QURDALAMAQ

f.
1. Bir şeyi əli ilə və ya başqa bir şeylə əlləşdirmək, yerindən tərpətmək, qarışdırmaq, o tərəf-bu tərəfinə toxunmaq. Şeyləri qurdalamaq.
– Rəhim bəy dodaqaltı gülümsədi, böyründəki maşanı götürüb manqalın közlərini qurdaladı. M.Hüseyn.

// Əli ilə araşdırmaq. [Fərhad] sağ cibini qurdaladı.
Bir loğma quru qara çörək tapdı. Ə.Vəliyev.

2. Qaşımaq, toxunmaq, əlləşdirmək, qıcıqlandırmaq. Yaranı qurdalamaq.
3. məc. Təzələmək, üstünü açmaq, yaxud yaddan çıxmış bir şeyi təzədən yada salmaq.
Mən məsələni çox da qurdalamaq istəməyərək, intibahnaməni oxumağa başladım. M.S.Ordubadi.
Keçmişlərini qurdalamaq, onu yaxından tanımaq arzusu gündəngünə artırdı. A.Şaiq.

Синонимы

  • QURDALAMAQ eşələmək — əlləşdirmək — tərpətmək — qarışdırmaq
  • QURDALAMAQ qaşımaq — toxunmaq — qıcıqlandırmaq
  • QURDALAMAQ QURDALAMAQ, ƏLLƏŞDİRMƏK, OYNATMAQ (dan.), TƏRPƏTMƏK

Этимология

  • QURDALAMAQ Əslində, qurd aramaq formasında olub. Şoru qarışdırıb qurdunu təmizləməklə bağlı yaranıb. İndi məna xeyli dəyişib: “əl vurma, qarışdırma” və s
QURDALAMA
QURDALANMA

Значение слова в других словарях