QULPLU
QUMBARA
OBASTAN VİKİ
Anar Qumaşov
Anar Saleh oğlu Qumaşov (10 oktyabr 1997, Bakı, Azərbaycan — 20 oktyabr 2020;, Hadrut, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anar Qumaşov 10 oktyabr 1997-ci ildə Bakıda anadan olmuşdur. Əslən Cəbrayıl rayonundan olan Anar uşaq yaşlarında atasını itirib, nənəsinin himayəsində böyüyüb. 238 saylı məktəbdə təhsil almışdır. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Anar Qumaşov Füzuli və Hadrutun azad edilməsində savaşıb. 20 oktyabr 2020-ci il tarixində Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. Keşlə Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Qumaşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Anar Qumaşov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Anar Qumaşov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Значение слова в других словарях

доскрести́ законспири́рованный лобза́ние нажа́ривать попригляде́ться юриспруде́нция аристокра́тка гегемо́н изыска́тельный пове́рить разыгрывать коме́дию хан Anthony broche bus boy indenture infantry kestrel loxodrome mitrewort peeling piratic prosthetic космос оникс