QÖVS
QÖVSİ-QÜZEH
OBASTAN VİKİ
Qövsi Təbrizi
Əlican İsmayıl oğlu Qövsi Təbrizi (1568, Təbriz – 1640, Təbriz) — XVII əsrin əvvəllərində yaşamış Azərbaycan şairi. == Erkən illəri == Əlican İsmayıl oğlu Qövsi Təbrizi XVII əsrin birinci rübündə, o dövrdə Səfəvilər dövlətinin bir hissəsi olan Təbriz şəhərində sənətkar və şair ailəsində anadan olmuşdur. Onun dəqiq doğum və ölüm tarixi məlum deyil. Azərbaycan ədəbiyyatı tarixində Qövsi təxəllüslü üç yazıçı vardır ki, akademik Həmid Araslı onların hamısının eyni ailədən olduğunu irəli sürmüşdür. Tarixçinin fikrincə, Qövsi təxəllüsü ilə yazıb-yaratmış bu müəlliflər baba, ata və nəvə idilər. Əlican Qövsinin atası İsmayıl Qövsi ağacdan müxtəlif növdə əşya, o cümlədən qövs hazırlayan sənətkar, farsca və Azərbaycan türkcəsində yazan şair idi. O, bir müddət İsfahanda Ağahüseyn Hansərinin yanında təhsil aldıqdan sonra Hindistana gedərək moğol imperatoru Əkbər şahın sarayında yaşamış, sonradan Təbrizə qayıtmışdır. Əlican Qövsi sonradan İsfahanda təhsil almışdır. == Yaradıcılığı == Əlican Qövsi İsfahanda olduğu dövrdə Təbriz haqqında şeirlər yazaraq iki şəhəri bir-birləri ilə müqayisə etmişdir. İranı, Hindistanı və Qafqazı gəzən Qövsi Təbrizə qayıtdıqdan sonra din xadimi olmuş, Saib Təbrizinin və xüsusilə Füzulinin təsiri altında olmuşdur.

Digər lüğətlərdə

апофео́з красне́ться подстана́вливаться порыже́ть проду́мывать сидр сле́сарство стресс-подно́жка взболта́ться дальтони́чка займодержа́тель незада́чливый оплы́ть откромса́ть мар ятвяг co-optate distinctive grass-cloth grubbing haj misanthropy Torten бефстроганов церемониал