QUQ-QU

təql. къукъу, ку-купӀ (къукъу, кукупӀ хьтин къушари акъуддай ван).
QUĞULDAMAQ
QUQ-QULU-QU
OBASTAN VİKİ
Qu
Qu (lat. Cygnus) – ördəklər fəsiləsinə aid quş cinsi. == Xarici görünüşü == Qu quşular ya tamam ağ, ya boz, yaxud da qara rəngdə olur. Erkək və dişiləri xarici görüşünə görə ayırd etmək o qədər də asan deyil. Qu quşu qazlardan daha uzun boynunun olması, eləcə də daha böyük bədənə malik olması ilə fərqlənir. == Növləri == Qara qu quşu (Cygnus atratus) Qaraboyun qu quşu (Cygnus melanocoryphus) Fısıldayan qu quşu (Cygnus olor) Cygnus buccinator Amerika qu quşu (Cygnus columbianus) Kiçik qu quşu (Cygnus bewickii) Harayçı qu quşu (Cygnus cygnus) == İstinadlar == == Ədəbiyyat == Louchart, Antoine; Mourer-Chauviré, Cécile; Guleç, Erksin; Howell, Francis Clark & White, Tim D. (1998): L'avifaune de Dursunlu, Turquie, Pléistocène inférieur: climat, environnement et biogéographie. C. R. Acad. Sci. Paris IIA 327(5): 341–346.
Denden-qu
Denden məbədi (電電宮, Denden-qu) – Yaponiyanın Kioto şəhərinin Nişikyo rayonunda yerləşən şintoist məbədi. Elektrik və radio dalğaları kamisi Denden-Myocinə həsr olunmuşdur. == Tarixi == Denden-Myocin orta əsrlərdə Kiotonun kiçik bölgələrində sitayiş edilən ildırım kamisi olmuşdur. Bu tanrı kənd təsərrüfatı və çəltik yığımı ilə də assosiasiya edilmişdir. Yaponiyada Denden-Myocinə həsr olunmuş yeganə məbəd Horin məbəd kompleksinin içində tikilmişdir. Məbəd yerli sakinlər arasında populyar olsa da, 1864-cü ildə Hamaquri darvazası üsyanı zamanı baş verən yanğın nəticəsində məhv olmuş və bərpa olunmamışdır.1956-cı ildə Kinki Radio Tənzimləmə Şurasının direktorunun təklifi ilə Denden-Myocinə həsr olunmuş yeni məbəd tikilmişdir. Bu zamandan etibarən Denden-Myocin elektrik və radio dalğalarının kamisi hesab olunmağa başlamışdır. Osaka prefekturasında baş tutan Ekspo 70 tədbiri münasibətilə 1969-cu ildə məbəd yenilənmişdir. == Xüsusiyyətlər == Məbəddə Henrix Hers və Tomas Edisona həsr olunmuş abidə tikilmişdir. Məbəd kompüter mühəndisləri, proqramçılar, telefon xidməti provayderləri arasında populyardır.
Fısıldayan qu
Fısıldayan qu (lat. Cygnus olor) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qu cinsinə aid heyvan növü. Yayılması: Xəzər sahillərində Qızılağac qoruğunda rast gəlir. Mil düzü və Samur-Dəvəçi düzənliyinin su hövzələrində. 1993-cü il quşların yaz hesablamaları zamanı Sarısu, Ağgöl, Şirvan qoruğunda yuvalayan quşlar qeydə alınmışdır. Xüsusilə Ağzıbir (Dəvəçi limanı) gölündə – 10 cütdən yuxarı. Çoxalması: Qular həyatlarının sonuna kimi bir cüt yaradır. Yuvanı yalnız dişi fərd qurur. Yuvada 7-9 yumurta olur. 35 gün kürt yatır.
Hakozaki-qu
Hakozaki məbədi (筥崎宮, Hakozaki-qu) – Yaponiyanın Fukuoka prefekturasının Fukuoka şəhərində yerləşən şintoist məbədi. İmperator Ocinə həsr olunmuşdur. == Tarixi == Hakozaki məbədi X əsrin əvvələrində Usa məbədinin bir qolu kimi qurulmuşdur. Məbədin qurulmasında məqsəd Koreya dövləti olan Şila krallığının hücumlarından qorunmaq olmuşdur.927-ci ildə yazılmış "Enqişiki" kitabında Hakozaki məbədi myocin-tayşa olaraq göstərilmişdir. == Xüsusiyyətləri == Məbəd İmperator Ocin, İmperatriça Cinqu və ilahə Tamayorihimeyə həsr olunmuşdur. Məbədin illik festivalı 15 sentyabr tarixində baş tutur. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). III cild (G–I). Tokio: Kodansha. 1983.
