QURƏ
QUTƏ
OBASTAN VİKİ
Arye Qut
Arye Qut (2 iyun 1975, Bakı – 20 sentyabr 2022) — "Cəmiyyət üçün beynəlxalq layihələr" təşkilatının başçısı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, siyasi analitik, The Jerusalem Post qəzetinin siyasi şərhçisi. == Həyat və fəaliyyəti == Arye Qut 2 iyun 1975-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini Fərqlənmə diplomu ilə bitirib. Sonra müəllimlik təcrübəsi keçmək məqsədi ilə İtaliyanın Genova Universitetinə göndərilib. Üç il ərzində Bakı Dövlət Universitetinin ən gənc müəllimlərindən biri idi. Beynəlxalq münasibətlər sahəsində magistr elmi dərəcəsi var. Arye Qut azərbaycan, rus, ingilis, ivrit, türk və alman dillərində sərbəst danışır. 2000-ci ildə İsrail Dövlətinə köçüb. 2002–2009-cu illər ərzində Arye Qut tanınmış "GİLRO LTD" İsrail şirkətində idxal-ixrac departamentin rəhbəri çalışıb. 2007–2009-cu illərdə Arye Qut Türkiyənin İsraildəki səfiri Namiq Tanın siyasi müşaviri vəzifəsində çalışıb.
Ayre Qut

Kan-i-Qut mağarası
Kan-i-Qut (Kaniqut və ya Kani-Qut) — Qırğızstanda karst mağarası. Mağara Camal-Çul tirəsinin cənub yamacında, Batken vilayətində, Samarkandık qışlağının 18 km-də yerləşir. Mağara haqqında geniş məlumat artıq X—XI əsrlərdə məlum idi. Məhs bu dövrlərdə mağara ərazisində gümüş və digər qiymətli daşlar əldə etmək üçün qazıntılar aparılmışdır. Sonradan bu ərazi unudulmuş və «Məhf edilmiş filiz» adlandırılmış. Kan-i-Qut haqqında ilk məlumatlara İbn Sinanın yazılarında rast gəlinir. O yazmış: « Dünyanın hər yerindən toplanılmış qızıl və digər ziynət əşyaları qoruyub saxlamaq çətin idi. Bu səbəbdən Mavəraünnəhr ölkəsində, dağlar arasında yerləşən İsfərə şəhərində Qut adlı yerdə sərvət gizlədilmiş və lənətlənmişdir». == Adlandırılması == Kan-i-Qut mağarasının (Məhf olmuş filiz) adı Kokand xanı Xudayarla bağlıdır. Cəzalandırılmış insanları mağaraya düşürmüşlər.
Kan-i-Qut mağrası

Qut
Qut - türk, monqol və altay şamanizminde və xalq inancında müqəddəs enerji. Kut, Hut, Kud, Gut da deyilir. Monqollar Kutag, Hutag deyərlər. Müqəddəs həyat gücü, bərəkət. Həyat verici, mübarəklik, canlılıq kimi mənaları vardır. İgidler qut sayəsində ölümdən xilas olar və ya həyata dönər. Bu güc Tanrıdan qaynaqlanır. Tanrı bu gücü geri çəksə xaqanlar taxtı və həyatlarını itirərlər. Padşahların və nəsillərinin qanı müqəddəs sayıldığından, xanədandan biri edam ediləcəyi zaman boynu qılıncla vurulmaz, boğularaq öldürülər. İnsanın qutu doğulmadan əvvəl səmada iştirak edər.
Qut Çor xaqan
Qut Çor xaqan (吐火仙骨啜可汗) — Türgişlərin hökmdarı, Sulukun oğlu. == Hakimiyyəti == Çox qısa dövrdə hakimiyyətdə qalmışdı. Əsas dəstəkçiləri qara türgişlər idi. 739-cu ildə Kül Çörün hücumuna məruz qalmışdı. Qardaşı Ton Aba Yabqu tərəfindən dəstəkləsəndə də rəqibi Kül Çoru Çin imperatoru Hsüançonq, Çaç hökmdarı Bağatur Tudun, Fərqanə yabqusu Arslan Tarxan dəstəkləyirdi. Nəhayət 739-cu ildə Qut Çor Kül Çor tərəfindən tutulub öldürüldü.
