qubarlı-qubarlı
qubernator
OBASTAN VİKİ
Bakı Müdafiə Rayonu Hərbi General-qubernatorunun İdarəsi
Bakı Müdafiə Rayonu Hərbi General-qubernatorunun İdarəsi — Azərbaycan Xalq Cümhuriyyəti ərazisinin müdafiəsini möhkəmləndirmək məqsədilə yaradılmış xüsusi hərbi idarəçilik orqanı. == Yaradılması == Denikin ordusu və erməni-daşnak quldurları tərəfindən yaranmış təhlükə ilə əlaqədar 1919-cu ilin payızında Azərbaycan ordusu sərhəddə cəmləşdirilmişdi. Hərbi hissələrin və polisin fəaliyyətini əlaqələndirmək, Bakının müdafiəsini vahid idarə orqanında birləşdirmək məqsədilə 1919 il sentyabrın 13-də Dövlət Müdafiə Komitəsi Bakı müdafiə rayonunun rəisi vəzifəsini təsis etdi və onu hərbi general-qubernator vəzifəsi ilə birləşdirdi. Bakı şəhər rəisliyinin bütün ərazisi və şəhər rəisinin özü Bakı müdafiə rayonunun rəisinə, o isə hərbi nazirə tabe idi. == Rəhbərlik == Müdafiə rayonunun rəisi hərbi nazirin təqdimatı ilə Nazirlər Şurasının sədri tərəfindən təyin edilirdi. General-mayor Həbib bəy Səlimov müdafiə rayonunun rəisi, general-mayor Murad Gəray bəy Tlexas isə Bakı müdafiə rayonunun hərbi general-qubernatoru təyin olunmuşdu === Hərbi general-qubernator === Bakı hərbi general-qubernatoru vəzifəsi, bundan əvvəl Dövlət Müdafiə Komitəsinin qərarı ilə (1919, 13 sentyabr) Bakı İstehkamçılar hissəsinin rəisi təyin edilmiş general-mayor Murad Gəray Tlexasa (əvvəlki vəzifələrində qalmaqla) həvalə olunmuşdur. Bu orqan mülki idarəçiliklə inzibati idarəçiliyi özündə birləşdirməklə geniş səlahiyyətlərə malik idi. M.G.Tlexas Bakının hərbi general qubernatoru kimi imzaladığı 1 saylı əmrində öz qarşısında aşağıdakı vəzifələrin durduğunu bildirirdi: Bakı hərbi general-qubernatorluğunda cinayətkarlığın aradan qaldırılması; general-qubernatorluqda şəxsi və ictimai maraqlara və dövlətin əmin-amanlığına meyilli olan əhalinin işlərinə geniş yardım göstərilməsi; milliyətindən, məzhəbindən, ictimai vəziyyətindəm asılı olmayaraq, hər bir vətəndaşın mənafelərinin qorunması; asayişi, əmin-amanlığı və dövlət quruluşunu pozmağa çalışanlara qarşı amansız mübarizə aparılması və s.Bakının hərbi general-qubernatoru Murad Gəray Tlexas şəhər ətrafının müdafiə sisteminin qurulmasına rəhbərlik etməklə yanaşı, onun daxilində asayiş yaradılmasını da ciddi nəzarət altında saxlayırdı. Onun 1919 il noyabrın 24-də imzaladığı xüsusi əmrlə, müvafiq icazə olmadan, küçə toplantılarının, mitinq və nümayişlərin keçirilməsi qadağan edildi. Aprel işğalından (1920) sonra Bakı hərbi general-qubernatoru M.G.Tlexas bolşeviklər tərəfindən həbs edildi və bolşevik Əli Bayramovun öldürülməsində ittiham olunaraq güllələndi.
