QULAQLAŞMAQ
QULDUR
OBASTAN VİKİ
Qafur Qulam
Qafur Qulam (27 aprel (10 may) 1903, Daşkənd, Sırdərya vilayəti, Rusiya imperiyası – 10 iyul 1966, Daşkənd) — Özbəkistan şairi, akademik. == Həyatı == Qafur Qulam 1903-cü il mayın 10-da Daşkənddə kasıb, amma ziyalı bir ailədə doğulmuşdur. Dayısı Mirzə Abdulla "Mirzə" təxəllüsü ilə tacik dilində şeirlər yazardı. Atası Qulam ağa da savadlı şəxs idi. O, ana dilindən başqa tacik dilini də gözəl bilirdi. Ağır kənd həyatı, böyük bir ailəni dolandırmaq üçün ağır zəhmətlərə qatlaşan Qulam ağa 44 yaşında dünyasını dəyişmiş, beş uşağı yetim qalmışdı. Onda Qafurun 9 yaşı, ailənin körpəsi isə 6 aylıq idi. Qafur Qulamın anası da özbəkcə, tacikcə yazıb-oxumağı bacarır, el ədəbiyyatını gözəl bilirdi. Poeziyasevərlər (ata-anası və dayısı) arasında böyüyən Qafur Qulam özbək və fars-tacik klassiklərinə kiçik yaşlarından maraq göstərməyə başlamışdı. O, sonralar yazırdı: "mən öz mütaliəmə, biliklər əldə etdiyimə görə əvvəlcə atama, sonra isə anama borcluyam." O, ilk təhsilini mədrəsədə almış, mütaliə ilə biliyini zənginləşdirmişdir.
Qulam Yəhya
Qulam Yəhya oğlu Danişian (1906, Sərab, Şərqi Azərbaycan ostanı – 2006, Bakı) — General-mayor. == Həyatı == Danişian Qulam Yəhya oğlu 1906-ci ildə Sərab mahalının Əskərabad (Əsgəvar) kəndində yoxsul kəndli ailəsində anadan olmuşdu. Qulam Yəhya Sarab və Miyanada kəndli hərəkatının bilavasitə iştirakçısı olmuş, Hezbe Tudeyi İranın Sarab, sonra isə Miyana təşkilatına başçılıq etmiş, 1945-ci ilin Sentyabr ayında yenicə yaranan Azərbaycan Demokrat Firqəsinin sıralarına qoşulmuş, Firqənin I qurultayında iştirak etmiş, Mərkəzi Təftiş Komissiyonunun üzvlüyünə seçilmiz, Miyanada başlanan hərəkata rəhbərlik etmiş və hərəkatın qələbəsinə nail olmuşdur. Miyana fədailəri 21 Azərə doğru gedən yolun ilk qalibləri kimi milli azadlıq hərəkatı tarixində öz layiqli yerini tutmuşlar. Qulam Yəhya 21 Azər hərəkatının rəhbərlərindən biri kimi S.C.Pişəvərinin göstərişi ilə Təbrizə gəlmiş, Təbriz jandarm idarəsinin götürülməsində əsas rol oynamışdır. Qulam Yəhya milli hökumət təşkil edildikdən sonra xalq qoşunları nazirinin müavini seçilmiş, Zəncan fədailərinin rəhbərliyi S.C.Pişəvəri tərəfindən ona tapşırılmışdır. Qulam Yəhya Zəncan cəbhəsinin başçısı olduğu dövrdə Mürtəzəvi, Həsən Nə􀁝əri və Hidayət Hatəmi ilə birlikdə Zülfüqari silahlı bandasını zərərsizləşdirmiş və Azərbaycan ərazisinə soxulmaq istəyən digər silahlı dəstələrin qarşısını almışdır. Zəncan fədailəri Azərbaycana durmdan hücum edən silahlı bandaların qarşısını almaqla yanaşı, Azərbaycan Milli hökumətinə qarşı vuruşan mülkədarların torpaqlarını pulsuz olaraq, kəndlilərə paylamışlar. Azərbaycan Milli hökumətinin bir illik fəaliyyəti Azərbaycanda siyasi sakitliyin yaranması, Azərbaycan dilinin rəsmi dövlət dilinə çevrilməsi prosesində Azərbaycan fədailəri, o cümlədən Zəncan fədailəri əsas rol oynamışlar. Qulam Yəhya S.C.Pişəvərinin silahdaşlarından biri idi.
Qulam Çəm
Qulam Çəm (az.-əbcəd غولام‌چَم‎, fars. غلام‌چم‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 79 nəfər yaşayır (30 ailə).
Qulam İsgəndərov
Qulam Məşədi Kazım oğlu İsgəndərov (10 sentyabr 1901, Şamaxı – 5 aprel 1975, Bakı) — Azərbaycan vokalçı-aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940).Qulam İsgəndərovun nəvəsi Kamal İsgəndərovun oğlu uzun müddət Əhməd Bakixanov adina xalq calği alətləri ansamblin pionoçusu olmuşdur.Bir çox böyük sənətkarlari müşayət etmişdir. O cümlədən Xalq artisti Zeynəb Xanlarovanin rəhbərlik etdiyi ansamblin üzvü olmuşdur. == Həyatı == Qulam Kazım oğlu İsgəndərov 10 sentyabr 1901-ci ildə Şamaxının Sarıtorpaq məhəlləsində anadan olmuşdur.Onun atası Məşədi Kazım bütün Şirvanda tanınmış xanəndə idi. O, keçən əsrin əvvələrində Bakıda verilən Şərq konsertlərində (1902)-də iştirak etmişdir.1902-ci ildə Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra Məşədi Kazım ailəsini götürüb Bakıya köçür.O,uzun ömür sürməyib.1914-cü ildə dünyasını dəyişmişdir. Qulam İsgəndərov 1920-ci ilə qədər dayısı Məhəmmədin himayəsində yaşayib. Məhəmməd kişinin Sabunçuda Sallaqxanası varmış. Qulam da orada dayısına kömək eləyirmiş. 1920-ci ildə Azərbaycanda Sovet hökuməti qurulanda Məhəmməd kişini də tuturlar,onun iki oğlunun taleyi sonralar naməlum qalır. Qulam İsgəndərovun oğlu Abdulla müəllimin söylədiyinə görə, atasını Opera teatrına bəstəkar Müslüm Maqomayev gətirib. Beləliklə, Qulam İsgəndərov 10 dekabr 1930-cu ildə AOBT-nin solisti olmuşdur.
