QUNDAQ1

Qədim mənası “bələk” deməkdir. Dialektlərdə yığcam adama qındırğa de­yirlər. -daq hissəsi bağ kəlməsinin dəyişmiş formasıdır. Qun hissəsi qon­darmaq (qıvraq) feili ilə qohumdur. Ümumi məna belədir: bağla və beşiyə qoy (qondar). Qaraqalpaq dilində “bələk” mənasında işlədilir. Onlar “завернуть” sözünü qundaqlamaq kimi tərcümə ediblər. İkinci yozum da mümkündür: qundaq sözünün kökü od mənasını verən köy kəlməsidir, isti deməkdir. Qundaq - “isti elə”, “bələ”, “bağla” mənasını əks etdirir. Anadolu türkləri “зажигательный” mə­na­sında qundaqçı sözündən istifadə edirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Tüfəng qundağı. Zənn edirəm ki, söykəmək mənasına yaxın olan qon­dar­maq (qoymaq) kəlməsi ilə bağlıdır. Başqa dillərdə də buna uyğundur: rusca прикладкласть sözləri eyni kökə malikdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

QUMSAL
QURAQLIQ
OBASTAN VİKİ
Qundaq-qundaq
Qundaq-qundaq oyunu
Qundaqlı yay-ox
Qundaqlı yay-ox (köhnə azərbaycanca tarixi adları: Çarx چارخ Zənbərək زنبرک Zənburək زنبورک) — mexaniki yay-ox Azərbaycan Respublikası qanunvericiliyinə əsasən soyuq atıcı silah növüdür. Arbalet adi yay və oxdan dəqiq atış və dağıdıcı gücü ilə fərqlənir, lakin ox və yay arbaletdən daha sürətlidir. Arbaletdən atış üçün bolt, ox və ya güllədən istifadə edilir. Döyüş zamanı həm mexaniki (əl ilə istifadə edilən), həm də xüsusi avadanlığın üzərinə quraşdırılmış iri həcmli arbaletlərdən də istifadə edilirdi. Belə arbaletlərə arkbalist deyilir. == Mexanizm == Arbaletin əsas hissəsi qundaqdır və qundağın iç hissəsinə tətik quraşdırılır. Qundağın üzərində istiqamətləndirici (oxları) oyuq olur. Qundağın sonuna isə çiyinlər bərkidilir və həmin çiyinlərə ayağ üçün halqa quraşdırılır. Həmin halqaya arbaleti doldurma zamanı ayaq keçirilir. Çiyinlər elastikliyə malik polad, ağac və ya buynuzdan hazırlanır.

Digər lüğətlərdə

анортози́т водяни́к замше́лый исторга́ть мо́жно обмундиро́вка прароди́тельский прико́рм сли́вовый спазмати́чески упуска́ть ханши́н горла́стость плести́ проби́ровать спиритуалисти́ческий электротра́нспорт мимо cuffer exhaustive gas-jet gise percentagewise self-evidence рушиться