Bakı hərbi general-qubernatoru

Bakı ingilis general qubernatorluğu
Bakı ingilis general qubernatorluğu — Mudros barışığının (1918) şərtlərinə əsasən, 1918-ci il noyabrın 17-də Bakını zəbt etmiş ingilis qoşunları komandanlığının hərbi-inzibati hakimiyyət strukturu. == Məlumat == Belə ki, Birinci Dünya müharibəsində (1914-18) məğlub tərəf kimi Osmanlı öz qoşunlarını Cənubi Qafqazdan, o cümlədən Azərbaycandan çıxarmağa məcbur olmuş, Cənubi Qafqaz Böyük Britaniyanın təsir dairəsinə qatılmışdı. Öz tabeliyində kifayət qədər güclü qoşun hissələri olmayan Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti və yenidən toplanmış Azərbaycan Milli Şurası istiqlal prinsipindən geri çəkilməmək şərti ilə Bakıya gələcək ingilis generalı U.Tomsonla danışıqlara başlamaq məcburiyyətində qalmışdı. İrandakı ingilis qoşunlarının komandanı general U.Tomsonla danışıqlar aparmaq üçün Ənzəliyə Nəsib bəy Yusifbəyli, Əhməd bəy Ağayev və Musa bəy Rəfiyevdən ibarət Azərbaycan nümayəndə heyəti göndərilmişdi. Danışıqların sonunda general U.Tomson 1918-ci il noyabrın 17-si gündüz saat 12-dən Bakı şəhərində hərbi vəziyyət elan olunacağını bəyan etmişdi. Hərbi vəziyyət müddətində U.Tomson Bakı şəhərinin hərbi qubernatoru elan edilirdi. Azərbaycan hökuməti noyabrın 18-də rəsmi məlumatında bildirirdi ki, müvəqqəti olaraq, yalnız Bakıya daxil olmuş müttəfiq qoşunları ancaq hərbi hakimiyyəti təmsil edəcəklər. Lakin ingilis hərbi komandanlığı Bakıda yerləşdiyi vaxtdan ölkənin ictimai-siyasi və iqtisadi həyatının bütün sahələrinə müdaxilə etməyə başlamışdı. Belə ki, 1918-ci il noyabrın 29-dan Xəzər donanmasının bütün ticarət gəmiləri də ingilis komandanlığının sərəncamına keçmişdi. Ticarət donanmasını idarə etmək üçün başda mayor Braun olmaqla, "İngiltərə Dəniz Nəqliyyatı" şirkəti təsis olunmuşdu.
Bozqır Ümumi Qubernatorluğu
Bozqır general-qubernatorluğu (rus. Степное генерал-губернаторство) və ya Bozqır diyarı (rus. Степной край) — Rusiya imperiyasının ümumi qubernatorluqlarından biri olmuşdur. == Haqqında == Bozqır general-qubernatorluğu 18 (30) may 1882-ci ildə Akmola və Semipalatinsk bölgələrinin bir hissəsi olaraq İdarəetmə Senatına verilmiş qeydə alınmış ən yüksək fərmanla quruldu. Bozqır general qubernatorunun köməkçisi vəzifəsi qurulmamışdı. Qubernatorluq bugünkü Qazaxıstan və Qırğızıstanın şərqini əhatə edirdi və mərkəzi Omsk idi. Qubernatorluq 1882-ci ildə Qərbi Sibir general-qubernatorluğunun yerinə qurulmuş və 1918-ci ildə ləğv edilmişdir. 1882-ci ildə müharibə naziri P. S. Vannovskinin təşəbbüsü ilə Rusiya ilə Çin arasında həmsərhəd olan ərazilərin vahid bir qubernatorluğa birləşdirilməsinin zəruriliyi ilə əlaqədar olaraq yaradılmışdır. Qubernatorluğun yaradılması ilə Qərbi Sibir general-qubernatorluğu ləğv edilmiş, oradan Akmola və Semipalatinsk vilayətləri köçürüldü. Yeni general-qubernatorluğun tərkibinə daxil olan üçüncü bölgə əvvəllər Türkistan general-qubernatoruna tabe olan Semireçye vilayəti idi.
Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu
Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu, Naxçıvan General-Qubernatorluğu və ya Əlahiddə Naxçıvan general-qubernatorluğu — Azərbaycan Xalq Cümhuriyyətinin Naxçıvan bölgəsində yaratdığı idarəçilik orqanı; yerli azərbaycanlı əhalinin qəti tələbinə uyğun olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 28 fevral 1919-cu il tarixli qərarı ilə yaradılmışdı (sənədlərdə həmçinin "Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu", yaxud "Naxçıvan, Ordubad, Şərur-Dərələyəz və Vedibasar rayonlarının general-qubernatorluğu" da adlanır). == Tarixi == General-qubernatorluğun yaradılmasını şərtləndirən mühüm amillərdən biri də bölgənin müsəlman əhalisinin problemlərini həll etmək zərurəti olmuşdur. Naxçıvanın Müvəqqəti hökuməti Azərbaycan torpaqları olan Naxçıvan, Şərur, Ordubad qəzalarının "Cənub-Qərbi Azərbaycan" adı altında Azərbaycan Xalq Cümhuriyyəti ilə birləşməsi üçün həm ingilis komandanlığına, həm də Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyinə müraciət etmişdi. Yerli hakimiyyətin təşkili üçün daxili işlər nazirliyinin 20 milyon manatlıq fondundan 500 min manatın general-qubernatorluq üçün ayrılması, Hökumətin bundan əvvəlki 1918 il 6 dekabr tarixli qərarına müvafiq olaraq ayrılmış bir milyon manatın 150 mininin Ermənistan ərazisində yaşayan müsəlman qaçqınlarının ehtiyacları üçün Ermənistandakı diplomatik nümayəndəyə, qalan 850 min manatın isə Cənub-Qərbi Azərbaycan qaçqınlarına yardım göstərmək üçün general-qubertorun sərəncamına verilməsi də qərarda öz əksini tapmışdı. Hökumətin 1919 il 3 mart tarixli qərarı ilə hərbi nazirliyə Cənub-Qərbi Azərbaycandakı silahlı qüvvələrin sayını və vəziyyətini aydınlaşdırmaq məqsədilə general-qubernatorluğa nümayəndə göndərilməsi, əlavə olaraq, bölgəyə daha 500 min manat vəsait ayrılması tapşırılmışdı. == Rəhbərlik == Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 28 fevral 1919-cu il tarixində qəbul etdiyi qərara əsasən Bəhram xan Naxçıvanski general-qubernator, Kərim xan İrəvanski hərbi, Hacı Mehdi Bağırov isə mülki işlər üzrə general-qubernatorun müavinləri təyin olunmuşdular. General-qubernatorluğun nəzdində 7 nəfərdən ibarət Şura yaradılmışdı. Şuranın tərkibinə Naxçıvan qəzasından 2, Sürməli, İrəvan qəzalarının və Ordubad mahalının hərəsindən 1 nümayəndə daxil edilmişdi.16 mart 1919-cu il tarixində Azərbaycan hökumətinin qərarına əsasən Cənub-Qərbi Azərbaycan general-qubernatoru Bəhram xan Naxçıvanski öz xahişinə görə tutduğu vəzifədən azad olundu. Elə həmin gün digər bir qərarla Zaqatalanın qubernatoru general Əliyar bəy Haşımbəyov general-qubernator, Kərim xan İrəvanski hərbi, Bəhram xan Naxçıvanski isə mülki işlər üzrə general-qubernatorun müavin təyin edildilər. Hacı Mehdi Bağırov isə vəzifəsindən azad edilmiş sayıldı.
Cənub-qərbi Azərbaycan general-qubernatorluğunun yaradılması haqqında qərar

Naxçıvan General-Qubernatorluğu

Naxçıvanda Amerika general-qubernatorluğu
Naxçıvanda Amerika general-qubernatorluğu — Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqazda möhkəmlənmək və Naxçıvanı erməni nəzarətinə vermək üçün zəmin hazırlamaq məqsədilə yaratdığı hərbi inzibati idarəçilik forması. Qafqazda nüfuz dairəsi qazanmağa çalışan ABŞ-nin əlverişli strateji mövqedə yerləşən Naxçıvan bölgəsində möhkəmlənmək planları Antanta dövlətlərinin Ermənistana ali komissar təyin etdikləri amerikalı polkovnik V.Haskelin 1919-cu ilin sentyabrında irəli sürdüyü "Haskel layihələri" adlandırılan sənəddə öz əksini tapmışdı. Layihədə Azərbaycan torpaqları olan Naxçıvan və Şərur-Dərələyəz qəzalarının əlahiddə bitərəf zona elan edilməsi və bu ərazidə Naxçıvan general-qubernatorluğunun yaradılması nəzərdə tutulurdu. ABŞ-nin himayəsi altında Naxçıvana yiyələnməyə çalışan Ermənistanın daşnak hökuməti "Haskel layihələri"nin gerçəkləşməsi üçün canfəşanlıq göstərirdi. 1919-cu ildə ABŞ Azərbaycan ərazisinin bir hissəsini — Naxçıvan diyarını ələ keçirməyə cəhd göstərdi. Birləşmiş Ştatlar Cənubi Qafqaz, İran və Türkiyənin qovuşuğunda yerləşən Naxçıvana xüsusi hərbi-strateji əhəmiyyəti olan ərazi kimi baxırdı. V.Haskelin Azərbaycan və daşnak Ermənistanı hökumətlərinə göndərdiyi direktivdə göstərilirdi ki, Naxçıvan Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Azərbaycan xalqının, o cümlədən Naxçıvan əhalisinin mənafeyinə zidd olan bu layihələri qətiyyətlə rədd etdi və onların gerçəkləşməsinə imkan verməyəcəyini bildirdi. Haskelin müavini polkovnik Ceyms Rey 1919-cu il oktyabrın 24-də Naxçıvana gəldi və Müsəlman Milli Şurası qarşısında V.Haskelin bəyanatını elan edərək, qubernatorluğun yaradıldığını, ABŞ ordusunun mühəndisi, polkovnik Edmund L.Dellinin ona başçı təyin olunduğunu bildirdi. Ermənistan-daşnak hökumətinin razılıqla qarşıladığı bu bəyanat Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qəti etirazı və Naxçıvan əhalisinin ciddi müqaviməti ilə üzləşdi. Naxçıvan Milli Şurasının və bütün Naxçıvan əhalisinin təkidiylə Ceyms Rey qərarını dəyişməyə məcbur oldu.