Qulam Əzimli
Qulam Əzimli — Azərbaycanda elmi psixologiyanın inkişafında böyük xidmətləri olan elm xadimi Professor Q.E.Əzimli 1931-ci ildə İmişli rayonunun Bəcirəvan kəndində anadan olmuşdur. O, 1954-cü ildə indiki BDU-nun filologiya fakultəsinin məntiq-psixologiya şöbəsini bitirmişdir. 1954-cü ildən 1955-ci ilə kimi, İmişli rayonun 1 saylı orta məktəbində müəllim, 1955-ci ildən 1962-ci ilin avqust ayına kimi İmişli rayonunda komsomol, partiya və hökumət orqanlarında rəhbər vəzifələrdə işləmişdir. Q.E.Əzimli 1970-ci ildə psixologiya ixtisası üzrə nəmizədlik dissertasiyası müdafiə etmiş, alimlik dərəcəsi almışdır. 1990-cı ildə professor elmi adına layiq görülmüşdür. 1987-ci ildən 1992-ci ilə kimi ADPU-nun yaş və pedaqoji psixologiya kafedrasının müdiri, 1991-ci ildən 1997-ci ilə kimi pedaqoi fakültənin (qiyabi şöbə üzrə) dekanı vəzifəsində işləmişdir. O, 75-dən çox dərs vəsaiti, proqram, jurnal məqalələri və tezislərin müəllifi, 12-dən artıq monoqrafiya, kitab, kitabça və proqramların elmi redaktoru olmuşdur. Onun elmi yaradıcılığı təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da görkəmli psixoloqların diqqətini cəlb etmişdir. Q.E.Əzimli keçmiş SSRİ məkanında (Moskva, Tbilisi, Yerevan və s.) keçirilən qurultay, konfrans və simpoziumlardakı məruzələri ilə respublikamızı layiqincə təmsil etmişdir. 20 ildən artıq bir vaxtda folklor materiallarında və klassik irsimizdə milli etnik hissləri tədqiq etmiş, nəzəri və praktik əhəmiyyətli nəticələr əldə etmişdir.
Mirzə Qulam Əhməd
Mirzə Qulam Əhməd Qadiyani (13 fevral 1835 – 26 may 1908) — hind din xadimi, Əhmədiyyə məzhəbinin banisi. Özünü mücəddid ("imanı yeniləşdirən adam"), xristianlara vəd edilmiş Məsih və müsəlmanlara Qiyamət gününün yaxınlaşdığını xəbər verməli olan Mehdi elan etmişdir. Bir müddət sonra Allahdan vəhy aldığını iddia edən Mirzə Qulam İsa Məsihin qüvvəsinin daşıyıcısı olması ideyalarını xristianlıqdan və hind inanclarından almışdır. Həmçinin, özünü Krişnanın təcəssümü adlandırmışdır.Mirzə Qulam 23 mart 1889-cu ildə Əhmədiyyə (Əhmədiyyə hərəkatı) məzhəbinin əsasını qoymuşdur. Bu hərəkatın əsas vəzifəsi kimi o, İslamın ilkin formasının təbliğini qarşıya qoysa da, hazırda İslam alimləri bu hərəkatı İslamdan kənar dini cərəyan hesab edirlər. Mirzə Qulam urdu, ərəb və fars dillərində dini, teoloji mövzulara həsr olunmuş səksənə yaxın kitabın müəllifidir. Həmçinin, İslamda cihadın mənasız və lazımsız olduğunu elan etmişdir. == Etiqadı == Mirzə Qulam ilk mərhələdə ənənəvi İslamın müddəalarına qarşı çıxış etmirdi. Lakin sonralar, Kəşmirdə İsa peyğəmbərin məzarını tapdığını iddia etmişdir. Onun sözlərinə görə, İsa Fələstində edam edilməmiş, Kəşmirə gəlib, burada ölmüş və dəfn edilmişdir.
Qulam İshaq Xan
Qulam İshaq Xan (20 yanvar 1915-27 oktyabr 2006)—Pakistanın prezidenti. == Həyatı == O, Pişəvər Universitetini bitirmişdi. 1947-ci ildə dövlət işində məmuriyyətə başlamışdı. 1990-cı ildə hərbçilər tərəfindən dəstəklənən Qulam İshaq Xan, seçkilərin yenidən keçirilməsi tələbi ilə hökuməti devirdi.
