QUNDUZ
QURBANGAH
OBASTAN VİKİ
Qurban
Qurban — kişi adı. Qurban Primov — Azərbaycanın xalq artisti, musiqiçi, tarzən. Qurban Qurbanov — azərbaycanlı futbol mütəxəssisi; keçmiş Azərbaycan futbolçusu Qurban Məsimov — azərbaycanlı aktyor, rejissor və rəssam. Qurban Əli — Şirvanşah şahzadəsi. Qurban Xəlilov — Maliyyə naziri Ağdabanlı şair Qurban — el şairiQurban BayramovQurban Bayramov (filosof) — fəlsəfə elmləri doktoru, professor. Qurban Bayramov (tənqidçi) — filologiya üzrə fəlsəfə doktoru (1979)Qurban Qurbanov (əsgər) — Qurban Süleymani — Qurban Berdiyev Qurban CəlilovƏlamətdar günlər Qurban bayramı — İslam aləmində ən müqəddəs bayramlardan biriFilmlər Qurbanlıq rəmzi (film, 1918) — Qurban Bayramı (film, 1931) — Qurban bayramına həsr olunmuş film.
Aşıq Qurban
Aşıq Qurban — ustad aşıq. == Həyatı == Aşıq Qurban Aşıq Ələsgərin qardaşı Məşədi Salehin böyük oğludur. Aşıq Talıbın və başqa qohumlarının söyləməsinə görə Qurban simaca yaraşıqlı, mərifət-qanacağı ilə xalq içində hörmət qazanmış yaxşı bir aşıq olmuşdur. Gözəl səsə, bədahətən şer söyləmək qabiliyyətinə malik Aşıq Qurban muğam havalarının da məşhur ifaçılarından imiş. Göyçənin Ağkilsə kəndində dünyaya göz açan Qurban 1915-ci ildə gənc yaşlarında vəfat etmiş və Ağkilsə kəndinin qəbrstanlığında dəfn edilmişdir. Aşıq Ələsgərin ən sevimli səyirdi, eyni zamanda qızı Gülnisənin əri Aşıq Qurbanın vəfatı böyük ustada elə məyusluq gətirmişdir ki, bu bədbəxt hadisədən sonra, Aşıq Ələsgər, bir daha əlinə saz almamışdır. Aşıq Qurbanın əksər şeirləri unudulmuşdur. Əldə edilən nümunələr Aşıq Ağayar və Aşıq Talıbın hafizəsində mühafizə olunmuşdur. == Ədəbiyyat == Məmmədhüseyn Təhmasib. Seçilmiş əsərləri.
Eldar Qurban
Eldar Qurban (1948) — rəssam, Azərbaycanın Əməkdar rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü. == Həyatı == Eldar Qurbanov Ə. Əzimzadə adına Rəssamlıq məktəbinin rəngkarlıq, sonra da Azərbaycan Pedaqoji Universitetinin bədii qrafika fakültəsini bitirmişdir. 1973-cü ildə o, ilk dəfə olaraq rəsm sərgisində iştirak edir. 1989-cu ildə isə rəssam Xəzəryanı respublikaların Biennalesində "Şair və Muza" əsərinə görə birinci dərəcəli diplom və qızıl medala layiq görülür. 1994-cü ildə Azərbaycan Rəssamlar İttifaqının Sultan Məhəmmədin xatirəsinə həsr olunmuş müsabiqəsinin laureatı olur. Onun fərdi sərgiləri 1997-ci ildə Almaniyada, madam Raapın salonunda və Türkiyədə uğurla keçmişdir. Hazırda Musiqili Komediya Teatrında teatr rəssamı kimi fəaliyyət göstərir. Gənc Tamaşaçılar Teatrında "Dədə Qorqud" tamaşasına tərtibat verib. Elçin Məmmədovla birlikdə Naxçıvan teatrında "Elektra" üzərində işləmişdir. Eldar Qurbanov eyni zamanda bir çox beynəlxalq sərgilər — "Azərbaycanın bütün nəğmələri" (Rusiya), Beynəlxalq rəssamlıq simpoziumu (ABŞ) və digər sərgilərin iştirakçısıdır.
Məlikballı Qurban
Məlikballı Qurban (1790, Məlikballı – 1865) — XIX əsr Azərbaycan şairi və aşığı. == Həyatı == Məlikballı Qurban XIX əsrdə indiki Ucar rayonunun Məlikballı kəndində yaşamışdır. Mədrəsə təhsili almışdır. Aşıq şeiri üslubunda şeirlər yazmışdır. S. Mümtaz "El şairləri" kitabında Məlikballı Qurbanın qoşma, müxəmməs, təcnis və s. formalı şeirlərini vermişdir. F. Qasımzadə onu həm xalq şeiri, həm də klassik üslubda yazan sənətkar kimi təhlil etmişdir. XIX əsrdə xalq şeiri üslubunda yazıb-yaradan şairlər sırasında daha çox təhlil olunur. Şeirləri "Azərbaycan aşıqları və el şairləri" kitabında və digər toplularda verilmişdir. Onun məşhur "Vücudnamə"si aşıqlar arasında geniş yayılmışdır.Əsasən aşıq poeziyası səpgisində şerlər qoşmuşdur.
Neftçi Qurban
Qurban Abbasov (neftçi) — fəxri neftçi, Sosialist Əməyi Qəhrəmanı. Qurban Abbasov (aktyor) — aktyor, Azərbaycan SSR əməkdar artisti.
Qurban (şahmat)
Qurban — Şahmat termini. Müəyyən edilmiş məqsədə nail olmaq üçün könüllü surətdə verilmiş maddi üstünlük.
Qurban Abbasov
Qurban Abbasov (neftçi) — fəxri neftçi, Sosialist Əməyi Qəhrəmanı. Qurban Abbasov (aktyor) — aktyor, Azərbaycan SSR əməkdar artisti.
Qurban Bayramov
Qurban Bayramov (filosof) (1935—1996) — fəlsəfə elmləri doktoru, professor. Qurban Bayramov (tənqidçi) (d.
Qurban Bayramı
Qurban bayramı — İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana , keçi və ya dəvə kəsilir. Qurbandan (niyyətdən asılı olaraq) bir hissə pay göndərilir, digər hissələr isə ehtiyac sahiblərinə paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar. Hicri təqvimdə Qurban bayramı Zilhiccə ayının onuncu gününə təsadüf edir və dörd gün davam edir. Beynəlxalq Qriqori təqvimində tarixlər ildən-ilə dəyişir və hər il təxminən 11 gün əvvəl dəyişir. == Tarixi == Qurban bayramı ən qədim bayramlardandır. Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s.
Qurban Berdiyev
Qurban Bekiyeviç Berdiyev (türkm. Gurban Bekiýewiç Berdiýew; 25 avqust 1952-ci il, Aşqabad, Türkmənistan SSR, SSRİ) — sovet, Türkmənistan futbolçusu, müdafiəçi, yarımmüdafiəçi, Rusiya futbol məşqçisi. SSRİ idman ustası (1980). == İstinadlar == == Mənbə == Профиль Курбана Бердыева на официальном сайте ФК «Ростов». Arxivləşdirilib 2015-02-16 at the Wayback Machine // fc-rostov.ru Профиль Курбана Бердыева на официальном сайте ФК «Рубин». Arxivləşdirilib 2010-10-29 at the Wayback Machine // rubin-kazan.ru Профиль Курбана Бердыева, главного тренера ФК «Ростов» (Ростов-на-Дону). Статистика по турнирам, результаты матчей. // soccer.ru Андрей Анфиногентов и Евгений Дзичковский из Казани. Курбан Бердыев: «Успеть бы только завершить…» (часть 1). // sport-express.ru (5 ноября 2008 года) Андрей Анфиногентов и Евгений Дзичковский из Казани.
Qurban Cəlilov
Cəlilov Qurban Nizaməddin oğlu — texnika elmləri doktoru, professor, Azərbaycan MEA həqiqi üzvü. == Həyatı == Cəlilov Qurban Nizaməddin oğlu Azərbaycan Respublikasının Nuxa rayonunun Qışlaq kəndində anadan olmuşdur. 1950-ci ildə riyaziyyatçı ixtisası üzrə ADU-nin fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1950-1953-cü illərdə Azərbaycan EA Fizika və riyaziyyat institutunun aspirantı olmuşdur. 1954-1958-ci illərdə Azərbaycan Neft Ekspedisiyasında kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində işləmişdir. 1954-cü ildə "Neftdaşıma kontorunun yerdəyişməsi və quyunun sulaşması ilə əlaqəli bəzi məsələlərin hidrodinamik tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1958-1960-cı illərdə AzETNÇİ-da böyük elmi işçi işləyib. 1960-1961-ci illərdə Azərbaycan EA Neft və qaz yataqlarının işlənilməsi institutunda böyük elmi işçi işləmişdir. 1961-2000-ci illərdə Azərbaycan EA DNQYPİ-da böyük elmi işçi, şöbə rəhbəri, 1974-1988-ci illərdə isə elmi işlər üzrə direktor müavini olmuşdur. 1963-cü ildə "Neftdaşıma (neftlilik) kontorunun yerdəyişməsi, quyuların sulaşması məsələləri və süzülmənin fəza məsələləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Qurban Hacıyev
Qurban Əsəbəli oğlu Hacıyev (19 aprel 1997; Mahamalar, Balakən rayonu — 30 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qurban Hacıyev 1997-ci il aprelin 19-da Balakən rayonunun Mahamalar kəndində anadan olub. 2003-2014-cü illərdə N.Nərimanov adına Mahamalar kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Qurban Hacıyev 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Qurban Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Qurban Hacıyev sentyabrın 30-da Madagizin azad edilməsi zamanı şəhid olub. Balakən Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurban Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Qurban Mehdizadə
Qurban Aydın oğlu Mehdizadə (16 dekabr 1996; Göycəli, Ağstafa rayonu, Azərbaycan — 30 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qurban Mehdizadə 16 dekabr 1996-cı ildə Ağstafa rayonunun Göycəli kəndində Aydın Mehdizadənin ailəsində anadan olmuşdur. 2002-2013-cü illərdə orta təhsil almışdır. Nişanlı idi. == Hərbi xidməti == Qurban Mehdizadə 2014-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Çağırışa əsasən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində müddətli hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət mülki fəaliyyət göstərmiş, sonra yenidən orduya qayıdaraq "Müddətdən artıq həqiqi hərbi xidmət" kurslarına yazılmışdır. Kursları başa vuran Qurban Mehdizadə 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Murovdağ istiqamətində yerləşən "N" saylı hərbi hissələrindən birində, "çavuş" rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin çavuşu olan Qurban Mehdizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Qurban Musayev
Qurban Musayev (Tam adı:Qurban İsabala oğlu Musayev; d.16 mart 1903; Bakı, Mərdəkan - ö.23 noyabr 1982, Bakı) — Şair, yazıçı, pedaqoq, dramaturq, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan əməkdar mədəniyyət işçisi (1953). == Həyat == 1903-cü il martın 16-da Bakının Mərdəkan qəsəbəsində dülgər ailəsində anadan olub. İbtidai təhsilini mollaxanada almış, 1915-19-cu illər Mərdəkanda aptekdə şagird işləmişdir. Atasının ölümündən sonra axşam məktəblərində təhsilini davam etdirəm dramaturq gündüzlər korrektor, müxbir, tərcüməçi və b. vəzifələrdə çalışmış, orta məktəbi bitirdikdən sonra ADU-nun şərqşünaslıq fakültəsinə daxil olımuşdur. 1929-cu ildə Bakı şəhəri və rayon zəhmətkeş deputatları Sovetinə deputat seçilmiş, 1932-ci ildə Yazıçılar Təşkilatı yenidən yarandıqdan sonra öz əsas yaradıcılıq fəaliyyəti ilə məşğul olmuşdur. M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında ədəbi işçi və kino-dramaturgiyanı öyrənmək üzrə kino-məsləhətçi, ədəbi hissə müdiri işləmişdir. 1932-35-ci illərdə neftçilərin həyatından yazdığı "Qızıl bulaq", "Şərqin qalası" pyesləri tamaşaya qoyulmuş, "Ölüm dərəsi" kino-ssenarisi Bakı kinostudiyasında çəkilmişdir. 1935-ci ildə Moskva akademiya tipli ssenari fakültəsində natamam ali təhsil almışdır. 1982-ci il noyabrın 23-də Bakıda vəfat etmişdir.