Kiçik qu
Kiçik qu (lat. Cygnus columbianus bewickii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qu cinsinin amerika qu quşu növünə aid heyvan yarımnövü. == Statusu == Nadirdir. == Kateqoriyası == Təhlükə həddinə yaxındır (EN). Qorunma tədbirləri görülməsə nəslinin kəsilmə təhlükəsi yarana bilər. == Qısa təsviri == Harayçı quşa oxşasa da ondan kiçikdir. Ümumi rəngi ağ, ayaqları və dimdiyi qaradır. Diri kütləsi 5-6,5 kq, qanadının uzunluğu 48-56 sm, pəncə lüləsi 10-11 sm-dir . == Yayılması == Avropa və Orta Asiyada qışlayır. Tundrada yuvalayır.
Kotohira-qu
Kotohira məbədi (金刀比羅宮, Kotohira-qu) və ya Konpira məbədi – Yaponiyanın Kaqava prefekturasının Kotohira qəsəbəsinin Nakatado rayonunda yerləşən şintoist məbədi. Şintoizm ilahı olan Omononuşi-no-kamiyə və İmperator Sutokuya həsr olunmuşdur. == Tarixi == İmperator Sutoku Sanuki əyalətində sürgün zamanı öldüyü üçün məbəd XI əsrin əvvəllərində həmin əyalətdə tikilmiş və əvvəlcə buddizm-şintoizm ilahı olan Konpiraya həsr olunmuşdur. Bu ilahın mənşəyi Hindistanda Qanq çayının timsah tanrısı olan Kumbhira ilə əlaqədardır. Məbəd dənizə yaxın yerləşdiyi üçün Konpira balıqçıların və dənizçilərin qoruyucu ilahı hesab edilmiş, hətta yaxınlıqda yerləşən bir buddist məbədinin qoruyucu ilahı olmuşdur.1868-ci ildə buddizm ilə şintoizmin ayrılmasından sonra Konpira şintoizm ilahlarından biri olan Omononuşi-no-kami olaraq yenidən identifikasiya edilmişdir. Omononuşi-no-kami VIII əsrə aid "Kociki" salnaməsində "dənizi işıqlandıran tanrı" kimi təsvir edilmişdir.Hər ilin 10 oktyabr tarixində məbəddə festival keçirilir. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). IV cild (J–Libe). Tokio: Kodansha. 1983.
Qu (ada)
Qu adası — Abşeron yarımadasından şərqdə yerləşən Azərbaycana məxsus ada. Bu ada Abşeron arxipelaqına daxil olan kiçik adalardan biridir. Gürgan limanından 8 km cənub-şərqdə yerləşir. Abşeron körfəzi akvatoriyasına aiddir. == Maraqlı fakt == Qu Azərbaycan ərazisində yeganə iki hərfli toponim adıdır.
Qu (bürc)
Qu (lat. Cygnus) — göyün şimal yarımkürəsində ulduz bürcü.
Qu Xuesong
Qu Xuesong (21 iyun 1993) — Çinli oxatan. Qu Xuesong Çin Xalq Respublikasını 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Qu Xuesong həmdə 2015-ci ildə Kopenhagen şəhərində baş tutan Dünya Çempionatında qarışıq komanda yarışlarında bürünc medal qazanıb. == Karyerası == Qu Xuesong birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Qazaxıstanın nümayəndəsi Sultan Duzelbayev ilə üz-üzə gəldi. Həmin görüşdə Qu Xuesong rəqibinə 4:6 hesabı ilə uduzdu.
Qu adası
Qu adası — Abşeron yarımadasından şərqdə yerləşən Azərbaycana məxsus ada. Bu ada Abşeron arxipelaqına daxil olan kiçik adalardan biridir. Gürgan limanından 8 km cənub-şərqdə yerləşir. Abşeron körfəzi akvatoriyasına aiddir. == Maraqlı fakt == Qu Azərbaycan ərazisində yeganə iki hərfli toponim adıdır.
Qu quşu
Qu (lat. Cygnus) – ördəklər fəsiləsinə aid quş cinsi. == Xarici görünüşü == Qu quşular ya tamam ağ, ya boz, yaxud da qara rəngdə olur. Erkək və dişiləri xarici görüşünə görə ayırd etmək o qədər də asan deyil. Qu quşu qazlardan daha uzun boynunun olması, eləcə də daha böyük bədənə malik olması ilə fərqlənir. == Növləri == Qara qu quşu (Cygnus atratus) Qaraboyun qu quşu (Cygnus melanocoryphus) Fısıldayan qu quşu (Cygnus olor) Cygnus buccinator Amerika qu quşu (Cygnus columbianus) Kiçik qu quşu (Cygnus bewickii) Harayçı qu quşu (Cygnus cygnus) == İstinadlar == == Ədəbiyyat == Louchart, Antoine; Mourer-Chauviré, Cécile; Guleç, Erksin; Howell, Francis Clark & White, Tim D. (1998): L'avifaune de Dursunlu, Turquie, Pléistocène inférieur: climat, environnement et biogéographie. C. R. Acad. Sci. Paris IIA 327(5): 341–346.