Mirzə Qulam Əhməd Qadiyani
Mirzə Qulam Əhməd Qadiyani (13 fevral 1835 – 26 may 1908) — hind din xadimi, Əhmədiyyə məzhəbinin banisi. Özünü mücəddid ("imanı yeniləşdirən adam"), xristianlara vəd edilmiş Məsih və müsəlmanlara Qiyamət gününün yaxınlaşdığını xəbər verməli olan Mehdi elan etmişdir. Bir müddət sonra Allahdan vəhy aldığını iddia edən Mirzə Qulam İsa Məsihin qüvvəsinin daşıyıcısı olması ideyalarını xristianlıqdan və hind inanclarından almışdır. Həmçinin, özünü Krişnanın təcəssümü adlandırmışdır.Mirzə Qulam 23 mart 1889-cu ildə Əhmədiyyə (Əhmədiyyə hərəkatı) məzhəbinin əsasını qoymuşdur. Bu hərəkatın əsas vəzifəsi kimi o, İslamın ilkin formasının təbliğini qarşıya qoysa da, hazırda İslam alimləri bu hərəkatı İslamdan kənar dini cərəyan hesab edirlər. Mirzə Qulam urdu, ərəb və fars dillərində dini, teoloji mövzulara həsr olunmuş səksənə yaxın kitabın müəllifidir. Həmçinin, İslamda cihadın mənasız və lazımsız olduğunu elan etmişdir. == Etiqadı == Mirzə Qulam ilk mərhələdə ənənəvi İslamın müddəalarına qarşı çıxış etmirdi. Lakin sonralar, Kəşmirdə İsa peyğəmbərin məzarını tapdığını iddia etmişdir. Onun sözlərinə görə, İsa Fələstində edam edilməmiş, Kəşmirə gəlib, burada ölmüş və dəfn edilmişdir.
Məşədi Qulam qiraət öyrənir (pyes)
Məşədi Qulam qiraət öyrənir — == Əsər haqqında == "Məşədi Qulam qiraət öyrənir" pyesi 1971-ci ildə Kamran Məmmədov tərəfindən Azərbaycan Dövlət nəşriyyaıtnda nəşr edilən "Seçilmiş əsərlər"i kitabına daxil edilmişdir. Əbdürrəhim bəy Haqverdiyev "Məşədi Qulam qiraət öyrənir" əsərini 1927-ci ildə qələmə alıb. Bir pərdə iki şəkildən ibarət olan əsər yazıçının Sovet dövründə qələmə aldığı ilk komediya kimi tanınır. Əsərdə cahil və sadəlövh obraz olan Məşədi Qulamın başına gələn hadisələr təsvir olunur. Həyat yoldaşına xəyanət edən Məşədi Qulam Quran öyrənmək adı ilə Nataşanın evinə gedir və qadın tərəfindən sərxoş edilir. Sərxoş olduğu üçün Nataşa onun bütün pullarını ələ keçirir. Sonra Məşədi Qulamın həyat yoldaşı və oğlu həmin yerdən onu götürürlər. Əsər komediya janrında olduğu üçün bütün dövrlərdə insanların diqqətini cəlb edir.
Qulam
Qulam — kişi adı. Qulam Yəhya — General-mayor. Qulam Qədirov — Qarabağ müharibəsi döyüşçüsü, şəhid. Qulam İsgəndərov — Azərbaycan vokalçı-aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940). Qulam Babai – xalça ustası, bərpaçı-rəssam.
Qulam Axundov
Qulam Bağır oğlu Axundov Şəfiqə Axundovanın atası == Həyatı == Qulam Axundov Şəkidə anadan olub. Qulam Axundov Bağır oğlu dövrünün tanınmış ziyalısı və dövlət işçisi olub. Belə ki, 1917-1920-ci illərdə Şəki qəzasının 1-ci katibi vəzifəsində çalışıb. Şəki şəhərində adına küçə var.
Qulam Babai
Qulam Əli oğlu Babai – (1921–2000) xalça ustası, bərpaçı-rəssam. == Həyatı == 1921-ci ildə Təbrizdə dünyaya gəlib. Artıq 8 yaşından atası onu usta yanına xalça toxumağı öyrənməyə gətirir. Babai erkən yaşlarında toxuculuq sənətinə yiyələnir. Sonrakı siyasi fəaliyyəti onun 1948-ci ildə Təbrizdən Sovet İttifaqına mühacirətinə səbəb olur. 1960-cı ildə Q. Babai daimi yaşayış məskəni kimi Bakıya köçmüş və elə həmin ildən də xalça fabrikində əmək fəaliyyətinə başlamışdır. 2000-ci ildə vəfat etmişdir. == Fəaliyyəti == 1963-cü ildən etibarən o fərdi yaradıcılığa başlamış və dövlət sifarişləri üzərində çalışmışdır. Toxuduğu xalçalar hazırda şəxsi kolleksiyalarda, Azərbaycan, Almaniya, Türkiyə və keçmiş SSRİ muzeylərində mühafizə edilir. Bu işlərin sırasında "Kosmonavtlar", "N. Nərimanov", "C. Cabbarlı", "Gerb", Nizami Gəncəvinin "Leyli və Məcnun" və s.
