QUBERNÁTOR

[ lat. ] tar.
1. 1917-ci il inqilabından əvvəl Rusiyada quberniya (vilayət) rəisi; vali.
Qubernator həmişə deyərdi: “Poçt yolundakı çaparxanaların hər birində Rəhim bəy kimi mənim bir adamım olsa, yolda heç bir çapqın olmaz, qurd qoyun ilə otlar”. Ə.Haqverdiyev.
Bakı qubernatoru … Bakı varlıları və Bakı qoluzorbaları ilə görüşmək və vidalaşmaq qərarına gəlmişdi. M.S.Ordubadi.

2. ABŞ-ın hər bir ştatında və Latın Amerikası respublikalarında yüksək inzibati vəzifə sahibi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QUBERNATOR QUBERNATOR [Pristav:] Cahandar ağa, mən sizi ağıllı adam hesab eləyirdim, bu nə sözdür, danışırsan? Bu mənim yox, qubernatorun əmridir (İ

Etimologiya

  • QUBERNATOR Yunanca “başçı” (quberniya rəhbəri) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
QUBERNÁT
QUBERNATORLUQ

Digər lüğətlərdə