1. Dini adətlərə görə, Allah yolunda kəsilən qoyun və ya başqa bir heyvan.
□ Qurban bayramı – hicri ilin sonuncu ayında müsəlmanların qurban kəsdikləri dini bayram.
Qurban kəsmək – həmin mərasimi icra etmək. Bugünkü qonaqlıq – “qurban kəsmə” Həmzənin idi.
2. Xalq arasında: hər hansı bir əlamətdar hadisə münasibəti ilə qoyun kəsmə adəti.
3. Ən əziz, ən müqəddəs bir şey yolunda canından keçmiş, özünü fəda etmiş adam.
□ Qurban etmək (eləmək) – 1) fəda etmək.
2) könüllü surətdə başqasının xeyrinə bir şeyindən keçmək, əl çəkmək; canındanmalından keçmək.
Qurban getmək – ən əziz, ən müqəddəs bir şey uğrunda fəda olmaq, həlak olmaq, canını qoymaq.
Qurban olmaq – bax qurban getmək.
// Nəvaziş, mehribanlıq, yaxud yalvarış mənasında. Qurban, tez bunu apar.
Qurban vermək – ən əziz, ən müqəddəs bir şey yolunda öz canından, yaxud yaxın adamının canından və ya malından keçmək, fəda etmək. Vətən yolunda canını qurban vermək.
// Qurbandır şəklində – xoş təklif, iltifat mənasında, yaxud xahiş edilən bir şeyi məmnuniyyətlə verməyə, güzəşt etməyə hazır olmağı bildirir. – Nə gözəl şeydir! – Qurbandır! – [Məmmədhəsən əmi:] Baş üstə, baş üstə, qurbandı sənə eşşək.
4. Bir hadisə nəticəsində həlak olmuş adam. Yanğın qurbanları. Zəlzələ qurbanları.
// Hər hansı bir iş üzündən zərər çəkmiş, mənəvi iztirab və haqsızlığa məruz qalmış adam haqqında. O, intriqa qurbanı oldu. Öz təcrübəsizliyinin qurbanı.
◊ Qurban(ın) olum! – nəvaziş, mehribanlıq, yaxud yalvarış bildirir.
Qurban kəsim! – bax qurban olum! Qurban olasan…, qurban olsun… – biri haqqında icra edilmək istənilən bir işin (cəzanın, tənbehin və s.) kimin (nəyin) sayəsində güzəşt edildiyini bildirir. Qurban olsun gəncliyinə, yoxsa…