Qurban Məlikballı
Məlikballı Qurban (1790, Məlikballı – 1865) — XIX əsr Azərbaycan şairi və aşığı. == Həyatı == Məlikballı Qurban XIX əsrdə indiki Ucar rayonunun Məlikballı kəndində yaşamışdır. Mədrəsə təhsili almışdır. Aşıq şeiri üslubunda şeirlər yazmışdır. S. Mümtaz "El şairləri" kitabında Məlikballı Qurbanın qoşma, müxəmməs, təcnis və s. formalı şeirlərini vermişdir. F. Qasımzadə onu həm xalq şeiri, həm də klassik üslubda yazan sənətkar kimi təhlil etmişdir. XIX əsrdə xalq şeiri üslubunda yazıb-yaradan şairlər sırasında daha çox təhlil olunur. Şeirləri "Azərbaycan aşıqları və el şairləri" kitabında və digər toplularda verilmişdir. Onun məşhur "Vücudnamə"si aşıqlar arasında geniş yayılmışdır.Əsasən aşıq poeziyası səpgisində şerlər qoşmuşdur.
Qurban Məmmədov
Qurban Məmmədli (2 aprel 1959, Cəhri, Naxçıvan rayonu) — hüquqşunas, siyasətçi. [mənbə göstərin] == Həyatı == Qurban Cəlal oğlu Məmmədov (indi Məmmədli) 2 aprel 1959-cu ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Cəhri kəndində (indi qəsəbə) anadan olub. Orta təhsilini 1966–1976-cı illərdə Ordubad rayonunda Füzuli adına orta internat məktəbində alıb. 1978–1980-ci illərdə hərbi xidmətdə olmuşdur. 1982–1987-ci illərdə BDU-da hüquq üzrə təhsil almışdır. 1987-ci ildə təyinatla göndərildiyi Sabirabad hüquq məsləhətxanasında vəkil kimi əmək fəaliyyətinə başlamışdır. == Siyasi fəaliyyəti == 1989-cu ilin iyun ayında yeni yaranmış Azərbaycan Xalq Cəbhəsinin (AXC) Sabirabad Rayon Şöbəsinin sədri seçilmişdir. [mənbə göstərin] 1995–1998-ci illər arasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmuşdur. [mənbə göstərin] Bir müddət Azərbaycan Demokrat Partiyasının üzvü olmuşdur.5 fevral 1998-ci ildən 2003-cü ilədək 5 il müddətinə həbs edilmişdir. Dövrün Milli Təhlükəsizlik Naziri Namiq Abbasovun Azərbaycan Milli Məclisində çıxışında etiraf etdiyi kimi "daxili hisslərimizə əsaslanaraq" iddiası ilə heç bir maddi sübut ortaya qoyulmadan Qurban Məmmədli 5 il ictimai — sosial həyatdan dərkənar edildi.2013-cü ildə 3 il müddətinə yenidən azadlıqdan məhrum edilmişdir.
Qurban Məsimli
Məsimov Qurban Abdulla oğlu (26 yanvar 1971, Şəki) — Azərbaycan aktyoru, rejissoru və rəssamı, Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru (2013-cü ildən).27 dekabr 2016-cı il Fəxri Mədəniyyət İşçisi."Humay" mükafatı laureatı-2019 Azərbaycan Respublikasının əməkdar artisti (24.05.2019). == Həyatı == Qurban Məsimov 26 yanvar, 1971-ci ildə anadan olmuşdur. 1988-1993-cü illərdə Ə.Hüseynzadə adına Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakultəsində, 1995-2001-ci illərdə isə Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsil almışdır. 1998-ci ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində Robert Sturuanın beynəlxalq sənətkarlıq kursunu bitirmişdir. 2000-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada "Yay Akademiyası" proqramı çərçivəsində "Fildenkrayz Metodu" seminarında iştirak etmişdir. 1994-cü ildən Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi "Dəli Yığıncağı" Pantomim teatr-studiyasında fəaliyyət göstərmişdir. 2000-ci ildə teatr dövlət statusu almış və adı Dövlət Pantomim Teatrı olmuşdur. 2000-2001-ci illərdə ABA TV-də yayımlanan Nəm-Nəm verilişinin aparıcısı və rejissoru olmuşdur. 2003-cü ildə eynitipli verilişi başqa kanalda Lider Televiziyasında Mətbəxdə Şou-Nəm-Nəm adı altında davam etdirmişdir. Azərbaycan Televiziyasında Nəm-nəm tipləməsiylə "Gülməşəkər" verilişinin aparıcısı olub.
Qurban Məsimov
Məsimov Qurban Abdulla oğlu (26 yanvar 1971, Şəki) — Azərbaycan aktyoru, rejissoru və rəssamı, Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru (2013-cü ildən).27 dekabr 2016-cı il Fəxri Mədəniyyət İşçisi."Humay" mükafatı laureatı-2019 Azərbaycan Respublikasının əməkdar artisti (24.05.2019). == Həyatı == Qurban Məsimov 26 yanvar, 1971-ci ildə anadan olmuşdur. 1988-1993-cü illərdə Ə.Hüseynzadə adına Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakultəsində, 1995-2001-ci illərdə isə Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsil almışdır. 1998-ci ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində Robert Sturuanın beynəlxalq sənətkarlıq kursunu bitirmişdir. 2000-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada "Yay Akademiyası" proqramı çərçivəsində "Fildenkrayz Metodu" seminarında iştirak etmişdir. 1994-cü ildən Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi "Dəli Yığıncağı" Pantomim teatr-studiyasında fəaliyyət göstərmişdir. 2000-ci ildə teatr dövlət statusu almış və adı Dövlət Pantomim Teatrı olmuşdur. 2000-2001-ci illərdə ABA TV-də yayımlanan Nəm-Nəm verilişinin aparıcısı və rejissoru olmuşdur. 2003-cü ildə eynitipli verilişi başqa kanalda Lider Televiziyasında Mətbəxdə Şou-Nəm-Nəm adı altında davam etdirmişdir. Azərbaycan Televiziyasında Nəm-nəm tipləməsiylə "Gülməşəkər" verilişinin aparıcısı olub.
Qurban Namazov
Qurban Namazov (tam adı: Qurban İbrahim oğlu Namazov) — Azərbaycan Respublikası Hesablama Palatasında Baş məsləhətçi. == Həyatı == Qurban İbrahim oğlu Namazov 25.10.1947-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. 1954-cü ildə Basarkeçər rayon Daşkənd kənd orta məktəbinin I sinfinə daxil olmuş və 1965-ci ildə Bərdə rayon Yeni Daşkənd kənd orta məktəbinin XI sinfini bitirmişdir. 1965-ci ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakultəsinə qəbul olunmuş və 1970-ci ildə həmin institutun "Sənaye və mülki tikinti"ixtisasını əla qiymətlərlə bitirmişdir. 1970-1972-ci illərdə təyinat üzrə Yoşkarola və Sevastopol şəhərlərində hərbi tikinti sahəsində mühəndis-zabit kimi xidmət etmişdir. 1972-1974-cü illərdə Mingəçevir Politexnik Texnikumunda müəllim və Azərbaycan Avtonəqliyyat Nazirliyinin Mingəçevir Tikinti İdarəsində rəis işləmişdir. 1974-1976-cı illərdə Qazaxıstan Respublikasının Ağırsənayetikinti Nazirliyinin "Almaatamənziltikinti" tresti sistemində böyük mühəndis, şöbə rəisi və baş mühəndis vəzifələrində Alma-Ata şəhərinin mühüm obyektlərin tikintisində çalışmışdır. 1976-cı ildə valideynlərinin Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonunun Yeni Daşkənd kəndinə yenidən köçməsi ilə əlaqədar o, Bərdə rayonuna qayıtmışdır. 1977-1978-ci illərdə Azərbaycan Kənd Tikinti Nazirliyinin Bərdə 4 saylı trestində şöbə rəisi işləmişdir. 1978-1986-cı illərdə Azərbaycan Kənd Tikinti Nazirliyinin Nəzarət-Təftiş İdarəsində təftişçi və böyük təftişçi, 1986-1991-ci illərdə "Aqrarsənayetikinti" və "Kəndtikinti" Birliklərində Nəzarət- Təftiş İdarəsinin böyük təftişçi, rəis müavini və rəisi vəzifələrində işləmişdir.
Qurban Namazəliyev
Qurban Hüseyn oğlu Namazəliyev (17 noyabr 1947, Horadiz, Qaryagin rayonu, Azərbaycan SSR – 20 noyabr 1991, Qarakənd, Xocavənd rayonu, Azərbaycan SSR) — Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirinin birinci müavini (1991), Qarakənd faciəsinin şəhidi. == Həyatı == Qurban Hüseyn oğlu 17 noyabr 1947-ci ildə Füzuli rayonunun Horadiz kəndində anadan olub. 1954–1965-ci illərdə orta məktəbdə təhsil almış, Azərbaycan Politexnik İnstitutunu 1971-ci ildə bitirdikdən sonra Bakı şəhəri 4 №-li tikinti trestində mühəndis, usta, sahə rəisi və baş mühəndis vəzifəsində çalışmağa başlamışdır. Nazirlər Sovetində tikinti şöbəsində işləmişdir. 5 il Naftalan şəhər sovetinin sədri vəzifəsini icra etmişdir. 1991-ci il avqust ayından Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirinin birinci müavini təyin edilmişdir. 1991-ci il 20 noyabrda Qarakəndə uçan Mİ-8 vertolyotu vurulmuş və respublikanın bir sıra məsul şəxsləri: Tofiq İsmayılov – dövlət katibi, Məhəmməd Əsədov – Daxili İşlər Naziri, İsmət Qayıbov – Azərbaycan Respublikasının Baş Prokuroru və digər şəxslərlə bərabər Qurban Namazalıyev də şəhid olmuşdur. Bakıda Fəxri Xiyabanda dəfn edilib. == Ailəsi == Qurban Namazalıyev Xurşud xanımla ailə qurmuşdur. Ruslan adlı oğlu, Leyla və Nigar adlı qızları vardır.