Qulam Bağırov
Qulam Kərim oğlu Bağırov (1904-1986)— SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, professor. == Həyatı == 1904-cü ildə Mərənd mahalının Dizə kəndində anadan olub. Bakıda Ali Pedaqoji İnstitutun və Lenin adına Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinin məzunu olub. 1935-ci ildə Q.Bağırov "Türk dilində ismin hallarının sintaktik rolu" mövzusunda dissertasiya müdafiə etmiş və ona filologiya elmləri namizədi elmi dərəcəsi verilmişdir. 1986-cı ildə Bakı şəhərində vəfat etmişdir. == Fəaliyyəti == Qulam Bağırov XX əsrin 20-ci illərinin sonunda Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, pedaqoqların təsnifatının yüksəldilməsi İnstitutunda, dil üzrə predmet komissiyanın sədri olduğu Kommunist ali təhsil müəssisəndə, nəzəri qrammatika kursunu tədris etdiyi Ali Pedaqoji İnstitutda elmi və pedaqoji fəaliyyətə cəlb olunur. Q.Bağırov ibtidai və orta məktəblər üçün stabil dərsliklərin hazırlanması üzrə komissiyanın sədri vəzifəsində işləyərək komissiyanın digər üzvləri- İ.Həsənov, A.Şərifov, Ə.Babazadə, X.S.Xocayev, A.Tağızadə ilə birlikdə böyük işlər görür. Pedaqoji və ictimai baxımdan hədən artıq məşğul olmasına baxmayaraq Q.Bağırov SSRİ EA-nın Azərbaycan filialında elmi fəaliyyətə də vaxt ayıra bilir. Burada dil bölməsinin rəhbəri (1933-1935-ci illər) və EA-nın Azərbaycan filialının Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini (1935-1937-ci illər) vəzifəsində çalışır. 1935-ci ildən başlayıb 1956-cı ildə başa çatan məşəqqətli repressiya illərindən sonra Bakıda elmi fəaliyyətinin ikini mərhələsinə başlayır.
Qulam Məmmədli
Qulam (Qulaməli) Məmməd oğlu Məmmədli (25 mart 1897, Təbriz – 18 noyabr 1994, Bakı) — azərbaycanlı publisist, teatrşünas, salnaməçi, 1950-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan SSR əmakdar mədəniyyət işçisi (1977), Azərbaycan SSR əmakdar jurnalisti (1984) Azərbaycan Jurnalistlər Birliyinin "Qızıl qələm" mükafatı laureatı (1972), əmək veteranı (1976), İttifaq əhəmiyyətli təqaüdçü (1987), M.F.Axundov adına ədəbi mükafat laureatı (1989). == Həyatı == Qulam Məmmədli 1897-ci il martın 25-də Cənubi Azərbaycanın Təbriz şəhərində anadan olmuşdur. İbtidai təhsilini mollaxanada almışdır. Sonra Bakı teatr texnikumunda oxumuşdur (1924–1926). Əmək fəaliyyətinə Aşqabadda kustar emalatxanada dəmirçi kimi başlamışdır (1910–1914). Orada Nobel zavodunda fəhlə, İ.İ.Aleksandrov mətbəəsində mürəttib işləmişdir (1913–1919). Türküstan cəbhəsi Birinci Ordunun siyasi şöbəsi nəzdində olan mətbəədə mürəttib, müsəlman teatr truppasında aktyor (1920–1921), Dövlət mətbəəsində mürəttib (1921–1923) olmuşdur. 1923-cü ilin iyun ayında Bakıya köçüb "III İnternasional" mətbəəsində mürəttib, "Kommunist" qəzeti redaksiyasında şöbə müdiri, "Kəndli qəzeti"ndə redaktor müavini, "Azərbaycan kolxozçusu" qəzetinin redaktoru, Azərbaycan KP MK yanında "Kommunist" nəşriyyatının direktoru, "Yeni yol" qəzetinin redaktoru, "III İnternasional" mətbəəsinin sex müdiri, "Kommunist" qəzeti redaksiyasında kütləvi şöbə müdiri, respublika radio komitəsinin uşaq verilişləri redaksiyasında baş redaktor olmuşdur (1929–1941). İkinci Dünya müharibəsi dövrü səfərbərliyə alınmışdır: Tbilisidə Qafqaz cəbhəsi siyasi şöbəsində ədəbi işçi, Təbrizdə azərbaycanca buraxılan "Vətən yolunda" qəzeti redaksiyasında ədəbi işçi, Bakıda Azərbaycan SSR Radio Komitəsində xarici verilişlərin baş redaktoru, yenidən Təbrizdə çıxan "Vətən yolunda" qəzeti redaksiyasında müdir (1941–1946) vəzifələrində işləmişdir. Bakıya qayıdıb Birləşmiş Nəşriyyat İdarəsində redaktor, Azərbaycan kinostudiyasında ssenari şöbəsinin rəisi, "Kommunist" qəzeti redaksiyasında şöbə müdiri, "Kirpi" satirik jurnalı redaksiyasında məsul katib, sonra baş redaktor vəzifələrində çalışmışdır.
Qulam Qədirov
Qulam Əkbər oğlu Qədirov (27 noyabr 1972, Yeni Daşkənd, Bərdə rayonu – 19 yanvar 1994, Yanşaq, Kəlbəcər rayonu) — Qarabağ müharibəsi döyüşçüsü, şəhid. == Həyatı == Qulam Qədirov 27 noyabr 1972-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur. 1990-cı ildə Yeni Daşkənd kənd orta məktəbini bitirmişdir.1990–1991-ci illərdə Özbəkistanın Çirçik şəhərində Sovet Ordusunda xidmət etmişdir. Bərdə rayon Hərbi Komisarlığı tərəfindən 10 may 1991-ci ildə Milli Orduya çağırılmışdır.1993-cü ilin oktyabrına qədər 703 saylı hərbi hissədə xidmət etmişdir. Xüsusən Ağdərə döyüşlərində qumbaraatan kimi fəallıq göstərmişdir. Bundan sonra isə Qulam Qədirov 701 saylı hərbi hissənin 5-ci Bərdə taborunun qumbaraatanı və avtomatçısı kimi Ağdərə, Laçın, Kəlbəcər rayonlarındakı qanlı döyüşlərin iştirakçısı olmuşdur.19 yanvar 1994-cü ildə Kəlbəcər rayonunun Yanşaq kəndində gedən döyüşdə şəhid olmuşdur.Qulam Qədirov 20 yanvar 1994-cü ildə doğulduğu Yeni Daşkənd kəndində dəfn olunmuşdur. == Xatirəsi == 25 noyabr 2022-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində Qulam Əkbər oğlu Qədirovun 50 illik yubileyi keçirilmişdir.
