QURUMAQ

f.
1. Yaşlığı, islaqlığı, rütubəti, nəmliyi yox olmaq, quru hala düşmək. Sərilmiş paltarlar qurudu. İstidən dodaqlarım quruyur.
– Qurban bildi ki, ləyəndəki kəc quruyub zay olub… C.Məmmədquluzadə.
[Səriyyə xala] bağırmaq və ağlamaq istəyir, bacarmırdı.
Sanki gözlərinin yaşı qurumuşdu. M.İbrahimov.

2. Günəşin istisindən, quraqlıqdan solmaq və ya torpaqdan qida almamaq nəticəsində tələf olmaq (bitkilər haqqında). Həyətdəki güllərin hamısı qurudu. Tut ağacı qurumuşdur.
3. məc. dan. Arıqlamaq, zəifləmək, üzülmək. Yeməməkdən qurumaq. Dərddən qurumaq.
4. dan. İflic olmaq, hərəkətdən qalmaq. Onun bir tərəfi qurumuşdur.
// Bu mənada əmr şəklində qarğış kimi işlənir . Əlin (ayağın, dilin) qurusun!
5. Donmaq, hissiz bir hala gəlmək. Şaxtadan bütün bədənim qurumuşdur. Küləkdən ayaqlarım qurudu.
6. məc. Son dərəcə təəccüblənmək, mat qalmaq.
Elə bunu bilcək lap qurudum. C.Məmmədquluzadə.

◊ Quruyub daşa dönmək – bax quruyub qalmaq. Təəccübdən [Nadirin] gözləri dörd oldu. Dimdik durub qapının ağzında dayandı.
Sanki quruyub daşa döndü. B.Talıblı.

Quruyub qalmaq1) mat qalmaq, heyrətdə qalmaq, son dərəcə təəccüblənmək. Bu işə lap quruyub qalmışam.
– Hər kəs olduğu yerində quruyub qalmışdı. M.S.Ordubadi;

2) hərəkətsiz durmaq, donub qalmaq.
Qısa adam, qarşısında quruyub qalmış bu səmimi vücudu başdan-ayağa süzdü. H.Nəzərli.

Quruyub mat qalmaq – bax quruyub qalmaq.
…O biri tərəfdən də mənim barəmdə hər xüsusda onun sədaqəti gözümün qabağında durub, məni bu halətə gətirdi ki, öz-özümə quruyub mat qaldım. C.Məmmədquluzadə.

Yerindəcə qurumaq – bax quruyub qalmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QURUMAQ donmaq
  • QURUMAQ arıqlamaq — zəifləmək — üzülmək

Omonimlər

  • QURUMAQ QURUMAQ I f. Yaşlığı, nəmliyi yox olmaq, quru vəziyyətə düşmək. QURUMAQ II f. Arıqlamaq, zəifləmək, üzülmək

Antonimlər (əks mənalı sözlər)

  • QURUMAQ QURUMAQ – GÖYƏRMƏK Hər yay arxdan su daşıyıb, bu ağacı qurumağa qoymamışdı (M.İbrahimov); Qar əriyir, sellər axır, ot göyərir səhrada (C

Etimologiya

  • QURUMAQ Kepimək (təpimək) sözü ilə qohumdur. Türkmən dilində ku sözü ruscaya “сухой” kimi tərcümə olunur. (Bəşir Əhmədov
QURUMA
QURUMLAMA

Digər lüğətlərdə

в скла́дчину обки́дывание ощуще́ние покове́ркаться ула́дить чересседе́лень бе́лая олимпиада краниометри́ческий уступообра́зно шерстопряде́ние морочить auspicial cannular companion in arms covert disinflationary end slice gory hardenability red fox дряхлый оговаривать погашение развратность складочный