Qurban Pirimov
Qurban Baxşəli oğlu Pirimov (Primov) (oktyabr 1880, Abdal, Şuşa qəzası – 29 avqust 1965, Bakı) — Azərbaycan tarzəni, Azərbaycanın ilk xalq artisti (1931). == Həyatı == Qurban Pirimov 1880-ci ilin oktyabrında Şuşa qəzasının Abdal Gülablı kəndində dünyaya gəlib. XVIII əsrdə Qarabağın məşhur aşığı olan Valehin nəticəsidir. == Fəaliyyəti == Qurban Pirimov XIX əsrin sonlarında ifaçılıq etməyə başlamış, həm solo, həm üçlükdə, həm də orkestrin tərkibində ifalar nümayiş etdirmişdir. Belə ki, o,1905-ci ildən xalq müğənnisi Cabbar Qaryağdıoğlu və Saşa Oqanezaşvili ilə birlikdə musiqi üçlüyü yaradır. Həmin muğam üçlüyü 20 ilə qədər öz fəaliyyətini davam etdirir. Q.Pirimov həmin fəaliyyəti dövründə məşhurlaşıb, müxtəlif yerlərdə — Zaqafqaziya, Orta Asiya, Kiyev, Moskva və İranda qastrol səfərlərində olub. Onun ifa etdiyi muğamlar 1906–1916-cı illər ərzində Riqa, Varşava və Kiyev şəhərlərində "Potte", "Sport-Rekord", "Qrammafon" firmaları tərəfindən qrammofon valına yazılmışdır.15 yaşında ikən müəllimi Sadıqcanın xeyir-duasını alan Qurban Qarabağ toylarında seçilən məşhur xanəndələri müşayiət edir. Belə toyların birində xanəndə İslam Abdullayev Qurbanın tar çalmasını görüb onu özünə tarzən götürür. 1905-ci ildə Qurbanın taleyində uğurlu tarix olur.
Qurban Primov
Qurban Baxşəli oğlu Pirimov (Primov) (oktyabr 1880, Abdal, Şuşa qəzası – 29 avqust 1965, Bakı) — Azərbaycan tarzəni, Azərbaycanın ilk xalq artisti (1931). == Həyatı == Qurban Pirimov 1880-ci ilin oktyabrında Şuşa qəzasının Abdal Gülablı kəndində dünyaya gəlib. XVIII əsrdə Qarabağın məşhur aşığı olan Valehin nəticəsidir. == Fəaliyyəti == Qurban Pirimov XIX əsrin sonlarında ifaçılıq etməyə başlamış, həm solo, həm üçlükdə, həm də orkestrin tərkibində ifalar nümayiş etdirmişdir. Belə ki, o,1905-ci ildən xalq müğənnisi Cabbar Qaryağdıoğlu və Saşa Oqanezaşvili ilə birlikdə musiqi üçlüyü yaradır. Həmin muğam üçlüyü 20 ilə qədər öz fəaliyyətini davam etdirir. Q.Pirimov həmin fəaliyyəti dövründə məşhurlaşıb, müxtəlif yerlərdə — Zaqafqaziya, Orta Asiya, Kiyev, Moskva və İranda qastrol səfərlərində olub. Onun ifa etdiyi muğamlar 1906–1916-cı illər ərzində Riqa, Varşava və Kiyev şəhərlərində "Potte", "Sport-Rekord", "Qrammafon" firmaları tərəfindən qrammofon valına yazılmışdır.15 yaşında ikən müəllimi Sadıqcanın xeyir-duasını alan Qurban Qarabağ toylarında seçilən məşhur xanəndələri müşayiət edir. Belə toyların birində xanəndə İslam Abdullayev Qurbanın tar çalmasını görüb onu özünə tarzən götürür. 1905-ci ildə Qurbanın taleyində uğurlu tarix olur.
Qurban Qurbanov
Qurban Osman oğlu Qurbanov (13 aprel 1972, Aşağı Tala, Zaqatala rayonu) — Azərbaycan futbol mütəxəssisi, keçmiş Azərbaycan futbolçusu, əməkdar məşqçi. Futbolçu kimi hücumçu mövqeyində oynamışdır. 2017–2018 illər arasında Azərbaycan millisinin baş məşqçisi olmuşdur.Futbolçu karyerası ərzində Azərbaycanın "Daşqın" Zaqatala, "Turan" Tovuz, "Kür-Nur" Mingəçevir, "Neftçi" Bakı, "İnter" Bakı, Gürcüstanın "Alazani" və Rusiyanın "Dinamo" Stavropol, "Fakel" Voronej, "Baltika" Kalininqrad, "Volqar" Həştərxan klublarında çıxış edib. Dörd dəfə Azərbaycan Premyer Liqasının, bir dəfə Azərbaycan Kubokunun qalibi, bir dəfə ölkə çempionatının bombardiri olub. 1992–2005-ci illər ərzində Azərbaycan milli futbol komandasının heyətində 68 oyun keçirib və 14 qol vurub. Milli komandanın bombardiridir. 2006-cı ildə futbolçu karyerasını başa vurub və həmin il Bakının "İnter" klubunun idman direktoru vəzifəsində çalışıb. 2006–2008-ci illərdə "Neftçi" klubunda baş məşqçi və idman direktoru vəzifələrini tutub. 2008-ci ildən indiyə kimi "Qarabağ" klubunun baş məşqçisidir. "Qarabağ" klubu ilə iki dəfə Azərbaycan Kubokunun qalibi olub, iki dəfə Azərbaycan Çempionatının qızıl, bir dəfə gümüş, iki dəfə isə bürünc medalını qazanıb.
Qurban Qəzənfərli
Qurban Qiniyaz oğlu Qəzənfərli (15 yanvar 1997; Ağlavaşlı, Şəmkir rayonu — 29 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qurban Qəzənfərli 1997-ci il yanvarın 15-də Şəmkir rayonunun Ağlavaşlı kəndində anadan olub. 2004–2015-ci illərdə Ağlavaşlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Qurban Qəzənfərli 2016–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Qurban Qəzənfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qurban Qəzənfərli sentyabrın 29-da Murovdağ döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunun Ağlavaşlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurban Qəzənfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurban Qəzənfərli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurban Qəzənfərli ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Qurban Sultanov
Qurban Camal oğlu Sultanov (Soltanov) (22 mart 1919, Gəncə – 30 sentyabr 1998) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR sənaye tikintisi naziri (1969–1972). == Həyatı == Qurban Camal oğlu Sultanov 22 mart 1919-cu ildə Gəncə şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Tbilisi şəhərindəki Zaqafqaziya Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunda təhsil almış, buranı 1941-ci ildə bitirmişdir. 1941–1945-ci illər Böyük Vətən müharibəsi zamanı Rostov, Taqanroq, Nikolayev, Brno, Bratislava, Praqa və başqa şəhərlərin azad edilməsində iştirak etmiş, 1945-ci ilin oktyabr ayında kapitan rütbəsində ordudan tərxis edilmişdir.Müharibədən qayıtdıqdan sonra Qurban Sultanov 1946–1948-ci illərdə Azərbaycan Dəmiryolu Həmkarlar İttifaqı komitəsində şöbə müdiri, Azərbaycan Kommunist Partiyasının Bakı Komitəsində və Mərkəzi Komitədə təlimatçı vəzifəsində işləmişdir. Daha sonra yenidən istehsalata qayıtmış, "Azərdəniznefttikinti" sistemində məsul vəzifələrdə çalışmışdır.1961-ci ilədək Azərbaycanın tikinti təşkilatlarında rəhbər işlərdə işləyən Qurban Sultanov 1962-ci ildən Azərbaycan tikinti nazirinin müavini, həmin nazirliyin 3 nömrəli trestinin müdiri olmuşdur. 1969-cu ilədək Azərbaycan SSR Nazirlər Sovetinin Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsinin rəisi, 1969–1972-ci illərdə Azərbaycan SSR sənaye tikintisi naziri vəzifələrində işləmişdir. 1972-ci ilin may ayından Azərbaycan energetika müəssisələri tikintisi trestinin mühəndisi olmuşdur. 1974-cü ildən uzun müddət Azərbaycan SSR Tikinti Materialları Sənayesi Nazirliyinin tabeliyindəki Bakı şifer kombinatının müdiri vəzifəsində çalışmışdır.Qurban Sultanov Böyük Vətən müharibəsi illərində "Qırmızı ulduz", 1-ci və 2-ci dərəcəli "Vətən müharibəsi" ordenləri və medallarla, 1966-cı ildə isə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir. 1964-cü ildə ona "Azərbaycan SSR əməkdar inşaatçısı" fəxri adı verilmişdir.Qurban Sultanov Azərbaycan KP MK üzvü olmuş və Azərbaycan SSR Ali Sovetinin deputatı (7–8-ci çağırış) seçilmişdir. O, 30 sentyabr 1998-ci ildə vəfat etmişdir.Qurban Sultanov hüquqşünas Ələddin Sultanovun qardaşıdır.
1944-cü ilin deportasiya qurbanları memorialı
1944-cü ilin deportasiya qurbanları memorialı (çeç. 1944 шарахь дIабохийначеран хIоллам; rus. Мемориал жертвам депортации 1944 года) — 1992-ci ilin yayında Çeçenistanın paytaxtı Qroznı şəhərinin mərkəzində soyqırımı qurbanlarının xatirəsinə inşa olunmuş memorial abidə kompleksi idi, 1944-cü ilin fevralında çeçen xalqına qarşı Stalin rejiminin törətdiyi zorla Mərkəzi Asiyaya deportasiya edilməsi zamanı onların soyqırımı qurbanlarının xatirəsinə. 1994-1996-ci ildə olan Rusiya-Çeçenistan müharibənin təsiri altında dağıntılar alınmış və müharibədən sonra bərpa olunmuşdu, həmçinin 1999-2000-ci illərdə, Çeçenistana qarşı Rusiyanın hərbi kampaniya zamanı qismən ziyan dəymişdi, və 2008-ci ildə hakimiyyət tərəfindən onun sökülməsinə cəhd göstərərək eybəcərləşmişdi. O zaman hüquq müdafiəçilərinin, hiddət qarşısında belə "barbarlıq" və "vəhşiliklə" üz-üzə olaraq "şəhərin yeganə əsl çeçen abidəsini" sökülməsindən xilas etdilər, heç olmasa memorial, müstəqilliyin qaçılmaz simvolu kimi dərk edilən, və ətrafına başdan-başa hasar çəkilmişdi, tamamilə onu gözlərdən gizlədərək. Buna baxmayaraq, çeçen xalqının deportasiyasının 70-ci ildönümü ərəfəsində, 2014-cü ilin fevralında abidə kompleksi, "yuxarıdan əmri ilə" gizli və bu dəfə, tamamilə söküldü. Onun üzərində olan, kompozisiyaya daxil olmuş qəbir daşları, Əhməd Kadırovun meydanına köçürülmüşdü və rusiya hakimiyyəti yerli əməkdaşlarının həlak olanların şərəfinə ucaldılmış abidəsinin yanında quraşdırılmışdı.