Tərxan Qut yarımadası
Tərxan Qut yarımadası (ukr. Тарханкутський півострів, krımtat. Tarhan Qut yarımadası, Тархан Къут ярымадасы) — Krım yarımadasının qərb qutaracağını təşkil edən yarımada. Sahillərini Qara dənizin suları yuyur. Yarımadanın adı krım tatarlarının dilində işlənən krımtat. Тархан sözlü ilə əlaqədardır. Bu isə vergidən azad bölgə mənasını verir == Coğrafiyası == Qərb qutaracağı Priboyski burnu ilə bitir. 1953-cü ilə qədər krımtatar dilində olan Qaramburun adlanırdı. Bu nöqtə Krım yarımadasının ucqar qərb nöqtəsini təşkil edir. Cənub-qərbində isə Tərxan Qut burnu yerləşir.
Mehmetçik: Qut-ül Amarə
Mehmetçik Qut-ül Amarə (türk. Mehmetçik Kut'ül Amare; Mehmetçik Kutulamare) və ya 2. mövsümdəki adı kimi Mehmetçik: Böyük zəfər (türk. Mehmetçik Kutlu Zafer) - 18 yanvar 2018-ci ildə başlayan və 31 yanvar 2019-cu ildə bitən, TRT1-də yayımlanan tarixi türk serialı. Sseranisti Mehmet Bozdağ, rejissoru isə Kamil Aydın idi. == Ssenari == Serial Qut-ül Amarə mühasirəsini və ondan sonrakı hadisələri anladır. == Ad dəyişdirməsi == Serialın 1-ci mövsümü "Mehmetçik: Qutulamarə" (türk. Mehmetçik: Kut'ül-Amare) adlandırıldı. Bu mövsümdə Qut-ül Amarə mühasirəsindən bəhs edilirdi. 2-ci mövsümdə isə Mühasirədən sonrakı hadisələr əks etdirilidiyi üçün serial "Mehmetçik: Böyük zəfər" (türk.
Qut-ül Amarə mühasirəsi
Qut-ül Amarə mühasirəsi ( Birinci Qut döyüşü) I Dünya Müharibəsi Mesopotamiya cəbhəsində, Osmanlı ilə Antanta qüvvələri arasında olan bir mühasirə döyüşü. 8.000 nəfərdən ibarət İngilis-Hind qarnizonu bağdadın 160 km cənubunda Qut qəsəbəsində Osmanlı ordusu tərəfindən mühasirəyə alınır. 1915-ci ildə bu qəsəbənin əhalisi təxminən 6.500 nəfərdir. 29 aprel, 1916-cı ildə qarnizonun təslim olmasından sonra mühasirə zamanı sağ qalanlar əsir olaraq Hələbə götürülmüşdür. == Başlanğıc == General-leytenant Carlz Tounshend komandanlığındakı ingilis VI Poona birləşməsi ( Hind qrupu) Bağdada irəliləməyə çalışarkən 22-23 noyabr, 1915-ci ildə Salman-i Pak (Ktesifon) döyüşündə Saqqallı Nurəddin Paşa tərəfindən məğlub edilərək geri çəkildi və 3 dekabrda Qut qəsəbəsinə yerləşdilər. == Mühasirə == Yeni qurulan Osmanlı ordusu VI Ordusunun komandanlığına təyin edilərək 5 dekabrda Bağdada çatan marşal Kolmar Von der Qoltz Paşanın əmri ilə İraq valisi və komandanı Saqqallı Nurəddin Paşanın hərbi qüvvələri Qutu mühasirəyə aldı. === Kömək cəhdləri === İlk kömək cəhdi general-mayor Fenton Aylmer komandanlığındakı 19 min nəfərlik ordu tərəfindən oldu. Bu ordu 1916-cı ilin yanvarında, Əli Qərbi çayının mənsəbinə çatdılar. === Şeyx Səəd döyüşü === İngilislər Qutun mühasirəsini ləğv etmək üçün general-mayor Fenton Aylmer komandanlığındakı "Dəclə" ordu hissələri ilə hücuma keçsə də, Şeyx Səəd döyüşündə 4.262 nəfər itki verərək, geri çəkildi. Bu döyüşdə geri çəkilmə əmrini verən IX Ordu Korpusu komandanı Saqqallı Nurəddin Paşa vəzifəsindən alındı və yerinə Ənvər Paşanın özündən bir yaş kiçik olan əmisi genral-leytenant Xəlil Paşa təyin edildi.
