QURBANƏLİ

Əli qurbanı, özünü Əliyə fəda etmə.
QURBANALI
QURBANXAN
OBASTAN VİKİ
Qurbanəli Abbasov
Qurbanəli Abbasov (16 yanvar 1952, Naxçıvan) — Ukraynanın "Əməkdar artisti", "Tərəqqi" medalı laureatı Qurbanəli Həsən oğlu Abbasov 1952-ci il yanvarın 16-da Naxçıvan şəhərinin Qaraçuq kəndində anadan olmuşdur.1974-cü ildə Kiyev şəhərindəki M. Qliyer adına Musiqi Peşə Məktəbində musiqi təhsili almışdır.1979–1984-cü illərdə P. İ. Çaykovski adına Kiyev Dövlət Konservatoriyasının vokal şöbəsində təhsilini davam etmişdir. 1985–1992-ci illərdə Almaniyanın Veymar şəhərində musiqi mütəxəssisi kimi çalışmışdır.1986-cı ildə Almaniyanın Leypsik şəhərində keçirilən vokal üzrə Beynəlxalq musiqi festivalının laureatı olmuşdur.1992-ci ildən Ukrayna Dövlət Sərhəd Qoşunlarının mahnı və rəqs ansamblının solisti kimi fəaliyyətini davam etdirmişdir.1999-cu ildən Ukrayna Azərbaycanlıları Konqresinin nəzdində yaranmış "Azərbaycan" mahnı və rəqs ansamblına rəhbərlik edir. 1997-ci ildə Ukraynanın "Əməkdar artisti" fəxri adına layiq görülmüşdür.2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
Qurbanəli Quluzadə
Qurbanəli Şərifov
Şərifzadə (Şərifov) Qurbanəli (1854, Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 1917, Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya Respublikası[d]) — maarifçi ziyalı, publisist, xeyriyyəçi. Əziz Şərifin atasıdır. Gürcüstan dağ yollarının, Şahtaxtı-Maku dəmir yolunun çəkilişində icarəçi mühəndis kimi iştirak etmişdir. Milli təhsilin, mətbuat və mədəniyyətin fəal müdafiəçisi idi. M.T.Sidqinin Naxçıvanda açdığı "Tərbiyə" məktəbinin və Naxçıvan teatrının inkişafına maddi və mənəvi yardım göstərmişdir. H. Cavidin gənclik dövrü mənəvi təkamülündə mühüm rolu var. C.Məmmədquluzadənin əməl və məslək dostlarından olmuş, 1908-ci ildən başlayaraq "Molla Nəsrəddin"in nəşrində ədibə dəstək vermiş, jurnalda ara-sıra "Leylək" imzası ilə çıxış etmişdir; O, 1909-cu ildə çıxan müxtəlif nömrələrdə (10, 18, 21, 22, 27, 28, 42, 44, 49, 50) və 1910-cu ilin 14-cü nömrəsində "Məşədi Mozalanbəy" imzası ilə felyetonlar çap edilmişdir. "Mozalan bəyin səyahətnaməsi"nin İrəvana və Naxçıvana aid hissələrinin müəllifidir. C.Məmmədquluzadə, Ə.Haqverdiyev, F.Köçərli, M.Ə.Sabir, Ö.F.Nemanzadə və Ə.Qəmküsarla dostluq əlaqələri saxlamışdır. İ. Həbibbəyli.
Qurbanəli Şərifzadə
Şərifzadə (Şərifov) Qurbanəli (1854, Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 1917, Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya Respublikası[d]) — maarifçi ziyalı, publisist, xeyriyyəçi. Əziz Şərifin atasıdır. Gürcüstan dağ yollarının, Şahtaxtı-Maku dəmir yolunun çəkilişində icarəçi mühəndis kimi iştirak etmişdir. Milli təhsilin, mətbuat və mədəniyyətin fəal müdafiəçisi idi. M.T.Sidqinin Naxçıvanda açdığı "Tərbiyə" məktəbinin və Naxçıvan teatrının inkişafına maddi və mənəvi yardım göstərmişdir. H. Cavidin gənclik dövrü mənəvi təkamülündə mühüm rolu var. C.Məmmədquluzadənin əməl və məslək dostlarından olmuş, 1908-ci ildən başlayaraq "Molla Nəsrəddin"in nəşrində ədibə dəstək vermiş, jurnalda ara-sıra "Leylək" imzası ilə çıxış etmişdir; O, 1909-cu ildə çıxan müxtəlif nömrələrdə (10, 18, 21, 22, 27, 28, 42, 44, 49, 50) və 1910-cu ilin 14-cü nömrəsində "Məşədi Mozalanbəy" imzası ilə felyetonlar çap edilmişdir. "Mozalan bəyin səyahətnaməsi"nin İrəvana və Naxçıvana aid hissələrinin müəllifidir. C.Məmmədquluzadə, Ə.Haqverdiyev, F.Köçərli, M.Ə.Sabir, Ö.F.Nemanzadə və Ə.Qəmküsarla dostluq əlaqələri saxlamışdır. İ. Həbibbəyli.
