QÜVVƏTLİ

sif.
1. Böyük fiziki qüvvəyə malik olan; çox güclü, çox sağlam. Qüvvətli qollar. Qüvvətli pəhləvan. Qüvvətli adam. Qüvvətli əzələ.
2. Böyük hərəkət qüvvəsinə malik olan. Qüvvətli motor. Qüvvətli maşın. Tikintidə çox qüvvətli mexanizmlər işləyir.
3. Çox güclü; yaxşı silahlanmış, möhkəm; böyük müdafiə və hücum imkanlarına malik. Qüvvətli donanma. Qüvvətli ordu. Qüvvətli aviasiya.
4. Böyük nüfuz və qüdrətə malik. Qüvvətli dövlət. Qüvvətli hökmdar.
5. məc. Əsaslı, inandırıcı, tutarlı, təsirli, çox mühüm. Qüvvətli dəlillər. Qüvvətli mühakimə.
6. Çox bacarıqlı, məharətli, istedadlı, öz işini yaxşı bilən. Qüvvətli yazıçı. Qüvvətli tələbə.
[Tələbəmə dedim:] Görünür, ədəbiyyatdan qüvvətlisən; bir mənə de görüm, o ki Hacı Qara deyirsən, o kimin əsəridir? Qantəmir.

7. k.t. Tərkibində qidalı maddələr bol olan, güclü. Qüvvətli yemlər.
– Bütün qış dövrü üçün mal-qaraya lazım olan miqdarda qaba, şirəli və qüvvətli yemlər ehtiyatı tədarük etmək lazımdır. Zootexniya”.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QÜVVƏTLİ qüvvətli bax güclü
  • QÜVVƏTLİ bacarıqlı — məharətli — istedadlı
  • QÜVVƏTLİ əsaslı — tutarlı — təsirli
  • QÜVVƏTLİ möhkəm
  • QÜVVƏTLİ güclü — sağlam

Antonimlər (əks mənalı sözlər)

  • QÜVVƏTLİ QÜVVƏTLİ – ZƏİF Qüvvətli zəifi basacaq, əzəcək (S.S.Axundov)
QÜVVƏTLƏNMƏK
QÜVVƏTLİLİK
OBASTAN VİKİ
Qüvvətli antofora
Qüvvətli antofora (lat. Anthophora robusta) — Antofora cinsinə aid növ. == Təsviri == Uzunluğu 16-18 mm-dir. Üz, üst dodaqlar və üst çənələr sarı ləkəlidir. Döş tamamilə sıx, sarımtıl ağ tüklərlə örtülmüşdür. Qarıncığın ilk 2 tergiti qısa sarımtıl tüklərlə örtülüdür. Arxa ətraflarda “səbətciyin” tükləri ağ, qanadları isə şəffaf ağdır. == Yayılması == Cənubi Avropa, Kiçik Asiya, Qafqaz, Rusiya, Suriya, İsrail, İran, Türkmənistanda yayılmışdır . Azərbaycanda Şamaxı, Lerik, Naxçıvan MR-də rast gəlinir. == Həyat tərzi == Aşağı dağlıq çöl və yarımsəhra landşaftlarında rast gəlinir.
Qüvvətli turşular
XQüvvətli turşular — yüksək pH-a malik turşular. Əksər qüvvətli turşular flüorsulfun turşusu ilə FSO3H kükürd-trioksid və ya lyuis turşularının qarışığı olur (əsasən Stibium-pentaflüorid). flüorsulfun turşusu ilə stibium-pentaflüoridin qarışığı sehrli turşu adlanır. Həmççinin xlorid turşusunun xlorlaşmış karbohidrogenlərdə məhlulu da qüvvətli turşulardır.Qüvvətli turşulardan biri də, triflüormetansulfat turşusudur (texniki adı trimsilatdır) CF3SO3H. Trimsilat oksidləşdirici xüsusiyyətə malik deyil və hidroliz etmir.
Şükri əl-Qüvvətli
Şükri əl-Qüvvətli (ərəb. شكري القوتلي‎; 21 oktyabr 1891, Dəməşq – 30 iyun 1967[…], Beyrut) — Suriyanın 1-ci prezidenti. Osmanlı İmperatorluğunun ərəb ərazilərinin müstəqilliyi və birliyi yolunda çalışan bir dissident kimi fəaliyyətə başlamış və fəallığına görə həbs edilmiş və işgəncələrə məruz qalmışdır. Suriya Krallığı qurulanda Qüvvətli monarxizmdən məyus olsa da, Respublika İstiqlal Partiyasını qurdu. 1920-ci ildə Suriyaya nəzarəti ələ alan fransızlar tərəfindən Qüvvətli dərhal edam edildi. Bundan sonra özünü Səudiyyə Ərəbistanı ilə güclü əlaqələr quraraq Suriya-Fələstin Konqresinin baş səfiri vəzifəsində çalışdığı Qahirəyə yerləşdirdi. Bu əlaqələri Böyük Suriya qiyamının (1925–1927) maliyyələşdirilməsində kömək etdi. 1930-cu ildə Fransa hakimiyyəti Qüvvətlini əfv etdi və bundan sonra Suriyaya qayıtdı və burada tədricən Milli Blokun əsas lideri oldu. 1943-cü ildə Suriyanın prezidenti seçildi və üç il sonra ölkənin müstəqilliyinə nəzarət etdi. Qüvvətli 1948-ci ildə yenidən seçildi, lakin 1949-cu ildə hərbi çevrilişə məruz qaldı.

Digər lüğətlərdə

гладиа́торский закабаля́ть лежа́чий обговори́ться подве́сковый присва́ивание протыка́ние ра́мочник рива́ль сконфу́зиться глисса́ндо грузово́з запали́ться обвиня́емая переутомля́ть щёлочность эволюцио́нный аё(в) валенцы biosphere coach-and-six dying epiblema fly rod повар