Pakistanın General-Qubernatoru
Pakistan General Qubernatoru (urdu گورنر جنرل پاکستان‎)—1947-ci ildə ölkənin müstəqilliyindən olan Britaniya monarxının Pakistandakı nümayəndəsi idi. 1956-cı ildə Pakistan respublika elan edildikdə, general-qubernatorluq ləğv edildi.
Qarabağ general-qubernatorluğu
Qarabağ general-qubernatorluğu — Azərbaycan Xalq Cümhuriyyəti dövründə ermənilərin Azərbaycana qarşı yeni ərazi iddiaları nəticəsində məcburiyyət qarşısında Qarabağda yaradılmış müvəqqəti inzibati idarəçilik rejimi. == Zəmin == Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra Cənubi Qafqazda sülh və əmin-amanlıq yaratmaq məqsədilə Azərbaycan hökuməti 1918-ci il mayın 29-da İrəvanı ermənilərə güzəştə getdi. Bununla, Azərbaycan ciddi ərazi itkisinə yol verdi. Lakin ermənilər Azərbaycana qarşı ərazi iddialarını davam etdirdilər. Qarabağın dağlıq hissəsində yaşayan ermənilər iyulun 22-də onun müstəqilliyini elan etməyə cəhd göstərdilər. Andranik qiyamçı ermənilərə kömək məqsədilə silahsız azərbaycanlıların kütləvi surətdə qıra-qıra Zəngəzurdan Şuşa qəzasına keçdi. Gəncədə yerləşən Cümhuriyyət Hökuməti Bakını ələ keçirmiş Stepan Şaumyan daşnak-bolşevik rejiminin hərbi qüvvələrinə qarşı mübarizə apardığından, erməni separatçılarının törətdiyi problemi danışıqlar yolu ilə nizama salmağa çalışırdı. Bu məqsədlə Şuşaya nümayəndə heyəti göndərilmişdi. Avqustun 15-də ə Andronikin törətdiyi soyqırımlar ilə əlaqədar Ermənistan hökumətinə etiraz notası verilmişdi. Erməni hökuməti iki gün sonra verdiyi cavabında Andranikin xüsusi erməni korpusuna tabe olmadığını bildirmişdi.
Qubernator
Qubernator (lat. gubernator, q.yun. κυβερνήτης (kybernētēs) — «rəhbər») — inzibati-ərazi vahidinin, federal vahidin rəsmi başçısı. Bəzi ölkələrdə (Böyük Britaniya, Rusiya, ABŞ və s.) qubernator ərazi-inzibati vahidinə seçki yolu ilə rəhbərlik edir və ali vəzifəli şəxs hesab edilir, bəzi ölkələrdə isə o dövlətin ali icra hakimiyyətinin fərmanı ilə təyin edilir. == Ədəbiyyat == Ср. Chéruel, «Hist. de l’administration monarch. en France»; Dareste de la Chavanne, «Histoire de l’administration en France». Алексушин Г. В. Во главе Самары. Самара: Самрский дом печати, 1999.