"Kazbek" qutusu (film, 1958)
== Məzmun == Mənzil-istismar idarəsinin rəisi Məmişov (Əliağa Ağayev) zahirən özünü işgüzar və diqqətli göstərir. O, yanına şikayət və ya xahişə gələnləri hörmətlə qarşılayır, onlara diqqətlə qulaq asır. Şikayətlər və xahişlər yadından çıxmasın deyə "Kazbek" qutusunun içində qeydlər aparır. Papirosları çəkib qurtarandan sonra həmin "Kazbek" qutusunu zibil yeşiyinə tullayır. Belə laqeyd hərəkətləri onun işdən çıxarılmasına gətirib çıxarır. Qısametrajlı bədii filmdə bürokrat, insan talelərinə laqeyd olan mənzil-istismar idarəsi rəisi tənqid olunur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Məhərrəm Əlizadə Rejissor: Rəşid Atamalıbəyov Operator: Mirzə Mustafayev Rəssam: Nadir Zeynalov Bəstəkar: Zakir Bağırov Səs operatoru: Sabir İsgəndərov Rejissor assistenti: Əsgər İsmayılov Operator assistenti: Tofiq Sultanov (T. Sultanov kimi) Montaj üzrə assistent: A. Filimonova Filmin redaktoru: N. Sadıxov Filmin direktoru: A. Şuşkin Çalır: Estrada Orkestri Dirijor: Q. Krupkin === Rollarda === Əliağa Ağayev-Mənzillər idarəsi rəisi Məmişov Münəvvər Kələntərli-Məmişovun arvadı Əzizə Məmmədova-Qarı M. Babayeva-Süpürgəçi Müxlis Cənizadə-"Kirpi" əməkdaşı Tələt Rəhmanov-Tələbə Əliyev S. Piriverdiyeva-Katibə Əhməd Əhmədov (Əhməd Ruminski kimi)-Rəngsaz Nazim Yüzbaşov-Şikayətçi Lütfəli Abdullayev-At yarışındakı adam Fərhad İsmayılov-Məmişovun oğlu === Filmi səsləndirənlər === Hüseynağa Sadıqov-Tələbə Əliyev (Tələt Rəhmanov) Məmməd Sadıqov-Rəngsaz (Əhməd Əhmədov) == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Andi Qutmans
Andi Qutmans (İvritcə: אנדי גוטמנס XX əsr, İsrail) — İsveçrə əsilli İsrailli proqramçı. PHPnin inkişafına göstərdiyi töhfə və Zend Texnologiyasının qurucularından biri kimi tanınır. Qutmans Haifa şəhərində yerləşən Techniondan məzun olduqdan sonra Zeev Suraski ilə birlikdə PHP 3ü inkişaf etdirmişdir. Eyni zamanda 1999-cu ildə Zend Enginein yaradılmasında da böyük rol oynamışdır. Bu iki şəxs, eyni ildə Zend Technologies adında bir şirkət də yaratmışdır. Şirkətin adı, Zeev və Andi sözlərinin birləşməsindən yaranmışdır. Qutmans hal-hazırda Zend Technologiesin CEOsudur. Bu posta gəlmədən öncə isə şirkətin yaratdığı məhsullar ilə Zendin framework və PHP Development Tools proyektləri üzərində işləmişdir. Şirkətə maddi olaraq dəstək olan Qutmans, Adobe, IBM, Microsoft və Oracle kimi şirkətlər ilə müxtəlif mövzularda əməkdaşlıq etmişdir.
