QVÁRDİYA

[ fr. ]
1. Ən yaxşı seçmə qoşun hissələri. Qvardiya polku. Qvardiya hissələri. Qvardiya mayoru.
2. məc. Hər hansı bir sahədə sınaqdan çıxmış, təcrübəli, qabaqcıl xadimlər; öz işinə sadiq olan mübarizlər. Köhnə qvardiya. Köhnə fəhlə qvardiyası.
□ Ağ qvardiya – SSRİ-də 1918-1920-ci illərdə vətəndaş müharibəsi dövründə əksinqilabçı qoşunların ümumi adı.
Qırmızı qvardiya – əksinqilab və ağqvardiyaçılarla mübarizə etmək üçün 1917-1918-ci illərdə təşkil edilmiş və Qırmızı Ordunun əsasını təşkil etmiş silahlı fəhlə dəstələri.
QÜVVƏTSİZLİK
QVARDİYAÇI
OBASTAN VİKİ
Qvardiya
Qvardiya - imtiyazlı seçmə qoşun hissəsi. Qədim Şərq ölkələrində meydana gəlmişdir. Daha çox Əhəmənilər dövlətində (10 minlik "ölməzlər" korpusu) və Qədim Romada (pretorianlar) inkişaf etmişdir. XII əsrdə İtaliyada meydana gələn "qvardiya" anlayışı dövlət bayrağını mühafizə edən seçmə dəstə mənasını verirdi. Qvardiya xüsusilə Fransa, İngiltərə, İsveç, Rusiya, Prussiya və s. monarxiya ölkələrində mövcud olmuşdu. Orta əsrlərdə Şərqdə qvardiya rolunu monarxların keşikçiləri, muzdlulardan və qullardan ibarət seçmə hissələr oynayırdılar. Onlar Bağdad xəlifələrinin və Böyük Moğolların qvardiyaları, habelə Misir hökmdarlarının məmlükləri və Osmanlı sultanlarının yeniçəriləri idilər.
Dəmir Qvardiya
Dəmir Qvardiya (rum. Garda de fier) - Rumıniyada Arxangel Mixail Legionu (Legiunea Arhanghelului Mihail) və ya Legioner hərəkatı (Mișcarea Legionară) kimi Korneliu Zelya Kodryanu tərəfindən 1927-ci ildə qurulmuş faşist siyasi partiya və hərəkat. Cəmiyyət ultranasionalist, antisemitik, antimacar, antisiqanist, antikommunist idi və Şərqi Ortodoks Xristianlığını dəstəkləyirdi. 1930-cu ilin martında Kodryanu Legionun yarımhərbi siyasi qolu kimi Dəmir Qvardiyanı yaratdı və 1935-ci ildə Legion öz rəsmi adını "Totul pentru Țară" partiyası ("Hər Şey Ölkə Üçün" Partiyası) olaraq dəyişdirdi. O, sadəcə, İkinci Dünya müharibəsinin əvvəllərində mövcud oldu. Partiyanın üzvləri geyindikləri yaşıl formalar səbəbiylə "Yaşıl köynəklilər" olaraq adlanırdı.Marşal Yon Antonesku 1940-cı ilin sentyabrında hakimiyyətə gələndə Milli Legioner Dövləti yaradaraq, Dəmir Qvardiyanı idarəetməyə gətirdi. Ancaq, 1941-ci ilin yanvarında Legionerlər üsyanından sonra Antonesku təşkilatı dağıdaraq, ordu vasitəsiylə hərəkatı basdırdı. Hərəkatın Horiya Sima və digər liderləri Almaniyaya qaça bildi.
