QULAC

Əsli qolac sözlərindən ibarətdir. İndi də bəzən qolac kimi işlədilir. Ehtimal ki, qucaq (qucu, quculamaq) sözü də məhz qol sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

QUL
QULAQ
OBASTAN VİKİ
Qulac
Qulac (qolac) — xalq arasında geniş yayılmış və bu gün də işlədilən uzunluq ölçüsü vahididir. == Ümumi məlumat == Qulac bəzi ədəbiyyatlarda "iki əli də çiyin bərabəri" açıq tutduqda sağ əlin başala barmağının ucundan sol əlin müvafiq barmağının ucuna qədər olan məsafəyə bərabər görülür; gah 150 sm, gah 142 sm, yaxud 177 sm hesab olunur. Başqa bir mənbədə isə qulacın dirsək sümüyünün uzunluğuna bərabər olduğu göstərilir. Dirsək sümüyünün uzunluğu da 40-64 sm arasında dəyişir. Bəzi mənbələrdə qulacı dirsəklə eyniləşdirir və 0,5 m-ə bərabər götürürlər. Qulac haqqında olan bu fikirlər mübahisəli sayıla bilər. Belə ki, qulac ("qol" və "aç" sözlərindən əmələ gətirilmişdir) insanın açıq vəziyyətdə tutulmuş sağ və ya sol əlinin ən uzun barmağının ucundan burnunun ucuna qədər olan məsafədir ki, bu da orta hesabla 1 m-ə bərabərdir. Keçmişdə adətən quyunun dərinliyi qulac ilə ölçülərdi. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə.

Digər lüğətlərdə

вразумля́ться листосте́бельный мужеуби́йство по-и́стовому сталакти́товый униза́ться агрега́тный беззащи́тно вкра́иваться доставле́ние ки́сло подвиза́ться подкра́ска свиде́тельница телеби́знес бишь россол chirogymnast gas officer recommendation sensualize thalline прядь размокать тешиться