Antoniu Quterreş
Antoniu Manuel di Oliveyra Quterreş (port. António Manuel de Oliveira Guterres; 30 aprel 1949[…], Lissabon[…]) — Portuqaliya siyasətçisi, 1992—2002 — Portuqaliya Sosialist Partiyasının Baş katibi ( 1974-cü ildən üzvüdür), 1995—2002-ci illərdə Portuqaliya Respublikasının Baş Naziri, 1999—2005-ci illərdə Sosialist İnternasionalının Prezidenti, 2005-2015-ci illərdə BMT qaçqınlar üzrə Ali Komissarlığın Baş Komissarı olmuşdur. 7 aprel 2016-cı ildən Portuqaliyanın dövlət katibidir. 5 oktyabr 2016-cı ildə Quterreşin BMT Təhlükəsizlik Şurasında BMT Baş Katibi postuna səsvermədə qalib gəldiyi elan edilib.
Balqabaq qutabı
Qutab – nazik, aypara formalı yuxa içərisində göy, ət və ya baxça məhsulları içi olan qədim türk yeməyi. Qədim Azərbaycan, Türkiyə, Qaqauz mətbəxinə aid qutab daha sonra Qafqaz və yəhudi mətbəxinə daxil olub. Qutab Azərbaycan mətbəxinin simvollarındandır. Qutabın çox sayda növü vardır. == Qutab növləri == Göyərti qutabı (qatıqla). Yabanı göyərtidən qutab (qatıqla). Göyərti ilə kəsmik qutabı (narlı və ya zirincli). Qarın qutabı (narlı və ya zirincli). Balqabaq qutabı (narlı və ya zirincli). Kartof qutabı (narlı və ya zirincli).
Bilgə Qutluq xan
Bilgə Qutluq Tenqri xaqan — İkinci Göytürk xaqanlığının VI xaqanı, Bilgə xaqanın ikinci oğlu. == Hakimiyyəti == Qardaşının vaxtsız ölümündən sonra taxta gəlmişdi, kiçik olduğundan əsas hakimiyyət anasında idi. Xaqanın gücü azalır, tayfalar imperiyadan ayrılırdı.Böyük Hun imperatorluğu dağıldıqdan sonra Mərkəzi Asiya, Altay və Böyük Çöl ərazilərində yaşayan türklər Jujan dövlətiinin əsarəti altına düşdülər. Xaqan qərb şadını öldürsə də, şərqin şadı Pan Kül Tegin üsyana başlamışdı. Xaqanı devirən şad, qısa zamanda özü də öldürülmüşdü. İmperiya bununla parçalanmış, qarluqlar və uyğurlar müstəqil olmuşdu.
Bir El Qutt yazıları
Bir El Qutt yazıları (gürc. ბირ ელ ყუტის წარწერები) — Yerusəlimdən 6 km cənub-şərqdə, Betlehəmdən 2 km şimalda yerləşən Bir El Qutt ərazisindəki Gürcü monastırında 1952-ci ildə aparılan arxeoloji qazıntılar zamanı arxeoloq Virgilio Kanio Korbo tərəfindən aşkarlanmış gürcü yazılarının Asomtavruli xətti ilə gürcü dilində yazılmış kitabələrdir. Gürcü kitabələri mozaik döşəmədə aşkarlanmışdır. Kitabələrdən ikisi 430-cu, biri isə 532-ci ilə aiddir.Kitabələrin aşkarlandığı monastırın əsası gürcü şahzadəsi və filosofu Pyotr İber tərəfindən qoyulmuşdur. Kitabələrdən birində onun və atasının adı çəkilir. Digər kitabədə isə Pyotrun babası olduğu güman edilən Bakur İberin adı çəkilir.2015-ci ildən ilk iki kitabə gürcü dilinin ən qədim yazılı nüsxələri kimi qəbul edilir. Birinci və üçüncü kitabə hazırda Yerusəlimdəki Studium Biblicum Franciscanum muzeyində saxlanılır. İber Bakurun adının çəkildiyi ikinci kitabə isə itirilmiş hesab olunur.