Milli Qvardiya
Milli Qvardiya — Azərbaycanda Milli Qvardiya Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 1991-ci il tarixli 524 saylı Fərmanı ilə yaradılmışdır. == Milli Qvardiyaların tarixi == Uzaq keçmişlərdə mühafizə işini əsasən o zamanlar mövcud olmuş xüsusi keşikçi dəstələri və yaxud seçmə qoşun hissəsi olan qvardiyalar təşkil edirdi. "Qvardiya" — italyan mənşəli sözdür. Mənası "imtiyazlı seçmə qoşun hissəsi" deməkdir. Ancaq qvardiya mənşəli mühafizə dəstələri hələ quldarlıq dövründə meydana çıxmışdılar və monarxların, yaxud sərkərdələrin keşikçiləri şəklində fəaliyyət göstərirdilər."Qvardiyaçı" termini ilk dəfə XII əsrdə İtaliyada dövlət bayrağını mühafizə edən dəstənin adını ifadə etmək üçün işlədilmişdir. XV əsrdə Fransada, İngiltərədə, İsveçdə, Prussiyada, XVII əsrdə Yaponiyada, XIX əsrdə isə bir çox digər dövlətlərdə qvardiyalar yaradılmışdı. Rusiyada ilk qvardiyanı 1687-ci ildə I Pyotr yaratmışdır. Orta əsrlərdə Şərqdə də muzdlulardan və qullardan ibarət keşikçi dəstələrinin seçmə hissəsi olan qvardiyalar təşkil edilirdi. == Haqqında == Milli Qvardiya isə ilk dəfə Böyük Fransa inqilabı dövründə Parisdə yaradılmışdır. Azərbaycanda dövlət səviyyəsində mühafizə xidmətinin qurulması işinə isə ilk dəfə 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə başlanmışdır.
Qvardiya mayoru
Mayor (lat. maior — baş) — baş zabit heyətinin birinci hərbi rütbəsi. Bəzi ölkələrdə "komandante" (ispandilli ölkələrdə), "kommandant" (Fransa, İrlandiya) və s. adlandırılır. Səslənmə baxımından eyni olan və zabitliyə qədər ən ali dərəcə sayılan fransız rütbəsi ilə səhv salınmamalıdır (məsələn; fransız polisinin briqadir-mayoru). Rütbə XVII əsrdə polk serjant-mayoru — polk komandirinin köməkçisi rütbəsindən yaranmışdır. Mayor qarovula və polkun qidalanmasına görə məsuliyyət daşıyırdı. Polklar batalyonlara bölünəndə bir qayda olaraq batalyon komandiri mayor olurdu.
Ağ Qvardiya (Finlandiya)
Ağ Qvardiya (fin Suojeluskunta, isv. Skyddskår, tərc. müdafiə korpusu) - Ağlara bağlı olaraq 1918-ci ildə qurulmuş yarımhərbi mühafizə qüvvəsi. Finlandiya vətəndaş müharibəsində Sovetlər Birliyinin dəstəklədiyi Qırmızılara qarşı əldə edilən qələbədə böyük rolu vardır. Finlandiyada Souyeluskunta olaraq bilinir, ingilis dilində isə bir çox tərcüməsi var: Müdafiə Korpusu, Təhlükəsiz Keşikçiləri, Sivil Qvardiya, Milli Mühafizəçilər, Ağ Milislər və s. Ancaq Qərbdə daha çox qırmızıların tam əksi olan Ağ Qvardiya olaraq bilinirlər. Finlandiya Ağ Ordusu çox sayda təcrübəsiz əskər, təzə əskərə yazılanlar və yarımhərbi qruplardan təşkil olunmuşdu. 1905 rus inqilabı sosiaa və siyasi narahatlığa və Finlandiyadakı təhlükəsizliyin sarsılmasına səbəb oldu. Sivil milislər buna reaksiya olaraq qurulmuş, ancaq bu siyasi (sol-sağ) bir struktura çevrilmişdi. 1917 rus inqilabı və sonra da Finlandiyanın müstəqilliyini elan etməsi ölkədə toqquşmaları özüylə gətirmişdir.