Qurbanəli Əliyev
Qurbanəli Məmmədsadıq oğlu Əliyev — fizika-riyaziyyat elmləri doktoru, professor. Qurbanəli Əliyev 1925–ci il oktyabrın 8-də Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Kotam kəndində anadan olub. 1948-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1948 – 1954- cü illərdə Naxçıvan şəhərindəki müəllimlər institutuda, 1954 – 1956-cı illərdə Ordubad şəhərindəki 1 saylı orta məktəbdə müəllim işləmişdir. 1956 –cı ildə AMEA Fizika İnstitutunda yarımkeçiricilər fizikası ixtisası üzrə aspiranturaya daxil olub. Burada görkəmli alim akademik H.Abdullayevin elmi rəhbərliyi altında texnikada geniş tətbiq olunan mono və polikristal, amorf və maye selen yarımkeçiricisinin fiziki xassələrinin tədqiqi üzrə elmi-tədqiqat işləri aparıb və 1960-cı ildə namizədlik, 1968-cı ildə doktorluq dissertasiyasını müdafiə edib. Q. Əliyev 1970-ci ildə professor elmi adı almışdır. O 1969 –cu ilədək AMEA Fizika İnstitutunda böyük elmi işçi, 1969 –cu ildən ömrünün sonuna kimi Azərbaycan Tibb Universitetində kafedra müdiri, professor vəzifələrində çalışmışdır. Q. Əliyev 2009-cu il avqust ayının 9-da vəfat etmişdir. Elmi məqalələrin sayı-276 Beynəlxalq konfranslarda iştirakının sayı-59 Xaricdə çıxmış elmi əsərlərinin sayı-130-a yaxın Monoqrafiya və kitabların sayı-1 Müəllifik şəhadətnamələrinin və patentlərin sayı-15 Dil bilikləri- ana dili, rus və ingilis Qurbanəli Əliyevin əsas elmi fəaliyyəti selen yarımkeçiricisinin müxtəlif modifikasiyalarının (heksaqonal, monoklin, amorf) alınmasına və onların fiziki xassələrinin tədqiqinə həsr olunmuşdur.
Molla Qurbanəli Zəncani
Molla Qurbanəli Zəncani (fars. آخوند ملا قربان‌علی ارقینی‎; 1824, Zəncan – 1911, İraq) — Məşrutə hərəkatının nümayəndəsi, ruhani. Molla Qurbanəli 1824-cü ildə Zəncan vilayətinin Xudabəndəli mahalının Ərqənin kəndində anadan olmuşdu. Molla Məhəmmədhəsən Nəcəfi və Mürtəza Ənsaridən dərs almışdı. 1899-cu ildə bir cinayətkar onun evinə sığınmış və hakim həmin şəxsin yaxalanmasına əmr etmiş, dövlət adamları Axundun evinə girib və onun tərəfdaları ilə üzbəüz olub döyüşmüşlər. Zəncanlılar bu işə etiraz edib, hakimiyyətə qarşı üsyan edib bəzi dövlət binalarına ziyanlar vurmuşlar. Nəhayət, hakim Axundun evinə gedib bu üsyanı yatırtmışdır. 1907-ci ildə Məhəmmədbağır xan Səidüssəltənənin hakimliyi zamanı Zəncan vilayəti İranın bir çox yerləri kimi qıtlıq vəziyyətində idi. Bu durumda Axund Molla Qurbanəli Zəncani tərəfdarları bir gün şəhərdən eşiyə taxıl aparmağ istəyirlər. Lakin dövlət məmurları bu işə mane olurlar.
Qurbanəli bəy (film, 1989)
Burada Qurbanəli bəyin rus vəzifə adamlarına necə yaltaqlanmağı, onlara qul kimi boyun əyməsi əks etdirilir. Kukla filmidir. Film Azərbaycan ədəbiyyatının klassiki Cəlil Məmmədquluzadənin eyniadlı əsəri əsasında ekranlaşdırılmışdır.
