1. bax qüvvə.
O köpüyü ki, sən içdin, ondan sənin qollarına qüvvət, özünə də şairlik verildi. “ ”.
Hünərim, qüvvətim bitməz, tükənməz! Qanadlı bir şahin yerdə görünməz.
□ Qüvvət almaq – qüvvətlənmək, güclənmək, ürəklənmək, ruhlanmaq.
Bayaqdan şil kimi sürünən qədəmlərim yeni qüvvət aldı.
Qüvvət alıb, ilham alıb; Yurd salmışam dağlarda mən.
Qüvvət vermək – 1) qüvvətini, mətanətini, təsirini artırmaq; qüvvətləndirmək, gücləndirmək, ruhlandırmaq;
2) təsdiq etmək, şərik olmaq, müdafiə etmək.
Mürşüdoğlu dəxi həkimin sözünə qüvvət verdi.
2. riyaz. Bir ədədin neçə kərə öz misli ilə vurulduğunu göstərən rəqəm.