Qubernator evi
Qubernator evi (Bakı)
Qubernator evi (Bakı)
Qubernator Evi — Azərbaycanın paytaxtı Bakıda, Neftçilər prospektində sökülmüş bir bina. == Tarixi == Ehtimal olunur ki, bina 1865-1867-ci illərdə inşa edilmişdir. Sonra bu binanı milyoner Seyid Mirbabayev alıb onu Rusiya imperiyasının Bakı quberniyasının qubernatorlarına icarəyə verdi və öz yaşayış yeri olmadı. Qubernator Şamaxıdan Bakıya köçdükdə onun üçün şəhərdə heç bir bina yox idi. Bir neçə ildən sonra, 1868-ci ildə bu məqsədlər üçün "lazımi xidmətlər, bir həyət, bağ və mebel olan üç mərtəbəli bir ev" işə götürüldü və bu ev "qubernator evi" kimi şöhrət qazanmışdı. Bir müddət sonra, şəhərdə monumental və nümayəndəlik fasadları olan binalar ortaya çıxdıqdan sonra, bu ev Bakı qubernatorlarının estetik ehtiyaclarını ödəməyi dayandırdı. Nişanlanmayan qubernatorun evinin yanında olan zəngin binaların məhəlləsi "formanın şərəfinə" təsir edərdi və onlar xüsusi binanın tikintisi məsələsini qaldırdılar. 1906-cı ilin oktyabrında Bakı şəhəri quberniyasının yaradılmasına dair fərman imzalandı və bu ev Bakının bələdiyyə başçılarının iqamətgahı oldu. Bu müddətdə Bakı qubernatoru Nikolayevskaya 7 ünvanında (hazırda İstiqlaliyyət) başqa bir bina icarəyə götürdü. Sovet dövründə bina respublika tibbi işçiləri evini yerləşdirdi.
Türk Malless ve Borciya Qubernatoru Floransanın Möhtəşəm Faciəsi
Türk Malless ve Borciya Qubernatoru Floransanın Möhtəşəm Faciəsi (ing. An Excellent Tragedy of Mulleasses the Turke, and Borgias Governour of Florence), əsasən Türk (ing. The Turk) olaraq tanınır — ingilis dramaturq Con Mason tərəfindən yazılmış, ilk dəfə 1610-cu ildə yayımlanan intiqam mövzulu faciə.
İspaniya Qubernatorluğu Sarayı
İspaniya Qubernatorluğu Sarayı — San-Antonionun mərkəzində yerləşən İspan Texas dövrünə aid tarixi bir tikintidir. İspaniya Qubernatorluğu Sarayı 18-ci əsr müstəmləkəçiliyindəki San-Antonio de Bexar həbsxanasının son görünən izidir və Texasda bir şəhərdə 18-ci əsrdə aristokratik bir İspan müstəmləkəsinin qalan nümunəsidir. Milli coğrafiya cəmiyyəti əlamətdar yeri "San-Antoniodakı ən gözəl bina" adlandırmışdı. Bina 1970-ci ildə milli tarixi bir yer təyin edildi. Saray indi şəhərə məxsusdur və ictimaiyyətə muzey kimi açıqdır. == Tarixi == Bina 18-ci əsrin əvvəllərində tikilib, 1722-ci ildə planlaşdırılıb və 1749-cu ildə tamamlanıb. Ön girişin üstündəki açar daşı İspan kralı VI Ferdinand və 1749-cu il tarixi qeyd edilmişdir. Bina əvvəlcə yerli presidio kapitanının iqamətgah və iş yeri idi. Daha sonra San-Antonioda yaşayan İspan qubernatorlarının evi oldu. Bina daha sonra 1772-ci ildə İspan Texas əyalətinin Texas bölgəsinin kapitol binası oldu.