Qulam Hüseyn Kazımbəyov
Qulamhüseyn bəy Kazımbəyov (1889, Hasıllı – 1972, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin və Müsavat və bitərəflər fraksiyasının üzvü. == Həyatı == 1889-cu ildə Hasıllı kəndində doğulub, sonradan ailəsi ilə birlikdə Qalabazarına köçərək Təzə Alvadı kəndində məskunlaşıb. O, Peterburqda təhsilini başa vurduqdan sonra Azərbaycana qayıtmış və uzun müddət ədliyyə orqanlarında mirzə, vəkil, pristav köməkçisi və digər vəzifələrdə çalışıb. Bu vəzifələri icra edərkən o Lənkəranda, Salyanda, Bakıda yaşamışdır. Qulamhüseyn bəy Bakıda İosif Stalinin məhkəməsi zamanı məhkəmənin tərcüməçisi olmuşdur.[mənbə göstərin] === Həbsi və vəfatı === Gəncə üsyanından sonra təqiblərdən qaçmaq üçün Qulamhüseyin bəy bir müddət ailəsi ilə birlikdə İranda yaşayır. Bir qədər sonra isə Azərbaycana qayıdıraq Qubada məskunlaşır. Daha sonra isə Bakıya qayıdır və müxtəlif təşkilatlarda hüquqşünas və vəkil kimi çalışır. Lakin, 1937-ci il repressiyası dövründə müsavatçı olduğu üçün izlənilir və həbs edilir. 1937-ci ildə gecə yarısı xəfiyyələr onu aparırlar. Bu zaman o, yalnız "Üzeyir bəyə çatdırın ki, məni apardılar." cümləsini deyə bilir.
Qulam Mirzə Şərifzadə
Qulamrza Mirzə Əbdülrəsul oğlu Şərifzadə (1884, Şamaxı -1942, İstanbul) — Azərbaycan Dövlət teatrının direktoru (1919—1920), aktyor, rejissor Abbasmirzə Şərifzadənin böyük qardaşı. == Həyatı == Qulam Mirzə Şərifzadə 1884-cü il də Şamaxının Yuxarı Qala məhəlləsində ziyalı ailəsində anadan olub. Onun atası Mirzə Rəsul dünyagörüşlü bir insan olub. Seyid Əzim Şirvaninin açdığı yeni "Üsuli-Cədid" məktəbində dərs deyən Mirzə Rəsul Şamaxının ən hörmətli müəllimlərindən sayılırmış. 1902-ci ildə Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra bir çoxları kimi onların da ailəsi şəhəri tərk edib Bakıya köçürlər. Aktyor, rejissor Abbas Mirzə Şərifzadənin böyük qardaşıdır. 1911-ci ildə yaradılmış “Müsavat” partiyasının banilərindən biri də Qulamrza Şərifzadə olub. Abbasmirzə Şərifzadə böyük qardaşı Qulamrza Şərifzadənin yanında ticarət işlərdə məşğulluğa başlayıb, həm də onunla teatr tamaşalarına gedib. Abbasqulu Kazımzadə ilə birlikdə Bakıda kitab mağazası var idi. Birinci dünya savaşı zamanı Azərbaycandan Türkiyəyə qardaş yardımı edilərkən Qulamrza Şərifzadə xüsusi ilə fəallıq edib.
Qulam Murtaza Syed
Qulam Murtaza Syed (17 yanvar 1904 – 25 aprel 1995, Kəraçi) — Q.M.Syed məşhur hind siyasətçisidir. Siyasi fəaliyyətinə 16 yaşında başlayıb və doğma şəhərində 17 mart, 1920-ci il tarixində Xilafət Konfransı təşkil edib. O, 1948-ci ildə Pakistanın yaranmasından sonra o əvvəlcə siyasi məhbus olub. O, 26 aprel, 1995-ci il tarixində Karaçidə ev dustağı olduğu vaxt vəfat edib. == Haqqında == === Uşaqlığı: 1904-1915-ci illər === Sayed 17 yanvar, 1904-cü il tarixində Sədət Sindin ailəsində Sann şəhərində anadan olmuşdur. Sayed atası Sayed Məhəmməd Şah Kazmi ailə münaqişəsinə görə 1 noyabr 1905-ci il tarixində öldürüləndə körpə idi. Atası Sayedin ölümündən sonra ailədə kişi cinsindən olan olan yeganə övlad idi, buna görə də 1906-cı ildə Birtaniya hakimiyyəti onun ailə mülkünü himayəsi altına almış və onun ailəsinə məhkəmədə aylıq təqaüd təyin edilmişdi. O, 6 yaşında ibtidai məktəbə qəbul olunmuş və 1915-ci ildə Sinddə 5 illik ibtidai təhsilini başa vurmuşdur. Onun ailəsinin ağsaqqalları onu ailə münaqişəsindən qorumaq üçün evdə təhsil alması qərarına gəlmişdilər. Ən azından ona görə ki, o ailəsinin yeganə kişi üzvü idi.
Qulam Mustafa Jatoi
Qulam Mustafa Jatoi (14 avqust 1931 – 20 noyabr 2009, London) — Pakistan İslam Respublikasının 12-ci baş naziri. Həmçinin xələfi Nəvaz Şərifdə 12-ci prezident sayılır.