Corat qutabı
Corat qutabı — Azərbaycan milli mətbəxinə aid yeməklərdən biri. == Hazırlanma qaydası == Ələnmiş una su və duz qatılıb xəmir yoğrulur. 40 qramlıq kündələr hazırlanır. Sonra kündədən yuxa yayılır. Dəvə ətindən hazırlanmış qiymə yuxanın içinə qoyularaq qatlanır. Qutabın kənarları bərkidilir. Sonra soba qabının içinə qoyularaq üzərinə az miqdarda kərə yağı və ya su vurulur. 170-200 dərəcədə bişilirir. Yaymanın qızarması bişməsinə dəlalət edir. Süfrəyə verilən zaman qutabın üstünə sumaq və ya nar dənəsi səpilir.
Dialoq qutucuğu
kompüterlərdə qrafik istifadəçi interfeysinin bir elementi olan dialoq qutucuğu elə pəncərə növüdür ki, istifadəçi və kompüter arasında ünsiyyəti asanlaşdırmağa xidmət edir. O istifadəçiyə məlumat ötürə, istifadəçidən məlumat istəyə və ya eyni zamanda hər ikisini edə bilər. Adətən dialoq qutucuqları istifadəçilərə bir neçə seçimdən birini və ya bir neçəsini seçmək üçün və ya suala cavabları daxil etmək üçün verilir. Bunlar bəzən sağda şəkildə göstərilən formada bildiriş kimi peyda olurlar.
Ecvort qutusu
Ecvort qutusu — İqtisadiyyatda Edgeworth qutusu və ya Edgeworth-Bowley 2 fərd arasında 2 əmtəənin mübadiləsinin mümkün hallarını təsvir etmək üçün Francis Edgeworth tərəfindən təklif olunmuş, Vilfredo Pareto və Arthur Bowley tərəfindən təkmilləşdirilmiş ağıllı qrafikdir. O, xüsusilə mübadilə iqtisadiyyatında ümumi tarazlığı və ya Rifah İqtisadiyyatının Birinci Teoremi`ni ifadə etmək üçün istifadə olunur.
El Etmiş Qutluq Bilgə xaqan
El Etmiş Qutluq Bilgə xaqan (伊里底蜜施骨咄禄毗伽, əsl adı Tumodu 都摩度) — Türgiş xaqanı. Bağa Tarxanla əlbir olub Suluk xaqanı öldürənlərin arasındaydı. == Hakimiyyəti == Bağa Tarxanın ölümündən sonra 744-cü ildə Çin tərəfindən Türgiş xaqanı təyin olunmuşdu.
El Qutluq Xatun
El Qutluq Xatun — Elxanilərin ikinci hökmdarı Abaqa xanın qızı. Çingiz xanın birbaşa soyundan gəlməkdə idi. == Həyatı == Elxani imperiyasının ikinci hökmdarı Abaqa xanla Bulucin Egeçinin ailəsində dünyaya gəlmişdir. === Həcc ziyarəti === Müasir dövrdən əvvəl nə qədər qadının Həcc ziyarətinə getməsi barədə məlumat yoxdur. Əl-Səfədinin məlumatına görə, El Qutluq Xatun bu ziyarətə getmiş qadınlardan biri olmuşdur. O, bu ziyarəti at belində (dəvəyə bərkidilmiş palankendə deyil), həm də öz ox-yayı ilə birlikdə həyata keçirmişdir. Onun ziyarətinin həyata keçməsi ilə eyni dönəmdə yaşamış yüksək Məmlük bürokratlarının arvadlarının ziyarətləri arasında fərqlər olmuşdur. El Qutluq Xatun 1323-cü ildə Həcc ziyarətində olmuşdur. Onun bu ziyarətindən bəhs edilən və Xəlil ibn Aybəy əs-Səfədi (təxminən 1297-1363) tərəfindən yazılan biblioqrafik lüğətin təqdim etdiyi hekayə Elxani və ya Hülakü imperiyasında İslamı geniş şəkildə qəbul edərkən cinsiyyət normalarının dəyişməsinə işıq salır. === Ailəsi === O, Huşin tayfasından olan Ğurbatay Güregen ilə evlənmişdir.
