QUMAŞ
QUNC
OBASTAN VİKİ
Mirzə Məhəmməd Tağı Qumri
Mirzə Məhəmməd Tağı Qumri (1819, Dərbənd – 1891, Dərbənd, Dağıstan vilayəti) - XIX əsrdə yaşayıb-yaratmış azərbaycanlı şair. == Həyatı == Dərbənd şairlərindən ən məşhuru Mirzə Məhəmməd Tağı ibnül-mərhum İbrahim və "Qumri" təxəllüsdür. Qumri əslən Dərbəndlidir və bu şəhərdə hicri tarixi ilə 1235-ci ildə dünyaya gəlib. Qumri səğir sinnindən məktəbə qoyulub, öz zehnü fərasəti sayəsində az vaxtda türkcə, farsca və hətta ərəbcə gözəl savad kəsb edib, öz vaxtının və müasirinin mabeynində mütədavil olan ülumü kəmalata dara olubdur. Mirzə Məhəmməd Tağı əxlaqü ətvar cəhətincə cümlənin nəzərində məmduhü mümtaz bir vücudi-möhtərəm sayılırdı. Kəsbi-məaşını ticarət əmrinə münhəsir qılıb, mütəşəxxis və mötəbər tüccarlardan birisi hesab olunurdu. Sahibi-əqlü tədbir olduğu üçün müşkül əmrlərdə əbnayi-vətəni, dost və aşnası ona rücu edib, onun səlahdidi ilə rəftar edərdilər. Otuz sinninə yetdikdə nəzmü təlifi-əşari-gövhərbar və əbyati-dürnisari-müsibəti-əhli-beyti-əthar və şühədayi-Kərbəlaya şüru etməklə bir qüvveyi-iqtidar peyda etmiş Qumri "Kənzül-məsaib" nam əsərinin dibaçəsində nəsr ilə yazdığı bir neçə püribarə sətirlərdən belə anlaşılır ki, əyyami-şəbabını zövqü işrətdə keçirdiyindən peşman olubdur. Necə ki, ol cənab bu xüsusda deyir: "Bəndeyi-zəlil rusiyah əlmüznibü təhidəst, sərmayeyi-itaəti-übudiyyət və qutəvəri-dəryayi-bimüntəhayi-məasi, əsiri-həvayi-nəfsi-əmmareyi-şərir əbdül-həqir kəsirüz-zünubü təqsir Məhəmməd Tağı ibnül-mərhum İbrahim Dərbəndi əlmütə-xəllis bə "Qumri" məşğuli-sevdayi-cəmali-bər xəttü xali-məhbubani-əbruhilal və məftuni-nərgisi-fəttani-dilfəribani-cadumisal olub və bəmüfadi "əl məcazü qəntərətül-həqiqə" gülüstani-aləmi-imkanü məcazdə aşüftəvü nalan, kəmali-nəğmeyi-məqamati-fərəhəfza ilə guya və rətbül-lisan olduğu halda nagah şahbazi-büləndpərvazi-nüktəpərdazi-əqli-mümtazi-kamilnəvazi-[aləmi]-insan mərəzi-xitab-itaba gəlib, mütərənnimi-məqal vəcdü hal və müstəhzəri-sualü cavab oldu". Şairin təbi-rəvanpərvəri ağılın bu gunə Qumrini xabi-qəflətdən bidar edib, axirət və mənəviyyət aləminə onun fikrü xəyalatını sövq etməyini müşahidə edib, filfövr ağıl ilə mübahisəyə daxil olur və meydani-fəsahətü bəlağət[də] tündü çapük gedən atını cövlan etdirib, bir xeyli mükalimə və mübahisədən sonra təb ağıla qalib gəlir.
була́вчатый доха́живать зацы́кать они́мия отсоедине́ние па́пенькин ра́з за ра́зом снабжа́ться упа́дочник бесси́льно грек за рубе́ж обведе́ние ополови́ниванье спусково́й aelurophobia carnallite chiastolite grabby preload дышаться подражатель приткнуться фокальный штиль