Ağ Qvardiya (roman)
Ağ Qvardiya (rus. Белая гвардия) 20-ci əsr rus yazıçısı Mixail Bulqakovun sonralar "The Master and Margarita" adlı tənqidçilər tərəfindən bəyənilən bir romanıdır. == Tarix == Ağ Qvardiya ilk dəfə 1925-ci ildə Sovet İttifaqı dövründə nəşr olunan "Rossiya" lakin serial tamamlanmadan jurnal bağlandı. 1966-cı ilə qədər Rusiyada yenidən çap olunmadı. === Turbin günləri === White Guard ilk iki hissələri Rossiya dərc edilmişdir sonra, Bulgakov mərhələ üçün bir versiyası yazmaq üçün dəvət olunub. O deyilən Başla <i id="mwGg">Turbins günləri</i> . Bu, Moskva İncəsənət Teatrında böyük bəyənmə ilə hazırlandı: "Turbinlər Günü … bir teatr əfsanəsinə çevrildi. . . Prodüser 1926-cı ildən 1941-ci ilə qədər davam etdi, 987 tamaşa var idi. . . Stalin … 20 dəfədən az olmayaraq gördü ".Əslində tamaşa kitabı tamamilə kölgədə qoydu, hər halda istənilən formada praktik olaraq əlçatmaz idi. Bulgakovdan ən vacib əsərlərinin nəşrinə icazə verilmədiyi üçün Stalindən ölkədən çıxmasına icazə verilməsini xahiş etdi.
Ağ qvardiya (Rusiya)
Ağ qvardiya (rus. Бѣлая Армія/Белая гва́рдия) — Rusiyada vətəndaş müharibəsi və xarici hərbi müdaxilə illərində Rusiya dövlətinə bağlı hərbi hissələr. Bu hərbi hissələr bolşeviklərə bağlı Qızıl Orduya qarşı vuruşmuşdur. == Qeydlər == == İstinadlar == == Əlavə ədəbiyyat == Osipov, Yury. White Armies. Moscow: Great Russian Encyclopedia. 2005. səh. 268. ISBN 5-85270-331-1.
Molodaya qvardiya (jurnal)
Molodaya qvardiya (rus. Молодая гвардия; mənası – gənc qvardiya) — Rusiya aylıq jurnalı. Jurnalın məzmunu ədəbiyyat və siyasətə yönəlmişdir. == Tarixi == "Molodaya qvardiya" 1922-ci ilin mayında Moskvada Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin orqanı olaraq təsis edilmişdir. 1922-ci ildən çıxır. Buna baxmayaraq, 1942–1947-ci illərdə çıxmamış, 1947–1956-cı illərdə isə gənc yazıçıların almanaxı kimi fəaliyyət göstərmişdir. Yerli və xarici ölkə yazıçılarının əsərlərini (mövzusu əsasən, gənclərin həyatından götürülmüş), publisistik, ədəbi-tənqid məqalələri nəşr edir. Jurnalda Azərbaycan yazıçılarının da əsərləri çap olunmuşdur. "Molodaya qvardiya" jurnalı 1972-ci ildə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir. 1982-ci ildə tirajı 652 min nüsxə idi.
Molodaya qvardiya (nəşriyyat)
Molodaya qvardiya (rus. Молодая гвардия; mənası – gənc qvardiya) — Rusiya nəşriyyatı. açıq səhmdar cəmiyyəti. Sovet dövründə, 1922-ci ildə qurulan "Molodaya qvardiya" Rusiyanın ən köhnə nəşriyyatlarından biridir. == Tarixi == "Molodaya qvardiya" 1922-ci ildə Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin kitab jurnal nəşriyyatı kimi yaradılmışdır. Sovet dövründə "Molodoy kommunist", "Vojatı", "Vokruq sveta", "Rovesnik" kimi 14 jurnal nəşr edirdi. N. Ostrovskinin "Polad necə bərkidi", A. Fadeyevin "Gənc qvardiya" romanları ilk dəfə "Molodaya qvardiya"da nəşr olunmuşdur. "Molodaya qvardiya"nın buraxdığı 100-dən çox əsər (L. Leonun "Rus meşəsi", S. Smirnovun "Brest qalası" və s.) Lenin və SSRİ Dövlət mükafatlarına, Ümumittfaq Lenin komsomolu və SSRİ Jurnalistlər İttifaqının mükafatlarına layiq görülmüşdür. "Molodaya qvardiya" sosialist ölkələrinin nəşriyyatları ilə sıx əlaqə saxlamışdır. Azərbaycan yazıçılarının (Süleyman Rəhimovun "Mehman", Elçinin "Baladadaşın ilk məhəbbəti", Anarın "Dantenin yubileyi", Maqsud İbrahimbəyovun "Hekayə və povestlər"i və s.) da əsərlərini nəşr etmişdir.