Erato, Lüdviq Quttenbrunn, 1788
Kraliça Mariya Antuanetta Erato qiyafətində — avstriyalı rəssam Lüdviq Quttenbrunnun Fransa kraliçası Mariya Antuanettanı Erato muzası simasında təsvir edən rəsmi.
Fransişku Quterriş
Fransişku Quterriş (port. Francisco Guterres; tetum Francisco Guterres; 7 sentyabr 1954, Ossu[d], Vikike bələdiyyəsi[d]) — 2017-ci ildən etibarən Şərqi Timor Prezidenti olan şərqi timorlu siyasətçi. == Həyatı == 1954-cü ildə Ossuda anadan olan Quterreş özünü "kasıb ailənin, təvazökar insanların övladı" olaraq xarakterizə etdi. O, Roma katolikidir və keçmiş partizan döyüşçüsüdür. == Fəaliyyəti == 1998-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilən Fretilin Fövqəladə Konfransında Quterreş Silahlı Müqavimət Şurasının baş koordinatoru seçildi. 2001-ci ilin iyulunda Fretilin Prezidenti seçildi. Guterriş 2001-ci ilin avqustunda parlament seçkilərində Təsis Məclisinə seçildi və daha sonra 2002-ci ilin mayında Şərqi Timor müstəqillik qazandıqdan sonra təsis məclisi tərəfindən prezident olaraq seçildi, təsis məclisi parlamentə çevrildi və o parlament sədri oldu.2007-ci il prezident seçkilərində Quterriş Fretilinin namizədi olaraq yarışdı və populist platformada təbliğat apardı. Lakin Fretilinin bəzi üzvləri onu 2006-cı ildə Şərqi Timor böhranında günahlandırdı və müstəqil namizəd olaraq mübarizə aparan Baş nazir Joze Ramuş-Ortanı dəstəklədi. 9 apreldə keçirilən seçkinin ilk turunda Quterriş 27.89% səslə birinci yeri tutdu. O və Ramuş-Orta may ayında keçirilən ikinci turda iştirak etdilər və Quterriş Ramuş-Ortanın 69% səsinə qarşı yalnız 31% səs toplayaraq məğlub oldu.
Fəxrəddin Qutlu bəy
Hacı Fəxrəddin Qutlu bəy — Ağqoyunlu tayfa ittifaqının başçısı. Əlaəddin Turəli bəyin oğlu. == Həyatı == Tam adı Hacı Fəxrəddin Qutlu ibn Turəli bəyin doğum tarixi haqqında əlimizdə məlumat yoxdur. Onun atası Turəli bəy öldükdən sonra hakimiyyətə gəldiyi bilinir. Professor Mükrimin Xəlil Yinançın Trabzon-Rum tarixçisi Panaretosun vaqiyənaməsindən etdiyi tərcümədə III Alekseyin 1363-cü ildə ailəsi ilə birlikdə Qutlu bəyi təbrik etmək üçün yola düşmək istəməsi lakin vəba səbəbindən səfərin baş tutmaması haqqında məlumat öz əksini tapır. Bu da Qutlu bəyin atasının yerinə 1363-cü ildə artıq taxta çıxdığını və Turəli bəyin təxmini bu tarixlərdə vəfat etdiyini göstərir. Hələ Turəli bəyin sağlığında Ağqoyunlu tayfa ittifaqı 1340-cı ildən etibarən tez-tez Trabzon-Rum imperatorluğu üzərində yürüşlər edirdi. Yenə Panaretosda Amid Türkmənlərinin Trabzon rumları ilə döyüşdüyü barədə məlumatlar öz əksini tapır. 1343,1348-ci illərdə etdiyi hücumlarla Trabzon-Rum imperatoru III Alekseyin gözünü qorxutmağa müvəffəq olan Turəli bəy 1352-ci ildə oğlu Qutlu bəyi III Alekseyin qızı Maria Kommenosla evləndirir. Bu izdivaç tərəflər arasında münasibətləri tənzimləmək rolunu daşıyırdı.
