QUMRAL

Qoyunlar rənginə görə müxtəlif növlərə bölünür: qumral, ərbəş, bəröyüm, qara, boz, gərçal. Qumral “qızılı”, quba “açıq-şabalıdı rəng” deməkdir. Sözün mənşəyi quba (“quba qaz”, “quba at” deyirik) kəlməsi ilə bağlıdır. Qumralquba sinonimlərdir, “qızılı” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

QULUNC
QUMRU
OBASTAN VİKİ
Qumral Sadıqzadə
Qumral Sadıqzadə (tam adı: Sadıqzadə Qumral Seyid Hüseyn qızı) (1929-2010) — Seyid Hüseyn Sadiqin qızı. 1929-cu il dekabrın 7-də Bakıda, İçərişəhərdə ziyalı ailəsində anadanolub. 1947-ci ildə Bakı Energetika Texnikumunu, 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsini bitirib. 1960-cı ildən etibarən dövri mətbuatda rus dilindən tərcümələri ilə çıxış edib. == Yaradıcılığı == Yazıçını ədəbi mühitə tanıtdıran ilk əsəri dövrünün görkəmli publisisti, tənqıdçisi, nasiri olan atası Seyid Hüseyndən, Azərbaycanın ilk ziyalı xanımlarından olan anası şairə Ümmügülsümdən, ümumiyyətlə nəslinin tarixindən bəhs olunan iki hissədən ibarət "Son mənzili Xəzər oldu” adlı tarixi-sənədli romandır. Müəllifin 2002-ci ildə çap etdirdiyi "Mənim nakam qardaşım” romanı bu nəslin tarixinin davamıdır. Əsər Seyid Hüseyn – Ümmügülsüm ailəsinin 37-ci il repressiyasından sonrakı dövrünü əhatə edir. 2000-2009-cu illər Qumral Sadıqzadənin həyatında bədii yaradıcılıq baxımından ən məhsuldar dövrdür. Bu illər ərzində dövri mətbuatda ədibin bir-birindən maraqlı povest və hekayələri ("Analar tək qalmasın”,"Uzunçu”, "Deyingən”,"Təranə” və s.) çap olunub. Yazıçının qələmi bu gün də öz itiliyini saxlayır və fəaliyyətini davam etdirir.
Qumral palıd
== Ümumi yayılması: == Qafqazda və Rusiyada (Krım) təbii arealı vardır. == Azərbaycanda yayılması: == Şərqi Böyük Qafqazda – Quba, Qusar, Dəvəçi, İsmayıllı, Qəbələ, Goranboy, Xankəndi, Lənkəran, Lerik rayonlarının meşələrində dəniz səviyyəsindən 500–1000 m yüksəklikdə yayılmışdır. == Statusu: == Azərbaycanın nadir bitkisidir.DD. == Bitdiyi yer: == Orta dağ qurşağında meşələrdə rast gəlinir. == Təbii ehtiyatı: == Təbii arealı çox geniş deyildir. == Bioloji xüsusiyyətləri: == Təbiətdə hündürlüyü 30 m, diametri 60 sm-ə çatan uzunömürlü ağacdır. Qumral palıdı gürcü palıdından fərqləndirən əsas əlamətlərdən başlıcası onun yarpaqlarının alt tərəfində damarların ol-masıdır. Gürcü palıdının yarpaqları isə çılpaq olur. Qumral palıdın yar-paqlarında yan damarlar 5-7 ədəd, gürcü palıdında isə yan damarları bir qədər artıq olur. Qumral palıdın yarpaqları nazik, uzunsov və ensiz, tərs ovalvarı olduğu halda, gürcü palıdının yarpaqları isə tərs oval və ya uzunsov oval, üstdən parıldayan tünd-yaşıl rəngli olmaqla möhkəm dərivarıdır. Bitkinin zoğları boz sıx keçə tüklüdür və sonralar tədricən çıl¬paq-laşır.
Qumral əvəlik
Qumral əvəlik (lat. Rumex crispus) — qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü. Çəmənliklərdə və sahələrin kənarında, çay kənarlarında, su arxları və yolların kənarında alaq otu kimi bitir. == Botaniki təsviri == Hündürlüyü 50-100 sm olan çoxillik ot bikisidir. Gövdəsi bərk, çılpaq və azacıq şırımlıdır. Qalın və lansetvari cod yarpaqları saplaqlı, uzunsov- lansetvari və ya uzunsov-xəttvaridir. Saplaq tərəfi yumru və ya ürəkvari şəkildə daralmış, ucları iti, qıraqları burulmuş-dalğavaridir. Çoxçiçəkli dəstə kimi birləşən çiçəkləri dar uzun süpürgəvarı çiçəkqrupu əmələ gətirir. Meyvələri 2 mm uzunluğunda tünd mixəyi rəngli, parıltılı, iti üçkünc qozcuqlardır. May-iyul aylarında çiçəkləyir və meyvə verir.

Digər lüğətlərdə

застира́ться лис общераспространённый обюрокра́чивать перека́пывание вая́ть горнолы́жный издыря́вливаться обольсти́ться пасту́ший рожок типогра́фия уганди́йка уже́ль антихрист хопыльский цвекла barlow exclusionary rule hexagonal ontogenetic radiop siskin-green unmalicious подмочить притеснительница