QURDAĞZI

прил. с большой пастью
QURDABƏNZƏR
QURDALAMA
OBASTAN VİKİ
Qurdağzı
Qurdağzı (lat. Antirrhinum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinə aid bitki cinsi. Qurdağzı formaca buruna oxşadığına görə bu bitkiyə "burunaoxşar" bitki adı verilmişdir. Ləçəklərin kənarından 2 barmaqla sıxdıqda qurd ağzı kimi açılır, bu zaman erkəkciklər dili xatırladır, buna görə də ona qurdağzı bitkisi deyirlər. 50-yə yaxın növündən gülçülükdə yalnız bir növü istifadə olunur. Böyük qurdağzı (A. Majus) birillik kimi yetişdirilən çoxillik mədəni bitkidir. Yabanı halda Şimali Afrikada, Asiyada və Cənubi Avropada geniş yayılmışdır. Yaşıllıqların salınmasında dekorativ bitki kimi 1567-ci ildən istifadə olunur. Çiçəkləmə müddətinə, hündürlüyünə və güllərin ölçülərinə görə fərqlənən bu bitkinin bir neçə forması vardır. Qurdağzı şitillə yetişdirilir.

Значение слова в других словарях