Qız-qu
Amerika qu quşu
Amerika qu quşu (lat. Cygnus columbianus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qu cinsinə aid heyvan növü.
Dazayfu Tenman-qu
Dazayfu məbədi (太宰府天満宮, Dazayfu Tenman-qu) – Yaponiyanın Fukuoka prefekturasının Dazayfu şəhərində yerləşən şintoist məbədi. 903-cü ildə Dazayfu şəhərinə sürgün edilərək ölən alim və siyasətçi Suqavara no Miçizaneyə həsr edilmişdir. == Tarixi == Suqavara no Miçizane 903-cü ildə Dazayfu şəhərində öldükdən sonra onun qalıqları Anraku buddist məbədində basdırılmışdır. İki il sonra həmin yerdə memorial zalı inşa edilmişdir. Miçizanenin ruhunu sakitləşdirmək məqsədilə imperatorun əmri ilə 919-cu ildə Dazayfu məbədi tikilmişdir. Bir neçə əsr boyunca məbədin populyarlığı artmış, Miçizane alimlik və xəttatlığın hamisi hesab olunmağa başlamışdır.Hazırkı məbəd binasının tarixi 1590-cı ilə aiddir. == Tədbirlər == Məbədin illik festivalı 25 sentyabrda keçirilir. Bundan əlavə, hər ilin 7 yanvar tarixində məbəddə Usokae adlı tədbir baş tutur. İnsanlar quş formasındakı amuletləri olan usolarla məbədə gəlib dövrə şəklində bir ağaca yaxınlaşırlar və təsadüfi insanlarla uso mübadiləsi aparırlar. İnanca görə bu yolla uğur gətirən xüsusi uso əldə etmək mümkündür.Usokae ilə yanaşı 7 yanvar tarixində məbəddə Onisube adlı eksorsizm ritualı keçirilir.
Fısıldayan qu quşu
Fısıldayan qu (lat. Cygnus olor) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qu cinsinə aid heyvan növü. Yayılması: Xəzər sahillərində Qızılağac qoruğunda rast gəlir. Mil düzü və Samur-Dəvəçi düzənliyinin su hövzələrində. 1993-cü il quşların yaz hesablamaları zamanı Sarısu, Ağgöl, Şirvan qoruğunda yuvalayan quşlar qeydə alınmışdır. Xüsusilə Ağzıbir (Dəvəçi limanı) gölündə – 10 cütdən yuxarı. Çoxalması: Qular həyatlarının sonuna kimi bir cüt yaradır. Yuvanı yalnız dişi fərd qurur. Yuvada 7-9 yumurta olur. 35 gün kürt yatır.
Harayçı qu quşu
Harayçı qu (lat. Cygnus cygnus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qu cinsinə aid heyvan növü. Uzunluğu 140-160 sm, qanadlarının genişliyi 205-235 sm-dir. Çəkisi 8-15 kq arasında dəyişir. == Statusu == Adi saylıdır. == Qısa təsviri == Fısıldayan qulələyə oxşayır, lakin ondan az kiçikdir (5-10 kq). Xoş səsi var: “anqa-a, anqa-a”. Rəngi qar kimi ağdır. Dimdiyi qaradır, yalnız ucu sarıdır. Suda və yerdə boynunu dik saxlayır.
Kiçik qu quşu
Kiçik qu (lat. Cygnus columbianus bewickii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qu cinsinin amerika qu quşu növünə aid heyvan yarımnövü. == Statusu == Nadirdir. == Kateqoriyası == Təhlükə həddinə yaxındır (EN). Qorunma tədbirləri görülməsə nəslinin kəsilmə təhlükəsi yarana bilər. == Qısa təsviri == Harayçı quşa oxşasa da ondan kiçikdir. Ümumi rəngi ağ, ayaqları və dimdiyi qaradır. Diri kütləsi 5-6,5 kq, qanadının uzunluğu 48-56 sm, pəncə lüləsi 10-11 sm-dir . == Yayılması == Avropa və Orta Asiyada qışlayır. Tundrada yuvalayır.
Qara qu quşu
Qara qu (lat. Cygnus atratus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qu cinsinə aid heyvan növü.
Qaraboyun qu quşu
Cygnus melancoryphus (lat. Cygnus melancoryphus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qu cinsinə aid heyvan növü.
