QUZU

is.
1. Qoyun balası. Quzu əti. Quzu dərisi.
– Mal qapıya gələndə axşam-səhər; Qoyun mələr, quzu mələr, dağ mələr. A.Şaiq.
Çıxır dağ döşünə körpə quzular; Tarlanın səsini əks edir sular. S.Vurğun.

2. məc. Çox yumşaq, sakit, həlim adam haqqında. O, quzu kimi adamdır.
□ Körpə quzu məc. – məsum, təcrübəsiz, ana uşağı.
[Uruz] arabir at minib ox süzdürsə də, … ananın nəzərində hələ körpə bir quzu idi. M.Rzaquluzadə.

// “Quzum” şəklində – əzizləmə, oxşama; nəvazişlə, mehribanlıqla müraciət.
Yavrum, quzum, bahari-həyatın nə cür olar? A.Səhhət.
Ürəyi şad, könlü açıq; Körpə quzum, ağ günə çıx! S.Vurğun.

Etimologiya

  • QUZU Müxtəlif mənaları içərisində “kiçik, balaca” anlamları da var. İndi də nəfəslik (форточка) yerinə bəzən “quzupəncərə” deyirlər
QUZĞUN
QUZUCUQ
OBASTAN VİKİ
Quzu plaunu
Tunahan Quzu
Tunahan Quzu(türk. Tunahan Kuzu; 5 iyun 1981, İstanbul) — Türk əsilli Niderland siyasətçisi == Həyatı == 1981-ci ildə İstanbulda anadan olmuşdur Kiçik yaşında Niderlandın köçüb və orada böyümüşdür. 2001-ci ildən 2006-ci ilə qədər Erasmus Universitetində idarəçilik ixtisası üzrə oxumuşdur.
Huperziya quzu plaunu
Quzu (film, 1967)
== Məzmun == Kinolentdə dövlətli, lakin xəsis mülkədarı aldadıb bir quzuya görə ondan üç dəfə pul alan hiyləgər kəndlinin əməllərindən danışılır. == Film haqqında == Film Azərbaycan ədəbiyyatının klassiki Cəlil Məmmədquluzadənin eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır.
Quzu (film, 2014)
Quzu (türk. Kuzu) — Kutluğ Ataman tərəfindən idarə olunan 2014-ci ildə işıq üzü görmüş uzun metrajlı bir Türk filmi. == İstehsal == Filmin çəkilişi Kutluğ Atamanın məmləkəti Doğanköy şəhər mərkəzində və Ərzincanda Kemah şəhərinə bağlı Sazlıpınar kəndlərinə aparıldı. Kutluğ Atamanın yazdığı ve idarə etdiyi 87 dəqiqəlik film, Türk və Alman dillərində nəşr olundu. Kutluğ Ataman Berlin Beynəlxalq Film Festivalında qazandığı mükafatı göstərərək "Bu mükafatı Ərzincana ərmağan edirəm" dedi. == Aktyorlar == Nəsrin Cavadzadə — "Mədinə" qəhrəmanının rolunu Cahid Gök — "İsmail" qəhrəmanının rolunu Nursel Köse — "Safiyə" qəhrəmanının rolunu Mərt Taştan — "Mərt" qəhrəmanının rolunu Əməl Göksu — "Şövqət" qəhrəmanının rolunu Nəcməttin Çobanoğlu — "Necmettin Ağa" qəhrəmanının rolunu Sıla Cantürk — "Vicdan" qəhrəmanının rolunu Taner Birsel — "Adnan Bəy" qəhrəmanının rolunu Şərif Səzər — "Leyla" qəhrəmanının rolunu Güven Kıraç — Qəsəbənin muxtarı rolunu == Mükafatlar == 64.
Ludmila Quzun
Ludmila Quzun (26 iyun 1961 – 16 aprel 2021) — Moldovalı siyasətçi. O, Moldova Parlamentində Unqeni dairəsini təmsil edən millət vəkili olmuşdur. == Həyatı və fəaliyyəti == Quzun 26 İyun 1961-ci ildə Moldovanın Faleşti rayonunda anadan olmuşdur. Moldova Demokratik Partiyasını təmsil edərək, 24 fevral 2019-cu ildə Moldova Parlamentinə deputat olaraq daxil oldu və 16 aprel 2021-ci il tarixdə ölümünə qədər vəzifəni icra etdi. Quzun 7 aprel 2021-ci il tarixindən etibarən COVID-19 diqnozu ilə xəstəxanada müalicə almış, 16 aprel 2021-ci il tarixində isə vəfat etmişdir.
Quzugötürən
Quzugüdən
Quzugüdən (Sərdarabad)
Quzugüdən (Sərdarabad)