Qulam Rza Ağazadə
Qulamrza Ağazadə (fars. غلامرضا آقازاده‎; 15 mart 1949, Xoy, Qərbi Azərbaycan ostanı) — İran siyasətçisi, İran Nüvə Enerjisi Təşkilatının rəisi. == Həyatı == Qulamrza Ağazadə 15 mart 1949-cu ildə Cənubi Azərbaycanın Xoy şəhərində anadan olub.Tehran universitetinin riyaziyyat fakültəsini bitirib. Qulamrza Ağazadə 1979-cu ildən sonra Tehranda dərc olunan "İslam respublikası" qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Qulamrza Ağazadə 1985-1997-ci illərdə İranın neft naziri işləyib.
Adil Qulami
Adil Kərim oğlu Qulamov (21 may 1962, Bakı) — Azərbaycan kinoprodüseri, film direktoru, icraçı prodüser, rejissor, aktyor, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2005). == Həyatı == Adil Qulamov 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət İncəsənət Universitetini bitirmişdir. 1979-cu ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işləyir. Müxtəlif illərdə kinostudiyada kinomexanik, səs texniki, filmlərin realizə şöbəsinin rəisi, istehsalat şöbəsinin rəisi, "Azərkinovideo" İstehsalat Birliyində kino istehsalı üzrə baş mütəxəssis vəzifələrində işləyib. 1990-cı ildən film direktorudur. "Kənar adamlar" (1992), "Səs" (1993), "Simenslər Azərbacanda" (1993), "Yük" (1995), "Azərbaycan - Odlar yurdu" (1997), "Ovsunçu" (2002), "Arxada qalmış gələcək" (2004), "Əlvida, cənub şəhəri" (2006), "Niyyət" (2010), "Tərsinə çevrilən dünya" (2011), "Sübhün səfiri" (2012) və s. bədii və sənədli filmlərin direktoru və icraçı prodüseri olmuşdur. 2005-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.2016-cı ildə Azərbaycan Milli Kino Günü münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis etdiyi illik mükafata layiq görülmüşdür.
Adil Qulamov
Adil Kərim oğlu Qulamov (21 may 1962, Bakı) — Azərbaycan kinoprodüseri, film direktoru, icraçı prodüser, rejissor, aktyor, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2005). == Həyatı == Adil Qulamov 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət İncəsənət Universitetini bitirmişdir. 1979-cu ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işləyir. Müxtəlif illərdə kinostudiyada kinomexanik, səs texniki, filmlərin realizə şöbəsinin rəisi, istehsalat şöbəsinin rəisi, "Azərkinovideo" İstehsalat Birliyində kino istehsalı üzrə baş mütəxəssis vəzifələrində işləyib. 1990-cı ildən film direktorudur. "Kənar adamlar" (1992), "Səs" (1993), "Simenslər Azərbacanda" (1993), "Yük" (1995), "Azərbaycan - Odlar yurdu" (1997), "Ovsunçu" (2002), "Arxada qalmış gələcək" (2004), "Əlvida, cənub şəhəri" (2006), "Niyyət" (2010), "Tərsinə çevrilən dünya" (2011), "Sübhün səfiri" (2012) və s. bədii və sənədli filmlərin direktoru və icraçı prodüseri olmuşdur. 2005-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.2016-cı ildə Azərbaycan Milli Kino Günü münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis etdiyi illik mükafata layiq görülmüşdür.
Afiq Qulamlı
Afiq Fərhad oğlu Qulamlı (24 dekabr 1996, Xırdalan – 19 oktyabr 2020, Gecəgözlü, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Afiq Qulamlı 24 dekabr 1996-cı ildə Xırdalan şəhərində anadan olmuşdur. Orta təhsilini 2003–2014-cü illərdə Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə aldıqdan sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidməti başa vuran Afiq müxtəlif işlərdə çalışmış, mülki fəaliyyət göstərmişdir. == Hərbi xidməti == Orta məktəbi bitirdikdən sonra 2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Afiq Qulamlı 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmişdir. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Afiq Qulamlı səfərbər olunmuşdur. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Afiq Qulamlı 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 19 oktyabr 2020-ci ildə Füzuli rayonunun Gecəgözlü kəndi istiqamətində döyüş tapşırığnın yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Afərin Qulamzadə
Afərin Müqəddəs oğlu Qulamzadə (13 iyul 1999, Mamusta, Lənkəran rayonu – 19 noyabr 2020, Xocavənd) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Afərin Qulamzadə 13 iyul 1999-cu ildə Lənkəran rayonunun Mamusta kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Afərin Qulamzadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Xocavənd istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. 19 noyabr 2020-ci ildə torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Afərin Qulamzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Afərin Qulamzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2022-ci il tarixli Sərəncamına əsasən Afərin Qulamzadə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Buzavənd Qulaməli
Buzavənd Qulaməli — İrəvan xanlığının Gərnibasar mahalında kənd adı Əsli Bozavənd Qulaməli. XIX əsrin ortalarından sonra adı çəkilmir. Qulaməliyə (mülkədar adıdır) məxsus Bozavənd ailələri mənasındadır.
Bəxtiyar Qulamov
Bəxtiyar Qulamov — SSRİ dövründə "Neftçi"nin heyətində çıxış etmiş futbolçu; SSRİ idman ustası. == Həyatı == 1949-cu ildə anadan olmuşdur. B. Qulamov 2014-cü il yanvarın 6-sı, günün birinci yarısında Moskvada vəfat etmişdir. == Karyerası == 1972–1978-ci illərdə "Neftçi"nin formasını geyinib və SSRİ çempionatında 181, ölkə kubokunda isə 14 oyun keçirib. == Mənbə == Azərbaycan futboluna ağır itki.