Qurbanəliyev sadıq
Rauf Qurbanəliyev
Rauf Qurbanəliyev (2 aprel 1988, Krasnoyarsk) — Azərbaycan kinooperatoru. Rauf Qurbanəliyev 2 aprel 1988-ci ildə Rusiya Federasiyasının Krasnoyarsk vilayətində anadan olub. 1990-cı ildə Bakı şəhərində məskunlaşıb. İlk təhsilini 1995–2006-cı illərdə Bakı şəhər N. Nərimanov rayonu 82 saylı orta pilot məktəbində alıb. 2006–2010-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kinooperatorluq fakültəsini bitirib. 2011–2012-ci illərdə film şirkətində çalışmışdır. 2010–2011-ci illərdə Naxçıvan M/R–da Hərbi xidmətdə olmuşdur. 2011–2012-ci illərdə Azerbaijan İnternational Filming (AİF-company) Kino şirkətində Quruluşçu Operator vəzifəsində çalışmışdır. "Ən yaxşı gənc operator" — "Paradoks" filminə görə — 2013. Günaydın, mələyim!
Sadıq Qurbanəliyev
Sevda Qurbanəliyeva
Qurbanəliyeva Sevda Firudin qızı (d. 13.11.1960, Gəncə) — Azərbaycan alimi, sənətşünaslıq doktoru (1995), professor (1996). Sevda Qurbanəliyeva 1960-cı ilin noyabrında Gəncədə anadan olub. 1979-cu ildə Q.Hüseynli adına orta ixtisas məktəbini, 1984-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsini bitirib. O, 1989-cu ildə "Musiqi sənəti" ixtisası üzrə namizədlik dissertasiyasını, 1995-ci ildə P.İ.Çaykovski adına Kiyev Dövlət Konservatoriyası nəzdində fəaliyyət göstərən, dünya miqyasında tanınmış alimlərdən ibarət ixtisaslaşdırılmış Müdafiə Şurasında doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək beynəlxalq aləmdə Azərbaycan mədəniyyətini yüksək səviyyədə təqdim və təbliğ etmişdir. Ona 1996-cı ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adı verilib. 1984-1990-cı illərdə Gəncə şəhəri Q.Hüseynli adına Musiqi Texnikumunda müəllim işləmiş, ictimai əsaslarla Musiqi Texnikumunda gənclər təşkilatına rəhbərlik edib. 1984-cü ildən Gəncə Dövlət Universitetində müəllim, dosent, onun təşəbbüsü və bilavasitə təşkilatçılığı ilə yaradılmış musiqi fənləri kafedrasının müdiri, 1996-cı ildə professor vəzifəsinə seçilmiş və hazırda həmin kafedraya və ictimai əsaslarla GDU-nun tələbə yaradıcılıq kollektivlərinə uğurla rəhbərlik edir, universitet Elmi Şurasının üzvüdür. 2002-ci ildən Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının üzvüdür. 2011-ci ildən AMEA-nın Gəncə Regional Elmi Mərkəzində "Sənətşünaslıq" şöbəsinə rəhbərlik edir.
Tapdıq Qurbanəliyev
Şərif Qurbanəliyev
Şərif Qurbanəliyev — azərbaycanlı rejissor, ssenarist, prodüser, aktyor. Rejissor Şərif Qurbanəliyev Aztv, Space kimi telekanallarda bir neçə filmin və telelayihənin müəllifidir. Bunlardan "Afaq, gülür-güldürür" telelayihəsinin misal çəkmək olar. Akademik Milli Dram Teatrında Laləli düzən (2015) (Rəhman Əlizadə) Ac həriflər (film, 1993) — ssenari müəllifi, ikinci rejissor Yurd yeri Bala-başa bəla!
Ələsgər Qurbanəliyev
Ələsgər Novruzəli oğlu Qurbanəliyev (23 mart 1948, Qobu – 21 aprel 2021) — aktyor. Ələsgər Qurbanəliyev 23 mart 1948-ci ildə Bakı şəhəri Qobu qəsəbəsində doğulub. 23 iyun 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsini bitirib. Əvvəllər Sumqayıt Dövlət Dram teatrında aktyor işləyib. 10 aprel 1979-cu ildən Gənc Tamaşaçılar Teatrının aktyorudur. 2013-cü ilin iyun ayının 25-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif olunmuşdur. Aktyor 21 aprel 2020-ci ildə 73 yaşında Covid-19 xəstəliyindən vəfat etmişdir.