Quzugüdən — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km cənub-şərqdə Araz çayının yaxınlığında yerləşir. Kəndin ilkin, qədim adı Quzukutan olmuşdur. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə Kəndin adı Quzugüdənli formasında qeyd edilir və göstərilir ki, "Kəndin əhalisi mürsəlli camaatındandır". Erməni mənbələrində kəndin adı Ğuzigedən, Ğuzigedan, Kuzikutan formalarında, Qafqazın 5 verstlik xəritəsində Kuzikuden formasında qeyd edilmişdir. == Toponimi == Toponim əfşar türk tayfasından olan quzugüdənli etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19. IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Ayqeşad qoyulmuşdur.
Quzugüdən (İğdır)
Quzugüdən — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == 1928-ci ildən bu adı daşıyır. == Əhalisi == 1886-cı ilo məlumatına görə kənddə 218 nəfər azərbaycan türkü yaşayırdı. == Coğrafiyası == İğdır mərkəzindən 16 km uzaqlıqdadır.
Quzuların səssizliyi (film)
Quzuların səssizliyi və ya Quzuların susması (ing. The Silence of the Lambs) — 1991-ci ildə istehsal edilmiş ABŞ filmidir. Film Tomas Harrisin "Quzuların səssizliyi" (1988) əsəri əsasında çəkilmiş və 5 kateqoriya üzrə Oskar mükafatına layiq görülmüşdür. "Quzuların səssizliyi" filmi 2011-ci ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir. == Məzmun == Naməlum qatil ABŞ-nin qərb istiqamətində yaşayan əhali sırasında qadınları öldürür və onların dərisini çıxardır. Bu səbəbdən onun axtarışına çıxmış FTB həmkarları ona "Buffalo Bill" ləqəbini vermişlər. Lakin qatili tapmaq FTB həmkarları üçün çətinlik törədir. Bu səbəbdən onlar keçmiş psixiatr və monyak olan Həkim Hannibal Lekterə müraciət edirlər. Görüş zamanı onun yanına FTB akademiyasının gənc həmkarı Klarisanı göndərirlər... == Çəkiliş == Filmin çəkilişi ABŞ-nin Pensilvaniya ştatının ikinci ən böyük şəhəri Pitsburqda baş tutmuşdur.
Quzuların səssizliyi (film, 1991)
Quzuların səssizliyi və ya Quzuların susması (ing. The Silence of the Lambs) — 1991-ci ildə istehsal edilmiş ABŞ filmidir. Film Tomas Harrisin "Quzuların səssizliyi" (1988) əsəri əsasında çəkilmiş və 5 kateqoriya üzrə Oskar mükafatına layiq görülmüşdür. "Quzuların səssizliyi" filmi 2011-ci ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir. == Məzmun == Naməlum qatil ABŞ-nin qərb istiqamətində yaşayan əhali sırasında qadınları öldürür və onların dərisini çıxardır. Bu səbəbdən onun axtarışına çıxmış FTB həmkarları ona "Buffalo Bill" ləqəbini vermişlər. Lakin qatili tapmaq FTB həmkarları üçün çətinlik törədir. Bu səbəbdən onlar keçmiş psixiatr və monyak olan Həkim Hannibal Lekterə müraciət edirlər. Görüş zamanı onun yanına FTB akademiyasının gənc həmkarı Klarisanı göndərirlər... == Çəkiliş == Filmin çəkilişi ABŞ-nin Pensilvaniya ştatının ikinci ən böyük şəhəri Pitsburqda baş tutmuşdur.
Quzumkənd
Quzumkənd (kəndin XIX əsrdəki tarixi adı Quzumkənd olub. Sovet hakimiyyəti illərində ermənilər onun adını dəyişib "Kert" qoymuşlar. 1992-ci ilin sonunda kəndin tarixi adı özünə qaytarılmışdır) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Quzumkənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Kert kəndi Quzumkənd kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Quzumkənd kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Quzuqulağı