Göyərti qutabı
Qutab – nazik, aypara formalı yuxa içərisində göy, ət və ya baxça məhsulları içi olan qədim türk yeməyi. Qədim Azərbaycan, Türkiyə, Qaqauz mətbəxinə aid qutab daha sonra Qafqaz və yəhudi mətbəxinə daxil olub. Qutab Azərbaycan mətbəxinin simvollarındandır. Qutabın çox sayda növü vardır. == Qutab növləri == Göyərti qutabı (qatıqla). Yabanı göyərtidən qutab (qatıqla). Göyərti ilə kəsmik qutabı (narlı və ya zirincli). Qarın qutabı (narlı və ya zirincli). Balqabaq qutabı (narlı və ya zirincli). Kartof qutabı (narlı və ya zirincli).
Helmut Qutyerres
Helmut Qutyerres (2 iyul 1987 və ya 2 iyul 1984, La-Pas) — Boliviya futbolçusu. Peşəkar karyerasını 3 il əvvəl "La-Pas"da başlayan Qutyerres bu komandada keçirdiyi 83 oyuna 10 qol vurub. 2009-cu il sentyabrın 9-da keçirilən dünya çempionatının Ekvadorla seçmə oyununda ilk dəfə Boliviya millisinin formasını geyən yarımmüdafiəçi ümumilikdə əsas yığmada 2 matç keçirib. Son qarşılaşma isə oktyabrın 11-dəki görüş olub. Braziliya milli komandası ilə oyuna start heyətində çıxan Helmut "pentakampeonlar" üzərində 2:1 hesablı qələbədə 90 dəqiqə oynamaqla pay sahibi olub. 2010-cu ilin yanvarından karyerasını Azərbaycanda davam etdirəcək. Qeyd edək ki, Helmut Azərbaycana üz tutan üçüncü boliviyalı futbolçu olacaq. Ona qədər "La-Pas"ın digər oyunçuları Auqusto Andaveris "İnter", Xulio Sezar "Standard"ın heyətində çıxış edib.
Həvəskar qutabı
Qutab – nazik, aypara formalı yuxa içərisində göy, ət və ya baxça məhsulları içi olan qədim türk yeməyi. Qədim Azərbaycan, Türkiyə, Qaqauz mətbəxinə aid qutab daha sonra Qafqaz və yəhudi mətbəxinə daxil olub. Qutab Azərbaycan mətbəxinin simvollarındandır. Qutabın çox sayda növü vardır. == Qutab növləri == Göyərti qutabı (qatıqla). Yabanı göyərtidən qutab (qatıqla). Göyərti ilə kəsmik qutabı (narlı və ya zirincli). Qarın qutabı (narlı və ya zirincli). Balqabaq qutabı (narlı və ya zirincli). Kartof qutabı (narlı və ya zirincli).
II Qutluq
II Qutluq xaqan - Uyğurların VII xaqanı və seçki ilə gələn ilk hökmdarı olub. Tun Bağa Tarxanın generalı olaraq böyüyən Qutluq 795-ci ildə xaqan seçildi. 10 il hakimiyyət sürən Qutluq xaqanın dövründə Manilik yenidən rəsmi din oldu.