Qvardiya Koşalin FK
"Qvardiya" Koşalin İK ( pol. Klub Sportowy Gwardia Koszalin) — 1946-cı ildə əsası qoyulmuş, Koşalin şəhərini təmsil edən Polşa futbol klubu. Polşa Üçüncü Liqasında çıxış edir. Klub ev oyunlarını 950 tamaşaçı tutumuna malik Stanislav Fiqas adına stadionda keçirir.
Qırmızı Qvardiya (Finlandiya)
Qırmızı Qvardiya (fin Punakaarti; isv. Röda gardet) - 1900-cü illərin əvvəllərində Finlandiya işçi hərəkatının yarımhərbi birlikləri idi. İlk Qırmızı Qvardiya 1905-ci ildəki ümumi tətillərdə yaransa da, bir il sonra ləğv edilmidşi. 1917-ci il Rusiyadakı Fevral inqilabından sonra Qırmızı Qvardiya yenidən quruldu və 1918-ci ildə Finlandiya vətəndaş müharibəsində Qırmızı Finlandiyanın ordusunu formalaşdırdı. Vətəndaş müharibəsinin başlanğıcında Qırmızı Qvardiyanın birləşmiş qüvvələri təxminən 30 000-ə çatmış, müharibənin gedişatında isə 90 000 - 120 000-ə qədər arta bilmişdi. Bu rəqəmlərə Qadınlar Qvardiyasının 2000-dən çox üzvü də daxil idi. 1918-ci ilin mayında qələbə qazanmış Ağlar 80 000-ə qədər Qırmızını əsir tutmuş, onlardan 12 000 - 14 000-i edam, xəstəlik və qida çatışmazlığı səbəbindən həbs düşərgələrində ölmüşdü. Qırmızıların böyük əksəriyyəti 1918-ci ilin sonlarında əfv edildi. Təxminən 10000-13000 Qırmızı Sovet Rusiyasına qaça bilmişdi. Onlardan bəziləri Rusiya vətəndaş müharibəsində 1920-ci ilə qədər Şərqi Kareliyanı işğal edən Ağ finlərə qarşı döyüşmüşdü.
6-cı tank qvardiya ordusu
6-cı tank qvardiya ordusu — SSRİ Ali Baş Komandanlığının 20 yanvar 1944-cü il № 302001 sərəncamına əsasən, 5-ci qvardiya tank və 5-ci mexanikləşdirilmiş korpus əsasında 25 yanvar 1944-cü ildə 1-ci Ukrayna cəbhəsinin tərkibində yaradılmış ordu. == Döyüşlərdə iştirakı == Korsun-Şevçenkov (24 yanvar-17 fevral 1944) hücum əməliyyatında iştirak etmişdir. 22 fevralda 2-ci Ukrayna cəbhəsinin tərkibinə verilmişdir və onun tərkibində mart-aprel aylarında Umman-Botoşan (5 mart-17 aprel) əməliyyatında iştirak etmişdir. Yassı-Kişinyov strateji əməliyyatda (20-29 avqust 1944) 6-ci tank ordusunun fəallığı əməliyyatda böyük rol oynadı. Əməliyyat günü 6-cı tank ordusunun hissə və birləşmələri irəli atılması uğurla Buxarest istiqamətində hücum yaratdılar. Bu hücumun nəticəsində Vasluy, Bırlad, Fokşanı, Rımnikul-Serat, Buzeu və Ploeşti şəhərlərini ələ keçirtdilər. 31 avqusda 5-ci mexanikləşdirilmiş korpus 18-ci tank korpusu və 53-cü ordunun digər birləşmələri ilə birlikdə Rumıniyanın paytaxtı Buxarest şəhərinə daxil oldular. Sentyabrın əvvəlində 1944-cü ildə 6-cı tank ordusu qərbə yönəlib Alp dağlarını dəf edib, Kluj şəhərinə istiqamətdə hücumu inkişaf etdirdilər. 12 sentyabr 1944-cü ildə Vətən uğrunda döyüşlərdə şəxsi heyətinin görsətdiyi cəsarət və qəhrəmanlıqlarına görə 6-cı tank ordusu 6-cı tank qvardiya ordusuna çevrilmişdir.