Turşəng və ya quzuqulağı (lat. Oxalis) — turşəngkimilər fəsiləsinə aid çoxillik bitki cinsi.Cinsə daxil olan növlər otlar və ya yarımkollardır. İri, yaxud xırda yarpaqları saplaqlıdır. Meyvəsi yanlardan sıxılmış toxumcadır. Şimal yarımkürəsinin mülayim yerlərində 2—3 növü yayılıb. Azərbaycanda 1 növü — hündür turşəng (Oxyria elatior) məlumdur. Tərəvəz bitkisi kimi becərilir. Yarpaqlarınla oksalat turşusu, dəmir, tannidlər var. Oxalis deppei – soğanaqlı, hündürlü 20-25 sm. olan çoxillik bitkidir.
Quzuçu Oğlan (Məlikan)
Quzuçu Oğlan (fars. قربان كندي‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 353 nəfər yaşayır (93 ailə).
Tanrı quzusu
Tanrı quzusu və ya Aqnus Dei (lat. Agnus Dei, yun. Ἀμνὸς τοῦ Θεοῦ) — İsanın simvolik adlarından biri. == Təsviri == Bu, Məsihin özünü bir quzu kimi kəsilməyə verməsi ilə bağlıdır. Bu təsvir aqrar mədəniyyətlərdə geniş yayılmış, sürüdə doğulan ilk quzunu tanrılara qurban vermək ayininə gedib çıxır. Quzu üzüyolalıq, müqavimət göstərməmək, məsumluq və təvazökarlıq simvoludur. Məhz bu keyfiyyətlər xristian etik idealını təşkil edirdi. Tanrı quzusu obrazının variantlarından biri də sinəsindən qan axan quzu idi ki, bu da Məsihin əzabını və kəffarə qurbanını simvolikləşdirirdi. Başqa bir bədii versiyada üzərində xaç təsvir edilmiş bir bayraq olan zəfər quzusu idi. Quzunun başına müqəddəslik halosu çəkilmişdi.
Tanrı quzusu (Surbaran)
Tanrı quzusu (lat. Agnus Dei, isp. Cordero de Dios) — Barokko dövrü ispan rəssamı Fransisko de Surbaran tərəfindən işlənmiş rəsm əsəridir. Surbaran, 1653-1640-cı illərdə əsərin bir-birindən çox az fərqlənən altı versiyasını işləmişdir. Hazırda onlardan üçünün yeri məlumdur. Məlum olan əsərlər Prado muzeyi, San-Dieqo İncəsənət Muzeyi və Salvador Plandiuranın kolleksiyasında saxlanılır. Dini mövzulu əsərin mövzusu Bibliyanın "Həvarilərin işləri" (8:32) hissəsindən götürülmüşdür: "Kəsilməyə aparılan qoyun kimi, Qırxanların qabağında dilsiz quzu kimi ağzını açmadı. " == Prado versiyası == Əsərin daha bitkin və yaxşı saxlanmış versiyası Madriddəki Prado muzeyinin kolleksiyasına daxil olmaqla daimi ekspoziyadadır. 38x62 sm ölçüyə malik olan əsər, icra texnikası və təkmilliyinə görə ispan barokkosunun ən incə və vacib nümunələrindən biri hesab edilir. == Plandiuranın koleksiyasındakı versiyası == Həm də "Ayaqları bağlanmış qoyun" adı ilə tanınan ikinci versiya, Salvador Plandiuranın Barselonada saxlanan kolleksiyasına daxildir.
Quzucaq
Quzucaq-i Ülya (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. Quzucaq-i Süfla (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd.
Quzucaq-i Süfla (Mahnişan)
Quzucaq-i Süfla (fars. قوزيجاق سفلي‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 165 nəfər yaşayır (29 ailə).
Quzucaq-i Ülya (Mahnişan)
Quzucaq-i Ülya (fars. قوزيجاق عليا‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 119 nəfər yaşayır (27 ailə).

Digər lüğətlərdə

вычёсывание галантере́йно изукра́шивание надзира́ние отта́птываться притуши́ть прода́ть сде́лочный срисова́ть технологи́чески журна́льный зонди́ровать перепада́ть уква́сить хри́пло ablastous bandrol down-at-heel Great Khingan Mountains man-eater natural vegetation unwooded zugzwang грелка лаосец