Abdulla Qurbani
Abdulla Novruz oğlu Qurbani (13 dekabr 1956, Mahmudkənd, Noraşen rayonu) — şair, publisist, dramaturq, nasir, senari müəllifi, rejissor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2003), Azərbaycan Respublikası Prezidentin fərdi təqaüdçüsü, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, 2020-ci il dekabrın 10-da Bakıda keçirilmiş Qələbə Paradının ssenari müəllifi və aparıcısı. == Həyatı == Qurbani Abdulla Novruz oğlu 1956-cı il dekabrın 13-də Şərur rayonunun Mahmudkənd kəndində anadan olmuşdur. İbtidai təhsilini burda almış, sonra Culfa rayonunun Əbrəqunus kənd internat orta məktəbini bitirmişdir. Əmək fəaliyyətinə Mədəniyyət Nazirliyinin nəzdində olan mədəniyyət işçilərinin respublika hazırlıq və ixtisasartırma kursunda başlamışdır. Burada o, 1973–1975-ci illərdə bədii rəhbər vəzifəsində çalışmışdır.1975–1977-ci illərdə Uzaq Şərq hərbi dairəsində ordu sıralarında xidmət etmişdir. 1977–1978-ci illərdə Bakıda Aşıq Ələskər adına Xalq yaradıcılıq evində kütləvi tamaşalar üzrə metodist işləmişdir. 1978–1983-cü illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq Fakültəsində təhsil almışdır. 1983–1989-cu illərdə Naxçıvan MR Şərur rayonunda tarix diyarşünaslıq muzeyində direktor, 1989–1993-cü illərdə mədəniyyətşünaslıq şöbəsinin müdiri vəzifəsində çalışmışdır.1993-cü ildə Şərur rayon Mədəniyyət şöbəsinin müdiri vəzifəsindən könüllü olaraq cəbhəyə yollanıb. Murovdağ uğrunda ilk döyüş əməliyatlarına qoşulan A. Qurbani sıravi əsgərdən polkovnik rütbəsinədək yüksəlib. Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və İctimaiyyətlə Əlaqələr idarəsinin rəis müavini kimi 2017-ci il dekabrın 15-də hərbi xidmətdən tərxis olunub.
Adın sirri və tale. Qurban Səid (film, 2010)
Adın sirri və tale. Qurban Səid qısametrajlı sənədli filmi rejissor Murad Muradov tərəfindən 2010-cu ildə çəkilmişdir. Film "Ritm Prodakşn"da istehsal edilmişdir. Film Azərbaycanlı mühacir jurnalist və yazıçısı Məhəmməd Əsəd bəyin 105 illik yubileyinə həsr edilib. == Məzmun == Film Azərbaycanlı mühacir jurnalist və yazıçısı Məhəmməd Əsəd bəyin həyat və yaradıcılığından bəhs edir. Məhəmməd Əsəd bəy Azərbaycan Demokratik Respublikasının süqutundan sonra Almaniyaya mühacirət edib. O, Avstriya və İtaliyada da məskunlaşıb. Ağır xəstəlikdən vəfat etmiş nasir İtaliyada Neapol yaxınlığında, Pozitano adlı yerdə dəfn olunub.Film Məhəmməd Əsəd bəyin 105 illik yubileyinə həsr edilib.
Afad Qurbanov
Afad Qurbanov (azərb. Afad Məhəmməd oğlu Qurbanov‎; 10 yanvar 1929, Cücəkənd – 26 sentyabr 2009, Bakı) — Azərbaycanın görkəmli dilçi-alimi, türkoloq, elm və təhsil təşkilatçısı, ictimai-siyasi xadimi, Azərbaycan dilçilik elmində elmi məktəb yaratmış alim, Azərbaycan Əlifba Komissiyasının sədri (1990) və hazırkı Latın qrafikalı Azərbaycan əlifbasısının müəllifi, Azərbaycan SSR-i Natiqlik Cəmiyyətinin sədri (1980), SSRİ Pedaqoji Elmlər Akademiyasının akademiki (1989), Azərbaycan SSR-i Elmlər Akademiyasının üzvü (1983), Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor (1970), Əməkdar elm xadimi (1981), Azərbaycan SSR dövlət mükafatı (1991). == Həyatı == Afad Qurbanov 1929-cu ildə yanvarın 10-da Borçalının Qızıl Şəfəq kəndində (indi Ermənistan Respublikasının Kalinino rayonu) anadan olmuşdur. Uşaqlığı, ilk təhsil illəri də sazlı-sözlü Borçalı elində keçib. O, ilk illər Borçalıda məktəb direktoru vəzifəsində çalışıb. 1950-ci illərdən etibarən isə Azərbaycan Dövlət Pedaqoji Universitetində Filologiya fakültəsinin dekan müavini, dekanı, Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışıb. 1981–1989-cu illərdə APİ-nin rektoru olub. 1990–1994-cü illərdə isə Milli Məclisin üzvü olmuş A. Qurbanov əlifba islahatının təşkilatçılarındandır. XX əsrin 90-cı illərində ölkəmizdə əlifba islahatının aparılmasında Afad Qurbanovun Azərbaycan Əlifba Komissiyasının sədri və latın qrafikası əsasında hazırlanmış və bügün istifadə etdiyimiz Azərbaycanın latın qrafikalı əlifbasının müəllifi kimi böyük xidmətləri olmuşdur. O dövrdə latın qrafikalı yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim məhz Afad Qurbanov olmuşdur.
Afat Qurbanov
Afad Qurbanov (azərb. Afad Məhəmməd oğlu Qurbanov‎; 10 yanvar 1929, Cücəkənd – 26 sentyabr 2009, Bakı) — Azərbaycanın görkəmli dilçi-alimi, türkoloq, elm və təhsil təşkilatçısı, ictimai-siyasi xadimi, Azərbaycan dilçilik elmində elmi məktəb yaratmış alim, Azərbaycan Əlifba Komissiyasının sədri (1990) və hazırkı Latın qrafikalı Azərbaycan əlifbasısının müəllifi, Azərbaycan SSR-i Natiqlik Cəmiyyətinin sədri (1980), SSRİ Pedaqoji Elmlər Akademiyasının akademiki (1989), Azərbaycan SSR-i Elmlər Akademiyasının üzvü (1983), Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor (1970), Əməkdar elm xadimi (1981), Azərbaycan SSR dövlət mükafatı (1991). == Həyatı == Afad Qurbanov 1929-cu ildə yanvarın 10-da Borçalının Qızıl Şəfəq kəndində (indi Ermənistan Respublikasının Kalinino rayonu) anadan olmuşdur. Uşaqlığı, ilk təhsil illəri də sazlı-sözlü Borçalı elində keçib. O, ilk illər Borçalıda məktəb direktoru vəzifəsində çalışıb. 1950-ci illərdən etibarən isə Azərbaycan Dövlət Pedaqoji Universitetində Filologiya fakültəsinin dekan müavini, dekanı, Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışıb. 1981–1989-cu illərdə APİ-nin rektoru olub. 1990–1994-cü illərdə isə Milli Məclisin üzvü olmuş A. Qurbanov əlifba islahatının təşkilatçılarındandır. XX əsrin 90-cı illərində ölkəmizdə əlifba islahatının aparılmasında Afad Qurbanovun Azərbaycan Əlifba Komissiyasının sədri və latın qrafikası əsasında hazırlanmış və bügün istifadə etdiyimiz Azərbaycanın latın qrafikalı əlifbasının müəllifi kimi böyük xidmətləri olmuşdur. O dövrdə latın qrafikalı yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim məhz Afad Qurbanov olmuşdur.
Akif Qurbanov (Əsgər)
Akif Qurbanov — (2 iyul 1968-ci ildə doğulub) — Gəncə şəhərində anadan olmuşdur. 39 saylı məktəbin yetirməsi idi. Hərbi xidmətini Rusiyada keçirmişdir. Akif Qurbanov 1990-cı illərin əvvəllərində ermənilərin azğınlığına dözə bilməyərək könüllü olaraq cəbhəyə getmişdir. Akif Qurbanov 1994-cü il may ayının 11-də itkin düşmüşdür. == Həyatı == Akif Qurbanov 1968-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 39 saylı məktəbin yetirməsi idi. Çox qabiliyyətli və savadlı bir gənc idi. Gəncə şəhər elektrik-Sənaye Texnikumunda oxumuşdur. Hərbi xidmətini Rusiyada keçirmişdir.
Alapayevsk qurbanları
Alapayevsk qurbanları (Alapayevsk şа́xtasının qurbanları) — Sovet höküməti nümayəndələri tərəfindən 18 iyul 1918-ci il gecəsi öldürülən Romanovlar sülaləsi üzvləri və onlara yaxın olan insanlar. Qətil hadisəsi çar ailəsinin edamının ertəsi günü, "Nijnyaya Selimskaya" mədəni yaxınlığında yerləşən Alapayevsk şəhərindən 18 km uzaqlıqda baş vermişdir, qurbanların cəsədləri mədən quyuların birinə atılmışdır. 8 iyun 2009-cu il tarixində Rusiya Baş Prokurorluğu Alapayevsk yaxınlığında öldürülənlərin hamısına bəraət qazandırdı.Xaricdəki Rus Pravoslav Kilsəsi Alapayevsk yaxınlığında öldürülənlərin hamısını (F. Remez istisna olmaqla) övliyalar sırasına keçirdi. Rus Pravoslav Kilsəsi onlardan yalnız ikisini böyük knyaginya Yelizaveta Fyodorovnanı və rahibə Varvaranı müqəddəsləşdirdi. Alapaevsk yaxınlığında öldürülənlərin siyahısına aşağıdakı şəxslər daxildir: böyük knyaginya Yelizaveta Fyodorovna; böyük knyaz Sergey Mixayloviç; imperator qanı knyazı İoann Romanov; imperator qanı knyazı Konstantin Konstantinoviç (kiçik); imperator qanı knyazı İqor Konstantinoviç; knyaz Vladimir Pavloviç Paley (böyük knyaz Pavel Aleksandroviçin Olqa Pistolkors ilə morqanatik nikahdan doğulmuş oğlu); Fyodor Semyonoviç (Mixayloviç) Remez, böyük knyaz Sergey Mixayloviçin müavini; Marfa və Məryəm monastırının bacıları Varvara (Yakovleva), zaviyənişin Yelizaveta Fyodorovna.Bu yer yaxınlığında 1995-ci ildə Rus Kilsəsinin yeni şəhidləri və övliya adına monastır quruldu.
Alim Qurbanov
Alim Qurbanov (5 dekabr 1977-ci ildə Bakıda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Xəzər-Lənkəran klubunda yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur.
Anna Qurbanova
Anna Qurbanova (24 sentyabr 1986, Moskva) — gimnast. == Həyatı == 24 sentyabr 1986-cı ildə anadan olmuşdur. Tələbədir. 2007-ci il Azərbaycan çempionatında çənbər ilə qələbə qazanıb, 2004-cü il Afina Olimpiya Oyunlarının, dünya və Avropa çempionatlarının, Dünya kuboku finalının iştirakçısıdır. 2005-ci ildə Bakıda keçirilmiş Dünya çempionatı və 2005-ci ildə Moskvada təşkil olunmuş Avropa çempionatının komanda yarışlarında 5-ci yerləri tutub. İtaliyada beynəlxalq turnirdə gürzlərlə qələbə qazanıb, çoxnövçülükdə isə gümüş medal əldə edib. Daşkənddə Dünya kuboku 2005-də iplə hərəkətlərdə bürünc, İtaliya-2006 klub çempionatında gümüş mükafatlar qazanıb.