9-cu mexanikləşdirilmiş qvardiya korpusu
9-cu mexanikləşdirilmiş qvardiya korpusu — SSRİ silahlı qüvvələrinin tərkibində hərbi əməliyyat birliyi. == Tarix == Ali Baş Komandanlığının 12 sentyabr 1944-cü il № 0306 əmri ilə 5-ci mexanikləşdirilmiş korpus 9-cu mexanikləşdirilmiş qvardiya korpusuna çevrilmişdir. Ali Baş Komandanlığının əmri ilə 15 sentyabr 1944-cü ildə Ploeşti şəhəri uğurunda döyüşlərdə seçildiyinə görə Ploeştinskaya adlandırması verildi. Bu əmrə əsasən 10 oktyabr 1944-cü ildən etibarən 9-cu mexanikləşdirilmiş qvardiya korpusuna daxil olan hissə və birləşmələrdə qvardiya birləşmələrinə çevrildilər və yeni adlandirma və nömrə aldılar. 1945-ci ilin dekabrında 9-cu mexanikləşdirilmiş qvardiya diviziyasına çevrildi.
Qvardiya ölür, lakin təslim olmur!
"Qvardiya ölür, lakin təslim olmur!" (fr. La Garde meurt mais ne se rend pas!) — Birinci Fransa İmperiyası imperator qvardiyasının I piyada polkunun komandiri Pyer Kambrona aid edilən məşhur ifadə. Hesab olunur ki, o bu ifadəni 1815-ci il 18 iyun tarixində baş vermiş Vaterloo döyüşündə ingilislərin təslim olmaq təklifinə cavab olaraq söyləmişdir. == İfadənin tarixi == 1815-ci il 20 mart tarixində Napoleon Bonapart ona sadiq qalan tərəfdaşı Kambrona diviziya generalı rütbəsini vermək istəyəndə, o bu vəzifədən ciddi şəkildə imtina etmişdir. Onda 13 aprel tarixində imperator onu İmperator qvardiyasının I piyada polkunun komandiri vəzifəsinə yenidən qaytarır. Məhz bu polkla o tarixə düşmüşdür. Lakin bəzi mənbələr onu səhvən diviziya komandiri adlandırırlar. 1815-ci il 18 iyun gününün sonunda Blüxerin başçılığı altındakı Prussiya ordusunun döyüş meydanına gəlib çatması ilə fransızlar üçün döyüşün taleyi artıq həll olundu. Kambron hər tərəfdən düşmən qüvvələri ilə əhatə olunduqdan sonra o, düşmənin təslim olmaq təklifindən qəti imtina etmiş və öz polkunun II batalyonu üçün kare düzülüşünü əmr edir. İngilis toplarının və batalyon silahlarının atışları ilə fransız qoşunu demək olar tamamilə məhv edilir.
388-ci zenit-artilleriya qvardiya polku
388-ci atıcı diviziya — Böyük Vətən Müharibəsi və Sovet-yapon müharibələri dövründə SSRİ-nin hərbi birləşməsi. == Tarixi == 12 sentyabr 1944-cü ildə 6-cı tank ordusunun tərkibində yaradılıb. Korsun-Şevçenkov (24 yanvar-17 fevral 1944), Umman-Botoşan (5 mart-17 aprel), Yassı-Kişinyov (20–29 avqust 1944) əməliyyatlarında iştirak edib. 9 avqust 1945-ci ildə 388-ci zenit-artilleriya qvardiya polkuna cevrilib.
389-cu özüyeriyən-artilleriya qvardiya alayı
== Yaranma tarixi == 10 oktyabr 1944-cü ildə 745-ci özüyeriyən artilleriya polkunun əsasında yaradılib. Uzaq şərqdə Yaponiya qoşunlarına qarşı doyüşlərdə seçildiyinə görə Xinqan polku adlandırılmışdır.
