QURSAQ

Bəzi mənbələrdə cumru, cumrusaq kimi verilib. Mənası “yumru” deməkdir. Mədə ərəb sözüdür. Bizdə onun yerinə qursaq işlədilib. Qursaq bağırsağın qazana oxşar (yumru) bir hissəsidir. Tatarlar ona “aş qazanı” (yeyilənlərin yığıl­dığı yer) deyirlər. Deməli, qursaq “özü yumru, içi boş olan” deməkdir. Rus dilində желудок və желудь (palıd qozası) kökdaş sözlər kimi şərh olunur. Deməli, yumru (qoza kimi) olmaq əlaməti əsas tutulub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

QURREH
QURŞAQ
OBASTAN VİKİ
Qursaq
Qursaq, gövşəyənlərdə mədənin hissələrindən biridir. Həmçinin türk mətbəxində yemək növüdür. İçalat yeməklərindən mumbar və kokoreç kimi bu da Adanada tez-tez bişirilən ve həmin region üçün yerli sayılır. El arasında qursaq deyilsə də, əsl adı "qursaq dolması"-dır. Bu dolmanın hazırlanması üçün, adətən, quzu qursağından istifadə edilir. Qursaq Adanada "Adana kababı" ve "şalğam" qədər geniş yayılmış yemək olsa da, digər regionlarda çox da tanınmır. Hazırlamaq üçün qoyunun mədəsinin 4 hissəsindən biri olan qursaq təmizlənir, içinə ədviyyatlı düyü doldurulur, bağlanıb bişirilir. Qeyri-adi formalı bu dolmanı yeyərkən üstünə duzlu cirə və pul bibər səpilir. Qursaqçılıq Adanada, demək olar ki, müstəqil bir yemək növüdür. İş o yerə çatıb ki, artıq başqa şəhərlərdən çiy qursaq gətirilir, çünki Adananın özündə kəsilən qoyunların qursağı tələbatı ödəyə bilmir.

Digər lüğətlərdə

анабо́лик вдава́ться е́ле измы́каться камра́д лю́лька на́ша переоркестрова́ть проспиртова́ть сгоноши́ть транс... фелла́хский бу́йствовать лебёдка тота́льность ого! Cecil Glockenspiel prink staff sergeant tarty грейпфрут замаслиться обрастать фефёла