdur. Heyət tam komplektivləşdiriləndən sonra məşqlərə start verilmişdir. Səhnədə ilk addımlar "Alma Mater" adıyla 2003-cü ilə "Black Jack" klubunun səhnəsində atılmışdır. 2006-ci ildə qrup həm adını həm də heyətini dəyişdirdi. Keçmiş ad "Alma mater", "3,14..."-lə(Cəbr elmindəki "Pi" və yaxud "π" işarəsinin açması) - əvəz olunur. 2007-ci ilin mart ayında "3,14..." ilk demo albomunu buraxır.Albom 8 kompozisiyadan ibarətdir - onlardan ikisi kaver olmuşdur. Albomdakı mahnıları qrup, o vaxtlar İTV telekanalında yayımlanan "Qaraj" verlişində canlı ifa etmişdir.
5+1 qrupu
Altılıq (ing. P5+1, E3+3, həmçinin 5+1 qrupu və avroüçlük+3 adları ilə tanınır) — fəaliyyətini İranın nüvə proqramının hərbi məqsədlərlə istifadəsinin qarşısını almağa yönəltmiş 6 böyük dövlətin forumu. Bu qrupa BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü — ABŞ, Böyük Britaniya, Çin, Fransa və Rusiya, həmçinin İranın ən böyük iqtisadi tərəfdaşı olan Almaniya daxildir. == Tarixi == 2006-cı ilin iyununda Çin, Rusiya və ABŞ İranla onun nüvə proqramının məhdudlaşdırılması istiqamətində 2003-cü ildən danışıqlar aparan Avroüçlük ölkələrinə qoşuldular. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik və "altılıq" ölkələri ilə İran arasında aparılan danışıqların uğursuzluqla nəticələnməsindən sonra BMT Təhlükəsizlik Şurası 2006-2010-cu illərdə BMT Nizamnaməsinə əsaslanan və İrana qarşı sanksiyaların yeridilməsini nəzərdə tutan 6 qətnamə qəbul etdi. BMT TŞ İrandan uranın zənginləşdirilməsi ilə bağlı fəaliyyətini dayandırmasını və ağır su reaktorunun tikintisini dayandırmasını tələb etsə də, bu tələblər yerinə yetirilmədi.
Abşeron Otel Qrup
"Absheron Hotel Group" — Paşa Holdinqə məxsus otellər qrupu.
Acanq Acanq qrupu
Acanq Acanq qrupu — Filippinin cənubundakı terror təşkilatı olan Əbu Səyyaf qruplaşmasının xüsusi bir qolu. Qrup "Əkiz bombalama" hücumları ilə məşhurluq qazanmışdır. 27 yanvar 2019-cu ildə Sulunun Xolo şəhərindəki Katolik kilsəsində baş vermiş partlayışın arxasından bu qrupun olduğu iddia edilmişdir. Hadisə nəticəsində 18 nəfər həyatını itirmişdir.
Aldabra (adalar qrupu)
Aldabra adaları — Xarici Seyşel adalarının bir hissəsidir. Aldabra qrupu adaların cənub-qərbində, Mae adasında yerləşən paytaxt Viktoriyadan 1000 kilometr (620 mil) məsafədə yerləşir. == Əhali və ərazi == Qrupda 3 məskubnlaşılmış və 1 məskunlaşılmamış ada var. Hazırda əsas yaşayış məskəni böyük bir hərbi bazanın inşasının davam edildiyi Assampşen adasında yerləşir. Digər kənd isə Aldabradakı Aldabra Araşdırma Stansiyasıdır. Yalnız 2 nəfərdən ibarət olan ən kiçik kənd Astov adasındadır. Menai adasında isə tərk edilmiş kənd, Kosmoledo yerləşir. Aldabra adalar qrupunun ümumi sahəsi 180,03 km²-dir.
Alqonkinlər (xalqlar qrupu)
Alqonkinlər — Şimali Amerikada dilcə qohum hindi tayfalar qrupu. Atlantik okeanı sahillərindən Qayalı dağlara qədər uzanan geniş ərazidə yaşayırdılar. Alqonkinlərin xeyli hissəsi Avropa müstəmləkəçiləri tərəfindən qırılmışdır. Sağ qalanları rezervasiyalarda yaşayırlar. Dilləri alqonkin dilləri ailəsinə mənsubdur. Əkinçilik və ovçuluqla məşğul olur, meşə təsərrüfatı və mədənlərdə işləyirlər. Alqonkinlərin dini totemizm və ona yaxın olan etiqaddır. == Adlandırma == Alqonkin adı ən dar (Algonquin) mənası ilə alqonkinləri və dillərini, ən geniş (Algonquian) mənası ilə də Alqonkin xalqları və dillərini ifadə edir. Alqonkin termini maliset dilindəki "elakómkwik" (ɛlæˈɡomoɡwik ;«bizim qohumlar») sözündən yarandığı iddia olunur. == Təsnifat == Mədəni cəhətdən alqonkinlər 4 qrupa ayrılır: 1.