389-cu özüyeriyən-artilleriya qvardiya polku
== Yaranma tarixi == 10 oktyabr 1944-cü ildə 745-ci özüyeriyən artilleriya polkunun əsasında yaradılib. Uzaq şərqdə Yaponiya qoşunlarına qarşı doyüşlərdə seçildiyinə görə Xinqan polku adlandırılmışdır.
Azərbaycan Milli Qvardiyası
Milli Qvardiya — Azərbaycanda Milli Qvardiya Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 1991-ci il tarixli 524 saylı Fərmanı ilə yaradılmışdır. == Milli Qvardiyaların tarixi == Uzaq keçmişlərdə mühafizə işini əsasən o zamanlar mövcud olmuş xüsusi keşikçi dəstələri və yaxud seçmə qoşun hissəsi olan qvardiyalar təşkil edirdi. "Qvardiya" — italyan mənşəli sözdür. Mənası "imtiyazlı seçmə qoşun hissəsi" deməkdir. Ancaq qvardiya mənşəli mühafizə dəstələri hələ quldarlıq dövründə meydana çıxmışdılar və monarxların, yaxud sərkərdələrin keşikçiləri şəklində fəaliyyət göstərirdilər."Qvardiyaçı" termini ilk dəfə XII əsrdə İtaliyada dövlət bayrağını mühafizə edən dəstənin adını ifadə etmək üçün işlədilmişdir. XV əsrdə Fransada, İngiltərədə, İsveçdə, Prussiyada, XVII əsrdə Yaponiyada, XIX əsrdə isə bir çox digər dövlətlərdə qvardiyalar yaradılmışdı. Rusiyada ilk qvardiyanı 1687-ci ildə I Pyotr yaratmışdır. Orta əsrlərdə Şərqdə də muzdlulardan və qullardan ibarət keşikçi dəstələrinin seçmə hissəsi olan qvardiyalar təşkil edilirdi. == Haqqında == Milli Qvardiya isə ilk dəfə Böyük Fransa inqilabı dövründə Parisdə yaradılmışdır. Azərbaycanda dövlət səviyyəsində mühafizə xidmətinin qurulması işinə isə ilk dəfə 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə başlanmışdır.
Gürcüstan Milli Qvardiyası
Gürcüstan Milli Qvardiyası (GMQ) (gürcü: საქართველოს ეროვნული გვარდია, sak'art'velos erovnuli gvardia) Gürcüstanın Müdafiə Qüvvələrinin bir hissəsidir. Xarici təhdidlərə, vətəndaş iğtişaşlarına və təbii fəlakətlərə cavab vermək vəzifəsi daşıyır. Həmçinin ehtiyatda olanların səfərbərliyindən də məsuldur. == Tarix == === Müəssisə === GMQ 1990 -cı il dekabrın 20 -də Prezident Zviad Qamsaxurdianın indiki Gürcüstan Müdafiə Qüvvələrinin yaradılması əmrindən sonra quruldu. 1991 -ci ilin yanvarında Sovet Prezidenti Mixail Qorbaçov Ali Sovetin sədri Anatoli Lukyanov vasitəsi ilə Qamsaxurdiyaya Mühafizəçilərin yaradılmasını qadağan etməyi tapşırdı. Sovet Ordusunun rəsmi qəzeti Krasnaya Zvezda, Milli Qvardiyanı lağa qoyan "Cənab Prefektorlar və Cənab Qvardiyaçılar" başlıqlı yazı yayımladı. Birinci və İkinci Qvardiya Briqadalarının iştirakı ilə qarovulun ilk hərbi paradı 30 aprel 1991 -ci ildə Boris Paiçadze Stadionunda keçirildi, burada 70 ildən sonra ilk dəfə gürcülər vətənlərinə sədaqət andı içdilər. Parada polkovnik Avtandil Tskitişvili rəhbərlik edirdi və kiçik bir süvari dəstəsinin keçməsi nümayiş olundu. Daha sonra parad komandiri tərəfindən polkovnik Qoqi Papavadzeyə (Milli Qvardiya Baş Bölməsinin rəisi) qarovulun yeni bayrağı təqdim edildi. Həmin gün Silahlı Qüvvələr Günü kimi qeyd olunur.