Qu gölü (balet)
Qu gölü (rus. Лебединое озеро – Lebedinoye ozero) — Pyotr Çaykovski tərəfindən 1875–1876-cı illərdə bəstələnmiş 20 opus nömrəli balet. Dörd pərdəli baletin ilk ssenarisi rus nağılı əsasında yazılmışdır. Sonda şahzadə Odetta şeytan tərəfindən qu quşuna çevirilir. İlk səhnələşdirməsinin xoreoqrafı Culus Reisincerdir. Baletin premyerası 4 mart (köhnə təqvimlə 20 fevral) 1877-ci ildə Moskvanın Bolşoy Teatrında keçirilmişdir. Balet ilkin musiqi və xoreoqrafiya əsasında bir çox balet truppaları tərəfindən müxtəlif versiyalarda səhnələşdirilmişdir. İmperator Baleti tərəfindən ilk səhnələşdirmə isə 15 yanvar 1895-ci ildə Marius Petipa və Lev İvanovun təqdimatında Sankt-Peterburqun Mariinski teatrında baş tutmuşdur. Bu səhnələşdirmə üçün Çaykovskinin qoyuluşu və Sankt-Peterburq İmperator Teatrının rəhbəri Rikkardo Driqonun təkmilləşdirilməsi ilə mümkün olmuşdur. == Tarixi == === Qu gölü əfsanəsinin mənşəyi === "Qu gölü" əfsanəsinin mənşəyi haqqında müxtəlif fikirlər vardır.
Qu quşu (bürc)
Qu (lat. Cygnus) — göyün şimal yarımkürəsində ulduz bürcü.
Ri Çol-Qu
Ri Çol-Qu (25 dekabr 1985) — Şimali Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Ri Çol-Qu Şimali Koreyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
"Qu quşları" fəvvarə kompleksi
"Qu quşları" fəvvarə kompleksi — Azərbaycanın Bakı şəhərində yerləşən fəvvarə kompleksi. Kompleks Bakı bulvarında yerləşir. == Tarixi == Fəvvarə kompleksi 1960-cı illərdə Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilmişdir.Fəvvarə şair Nizami Gəncəvi və bəstəkar Qara Qarayevin "Yeddi gözəl" poeması və baletindən ruhlanaraq yaradılmış və 7 qu quşu heykəlindən ibarət idi.2007-ci ildə Dənizkənarı Bulvarda aparılan yenidənqurma işlərindən sonra "Qu quşları" fəvvarəsinin yerinə yeni fəvvarə kompleksi yaradıldı. 2018-ci ildə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində ərazidə hovuz inşa edilib, 16 fəvvarə dirəyi qurulub, təbii daşlar üzərində heykəltaraş Murad Sücəddinov tərəfindən 7 qu quşu heykəli hazırlanıb.
Şahzadə qız - Qu quşu
Şahzadə qız — Qu quşu (rus. Царевна-Лебедь) — Rus rəssamı Mixail Aleksandroviç Vrubel tərəfindən 1900-cü ildə çəkilmiş rəsm. Şəkil Aleksandr Puşkinnin Çar Saltan haqqında nağıl əsərinin və N.A.Rimski-Korsakovun eyniadlı operasının personajına həsr edilib. Tabloda rəssamın zövcəsi Nadejda Zabela-Vrubel təsvir olunub. O, həmin operada Şahzadə qız — Qu quşu rolunda məşhurlaşmışdı. Vrubelin şəklindəki Şahzadə qız əsrarəngiz və anlaşılmazdır, siması çox kədərlidir. Şahzadə qız — Qu quşu dəniz üzərinə enən alaqaranlıq, üfüqdəki ensiz qürub və uzaq şəhər zolağının fonunda təsvir edilib. == Rəsm tarixi == Vrubeldən ilham alan musiqili dramın premyerası 1900-cü il dekabrın 21-də S. İ. Mamontovun Şəxsi Opera Teatrında baş tutdu. Vrubel dekorasiya və kostyumlar üçün eskizlər yaratdı, həyat yoldaşı Nadejda Zabela-Vrubel isə Qu Şahzadəsi partiyasını ifa etdi. Bununla belə, onun şahzadə rolunda çəkilmiş fotoşəkilləri qorunub saxlanılıb ki, bu da rəssamın əsərini yaradan zaman təbiətdən kifayət qədər uzaqlaşdığını göstərir.
Şahzadə qız — Qu quşu

Digər lüğətlərdə

вжи́кнуть грязнова́тый заряженный напуга́ть пова́льный самоцве́т сверхсенса́ция сфотографи́роваться танта́л дха́рма клено́вый окия́н эндокриноло́гия culm extreme unction fire-hazardous half-flood impresari lamellae Mahratta me North Uist quarreller безногий срамить