Əlahiddə Naxçıvan general-qubernatorluğu
Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu, Naxçıvan General-Qubernatorluğu və ya Əlahiddə Naxçıvan general-qubernatorluğu — Azərbaycan Xalq Cümhuriyyətinin Naxçıvan bölgəsində yaratdığı idarəçilik orqanı; yerli azərbaycanlı əhalinin qəti tələbinə uyğun olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 28 fevral 1919-cu il tarixli qərarı ilə yaradılmışdı (sənədlərdə həmçinin "Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu", yaxud "Naxçıvan, Ordubad, Şərur-Dərələyəz və Vedibasar rayonlarının general-qubernatorluğu" da adlanır). == Tarixi == General-qubernatorluğun yaradılmasını şərtləndirən mühüm amillərdən biri də bölgənin müsəlman əhalisinin problemlərini həll etmək zərurəti olmuşdur. Naxçıvanın Müvəqqəti hökuməti Azərbaycan torpaqları olan Naxçıvan, Şərur, Ordubad qəzalarının "Cənub-Qərbi Azərbaycan" adı altında Azərbaycan Xalq Cümhuriyyəti ilə birləşməsi üçün həm ingilis komandanlığına, həm də Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyinə müraciət etmişdi. Yerli hakimiyyətin təşkili üçün daxili işlər nazirliyinin 20 milyon manatlıq fondundan 500 min manatın general-qubernatorluq üçün ayrılması, Hökumətin bundan əvvəlki 1918 il 6 dekabr tarixli qərarına müvafiq olaraq ayrılmış bir milyon manatın 150 mininin Ermənistan ərazisində yaşayan müsəlman qaçqınlarının ehtiyacları üçün Ermənistandakı diplomatik nümayəndəyə, qalan 850 min manatın isə Cənub-Qərbi Azərbaycan qaçqınlarına yardım göstərmək üçün general-qubertorun sərəncamına verilməsi də qərarda öz əksini tapmışdı. Hökumətin 1919 il 3 mart tarixli qərarı ilə hərbi nazirliyə Cənub-Qərbi Azərbaycandakı silahlı qüvvələrin sayını və vəziyyətini aydınlaşdırmaq məqsədilə general-qubernatorluğa nümayəndə göndərilməsi, əlavə olaraq, bölgəyə daha 500 min manat vəsait ayrılması tapşırılmışdı. == Rəhbərlik == Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 28 fevral 1919-cu il tarixində qəbul etdiyi qərara əsasən Bəhram xan Naxçıvanski general-qubernator, Kərim xan İrəvanski hərbi, Hacı Mehdi Bağırov isə mülki işlər üzrə general-qubernatorun müavinləri təyin olunmuşdular. General-qubernatorluğun nəzdində 7 nəfərdən ibarət Şura yaradılmışdı. Şuranın tərkibinə Naxçıvan qəzasından 2, Sürməli, İrəvan qəzalarının və Ordubad mahalının hərəsindən 1 nümayəndə daxil edilmişdi.16 mart 1919-cu il tarixində Azərbaycan hökumətinin qərarına əsasən Cənub-Qərbi Azərbaycan general-qubernatoru Bəhram xan Naxçıvanski öz xahişinə görə tutduğu vəzifədən azad olundu. Elə həmin gün digər bir qərarla Zaqatalanın qubernatoru general Əliyar bəy Haşımbəyov general-qubernator, Kərim xan İrəvanski hərbi, Bəhram xan Naxçıvanski isə mülki işlər üzrə general-qubernatorun müavin təyin edildilər. Hacı Mehdi Bağırov isə vəzifəsindən azad edilmiş sayıldı.
Bozqır general-qubernatorluğu
Bozqır general-qubernatorluğu (rus. Степное генерал-губернаторство) və ya Bozqır diyarı (rus. Степной край) — Rusiya imperiyasının ümumi qubernatorluqlarından biri olmuşdur. == Haqqında == Bozqır general-qubernatorluğu 18 (30) may 1882-ci ildə Akmola və Semipalatinsk bölgələrinin bir hissəsi olaraq İdarəetmə Senatına verilmiş qeydə alınmış ən yüksək fərmanla quruldu. Bozqır general qubernatorunun köməkçisi vəzifəsi qurulmamışdı. Qubernatorluq bugünkü Qazaxıstan və Qırğızıstanın şərqini əhatə edirdi və mərkəzi Omsk idi. Qubernatorluq 1882-ci ildə Qərbi Sibir general-qubernatorluğunun yerinə qurulmuş və 1918-ci ildə ləğv edilmişdir. 1882-ci ildə müharibə naziri P. S. Vannovskinin təşəbbüsü ilə Rusiya ilə Çin arasında həmsərhəd olan ərazilərin vahid bir qubernatorluğa birləşdirilməsinin zəruriliyi ilə əlaqədar olaraq yaradılmışdır. Qubernatorluğun yaradılması ilə Qərbi Sibir general-qubernatorluğu ləğv edilmiş, oradan Akmola və Semipalatinsk vilayətləri köçürüldü. Yeni general-qubernatorluğun tərkibinə daxil olan üçüncü bölgə əvvəllər Türkistan general-qubernatoruna tabe olan Semireçye vilayəti idi.

Digər lüğətlərdə

зака́зываться зараще́ние мохна́тка недо́лгий полуде́тский сви́слый я́бедливый вы́строить гинеко́лог двоебо́рец ко́лотье покати́ться ту́скнуть яры́жник кальвин achromatous bank sand constrict eyebrowless jack-lift mantle plume notional paradisaic plonk увенчать