Kamila Qutierres
Kamila Qutierres Berner (isp. Camila Gutiérrez Berner; 1985, Çili) ─ Çili yazıçısı, ssenaristsi və jurnalistidir. O, "Gənc və dəli" (Joven y Alocada) blogunda Çili cəmiyyətinin incil tərəfdarları ailəsində böyüyən biseksual bir qız kimi öz etirafları ilə tanınıb. Bu blog onu kitab və eyniadlı filmin müəllifi olmağa ruhlandırır . == Həyatı == Yeniyetməlik dövründə "Gənc və dəli" (Joven y Alocada) blogunu yazır, burada özünü qeyri-ciddi, satirik və spontan bir tərzdə biseksual elan edərək böyüdüyü incil tərəfdarları olan ailəsi ilə münasibətlərində bəhs edir. Onun etirafları, gənc auditoriya arasında populyarlıq qazanır . Katolik Universitetində jurnalistika üzrə magistr dərəcəsini , Nyu York Universitetində yaradıcı yazı üzrə magistr dərəcəsini oxumuş və Beynəlxalq bədii qısametrajlı film layihəsində münsiflər heyətinin üzvü olmuşdur . Çilidə abort lehinə danışdı . == Yaradıcılıq == Mətnlərində qadın, seksuallıq, ailə, din, işgəncəli və pis rəftar mövzularına tez-tez rast gəlmək olur.
Karl-Teodor Quttenberq
Karl-Teodor Mariya Nikolaus İohann Yakob Filipp Frants İosif Silvestr Bul-Frayherr fon und tsu Quttenberq — Almaniyanın müdafiə naziri (2009-2011) Almaniyanın müdafiə naziri Karl-Teodor Mariya Nikolaus İohann Yakob Filipp Frants İosif Silvestr Bul-Frayherr fon und tsu Quttenberq 2011-ci il martın 1-də istefa verib. Xristian Sosial Birlik Partiyasının üzvü olan Karl-Teodor Mariya Nikolaus İohann Yakob Filipp Frants İosif Silvestr Bul-Frayherr fon und tsu Quttenberqin istefasına onun doktorluq dissertasiyasının saxta olması ilə bağlı mübahisələr səbəb olub. Karl-Teodor Mariya Nikolaus İohann Yakob Filipp Frants İosif Silvestr Bul-Frayherr fon und tsu Quttenberq elmi işinin bir hissəsini başqa müəlliflərdən köçürməkdə və onlara istinad etməməkdə günahlandırılmışdı. Mübahisələr onun doktorluq dərəcəsindən məhrum edilməsi ilə nəticələnmişdi.
Karl-Teodor tsu Quttenberq

Mehmetçik: Qut-ül Amarə (teleserial, 2018)
Mehmetçik Qut-ül Amarə (türk. Mehmetçik Kut'ül Amare; Mehmetçik Kutulamare) və ya 2. mövsümdəki adı kimi Mehmetçik: Böyük zəfər (türk. Mehmetçik Kutlu Zafer) - 18 yanvar 2018-ci ildə başlayan və 31 yanvar 2019-cu ildə bitən, TRT1-də yayımlanan tarixi türk serialı. Sseranisti Mehmet Bozdağ, rejissoru isə Kamil Aydın idi. == Ssenari == Serial Qut-ül Amarə mühasirəsini və ondan sonrakı hadisələri anladır. == Ad dəyişdirməsi == Serialın 1-ci mövsümü "Mehmetçik: Qutulamarə" (türk. Mehmetçik: Kut'ül-Amare) adlandırıldı. Bu mövsümdə Qut-ül Amarə mühasirəsindən bəhs edilirdi. 2-ci mövsümdə isə Mühasirədən sonrakı hadisələr əks etdirilidiyi üçün serial "Mehmetçik: Böyük zəfər" (türk.

Digər lüğətlərdə

вилообра́зный дрек зигзагообра́зный лопатообра́зный нецивилизо́ванный пу́лечка шти́хель э́та доплёскивание огреба́ться поруби́ть чу brass knuckles inexpiable limn loaf-sugar nut-hook децентрализация массажистка нырок пересчитать повергать похабный сиротливо шаловливый