QULAMƏLİ

“Əlinin qulu, qulamə” deməkdir, ərəbcədir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

QULAQÇIN
QULAN
OBASTAN VİKİ
Buzavənd Qulaməli
Buzavənd Qulaməli — İrəvan xanlığının Gərnibasar mahalında kənd adı Əsli Bozavənd Qulaməli. XIX əsrin ortalarından sonra adı çəkilmir. Qulaməliyə (mülkədar adıdır) məxsus Bozavənd ailələri mənasındadır.
Qulaməli Bayandur
Qulaməli Əliəkbər xan oğlu Bayandur (13 dekabr 1898-25 avqust 1941) — İran Dəniz Qüvvələrinin kontr-admiralı. == Həyatı == Qulaməli xan Əliəkbər xan Bayandurun ikinci oğludur. 13 dekabr 1898-ci ildə Tehran şəhərində anadan olmuşdu. 1941-ci ildə SSRİ-nin təhlükəsizliyi və yerli əhaliyə "kömək göstərmək" məqsədilə Sovet qoşunları Güney Azərbaycana daxil oldu. İkinci dünya müharibəsinin əvvəllərindəki, habelə, 1941-ci ildə Sovet və Britaniya qoşunları İrana daxil olduqdan sonra ümumilikdə İranda və Güney Azərbaycanındakı siyasi proseslər, İranda SSRİ-ABŞ-Böyük Britaniya qarşıdurmasının gücləndi. Dünya müharibəsi ərəfəsində və müharibənin ilk vaxtlarında alman firmalarının nümayəndələri adı altında xüsusi xidmət orqanlarının işçiləri Təbriz, Maku, Xoy, Mianə, Mərənd kimi şəhərlərdə də yerləşdirilmişdi. 1941-ci ilin əvvəllərində Almaniya gizli yolla İrana 11.000 ton silah və sursat gətirmişdi. İranın "turist düşərgələrində" istirahət edənlərin çoxunun hərbçi olması barədə kəşfiyyat materialları var idi. 1941-ci ilin iyul-avqust aylarında minə qədər mülkü geyimli alman zabitlərinin Ərzurum yolu ilə İrana keçməsi müşahidə edilmişdi. Rusların köməyi ilə dövlət çevrilişi etmiş, ingilislərin köməyi ilə səltənəti ələ keçirmiş Rza şah Almaniya yardımı ilə XX əsri İranda "Pəhləvinin qızıl əsrinə" çevirmək ümidində idi.
Qulaməli Üveysi
Qulaməli Üveysi (fars. غلامعلی اویسی‎; 1918, Qum – 8 fevral 1984, Paris) — İran generalı, Şah qvardiyasının rəisi, Tehran şəhərinin hərbi komendantı. == Həyatı == Qulaməli Üveysi 16 aprel 1918-ci ildə Qum vilayətinin Fordo kəndində anadan olmuşdu. Kəndin əhalisi mənşəcə türkmanlardan təşkil olunmuşdu. Onun öz şəcərəsi Qaraqoyunlu Qara Yusifə çatır. Qulaməli Üveysi Tehranda hərbi məktəb bitirmişdi. Məhəmmədrza şah Pəhləvi ilə sinif yoldaşı idi. Qulaməli Üveysi 5 dekabr 1978-ci ildə İranın əmək naziri olmuşdu. Qulaməli Üveysi 7 fevral 1984-cü ildə Parisdə terror edildi.
Çeşmə-i Qulaməli
Çeşmə-i Qulaməli (fars. چشمه غلامعلي‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 401 nəfər yaşayır (101 ailə).
Qulaməli xan Ziyadoğlu-Qacar
Qulaməli xan Qacar — İrəvan xanı. 1783-cü il noyabrın 9-da Hüseynəli xan Qacar xəslələnərək vəfat etdi. Xanın vəsiyyətinə əsasən hakimiyyətə böyük oğlu, 15 yaşlı Qulaməli xan Qacar gəldi. == Hakimiyyəti == Knyaz Baqrationun İrəvan xanlığında Qulaməli xanın oturması ilə razılaşmasını İrəvan zadəganları birmənalı qiymətləndirərək elə güman etdilər ki, bu işdə II İraklinin əli vardır. Odur ki, yeni xana o qədər də etibar etmirdilər. Qulaməli xan atasının dəfni ilə məşğul olarkən yerli əyanlardan Usmi bəy tərəfdarları ilə üsyan qaldıraraq İrəvan qalasını ələ keçirdilər. Lakin mərhum Hüseynəli xanın keçmiş tərəfdarlarının da köməyi ilə yatırıldı.Qulaməli xanın səkkiz aylıq hakimiyyəti İrəvan xanlığının ən ziddiyyətli dövrlərindəndir. Onun hakimiyyəti dövründə xanlıqda öz mövqeyini möhkəmləndirmək üçün Osmanlı dövləti ilə Rusiya qüvvələri arasında gizli mübarizə gedirdi. Qulaməli xanın çox gənc və təcrübəsiz olmasından istifadə edən bu iki dövlət İrəvan hakimini öz tərəfinə çəkməyə çalışırdı. Əgər Hüseynəli xan hər iki tərəf arasında bitərəf mövqe tuturdusa, Qulaməli xanın dövründə İrəvan xanlığı Osmanlı dövləti ilə daha da yaxınlaşdı.

Digər lüğətlərdə

выщи́пывать запечатлева́ться кусторе́з моторизи́роваться оптимисти́чески размагни́тить рудоко́пня самока́л снопо... эпидерма́льный кантиле́на надъе́сть подтормози́ть предполя́рный расцвета́ние сероводоро́дный эшело́нный horizon blue learner offensive defence афро-азиатский историйка кочан обтёсываться перетапливаться