Aqil Qurbanov
Aqil Qurbanov (15 avqust 1986, Bakı) — Azərbaycan Respublikasının müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini. == Həyatı == Aqil Səlim oğlu Qurbanov 15 avqust 1986-cı ildə Bakı şəhərində anadan olub. 2004–2008-ci illərdə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb. 2012–2014-cü illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində magistr təhsili alıb.Ailəlidir. İki övladı var. == Karyerası == 2015–2019-cu illərdə "PAŞA Holding" MMC-də investisiyalar üzrə direktor olub. Daha sonra "Sumqayıt Texnologiyalar Parkı"nın Müşahidə Şurasının sədri vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 09.12.2022-ci il tarixli Sərəncamı ilə müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini vəzifəsinə təyin olunub.27.02.2023-cü il tarixdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Ayxan Qurbanzadə
Ayxan Fariz oğlu Qurbanzadə (25 iyul 1998; Şağlaküçə, Lənkəran rayonu, Azərbaycan — 25 oktyabr 2020; Hadrut, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ayxan Qurbanzadə 25 iyul 1998-ci ildə Lənkəran rayonunun Şağlaküçə kəndində Fariz Qurbanovun və Yunsirə Qurbanovanın ailəsində anadan olmuşdur. Atası Fariz Qurbanov — Birinci Qarabağ müharibəsi qazisi və 2-ci qrup Qarabağ müharibəsi əlilidir. Ayxan 2004–2015-ci illərdə orta təhsilini almışdır. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət mülki fəaliyyət göstərmişdir. Ailəli idi. == Hərbi xidməti == Ayxan Qurbanzadə 2016–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Ayxan Qurbanzadə səfərbər olmuşdur. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına getmişdir. Azərbaycan Ordusunun əsgəri olan Ayxan Qurbanzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir.
Azər Qurbanov
Azər Qurbanov — Azərbaycan aktyoru. == Həyatı == Azər Qurbanov “Odessa” kinostudiyasının istehsalı olan “Göy Quş”, “Hakim”, “Xarici Qadın”, “Külək” filmlərində də çəkilib. 1992-ci ildən ABŞ-nin Nyu-Cersi ştatının Şort-Hills şəhərciyində yaşayır. == Filmoqrafiya == Bir məhəllədən iki nəfər (film, 1957) Sehrli xalat (film, 1964) Göy quş ("Odessa" kinostudiyası) Hakim ("Odessa" kinostudiyası) Xarici qadın ("Odessa" kinostudiyası) Külək ("Odessa" kinostudiyası) == İstinadlar == == Mənbə == "Vaxt ildırım sürətilə keçir, nə vaxtsa filmlərə çəkildiyimi az qala unutmuşam...": "Sehrli xalat" filmindəki Rəşidin - hazırda Amerikada yaşayan Azər Qurbanovun müsahibəsi //525-ci qəzet.- 2013.- 27 iyul.- S.29.
Azərbaycanda repressiya qurbanlarının siyahısı (1920-1936)
Azərbaycanda repressiya qurbanlarının siyahısı (1920–1936) — 1920–1936-cı illərdə Azərbaycanda repressiya qurbanı olmuş insanların siyahısı. == 1920 == Güllələnənlər arasında Azərbaycan ordusunun 12 generalı, 27 polkovnik və podpolkovniki, 46 kapitan, ştabskapitan, poruçik və podporuçiki, 146 praporşik və podpraporşiki, 267 digər hərbi qulluqçusu da var idi. Yaqub bəy Axmetyev — podpolkovnik Rüstəm Şıxlinski — 1920 iyun 11 Polkovnik Murad xan Naxçıvanski — ştab-rotmistri Teymur xan Xoyski — artilleriya podpolkovniki Bahadır bəy Vəkilov 1920 3 iyul Danyal bəy Həlləcov — Polkovnik Rüstəm bəy Mirzəyev — Polkovnik Firudin mirzə Qovanlı-Qacar — Kapitan Yaqub bəy Əhmədzadə — Kapitan Hüseyn bəy Mirizadə — Kapitan Xuduş Xudaverdiyev — Kapitan İlyas bəy Talışxanlı — podporuçik mayor Hüseyn bəy Şıxlinski 27 iyun 1920 Ələkbər bəy Qalabəyov — prsitav İsmayıl Babayev — praporşik İsfəndiyar bəy Muradov — prsitav 6 iyun 1920 Məcid bəy Vəkilov — doktor 6 iyun 1920 Firidun bəy Köçərli — ədəbiyyatşünas 6 iyun 1920 Nadir bəy Dağkəsəmənski — müəllim 6 iyun 1920 Abuzər bəy Rzayev — mühəndis Mirzə Abbas Abbaszadə — müəllim İsmayıl xan Ziyadxanov — hüquqşünas İslam bəy Qəbulzadə — müəllim Murtuza Muxtarov milyonçu Musa Muxtarov milyonçu Teymur bəy Məlik-Aslanov — mühəndis Nəsib bəy Yusifbəyli Fətəli xan Xoyski Həsən bəy Ağayev Məmmədbağır Şeyxzamanlı may 1920 Qoçu Nəcəfqulu 29 may 1920 Qaçaq Qəmbər Tatoğlu Həsən Hacı bəy Seyidbəyov 29 avqust 1920 İsgəndər bəy Seyfulin Abdulla bəy Ağayev Məmməd bəy Yadigarov Şirin bəy Kəsəmənli Paşa bəy Vəkilov Teymur bəy Zeynalov Yaqub bəy Axmetyev Vəsilə xanım Musabəyova Piri Mürsəlzadə Murtuza Axundzadə Aslan bəy Qardaşov Teymur bəy Cavanşirov Piri Mürsəlzadə Ələkbər xan Şahsuvarov İbrahim bəy Fəttahov Cəfər bəy Axundzadə Cabbar Həşimov 1920 may 1 (Gəncə) === Sürgün olunanlar === Qara bəy Qarabəyov Nəsurulla bəy Aşurbəyli Hüseyn xan Naxçıvanski 1919 yanvar Teymur xan Xoyski Fərhad bəy Ağalarov Məhəmmədəli Pişnamazzadə — Qafqazın VII şeyxülislamı == 1921 == Yanvar ayının 1-dən 1922-ci il yanvar ayının 1-dək güllələnənlər: Kərbəlayi İsmayıl Roman İvanoviç Şerbekov Bəxşi Şirin oğlu Paşayev Mixail Qabarayev Trifel Aron Qriqoryeviç Fyodor Samoylov Qasım Musailov Samidiyani Aleksandr Alavladze İlya Karsiladze Sergey Nedoraşbili Zasima Lantadze Kolistra Qəzənfər Zeynal Əbdül Hüseyn Fətulla oğlu Ağa Cəfər Salmanov Həsən Xan Şah Əli Orucbala Kərbəlayi oğlu Hüseynov Hüseyn Kadat Bala Ağa Bala oğlu Xaçpanov Xristofor Həsənbəyov Əbülfəz İsfəndiyar Məmmədzadə Kaşkarov Cabbar Seyid Əli Seyid Əbdül oğlu Mir Kazımov İsrafil Verdiyev Abbas bəy Usubbəyov İsayev Eyyub Əfəndiyev Xosrofak Xan Əli Tapdıq oğlu Əhliman Mirzəyev Miri Cabbarov Bexqayi Əliyev Əli Baxşı Nəcəf Əli Rza Sadıq Səməd Vəli oğlu Məşədi Əsgər Əlimərdan oğlu (Əsgər Əliyev) Cəlil Məşədi Həsən oğlu Hüseyn Fəttahov Yunus Məmməd Rza Musayev Yusuf Hacıyev Hacı Ağa Kitab Əli Gülhüseyn oğlu Xudaverdiyev İldırım Məmməd Xəlil Şakirzadə Xrıçkova Mariya Tağıyev Məmmədtağı Mehdi oğlu İlyaszadə Həsən Perumova Zoya Pavlovna Qasım oğlu Əsədulla Varonin Mixail Alekseyevic Məhərrəm Səttar oğlu Lobacev Vladimir Korneyeviç Karpov Qriqori Liqura Yevgeni Nikolayevic Temnikov Sergey Vasilyevic Orlovski Yuri Pavlovic Kosenkov İvan Kondratyeviç İsmayılov Tağı İsmayıl Cavadov Bəylər Cəfərov Mirzə Ağa Hacı Bəhmən oğlu İsgəndər oğlu Rüstəm İsgəndər oğlu Əlibaba Hüseyn Əli Abbas Eyvaz oğlu Nurkişi Qusev Mixail Sultanov Bala Ağayar oğlu Abdulla Səməd oğlu İsgəndər Yusuf oğlu Əli Ağamalı İsmayıl Bağır oğlu Nəsib Nəsir oğlu Sultanov Əli İsgəndər oğlu Zaman Mehdi oğlu Həşim Əhməd oğlu Mehdi Osman oğlu Nəsrulla Mehdi oğlu Hacı İsabəy Qulu oğlu Molla Ramazan Hacı Səfər oğlu Saqanidze Denis Haşımov Adil Haşım oğlu Babayev Səfərəli Əbülfəz Kelib Eldar oğlu Bəy Mirzə Xan Mirzə Xan oğlu Ataxan Tat oğlu Heybət Qaçan oğlu Bəşir Zeynal oğlu Əli Abbas oğlu Qədir Məşədi Rza oğlu Səfiyar Molla Qafar oğlu İbad Nəsir oğlu Rzaqulu bəy Kərimbəyli1921-ci ilin iyununda Azərbaycan Milli Müdafiə İslam Firqəsinin rəhbərlik də daxil olmaqla 230 nəfər fəal üzvü həbs edildi. Həbs edilənlərdən 22 nəfəri güllələndi (əsasən rəhbərlik), 61 nəfər 5 il müddətinə, 15 nəfər 1 il müddətinə azadlıqdan məhrum edildi; 14 nəfərə isə 5 il icbari həbs cəzası hökmü oxundu. == 1922 == Ələsgər Gəngərlinski - 1922 11 iyun Türkiyə Samsun == 1923 == 1923-cü il yanvar ayının 1-dən 1924-cü il yanvarın 1-dək (Az.