QULAQBURMASI

is. dan. Yüngül tənbeh, yüngül cəza.
[Dayısı Nadirə:] Bacıoğlu, görünür, qulaqburması yadından çıxıb, ha? – deyə altı il əvvəl döyüldüyünü xatırlatdı. B.Talıblı.

□ Qulaqburması vermək – cəzalandırmaq, tənbeh etmək.
[Mirzə Əsgər:] Lazımdır ki, bir qulaqburması verib, sonra bir iş üstə qoyasız, bikar gəzməsin. N.Vəzirov.
Özünü də tutub qoyacaq idilər bu şeylərin üstünə, gözəl qulaqburması verəcəkdilər. M.S.Ordubadi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QULAQBURMASI qulaqburması bax cəza
  • QULAQBURMASI tənbeh — cəza
QULAQBURMA
QULAQCIQ

Digər lüğətlərdə

бли́нная брита́нка гера́ниевый колони́ст нагора́живать нати́рочный переко́р потрепета́ться проду́в счесть подлести́ться ско́рая у́личи кавыка конфекты Anita retrieve shirt of mail solar-powered terror-haunted бессилие единоутробный ирландский перевешивать повариха