Amadori qruplaşması
Amadori qruplaşması- aldozun N-glikozidlərinin 1-amino-1-deoksiketozaya izomerləşməsidir. İtalyan kimyaçısı Mario Amadori [de] tərəfindən kəşf edilmişdir. Amadori qruplaşması turşular tərəfindən kataliz edilir və aldiminlərin aralıq birləşmə əmələ gələrkən yaranır.Bu zaman N-qlikozid 1-in piranoz tsiklinin açılması zamanı əmələ gələn və iminin 3-dən 2-hidroksienaminin (və ya ekvivalent olaraq, 2-aminoenol) 4 turşu katalizli tautomerləşməsindən əldə edilir. Öz növbəsində 1-amino-1-deoksiketoza 5 2-oksoaminə - tautomerləşir: Amadori qruplaşması eləcə də, qliserindehiddən alınan əsaslar üçün də xarakterikdir: R-CH(OH)CHO + R'NH2 → {\displaystyle \to } R-CH(OH)CH=NR' + H2O R-CH(OH)CH=NR' → {\displaystyle \to } R-COCH2NHR'Birincil aromatik aminlərin N-glikozidləri daha asanlıqla qruplaşır; Amadori qruplaşması da birinci və ikinci alifatik aminlərin qlikozil törəmələri halında baş verir. Amadori qruplaşması karbohidrogenlər kimyasında aldozları ketoza çevirmək üçün istifadə olunur, bu məqsədlə ketozdan və birinci aminlərdən alınan 1-amino-1-deoksiketozlar azot turşusunun təsiriylə zərərsizləşdirilir; məsələn, fruktoza qlükozadan sintez edilə bilər. Amadori qruplaşması həm də aldozlarla amin turşuları arasındakı Mayyar reaksiyasının ilk mərhələsidir ki, bu da yemək hazırlığı zamanı tünd rəngli qidaların (melanoidinlər) əmələ gəlməsinə səbəb olur. Ketoz təsiri altında N-glikozid ketozlar, analoji olaraq 2-amino-2-deoksialaldozlarda (yenidən qruplaşma Amadori və ya Hayans qruplaşması) oxşar bir mexanizm ilə yenidən qruplaşır. == Mənbə == О. А. Реутов, А. Л. Курц, К. П. Бутин Органическая химия в 4-х частях, Изд.: «БИНОМ. Лабораторя знаний», М., 2004. Ли Дж. Дж.
And dillər qrupu
Amerind dilləri — Kolumböncəsinə qədər Amerika qitəsində danışılan yerli dillər - başda qədim astek, maya, keçua dillərini ehtiva edən böyük dil ailəsi. Amerind dilləri hipotezi ilk dəfə amerikalı linqvist Cozef Qrinberq tərəfindən elm dünyasında təklif olunmuşdur. Hipotezin təsdiqlənmiş və çözülmüş iddiaları mövcuddur.
Azərbaycan rok-qrupları
Azərbaycan roku — rok musiqisinin qollarından biri. Azərbaycanda rok janrı 1960-cı illərdən yaranmağa başlayıb. 1970-ci illərdə Azərbaycanda rokunun yaranmasında "Üç alov" qrupu ilə rəqabət aparan iki qrup — "Eksperiment OK" və "Aşıqlar" qrupu oynayıb. == Tarixi == === 1960-cı illər === Azərbaycanda rok janrı 1960-cı illərdən yaranmağa başlayıb. Bu dövrdə Azərbaycan SSR komsomolunun rəhbərliyinin aktivliyi nəticəsində şərti olaraq ideoloji xarakter daşıyan, məğzinə görə isə gənclərin əsl musiqi baxışını əks edən müxtəlif festival və müsabiqələr keçirilirdi. Bunların arasında ən genişmiqyaslısı isə müxtəlif janrları (cazdan xalq musiqisinədək) özündə birləşdirən və ajiotajla müşahidə olunan "Qızıl Payız” festivalı idi.Xarici qruplardan təsirlənən gənclər məktəblərdə, universitetlərdə, mədəniyyət evlərində müxtəlif özfəaliyyət qrupları yaradıb, geyim tərzi və mahnılarında onları təkrarlayırdılar. 1970-ci illərin əvvəllərinədək əsasən soft-rok, ritm və blyuz (R&B) çalan "Eskulap”, "Xürrəmilər”, "Ekspress-118”, "Pəzəvəng”, "Üvet” ansamblları yarandı və gənclər tərəfindən çox böyük rəğbətlə qarşılandı.1968-ci ildə Azərbaycanda ilk rok festivalı Bakının Əl Oyunları sarayında, 1970-ci ildə isə Bakı Dövlət Universitetində keçirilmişdi. === 1970-ci illər === 1970-ci illərdə nisbətən Qərb musiqisinin təsirindən uzaqlaşıb öz musiqi stilini yaradan qruplar meydana çıxır. Bu qruplar daha xarici mahnılarla kifayətlənmir, yeni fikir və hisslər ifadə edən əsərlər yaratmağa başlayır. Daha çox caz-roka üstünlük verən "Cürbəcür”, "Brevis”, "Üç alov” bu qruplara aid edilə bilər.
