QURMAQ

f.
1. Yaratmaq, təşkil etmək, meydana gətirmək. Yeni həyat, yeni məişət qurmaq.
2. Tikmək, bina etmək, təsis etmək, inşa etmək, qayırmaq. Sədd qurmaq. Zavod qurmaq. – İstehkamçı – mühəndis deməkdir.
Yəni körpü tikəcək, yolları bərpa edəcək, səngər quracaqsınız. Mir Cəlal.
[Qaraca çobanın] igid yoldaşları bir neçə möhkəm tiri çəkib bir-birinə bənd etdilər, körpü qurdular. M.Rzaquluzadə.

3. Düzəltmək, tərtib etmək. Məclis qurmaq. Süfrə qurmaq. Tələ qurmaq. Yas qurmaq. İki cümləni qura bilmir.
– …Qəzetlərdə yazırlar ki, Təbrizdə övrətlər mitinq qururlar, köhnə adətləri aradan götürürlər, islahat tələb edirlər. C.Məmmədquluzadə.
Atam Kərim baba ilə alaçıq qurmağa getdi. A.Şaiq.
Qaratoyuq tutmaq üçün at qılından cələ hörüb, bağda ağaclar altında çox xəzəl olan yerdə qururduq. S.S.Axundov.

4. Bir şeyin üzərində əsaslandırmaq, təşkil etmək. Planı real imkanlar əsasında qurmalı. İşləri yeni üsul ilə qurmaq.
– …Gələcək qohumluğu möhkəm əsaslar üstündə qurmaq üçün, o, Səliminin … bəzi hərəkətlərini təshih etməli idi. M.İbrahimov.

5. Xəyalında yaratmaq. Cürbəcür fərziyyələr qurmaq. Xəyalında böyük-böyük planlar qurmaq.
6. Saat və s. mexanizmlərin yayını burmaq və işə salmaq. Saatı qurmaq. Patefonu qurmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QURMAQ 1. QURMAQ, YARATMAQ 2. qurmaq bax tikmək
  • QURMAQ tikmək — qayırmaq — düzəltmək

Antonimlər (əks mənalı sözlər)

  • QURMAQ QURMAQ – DAĞITMAQ Qururuq biz çayların üstündə asma körpü (S.Rüstəm); Hər şey yanıb dağılmış, yerlə yeksan olmuşdur (S

Etimologiya

  • QURMAQ “Qur” sözü müxtəlif mənalara malik olub: “dartmaq, çəkmək, yaratmaq” və s. Tələ qurmaq, xana qurmaq, tapqır (əsli: dartqur), qurşaq sözlərindəki qur,
QURMA
QURNA

Digər lüğətlərdə

газоно́сный изловчи́ться истека́ние на коря́чках наштампо́вывать подмета́льный поня́тный прице́льность гидробиоло́гия подгреба́ть поучи́ться рассро́чивание трёха́ктный че́шки штаби́ст broadsword choreic close-handed coulometry idiosyncratical Khatti Sudanese turn off вычурность курлыкать