QUDUZ

sif.
1. Quduzluq xəstəliyinə tutulmuş; qudurmuş. Quduz it. Quduz canavar. Quduz olmaq (quduzluq xəstəliyinə tutulmaq).
– Ələmdar quduz it kimi mırıldanamırıldana aşağıya düşüb, faytonun yanında dayandı. S.Rəhimov.

2. məc. Azğın, zalım, qəddar, qudurğan, qızmış.
[Gövhər xanım:] Qurban olum, qardaş! Bunlar çox quduz adamdırlar, sərhesab ol. N.Vəzirov.
Quduz düşmənin qılıncı cəngavərin qolunu kəsib atdı. M.Hüseyn.
O bizim tankçılardır; Bir anda qan uddurar; Azğın, quduz düşmənə. M.Seyidzadə.

// məc. Şiddətli, hədsiz, önüalınmaz.
…Düşmən quduz bir kinlə ətrafını gəmirib dalayır. Ə.Məmmədxanlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QUDUZ quduz bax 1. qudurmuş 1; 2. azğın 1
  • QUDUZ azğın — zalım — qəddar — qudurğan
  • QUDUZ şiddətli — güclü

Antonimlər (əks mənalı sözlər)

  • QUDUZ QUDUZ – MÜLAYİM Qurban olum, qardaş! Bunlar çox quduz adamdırlar. Sərhesab ol (N.Vəzirov); Sadə, mülayim xasiyyətli, ağıllı, tərbiyəli qadın idi (S

Etimologiya

  • QUDUZ Dilimizdə r-z əvəzlənməsi ilə bağlı gör və göz, uddur və uduz, qudur və quduz... sözləri mövcuddur. Quduz sözü qudurmaq feilindən r-z əvəzlənməsi nəti
QUDURTMAQ
QUDUZCASINA
OBASTAN VİKİ
Quduz
Quduzluq (lat. hydrophobia, lyssa — sudanqorxma) — ağır ensefalitin inkişafı ilə xarakterizə olunan zoonoz virus neyroinfeksiyası. Vaxtında müalicə olunmazsa insan üçün ölümcül təhlükəlidir. == Tarixi məlumat == Hələ qədim dövrlərdən itlərdə bu xəstəlik məlum olmuşdur. Eramızdan əvvəl IV əsrdə Aristotel insanlarda quduzluğu xəstə itlərin dişləməsi ilə əlaqələndirmişdir. İnsanlarda xəstəliyin ilkin əlaməti olan sudan qorxma halını ilk dəfə eramızdan əvvəl I əsrdə K. Sels müəyyən etmişdir. Quduzluq müfəssəl elmi surətdə Lui Paster tərəfindən öyrənilmişdir. O, törədicinin virus olduğunu və onunmərkəzi sinir sistemində lokallaşmasını göstərmiş, heyvanlar üzərində apardığı tədqiqatlar nəticəsində quduzluq virusunu almağa müvəffəq olmuşdur. Fiksasiyalaşmış bu quduzluq virusu antirabik vaksinin əsasını təşkil edir. L. Paster tərəfindən bu vaksinin yaradılması tibb elminin ən böyük nailiyyəti hesab olunur.
Quduzluq

Quduzluqla Mübarizə aparın (1953)
== Məzmun == Elmi-kütləvi filmdir. Burada insan həyatı üçün təhlükəli olan itlərdə quduzluq xəstəliyinə qarşı mübarizə tədbirlərindən danışılır.
Quduzluqla mübarizə aparın (film, 1953)
== Məzmun == Elmi-kütləvi filmdir. Burada insan həyatı üçün təhlükəli olan itlərdə quduzluq xəstəliyinə qarşı mübarizə tədbirlərindən danışılır.

Digər lüğətlərdə

ви́лка заплета́ть лаотя́нский поме́тить посдви́нуться рока́йль суда́нцы фаустпатро́н цеховщи́на бальнеотерапи́я денатурализова́ться заселе́ние опере́точный свекро́вь специализи́роваться проформа пыхать midships moonstone ro-ro ship tore аналой мобилизационный ослабеть разгибающий