BTS (musiqi qrupu)
BTS (Hanqıl: 방탄소년단; hança: Bangtan Sonyeondan) — 2010-cu ildə fəaliyyətə başlamış, 2013-cü ildə Cənubi Koreyanın Big Hit Intertainment (Hybe Corporation) agentliyi tərəfindən rəsmi olaraq çıxış etmiş 7 üzvdən ibarət olan hip-hop və K-pop qrupu.Əvvəlcə sadəcə hip-hop qrupu olan BTS, illər keçdikcə musiqi tərzlərini inkişaf etdirərək digər janrlarda da musiqilər yayımlamağa başladılar. Yazdıqları musiqi sözləri əsasən şəxsi və sosial şərhlərə yönəlmiş, zehni sağlamlıq, məktəb yaşlarındakı gənclərin problemləri, özünü sevmək və fərdiyyət mövzularına toxunur. Onların albomları, musiqi videoları və s. müəyyən bir konsepsiya və hekayə üzrə irəlileyir. 2013-cü il iyunun 13-ü "2 Cool 4 Skool" adlı ilk albomları ilə debüt etdikdən sonra 2014-cü ildə BTS ilk Koreya dilində "Dark & Wild" və Yapon dilində "Wake Up" studiya albomlarını yayımladı. Qrupun ikinci koreyaca studiya albomu "Wings" (2016) onların Cənubi Koreyada 1 milyon nüsxə satan ilk albomudur. 2017-ci ilə qədər, artıq BTS çoxsaylı satış rekordlarını qıran qlobal musiqi bazarına keçdi. Onlar Recording Industry Association of America (RIAA) -da "MIC Drop" mahnısı üçün sertfikat alan ilk koreyalı qrup, eyni zamanda "Love Yourself: Tear" (2018) studiya albomu ilə ABŞ Billboard 200 siyahısına yüksələn ilk koreyalı sənətçi oldular. BTS, The Beatles-dən sonra iki ildə az bir müddətdə dörd ABŞ nömrəli albom qazanan ən sürətli qrup oldu. 2020-ci ildə isə "Dynamite", "Savage Love (Laxed - Siren Beat)" remiksi və "Life Goes On" adlı mahnısı ilə Billboard Global 200 və ABŞ Billboard Hot 100-də birinci yerə çıxan ilk Cənubi Koreyalı sənətçi oldu.
Babadağ qrupu
Şahdağ xalqları və ya Şahdağ milli etnik qrupu və ya Şahdağlılar — azərbaycanlıların tərkib hissəsi; Azərbaycanın aborigen əhalisi; etnik azlıqlar.Şahdağ milli etnik qrupuna daxil olan etnoslar Quba rayonunun Buduq, Cek, Əlik, Haput, Qrız, Xınalıq və Yergüc kəndlərinin adlarına müvafiq olaraq buduqlular, ceklilər, əliklilər, haputlular, qrızlılar, xınalıqlılar, yergüclülər adlanır. Say eetibarilə az olsalar da, bu kəndlərin hərəsinin əhalisi ayrı-ayrılıqda bir etnik qrupdur. Bu yeddi etnosun mərkəzi igamətgahları Şahdağ platosunda yerləşir və bir-birinə çox yaxındır. Azərbaycan Respublikasında yaşayan şahdağlıların ümumi sayı 45 min nəfərdir. XX əsrdə mövcud olmuş Sovet xalqı nəzəriyyəsi digər SSRİ xalqları, o cümlədən Qafqaz xalqları kimi Şahdağ xalqlarına da çox ziyan gətirmiş, bu xalqların bəzi adət-ənənələrinin ləğv olunması, yaxud unudulması ilə nəticələnmişdir. == Ümumi məlumat == Şahdağ xalqları Azərbaycan Respublikasının şimal-şərq hissəsində, Böyük Qafqazın Şahdağ platosu boyunca məskən saldıqları üçün "Şahdağ etnik qrupu" və ya "Şahdağ xalqlarının nümayəndəsi" kimi fərqləndirilir. Sayca azlıq təşkil edən bu xalqlar tarixən Buduq, Cek, Əlik, Haput, Xınalıq, Qrız və Yergüc kəndlərində məskunlaşdıqları üçün müvafiq olaraq buduqlular, ceklilər, əliklilər, haputlular, xınalıqlılar, qrızlılar və yergüclülər adlanırlar. Əcdadları Qafqaz albanları ehtimal olunan bu yeddiliyin hər birinin özünə xas adət-ənənəsi, mədəniyyəti, hətta ayrıca dili mövcuddur. Onlar mənsub olduqları kəndin dilində danışırlar. Yəni hər kəndin özünün dili var.

Digər lüğətlərdə

ароматизи́рованный выде́лывать го́ло расфы́ркаться уго́дье уеда́ть звони́ться конве́рсия одея́ло папа́ня че́рпанье канат копец тварь anatripsis butter Caucasus Indicus chemosensing egg cream half-wellingtons preoperative self-drive sentimentalist subfebrile неистовость