Cahangir Qulamov
Cahangir Qulamov (tam adı: Qulamov Cahangir Rza oğlu) — Azərbaycan Respublikasının Dövlət Sərhədini Mühafizə Komitəsi sədrinin müavini—Naxçıvan birinci sərhəd dəstəsinin rəisi (1992). == Fəaliyyəti == 28 iyul 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin 43 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Sərhədini Mühafizə Komitəsi sədrinin müavini—Naxçıvan birinci sərhəd dəstəsinin rəisi vəzifəsinə təyin edilmişdir.
Dilarə Qulamova
Dilarə Qulamova — pianoçu, bəstəkar, Bakı Musiqi Akademiyasının müəlliməsi. == Həyatı == Dilarə Qulamova bir sıra görkəmli opera və vokal sənətçilərini (Lütfiyar İmanov, Fidan Qasımova, Xuraman Qasımova və s.) fortepianoda müşayiət etmişdir. Mahnılar müəllifidir, "Ömür yolu bircə andır" adlı musiqili mono-tamaşanın müsiqisini yazmışdır. Hamlet İsaxanlının fəlsəfi şeirlər silsiləsi üzrə yazılmış bu tamaşanın vokal ifaçısı Rəşidə Rəşid (Behbudova), digər iştirakçılar isə Dövlət Pantomim Teatrının aktyorları olmuşlar.
Evlilərin kitabı (Yusif Qulami)
Evlilərin kitabı — Yusif Qulaminin sosioloji-əxlaqi əsəri. == Məzmun == Qadın-kişi məsələləri üzrə mütəxəssis və psixoloq Dr. Yusif Qulaminin 14 illik araşdırma, rəy sorğusu və konsultasiya nəticəsində yazdığı bu kitab əksər evlilərin qarşılaşdığı, lakin həya hissinin və ya məlumat azlığının bu barədə kiminləsə danışmaq icazəsi vermədiyi məsələləri əhatə edir. Kitabda qadınlarda cinsi istəksizlik probleminin psixoloji amilləri və onun müalicəsi, ər-arvad arasındakı cinsi məsələlərə münasibətdə yanlış təsəvvürlərin araşdırılması, seksual həzzin düzgün təmin edilməsi yolları və s. kimi məsələlərə aydınlıq gətirilir.
Fərman Qulamov
Fərman Qulamov (4 fevral 1945, Astara – 23 dekabr 2016) - Müasir Azərbaycan təsviri sənətinin tanınmış nümayəndəsi, Əməkdar rəssam (2016). == Həyatı == 1945-ci ildə Astara şəhərində anadan olub. 1967-ci ildə Ə. Əimzadə adına rəssamlıq məktəbini bitirib.1976-cı ildə isə Tiflis şəhərində təhsil alıb. 1986-cı ildə Xəzərətrafı respublikaların Biennalı sərgisində III mükafata layiq görülmüşdür. 1993–1994-cü illərdə Bakı, Fulendorf və Moskva şəhərlərində fərdi sərgiləri keçirilmişdi. 1994-cü ildə "Humay" mükafatı ilə təltif olunan rəssam dəzgah boyakarlığı ilə məşğul olur. Əsərləri Fransa, Almaniya, Polşa, Finlandiya, Türkiyə, İran, Əlcəzairdə nümayiş etdirilib, dünya muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır. Rəssamın "Bu gün" (orqalit) və "Günaydın" (orqalit) əsərləri nümayiş etdirilir. 1945-ci ildə Azərbaycanda, Astara şəhərində anadan olmuşdur. 1967-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir.
Hidayət Qulamov
Hidayət Qulamov (8 may 1950, Kəndoba, Ağsu rayonu – 30 noyabr 2017) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == 1950-ci il mayın 8-də Ağsu rayonunun Kəndoba kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Rus dilini bilir. Azərbaycan Milli İstiqlal Partiyasının üzvüdür. 2001-ci il yanvarın 7-də 51 saylı Ağsu-Kürdəmir seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvüdür. Evlidir, 3 övladı var.
Qadın kişi münasibətləri (Yusif Qulami)
Qadın kişi münasibətləri — Yusif Qulaminin qadın-kişi münasibətlərindən bəhs edən psixoloji-əxlaqi əsəri. == Məzmun == Qadın-kişi mövzuları üzrə mütəxəssis psixoloq və bu sahə üzrə bir çox dəyərli araşdırmaların müəllifi olan Yusif Qulaminin bu kitabında elmi və psixoloji aspektdən qadın-kişi münasibətləri təhlil olunur. Belə ki, kitabda cinsi meyil və cinsi əxlaq nəzəriyyələri, sevgi, ailə münasibətləri, evlilikdən sonra yaranan problemlər və onun səbəbləri, cəmiyyətin fəsada sürüklənməsinin əsas səbəblərindən olan açıq-saçıq geyim mövzuları araşdırılır, örtünmə və bu məsələlər haqqında geniş psixoloji təhlillər aparılır, bir çox yeni fikirlər irəli sürülür.