ÇK-nın Kollegiya İclasının materiallarına əsasən) güllələnən 89 nəfərin siyahısı: Mixailov Georgi Mixailoviç Akopyan Akop Abarsumoviç Ağa Ibrahim Balabəy oğlu Trusanov Qriqori Artemoviç Əliyev Seyid Sevdimli oğlu Məmməd Sadıx Murxuz oğlu Mesədi Azay Mesədi Qasım oğlu Bilal Cəmil oğlu Arzumanov Hacı əbdül Qədirbəy oğlu Müzəfər Ağababa oğlu Xəlil Kərbəlayı Qara oğlu Borisov Georgi Sultanov Ağa bəy Səlim bəy oğlu (Göyçay üsyanında istirakına görə) İsrafilbəyov Pərviz bəy Qasımbəyov Əhməd Sultan oğlu Qasımbəyov Həmid Sultan oğlu Sultanov Rəsul bəy Səlim bəy oğlu Bağır Baba oğlu Üzeyir Murad oğlu Məmməd Ismayıl oğlu Məsədi Ibrahimxəlil Ibad oğlu Ağababa bəy Ağamirzə bəy oğlu İsmayıl Fətulla oğlu Hacı Musa Haçı Isa oğlu, Isa əfəndi oğlu və ya Ismayıl Oskay oğlu Məcid bəy Mirzəbəyov Mirzəbəyov Mirzə bəy Məmməd bəy Mirzəbəyov Arist bəy Səməd bəy oğlu Süleyman bəy Mahmud bəy oğlu Hacı Mahmud bəy Hacı Məmməd oğlu Molla Həmid Əbdülhəşim oğlu Şahlar Nurməmməd oğlu Molla Camal Çələbi oğlu Əli Osman oğlu Əmirəli Fərzəli oğlu Şirin Nəsir oğlu Nəsir Mehdi oğlu Həsən Həsənəli oğlu Əhəd Baxıs oğlu Koberidze Aleksandr Semyonoviç Qasım Yüzbası Aslan oğlu Rotay Nikolay Aleksandroviç Kiladze Vladimir Dmitriyeviç, Mandarov Aleksandr Davidov Mamulaşvili İvan İosifoviç Aykazuni Partov Setoviç Allahverdi Əbdülsalam oğlu Ağabala Almaz oğlu Məmməd İsmayıl oğlu Nəriman Süleyman oğlu Hacı Qalamov Məmmədəli Süleyman Hacı Hüseyn Qoçu Qurban Əhməd Məmməd Nuru oğlu Qardasxan Ağamalı oğlu Hüseynov Məsədi Qəhrəman oğlu Astan Kərbəlayı Ələkbər oğlu Malazani Qriqori Aleksandroviç Hüseynov Sadıq Qəhrəman oğlu Camalov Şirinxan Surət Fəxraba Dubrovski Georgi Andreyeviç Kərimağa Hüseyn oğlu Bağırov Ağa Bala oğlu Əli Ibis Seyid Hüseyn Məmməd Cavad oğlu Deken Yuri Yevgeniyeviç Uspenski Vadim Nikolayeviç Çernikov Valeri Konstantinoviç Ortınov Georgi Rudolfoviç Qriqoryan Nikolay Aleksandroviç Qurbanov Məmməd Bağır Manqil Mixail Qriqoryeviç Məmməd Hüseyn Atam oğlu Matevosov Arusan Qalustyanoviç Sailov Arakel Arutyunoviç Sıxbala Əbdülhəsən oğlu Yusifbəyov Əziz bəy Kakutis Aleksandr Petroviç İbadulla Cahangir oğlu Məmməd Yusif oğlu Cəlal Abbas oğlu Abdulla Qara oqlu Dilbaz ağa Dilbazov İbrahim Məşədi Səfər oğlu Əsəd İbrahim oğlu Dalanki Mahmud oğlu Ryasnov Feodor Pavloviç Camal Asab oğlu Mədət Allahverdi oğlu Kərim Namaz oğlu === Sürgün olanlar === Hüseyn Paşayev Daniyal bəy Şərifov Abdulla Şəfiyev Nəsrulla bəy Rzabəyov Nemətulla bəy Rzabəyov == 1924 == "İstiqlal" qəzetinin 19-cu nömrəsində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Azərbaycandan Dağlıq Qarabağı ayırıb ermənilərə verilməsi əleyhinə müsavatçıların bəyanatları və digər bu kimi məqalalər verilmişdir. Bundan təxminən dörd ay sonra Birləşmiş Dövlət Siyasi İdarəsinin Kollegiyası yanında xüsusi şuranın 25 aprel 1924-cü il tarixli qərarı ilə Cəfər Cabbarlı istisna olmaqla, iyirmi nəfərə yaxın istiqlalçı, o cümlədən, Hacıbaba Cəbiyev 3 il müddətinə azadlıqdan məhrum edilməklə Murmansk vilayətinə, Solovki ölüm düşərgəsinə sürgün edildi. 1927-ci ilin aprel ayında Moskvadan gələn bir əmrlə ilk qrup "sərbəst" buraxılmışdı. Bu qrupun ən üzvlərindən Nəsrullah İsrafilzadə və Əbdülrəhman Dai Urala sürgün edildilər. Onlar orada üç il yaşadılar. Digərləri SSRİ daxilində istədikləri yerdə yaşamaq haqqını aldılar.Solovki Əsir Düşərgəsinə gələn birinci qrupun üzvləri: Qurban Musayev Salman Məmmədrza oğlu Rəhimov (Salman Rəhimzadə) Əbdürrəhman Dai- şair Nəsrulla İsrafilov Əbdülvahab Yurdsevər Ağakərim Əbdülməmməd oğlu Əliyev (Ağakərim Əlizadə) Ağa Məmməd İbrahimov (Ağaməhəmməd İbrahimli) Ağasəlim Rəhimov Əlihəsən Babayev (Babazadə) mürəttib Rəhim bəy Vəkilov Hacıbaba Cəbiyev Məmməd Sadıq Quliyev Kərbəlayi Vəli Mikayılov Əsədulla Hacı Ağa Mirzə oğlu Məmmədov Novruz Ağa oğlu Ağayev Əliş Abbas oğlu Əliyev Məmmədkərim Heybət oğlu Kərimov Yusif Nəsib Məşədi Əliş oğlu İsmayılov Məşədi Haşım oğlu İslamov — mürəttib Mürsəlqulu Məmmədbağır oğlu İmanov.
Azərbaycanda repressiya qurbanlarının siyahısı (1937-1938)
Azərbaycanda repressiya qurbanlarının siyahısı (1937–1938) — Respublika Prokuroru tərəfindən Azərbaycan KP MK-nın birinci katibi İ.Mustafayevə təqdim edilən arayışda (4 may 1955-ci il) XÜ tərəfindən, yalnız siyasi cinayətlərə görə, 1937-ci ildə, 2846 nəfərin həbs edilməsi, 2215 nəfər haqqında ölüm hökmü çıxarılması haqqında məlumat verilir. 1937-ci il sentyabrın 15-dən 16-na keçən gecə 97 nəfər qətlə yetirilmişdir. Qətlə yetirilənlərin 86 nəfəri Azərbaycanlı idi. 1937-ci il noyabrın 15-dən 16-na keçən gecə 169 nəfər soydaşımız güllələnibSiyahıda cəmi 2556 nəfər qeyd olunmuşdur. == A == Abadov Hacırəhim Xəlil oğlu (16.11.1937*, 29 yaş) Abbasəli Durmuş oğlu (14.1.1938*, 68 yaş) Abbasquluyev Şahlar Şıxəli oğlu (1.3.1938*, 35 yaş) Abbasov Abbas Mehdi oğlu (8.11.1937*, 60 yaş) Abbasov (Məşədi) Abbas Namaz oğlu (18.3.1938*, 64 yaş) Abbasov Abdulla Abbas oğlu (14.1.1938*, 30 yaş) Abbasov (Quluyev) (Məşədi) Abuzər Mehdi oğlu (1.9.1937*, 52 yaş) Abbasov Ağa Ağalar oğlu (14.1.1938*, 35 yaş) Abbasov (Kərbəlayı) Aslan Əbdülqasım oğlu (1.3.1938*, 68 yaş) Abbasov Dadaş Abdulla oğlu (20.11.1937*, 40 yaş) Abbasov Eynulla Fəti oğlu (20.1.1938*, 47 yaş) Abbasov Əbdülxalıq (Hacı) İsmayıl oğlu (1878–16.3.1938*, 60 yaş) Abbasov (Seyid) Əhəd (Seyid) Nəsir oğlu (6.3.1938*, 48 yaş) Abbasov Əkbər Məhəmmədbağır oğlu (18.3.1938*, 35 yaş) Abbasov Ələkbər Məhəmməd oğlu (14.1.1938*, 25 yaş) Abbasov Əsəd Balakişi oğlu (29.11.1937*, 39 yaş) Abbasov Fərman Həsən oğlu (14.1.1938*, 25 yaş) Abbasov Güləsər Əbdülbağı oğlu (14.1.1938*, 25 yaş) Abbasov (Molla) Hacıağa Hüseyn oğlu (1877–20.1.1938*) Abbasov Hüseyn Astan oğlu (16.9.1937*, 52 yaş) Abbasov Xəlil Əli oğlu (8.1.1938*) Abbasov İslam (Molla) Rəşid oğlu (29.3.1938*, 43 yaş) Abbasov Mehbalı Niftalı oğlu (18.3.1938*, 60 yaş) Abbasov Mədəd Abbas oğlu (8.11.1937*, 45 yaş) Abbasov Məhəmməd Cabbar oğlu (29.10.1937*, 33 yaş) Abbasov Məhi Nəsrulla oğlu (14.1.1938*, 27 yaş) Abbasov (Molla) Məhiş Abbasqulu oğlu (16.3.1938*, 50 yaş) Abbasov Misir Dadaş oğlu (4.1.1938*) Abbasov (Kərbəlayı) Mürsəl Abdulla oğlu (29.11.1937*, 70 yaş) Abbasov Osman Xıdır oğlu (29.3.1938*, 70 yaş) Abbasov Poladxan Qubad oğlu (9.9.1937*, 40 yaş) Abbasov (Seyid) Rəsul (Seyid) Nəsir oğlu (16.3.1938*, 65 yaş) Abbasov Rza (Kərbəlayı Molla) İsa oğlu (16.9.1937*, 40 yaş) Abbasov Rza Müseyib oğlu (14.1.1938*, 45 yaş) Abbasov Sultan Əliheydər oğlu (9.9.1937*, 68 yaş) Abbasov (Məşədi) Tarıverdi (Hacı) Rəhim oğlu (18.3.1938*, 60 yaş) Abbasov Üzeyir (Məşədi) Qara oğlu (16.9.1937*, 45 yaş) Abdı Abdı oğlu (20.1.1938*, 33 yaş) Abdinbəyov Əhməd bəy Süleyman bəy oğlu (16.11.1937*, 49 yaş) Abdinov (Molla) Dünyamalı Rəşid oğlu (1.9.1937*, 55 yaş) Abdiyev Yunus Musa oğlu (16.11.1937*, 42 yaş) Abdulağa Cavad oğlu (29.10.1937*, 34 yaş) [Qazı] Abdulxalıq əfəndi Allahverdi oğlu (16.11.1937*, 90 yaş) Abdulxanov Fanrislan (?) Abdulla oğlu (3.1.1938*) Abdulkərimov Fətulla Abdulqədir oğlu (9.9.1937*, 53 yaş) Abdulkərimov (Kərbəlayı) Həmid Yusif oğlu (16.9.1937*, 65 yaş) Abdulkərimov Şihabəddin (Hacı) Kərim oğlu (16.11.1937*, 50 yaş) Abdulla Əhməd (Nəcəf) oğlu (16.9.1937*, 61 yaş) Abdullabəyov İman bəy Tərlan bəy oğlu (18.3.1938*, 38 yaş) Abdullayev Abbas Ağasəf oğlu (29.8.1937*, 60 yaş) Abdullayev Abbas Namaz oğlu (26.8.1937*, 51 yaş) Abdullayev Abdulla Nuru oğlu (27.7.1937*, 25 yaş) Abdullayev Abdulla Teymur oğlu (14.10.1937*) Abdullayev Aman Abdulla oğlu (1900–4.7.1938*) (bax: Şəfiqə Məhəmmədova. Anaların fəryadı. : "Gənclik". 