QUBAR

is. [ ər. ]
1. klas. Toz, torpaq.
2. məc. Kədər, dərd, qəm, qüssə. Getdi o köhnə qubari ki, gözümdə var idi. Heyran xanım.
Zülmətin yer üzünü qaplaması; Qəlblərdə oyandırırdı qubar. C.Cabbarlı.
Keçər ürək dərdi, könül qubarı; Gəl etmə meydançada cövlan, ayrılıq. N.Rəfibəyli.

□ Qubar bağlamaq – bax qubarlanmaq.
Qubar etmək (eyləmək) – kədərləndirmək, qəmləndirmək, dərdləndirmək.
Göz yaşı tökdükcə könül; Dəxi də çox qubar eylər. Q.Zakir.
İndi Mədəd muzdur şərtnamələrini xatırladıqca, onun ürəyində qubar etməyə başlayırdı. S.Rəhimov.

Qubar olmaq – böyük dərd olmaq.
Kədərin toplanıb qubar oldu; Nazənin cisminə məzar oldu. A.Səhhət.

Синонимы

  • QUBAR qubar bax 1. torpaq 1; 2. qəm
  • QUBAR toz
  • QUBAR kədər — dərd — qəm — qüssə

Антонимы

  • QUBAR QUBAR – SEVİNC Zülmətin yer üzünü qaplaması; Qəlblərdə oyandırırdı qubar (C.Cabbarlı); Gözlərində sevinc işartısı vardı (S

Этимология

  • QUBAR Ərəb mənşəlidir (əsli: qübar), “toz”, “torpaq” mənalarında işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
QUBA-QAZ
QUBARLANMA

Значение слова в других словарях

ваго́н-рестора́н двужи́льный дезавуи́роваться камчада́лка проны́ть распихну́ть двухтысячеле́тний имити́роваться крети́нка ме приди́рка шеф баранта dinner clothes factionalize fire out gin-house godson killer scopophilia townsfolk well-hung водолазный нагорать отражательный