Leyb-Qvardiyanın Qafqaz eskadronu
Leyb-Qvardiyanın Qafqaz eskadronu-Leyb-Qvardiya-Rusiya imperatorlarını mühafizə edən xüsusi birlik idi. 18 may 1811-ci ildə mühafizə xidməti, 18 noyabr 1856-cı ildə isə Qafqaz eskadronu yaranıb. Bu birlik bir neçə eskadrondan ibarət idi. Əsası Qafqaz eskadron sayılırdı. Bu eskadron özündə 4 taqımı birləşdirirdi. 1-ci taqım-provaslav gürcü knyaz və zadəganlarından ibarət gənclərdən 2-ci taqım-Terski diyarının əsilzadə dağlı gənclərindən 3-cü taqım-Dağıstanın və Acarıstanın əsilzadə gənclərindən 4-cü taqım-Zaqafqaziyanın müsəlman xan və bəy soylarından ibarət gənclərdənDigər qvardiyalardan fərqli bu eskadron birbaşa Sankt-Peterburq hərbi dairəsinə bağlı idi. Bu eskadron imperatoru və məiyyətini müşayiət edirdi. Çarın qərar tutduğu Krasno Selo (Красно Село) düşərgəsində yerləşirdi. Eskadronun bəzi üzvləri Krım müharibəsində və 1877-1878 Rusiya-Osmanlı müharibəsində rus ordusunun tərkibində iştirak ediblər. Rusiya imperatorununun konvoyunda xidmət göstərən sonuncu azərbaycanlı 1903-cü ilin aprel ayında Leyb-Qvardiyanın Kuban eskadronunda sotnik rütbəsində xidmətə başlamış Aleksandr Rzaqulu Mirzə olub.
Özbəkistan Milli Qvardiyası
Özbəkistan Respublikasının Milli Qvardiyası (özb. Oʻzbekiston Respublikasi Milliy gvardiyasi / Ўзбекистон Республикаси Миллий гвардияси) — Özbəkistan Silahlı Qüvvələrinin tərkibində hərbiləşdirilmiş birləşmə. 23 yanvar 1992-ci ildə yaradılmışdır.Milli Qvardiyanın tərkibinə bir briqada daxildir, burada 1,000 nəfər xidmət edir. 2019-cu ilin iyul ayında əvvəllər Daxili İşlər Nazirliyinin strukturuna daxil olan Baş Mühafizə İdarəsi və onun ərazi bölmələri Milli Qvardiyanın tərkibinə verilmişdir.
İsveçrə qvardiyası
İsveçrə qvardiyası (tam adı: lat. Cohors pedestris Helvetiorum a sacra custodia Pontificis – azərb. Roma papasının müqəddəs mühafizəsinin piyada İsveçrə koqortası‎) — Vatikanın silahlı qüvvələrindən biri. İsveçrə qvardiyasını günümüzədək gəlib çatmış dünyanın ən qədim ordusu hesab etmək olar. 1506-cı ildə əsası qoyulmuş İsveçrə qvardiyası hal-hazırda cəmi 110 qvardiyaçıdan ibarətdir, onlar İsveçrə silahlı qüvvələrində hazırlanır və Vatikanda xidmət keçirlər. Lakin müharibədə onlar ancaq bir dəfə, 1527-ci ildə iştirak etmişlər. == İsveçrə qvardiyasının tarixi == İsveçrə qvardiyası Roma papası II Yulinin sərəncamı ilə yaradılmışdır. Məşhur incəsənət hamisi olan bu Roma papası tarixə həm də apardığı müharibələrinə görə qalmışdır. Roma papası olduğu on il ərzində (1503-1513) II Yuli fasiləsiz müharibə aparırdı. O dövrdə isveçrəlilər bir çox Avropa ölkələrinin qoşunlarında xidmət edirdilər və Avropada ən yaxşı əsgərlər sayılırdılar.

Digər lüğətlərdə

занижа́ться лафе́т органоге́нный пересе́чься по-мексика́нски поломо́йка здесь непреры́вность обожра́ть па́чканье так и быть чистосерде́чие копоть сюзьма aga formant furrower people mover pulverized stogie weir woodland скаред стоматология чаеводство