2006, s.252–253) Abdullayev Bahadır Abdulla oğlu (14.1.1938*, 46 yaş) Abdullayev Bəxti Hümbət oğlu (16.3.1938*, 40 yaş) Abdullayev Bəylər bəy Fətulla bəy oğlu (18.3.1938*, 45 yaş) Abdullayev (Hacı) Cəlal Qulaməli oğlu (11.3.1938*, 70 yaş) Abdullayev Əbdül Əhməd Bala oğlu (1.9.1937*, 61 yaş) Abdullayev Əbdül Xəlil oğlu (16.3.1938*, 25 yaş) Abdullayev Əbdüləziz Hafiz əfəndi oğlu (29.11.1937*, 24 yaş) Abdullayev Əhməd Nəsib oğlu (29.3.1938*, 40 yaş) Abdullayev Ələkbər Abdul oğlu (27.7.1937*, 35 yaş) Abdullayev Ələkbər Qulaməli oğlu (14.1.1938*, 49 yaş) Abdullayev Əli Fətulla oğlu (16.9.1937*, 33 yaş) Abdullayev Əliheydər Mirzə oğlu (1895–31.12.1937*) Abdullayev (Şahnigarov) Əli Yolçu oğlu (20.11.1937*, 50 yaş) Abdullayev Əmir Abbas oğlu (8.11.1937*, 40 yaş) Abdullayev Əmir İsmayıl oğlu (16.9.1937*, 42 yaş) Abdullayev Əşrəf Cəfər oğlu (1888–11.3.1938*) Abdullayev Fərəc Müzəffər oğlu (16.11.1937*, 38 yaş) Abdullayev Hacıağa bəy Mirzəməhəmməd oğlu (20.1.1938*, 57 yaş) Abdullayev Hüseyn Qasım oğlu (1.3.1938*, 43 yaş) Abdullayev Hüseyn Məhəmməd oğlu (16.9.1937*, 38 yaş) Abdullayev Xəlil Abbas oğlu (26.8.1937*, 35 yaş) Abdullayev İsa bəy Mahmud bəy oğlu (27.9.1937*, 42 yaş) Abdullayev İsmayıl Nurəhməd oğlu (27.9.1937*, 47 yaş) Abdullayev (Məşədi) Qara Səfiyar oğlu (20.11.1937*, 59 yaş) Abdullayev (Molla) Qasım Əbdülmanaf oğlu (16.3.1938*, 60 yaş) Abdullayev Qəhrəman Yusub oğlu (16.11.1937*, 31 yaş) Abdullayev Qəni Əhəd oğlu (20.11.1937*, 36 yaş) Abdullayev Maqsud Abdulla oğlu (18.3.1938*, 48 yaş) Abdullayev Mehralı (Kərbəlayı) Hüseyn oğlu (16.9.1937*, 60 yaş) Abdullayev Məcid Əlipaşa oğlu (29.10.1937*, 27 yaş) Abdullayev Məhəmməd Hafiz əfəndi oğlu (29.11.1937*, 30 yaş) Abdullayev (Molla) Məhəmməd Hidayət oğlu (29.11.1937*, 52 yaş) Abdullayev (Molla) Məhyəddin Abdulla əfəndi oğlu (1885–11.3.1938*) Abdullayev Məhəmməd Mütəllib oğlu (20.8.1937*, 21 yaş) Abdullayev (Kərbəlayı) Məhəmmədhüseyn (Hacı) Maqsud oğlu (27.9.1937*, 65 yaş) Abdullayev Mənsur Səməd oğlu (11.3.1938*, 40 yaş) Abdullayev Mirəhməd Mirfəttah oğlu (18.3.1938*, 47 yaş) Abdullayev Miri Mirseyid oğlu (29.3.1938*, 45 yaş) Abdullayev Mirsəməd Mirhadı oğlu (29.3.1938*, 49 yaş) Abdullayev Mövsüm Məhəmməd oğlu (6.1.1938*) Abdullayev Muxtar Şəfi oğlu (1.9.1937*, 44 yaş) Abdullayev Muxtar Nağı oğlu (13.10.1937*) Abdullayev Rəşid İsgəndər oğlu (1.9.1937*, 50 yaş) Abdullayev Salman Rüstəm oğlu (16.9.1937*, 57 yaş) Abdullayev Seyidxəlil Şükür oğlu (18.3.1938*, 60 yaş) Abdullayev Sədulla Beydulla oğlu (27.7.1937*, 39 yaş) Abdullayev Sədulla bəy Nurulla bəy oğlu (18.3.1938*, 38 yaş) Abdullayev Sədyar Məhəmməd oğlu (14.1.1938*, 45 yaş) Abdullayev Şahnəzər İman oğlu (26.8.1937*, 75 yaş) Abdullayev Şahverən Rəsul oğlu (20.11.1937*, 59 yaş) Abdullayev Şirin bəy Əbdüsalam oğlu (27.7.1937*, 27 yaş) Abdullayev Şükür (Hacı) Abdulla oğlu (29.11.1937*, 44 yaş) Abdullayev Talıb bəy İsmixan bəy oğlu (27.3.1938*, 51 yaş) Abdullayev Umud Həmid oğlu (3.8.1937*, 70 yaş) Abdullayev Veysəl (Yüzbaşı) Bəndalı oğlu (27.11.1937*, 70 yaş) Abdullayev Yəhya Həsən oğlu (29.3.1938*, 47 yaş) Abdullayev (Molla) Yunus Gülməhəmməd oğlu (20.11.1937*, 65 yaş) Abdullayev Yusif Fətulla oğlu (9.9.1937*, 31 yaş) Abdullayev (Molla) Zəkəriyyə (Molla) Qurban oğlu (1.9.1937*, 70 yaş) Abdulov Kərim Yəhya oğlu (12.10.1937) (bax: Şəfiqə Məhəmmədova. Anaların fəryadı. Bakı: ənclik".
Azərbaycanda repressiya qurbanlarının siyahısı (1939-1954)
Azərbaycanda repressiya qurbanlarının siyahısı (1939–1954) — 1939–1954-cü illərdə Azərbaycanda repressiyaya məruz qalan insanların siyahısı. == 1939 == Ağa Axundov (16 aprel; 15 il iş alıb) Əsəd bəy Axundov (19 aprel) Qafur Əfəndizadə Seyfulla Şamilov (9 iyun) Teymur bəy Aslanov (28 dekabr) Mixail Rayev-Kaminski Yusif Zeynalоv Rəhim Rəhimzadə Zeynal Tağıyev Ələkbər Şahbazov İsmayıl Xanlarov Zeynal Hacıyev Cəlil Vəzirov Qədim Qədimbəyov İsgəndər Məmmədov Şahid Hüseynov Əli bəy Qulubəyov1939-cu il oktyabrın 29-da bu on bir nəfər barədə son ittihamnamə tərtib olunub, baxılmaq üçün Zaqafqaziya Hərbi Dairəsinin hərbi tribunalına göndərildi. Dekabrın 3-də Tiflisdə hərbi tribunalın hazırlıq iclasında ittihamnamələr yenidəe nəzərədən keçirildi və onlara verilən cəza tədbirləri dəyişilməz olaraq qaldı. Dekabrın 27-də Bakıda Zaqafqaziya Hərbi Dairəsinin Hərbi Tribunalarının səyyar sessiyası tərəfindən keçirilən qapalı məhkəmə iclasına işə təkrar baxıldı. Məhkəmədə Zeynal Tağıyevdən və Firuz Süleymanovdan başqa, heç kəs özünü müqəssir saymadı və onların hamısına müxtəlif müddətə iş kəsildi. Teymur bəy Aslanov da 1939-cu il dekabrın 28-də verilən məhkəmə qərarına görə əksinqilabi Milli üsyançı təşkilatın üzvü kimi 12 il müddətinə azaldıqdan məhrum edildi və Qazaxıstanın Karaqanda vilayətinin Cezkazqan şəhərinə sürgünə göndərildi.
Ağa, Cəddinə Qurban (1993)
Ağa, cəddinə qurban (film, 1993)
Ağa, cəddinə qurban qısametrajlı sənədli filmi rejissor Şamil Nəcəfzadə tərəfindən 1993-cü ildə çəkilmişdir. Film Azərbaycanfilm kinostudiyası və "Metropol" kino şirkətinin istehsalıdır. Film xalq arasında böyük hörmət sahibi, xəstələrə şəfa vermək, onları sağaltmaq qabiliyyətinə malik Mir Mövsüm Ağa (Mirmövsümov) haqqındadır. == Məzmun == Film xalq arasında böyük hörmət sahibi, xəstələrə şəfa vermək, onları sağaltmaq qabiliyyətinə malik Mir Mövsüm Ağa (Mirmövsümov) haqqındadır.
Ağadadaş Qurbanov
Ağadadaş Qurban oğlu Qurbanov (8 mart 1911, Bakı – 22 iyun 1965, Salyan, Azərbaycan SSR) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının banilərindən biri, həm faciə, həm dram, həm də komediya janrlı tamaşaların ifaçısı. == Həyatı == Ağadadaş Qurbanov 1911-ci il mart ayının 8-i Bakıda anadan olmuşdur. 15 mart 1927-ci ildə Lətif Kərimlinin müəllifi olduğu "Fırtına" pyesi "Dənizçilər klubu"nda Ağadadaş Qurbanov və məktəblilər tərəfindən tamaşaya qoyulmuşdu. Bununla da Gənc Tamaşaçılar Teatrının (Bakıda Fəhlə Uşaqlar Teatrı) bünövrəsi qoyuldu. Aktyor həmin vaxtdan 1952-ci ilədək Gənc Tamaşaçılar Teatrında, 1952-ci ildən ömrünün sonunadək isə Azərbaycan Dövlət Milli Dram Teatrında fəaliyyət göstərmişdir.Ağadadaş Qurbanov Gənc Tamaşaçılar Teatrında böyüklər üçün nəzərdə tutulan Cəfər Cabbarlının "Aydın" pyesində Aydın, Fridrix Şillerin "Qaçaqlar" pyesində Karl Moor, Mirzə Fətəli Axundzadənin "Molla İbrahimxəlil kimyagər" komediyasında Molla İbrahimxəlil, Nikolay Qoqolun "Müfəttiş" komediyasında Xlestakov, Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" komediyasında Hacı Qəmbər, Rabindranat Taqorun "Qaneşin yolu" hekayəsi əsasında "Əfilər" pyesində Qaneş obrazını canlandırmışdır.Aktyor Azərbaycan Dövlət Milli Dram Teatrında Allan ("Ailə namusu", Hüseyn Muxtarov), Mirzə Səməndər, Əbu Übeyd, Ötgün ("Almaz", "Od gəlini" və "Dönüş", Cəfər Cabbarlı), Şeyx Mərvan və Şeyx Sənan, Səyavuş ("Şeyx Sənan" və "Səyavuş", Hüseyn Cavid), Kamillo ("Qış nağılı", Vilyam Şekspir), İbrahim xan və Vaqif ("Vaqif", Səməd Vurğun), Professor Mudrov ("Şirvan gözəli", Ənvər Məmmədxanlı), Şults ("Uzaq sahillərdə", İmran Qasımov və Həsən Seyidbəyli), İvanov ("Göz həkimi", İslam Səfərli), Dəmirçi Musa ("Toy", Sabit Rəhman), Yəhudi ("Mariya Tüdor", Viktor Hüqo) rollarını ifa etmişdir.Ağadadaş Qurbanov bir sıra filmlərdə də rol almışdır. Belə ki, aktyor 1941-ci ildə Abbasqulu Ağa Bakıxanov rolu ilə "Səbuhi" filmində rol almışdır. Həmçinin "Zəncirlənmiş adam" filmində Alvardo, "Bir qalanın sirri" filmində Usta, "Qızmar günəş altında" filmində professor, "Koroğlu" filmində Həsən xan, "Telefonçu qız" filmində Zakirin atası, "Bizim küçə" filmində isə Bəhram rolunu ifa etmişdir. == Ailəsi == Ağadadaş Qurbanov Xalq artisti Gülxar Həsənova ilə ailəli olmuşdur. Aktyor Hamlet Qurbanovun və aktrisa Gülşən Qurbanovanın, kino rəssamı Firəngiz Qurbanovanın atasıdır. == Vəfatı == "Arşın mal alan" filmində Soltan bəy roluna çəkilən aktyor kinolentinin tamamlandığı ərəfədə Salyanda qastrolda idi.