Qulamhüseyn Beqdeli
Beqdeli Qulamhüseyn Fətulla xan oğlu (15 mart 1919, Duraqlı (Xudabəndə), Zəncan ostanı – 1998, Kərəc, Tehran ostanı) — ədəbiyyatşünas, tərcüməçi, mətnşünas, filologiya elmləri doktoru, professor. == Həyatı == Qulamhüseyn Beqdeli 1919-cu ildə Tehran şəhərində anadan olub. Burada orta və ali hərbi məktəbləri bitirmiş, İran şah ordusunun zabiti olmuşdur. İran xalq partiyasına daxil olmuşdur. Siyasi fəaliyyətinə görə həbs edilib, Kirmana göndərilmişdir. 6 aydan sonra sürgündən qayıdıb Güney Azərbaycanda demokratik hərəkata qoşulmuş, azadlıq ordusu tərkibində kapitan rütbəsinədək yüksəlmişdir. == Pişəvəri hökumətinin süqutundan sonra fəaliyyəti == Demokratik hərəkatın süqutundan sonra 1946-cı ildən ailəlikcə siyasi mühacir kimi Şimali Azərbaycanda yaşamışdır. 1947-ci ildə Bakı Ali Partiya məktəbinə daxil olmuşdur. Sonradan isə sovet təhlükəsizlik orqanlarının uydurduğu saxta ittihamla həbsə olunmuş, 10 il azadlıqdan məhrum edilib Uzaq Şərqə, Kobmaya sürgün edilmişdir. Lakin 7 ildən sonra bəraət alaraq təhsilini davam etdirmiş, 1958-ci ildə Bakı Ali Partiya məktəbini bitirmişdir.
Qulamhüseyn Cahanşahi
Qulamhüseyn Mirzə Şəfi oğlu Cahanşahi (1920–2005)—Hüquqşünas. == Həyatı == Qulamhüseyn Mirzə Şəfi oğlu 1920-ci ildə Tehran şəhərində anadan olmuşdu. İbtidai təhsilini orta məktəbdə almışdı. Sonra Tehran universitetini bitirmişdi. Əvvəlcə hüquq, sonra iqtisad təhsili almışdı. Fransada, Paris universitetində iqtisad doktorluğu elmi dərəcəsinə yiyələnmişdi. İrana dönəndən sonra Ali məhkəmədə vəkil kimi çalışmışdı. Hüseyn Əlanın baş nazirliyi dönəmində (12 mart 1951–30 aprel 1951) doktor Səccadi maliyə naziri təyin olunmuşdu. O da doktor Qulamhüseyn Cahanşahini ofisinə müdir vəzifəsinə dəvət etdi. Qulamhüseyn Cahanşahi Tehrandan İran Milli Məclisinə nümayəndə seçilmişdi.
Qulamhüseyn Saidi
Qulamhüseyn Əliəsgər oğlu Saidi (4 yanvar 1936, Təbriz – 23 noyabr 1985, Paris) — Azərbaycanlı yazıçı. == Həyatı == Qulamhüseyn Əliəsgər oğlu Səidi 4 yanvar 1936-cı ildə Təbriz şəhərində anadan olmuşdur. Ədəbi yaradıcılığa maraq göstərən Q.Səidi 1951-ci ildə həbs olunmuşdur. Lakin fəaliyyətində qanunazidd bir şey olmadığı üçün azad edilmişdir. O, iyirmi yaşında Təbriz Universitetinin Tibb fakültəsinə qəbul olunmuşdur. Tələbə ikən inqilab əhval-ruhiyyəli müəlliflərdən Səməd Behrəngi, Behruz Dehqani, Məftun Əmini, Kazım Səadəti və başqaları ilə dostluq etmişdir. 1961-ci ildə ali təhsilini başa vuraraq psixoloq ixtisasına yiyələnmişdir. Tehranda hərbi xidmətdə olarkən əsgərlərin həyatından bəhs edən üç hekayə yazmışdır. Əsgəri xidmətini başa vurduqdan sonra Tehran şəhərində qalmış, “Dilguşə” adlı tibb mərkəzi açmışdır. Həmin səhiyyə ocağı tədricən Tehranın ədəbi, fəlsəfi və siyasi fikir adamlarının toplantı yerinə çevrilmişdir.
Qulamhüseyn Sultanlı
Qulamhüseyn İsgəndər oğlu Sultanlı - Görkəmli Azərbaycan elm xadimi, Azərbaycanda arıçılıqla bağlı bir çox elmi kitab və məqalələlərin müəllifidir. Qulamhüseyn Sultanlı 1 iyul 1934-ci ildə Saatli rayonunun Xanlarkənd kəndində anadan olmuşdur. O, 1954-ci ildə Şamaxı Zoobaytarlıq Texnikumun baytarlıq şöbəsini Fərqlənmə diplomu ilə bitirmişdir. 1959-cı ildə isə akademik K. Q. Skryabin adına Moskva Baytarlıq Akademiyasının baytarlıq fakultəsini bitirərək baytar həkim ixtisasına yiyələnmişdir. == Elmi fəaliyyəti == Qulamhüseyn Sultanlı 1972-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun Elmi Şurasında dissertasiya müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1963 ildən 1993-cü ilə qədər Azərbaycan Elmi-Tətqiqat Baytarlıq İnstitutunda arı xəstəliklərini öyrənən şöbədə məsul vəzifələrdə çalışmışdır. Arıçılıqla bağlı bir çox kitabları dərc olunmuşdur. 2011-ci ildə Tərəqqi medalı ilə təltif edilmişdir == Seçilmiş əsərləri == Arıçılıq haqqında söhbətlər , 1980 il., 120 səh. Arıçının məlumat kitabı , Azərnəşr; 1990 il., 136 səh. Arı xəstəlikləri və onlarla mübarizə , 1999 il., 168 səh.

Digər lüğətlərdə

агу́лы меге́ра мелкозу́бка нефтепроду́кты обры́вность онтологи́ческий ощути́тельность саркасти́чески страдова́ть тяжелова́то запа́рка лексикографи́ческий наряди́ться откуси́ть перегрева́ние рококо́ употреби́тельность жолоб generationism one-upmanship simultaneously tactically инокуляция окапи удовлетворённо