Ağazeynal A.Qurbanzadə
Ağazeynal Alı oğlu Qurbanzadə (12 mart 1938, Astara) — Coğrafiya elmləri doktoru, professor. == Həyatı == Professor Ağazeynal Qurbanzadə 12 mart 1938-ci ildə Azərbaycanın Astara şəhərində anadan olumuşdur. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Geologiya-coğrafiya fakültəsinin “Coğrafiya” ixtisasına daxil olmuş, 1962-ci ildə “İqtisadi coğrafiya” ixtisası üzrə başa vurmuşdur. 1968-ci ildə ADU-nun əyani aspiranturasına daxil olan A.Qurbanzadə 1974-cü ildə “Arazboyu regionunda kənd təsərrüfatının ərazi təşkilinin coğrafi tədqiqi” mövzusunda namizədlik, 2006-cı ildə isə “Azərbaycan Respublikasının aqrar funksional strukturunun ərazi təşkili” mövzusunda doktorluq dissertasiyalarını uğurla müdafiə etmiş, 2012-ci ildə professor elmi adını almışdır. 1971-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyətə başlayan A.Qurbanzadə ömrünü bu ali təhsil ocağına bağlayaraq, burada elmin inkişafı ilə bərabər, yüksəkixtisaslı kadrların hazırlanması işinə böyük töhfələr vermiş, rəhbərliyi altında fəlsəfə doktorluğu dissertasiyaları müdafiə olunmuşdur. 1996-2002-ci illərdə Lənkəran Dövlət Universitetində (LDU) “Coğrafiya və ekologiya” kafedrasını yaradaraq, ona rəhbərlik edən görkəmli alim respublikanın ali məktəbləri arasında ilk dəfə olaraq LDU-nun nəzdində “Coğrafi ekologiya” laboratoriyasını təşkil etmişdir. Eyni zamanda o, bir müddət Azərbaycan Kooperasiya Universitetində kafedra müdiri vəzifəsində çalışmışdır. Hal-hazırda AMEA-nın akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün fəaliyyət göstərən Dissertasiya Şurasının üzvüdür. Coğrafiyaya fundamental elm kimi yanaşan professor Ağazeynal Qurbanzadənin analitik təhlillərinin əsasında konseptual mövzular dayanır.
Babək Qurbanov
Babək Qurbanov (filosof) (azərb. Babək Osman oğlu Qurbanov‎) — fəlsəfə elmləri doktoru, professor Babək Qurbanov (hərbçi) (azərb.
Babək Qurbanov ( filosof )
Babək Osman oğlu Qurbanov (d.26 iyun 1939, Qazax r. — ö.28 mart 2019, Türkiyə) — Osman Sarıvəllinin oğlu, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, fəlsəfə elmləri doktoru, professor., Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda "Estetika və Etika" şöbəsinin müdiri, Azəbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Mədəniyyət tarixi və nəzəriyyəsi" kafedrasının rəhbəri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin müdafiə üzrə elmi şurasının sədr müavinidir. == Həyatı == Babək Osman oğlu Qurbanov 26 iyun 1939-cu ildə Qazax rayonunda anadan olmuşdur. Ü. Hacıbəyov adına Konservatoriyanın Musiqi nəzəriyyəsi fakültəsini bitirib və "Azərbaycan aşıq musiqi yaradıcılığı" mövzusunda diplom işini müdafiə edib. 1967-ci ildə Bakı Dövlət Universitetinin Müdafiə şurasında "Musiqi ilə ədəbiyyatın qarşılıqlı əlaqəsi" adlı namizədlik dissertasiyasını; 1981-ci ildə isə Moskvada SSRİ EA-nın Fəlsəfə İnstitutunda "Proqramlı musiqinin estetik prinsipləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. == Əmək fəaliyyəti == 1985-ci ildən professordur. Azərbaycan Bəstəkarlar və Jurnalistlər Birliyinin üzvüdür. 1990-cı illərdə Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü olub. 1981–1989-cu illər arası AMEA-nın fəlsəfə və Hüquq İnstitutunda Estetika və etika bölməsinin müdiri, 1989–1992-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda fəlsəfə və mədəniyyət tarixi kafedrasının müdiri, 1992–2008-ci illərdə Türkiyədə Atatürk Universitetinin professoru, kafedra müdiri olmuş, 2009-cu ildən Qaziəntəp Türk Musiqisi Dövlət Konservatoriyasında işləyir. 1992-ci ildən Türkiyənin Atatürk Universitetində üç fakültədə Etika, Estetika, Fəlsəfə, Ümumi və xüsusi təhsil metodları, Türk düşüncə tarixi, Musiqi nəzəriyyəsinə giriş, Musiqi nəzəriyyəsi, Musiqi əsərlərinin təhlili, Musiqi estetikası, Sənət fəlsəfəsi, Musiqi formaları, Harmoniya fənlərindən dərs demiş, bu fənlər üzrə magistr və aspirantlarla da məşğul olmuşdur.
Babək Qurbanov (filosof)
Babək Osman oğlu Qurbanov (d.26 iyun 1939, Qazax r. — ö.28 mart 2019, Türkiyə) — Osman Sarıvəllinin oğlu, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, fəlsəfə elmləri doktoru, professor., Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda "Estetika və Etika" şöbəsinin müdiri, Azəbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Mədəniyyət tarixi və nəzəriyyəsi" kafedrasının rəhbəri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin müdafiə üzrə elmi şurasının sədr müavinidir. == Həyatı == Babək Osman oğlu Qurbanov 26 iyun 1939-cu ildə Qazax rayonunda anadan olmuşdur. Ü. Hacıbəyov adına Konservatoriyanın Musiqi nəzəriyyəsi fakültəsini bitirib və "Azərbaycan aşıq musiqi yaradıcılığı" mövzusunda diplom işini müdafiə edib. 1967-ci ildə Bakı Dövlət Universitetinin Müdafiə şurasında "Musiqi ilə ədəbiyyatın qarşılıqlı əlaqəsi" adlı namizədlik dissertasiyasını; 1981-ci ildə isə Moskvada SSRİ EA-nın Fəlsəfə İnstitutunda "Proqramlı musiqinin estetik prinsipləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. == Əmək fəaliyyəti == 1985-ci ildən professordur. Azərbaycan Bəstəkarlar və Jurnalistlər Birliyinin üzvüdür. 1990-cı illərdə Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü olub. 1981–1989-cu illər arası AMEA-nın fəlsəfə və Hüquq İnstitutunda Estetika və etika bölməsinin müdiri, 1989–1992-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda fəlsəfə və mədəniyyət tarixi kafedrasının müdiri, 1992–2008-ci illərdə Türkiyədə Atatürk Universitetinin professoru, kafedra müdiri olmuş, 2009-cu ildən Qaziəntəp Türk Musiqisi Dövlət Konservatoriyasında işləyir. 1992-ci ildən Türkiyənin Atatürk Universitetində üç fakültədə Etika, Estetika, Fəlsəfə, Ümumi və xüsusi təhsil metodları, Türk düşüncə tarixi, Musiqi nəzəriyyəsinə giriş, Musiqi nəzəriyyəsi, Musiqi əsərlərinin təhlili, Musiqi estetikası, Sənət fəlsəfəsi, Musiqi formaları, Harmoniya fənlərindən dərs demiş, bu fənlər üzrə magistr və aspirantlarla da məşğul olmuşdur.
Babək Qurbanov (hərbiçi)
Babək Vahid oğlu Qurbanov (19 iyul 1982, Şahbuz rayonu) — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin general-mayoru. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == 1982-ci ildə Şahbuz rayonunda doğulub. == Hərbi xidməti == Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Babək Qurbanova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Babək Qurbanov (hərbçi)
Babək Vahid oğlu Qurbanov (19 iyul 1982, Şahbuz rayonu) — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin general-mayoru. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == 1982-ci ildə Şahbuz rayonunda doğulub. == Hərbi xidməti == Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Babək Qurbanova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Balkar xalqının repressiya qurbanlarına həsr olunmuş abidə
Balkar xalqının repressiya qurbanlarına həsr olunmuş abidə — 1944-1957-ci illər arası sürgün edilmiş balkar xalqına həsr olunmuş abidə. Memorial abidənin açılışı 8 mart 2002-ci ildə Kabardino-Balkariya respublikasının Nalçik şəhərində Kanukoyeva küçəsində baş tutub. Abidənin ətrafında hər il matəm mitinqləri keçirilir. == Haqqında == Abidənin qoyulması ilə bağlı qərar 8 mart 1989-cu ildə balkar xalqının deportasiyasının 45-ci ildönümü münasibətilə qəbul olunub. Məhz bu tarixdə "Balkar xalqının soyqırım qurbanlarına" yazılmış simvolik daş gələcəkdə abidənin tikiləcəyi özülə qoyulmuşdur.Abidənin mmemarlıq xüsusiyyətləri orta asiya məqbərə tərzindədir. Abidənin divarında balkar xalqının sürgün edildiyi tarix - 8 mart 1944-cü il - 28 mart 1957-ci il qeyd olunub. Memorialın ekspozisiyasına yüzlərlə toplanmış sənədlər, şəxsi əşyalar daxildir. Ekspozisiya 2 mərtəbədə yerləşir eləcə də burada, müvəqqəti ekspozisiyalar üçün sərgi zalı, akt zalı, arxiv və işçi bölmələri mövcuddur.

Digər lüğətlərdə

ведёрце грушеобра́зно депорта́ция джем-се́йшен лапшо́вник отпихну́ться рефлекто́рно багги́ст безбоя́зненно жаке́точка кабарга́ непракти́чный омолоди́ть отбукси́роваться отче́рпать скомплектова́ть шлифова́ться abed cantilever wing dehumanize equilibratory fore-hearth score table work load дупло