QIJOV
QILAF
OBASTAN VİKİ
1900 Yay Olimpiya Oyunlarında qılıncoynatma
1900 Yay Olimpiya Oyunlarında qılıncoynatma yarışları mayın ortalarından iyun ayının sonuna kimi keçirilmişdir. Bu yarışlarda 19 ölkədən 276 qılıncoynadan mübarizə aparırdı. Bu Olimpiya Oyunlarında qılıncoynatma yarışlarındakı iştirakçıların sayı yüngül atletika yarışlarındakı idmançıların sayından çox idi. Qılıncoynatmanın yeddi növü üzrə medallar oynanılıb. == Yekun medal sıralaması == == İştirakçı ölkələr == Paris Olimpiadasında 19 ölkədən ümumilikdə 276 qılıncoynadan mübarizə aparıb. Argentina (1) Avstriya (9) Belçika (5) Kuba (1) Danimarka (1) Fransa (223) Almaniya (2) Böyük Britaniya (1) Haiti (2) — Beynəlxalq Olimpiya Komitəsi tərəfindən iştirakı tanınmır Macarıstan (7) İran (1) — Beynəlxalq Olimpiya Komitəsi tərəfindən iştirakı tanınmır İtaliya (12) Niderland (1) Peru (1) — Beynəlxalq Olimpiya Komitəsi tərəfindən iştirakı tanınmır Rusiya imperiyası (3) İspaniya (1) İsveç (1) İsveçrə (3) ABŞ (2) == Medal cədvəli == == Xarici keçidlər == Rəsmi hesabat Arxivləşdirilib 2018-10-06 at the Wayback Machine səh 165.
Allahyar xan Qılıncçı
Allahyar xan Qılıncçı (1735-?)—Qılıncçı tayfasının başçısı, Səbzivarın hakimi. == Həyatı == Allahyar xan Qılıncçı 1735-ci ildə Xorasanda anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Qılıncçı elinə başçılıq etmişdi. Səbzivarı da əlinə keçirmişdi. Bu ərazi üstündə Hüseynqulu xan Məhəmmədhəsən xan oğlu Qovanlı-Qacarla üz-üzə gəlmişdi. Hüseynqulu xan Kərim xan Zəndin sərkərdələri tərəfindən oldürüləndən sonra Allahyar xan Xorasandan Xəzər dənizi sahillərinə qədər ərazilərə iddia etmişdi. Allahyar xan Qılıncçı Köklən türkmənlərinə qarşı vuruşaraq, Qorqanı, Astrabadı və digər yerləri müdafiə etmişdi. Allahyar xan Qılıncçı 1796-cı ildə Ağaməhəmməd şah Qovanlı-Qacara qarşı vuruşmuşdu. == Ədəbiyyat == Əzüdüddövlə, Tarix-eʿAzodi, 2nd ed., ed.
Amerika qılquyruğu
Amerika qılquyruğu (lat. Melanitta americana) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qılquyruq cinsinə aid heyvan növü.
Azərbaycan Qılıncoynatma Federasiyası
Azərbaycan Qılıncoynatma Federasiyası — Azərbaycanda qılıncoynatmaya nəzarət edən rəsmi qurum. Mənzil-qərargahı Bakı şəhərində yerləşir. Prezidenti Mikayıl Cabbarovdur. == Tarixi == Azərbaycan Qılıncoynatma Federasiyası 1992-ci ildə Bakı şəhərində yaradılmışdır. Həmin ilin may ayında AQF Beynəlxalq Qılıncoynatma Federasiyasına (IFF) üzv seçilib. == Prezidentləri == Nazim İbrahimov – 2007–2017 illər arasında; Mikayıl Cabbarov – 20.09.2017-ci ildən.
Aşağı Qılıncbağ
Aşağı Qılıçbağ (əvvəlki adı: Nerkin Qılıçbağ) — Azərbaycan Respublikasının Xocalı rayonunun Xanabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Nerkin Qılıçbağ kəndi Aşağı Qılıçbağ kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Aşağı Qılıçbağ kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == XIX əsrin 20-ci illərində İrandan köçüb gəlmış erməni ailələri məskunlaşdıqdan sonra kəndi Nerkin (erm. "Aşağı") Qılınçbağ adlandırmışdılar. 1992-ci ildə kəndin əvvəlki adı bərpa edilmişdir.Kənd 1826-1828-ci illərdə Rusiya-İran müharibəsində iştirak etmiş general Madatovun Şirvandan Qarabağa köçürdüyü Qılınclı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. 1829-cu ildə İrandan köçürülmüş ermənilər yerləşdikdən sonra Nerkin Qılıcbaq adlanmışdır. Mənşəcə qıpcaqların Kilic tayfasına mənsubdur. Rus salnamələrində bu tayfa ilk dəfə 1223-cü ildə Şimali Qafqazda Kalka çayı üzərində monqollarla qıpçaqların döyüşü münasibətilə cəkilir.
Aşağı Qılıçbağ
Aşağı Qılıçbağ (əvvəlki adı: Nerkin Qılıçbağ) — Azərbaycan Respublikasının Xocalı rayonunun Xanabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Nerkin Qılıçbağ kəndi Aşağı Qılıçbağ kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Aşağı Qılıçbağ kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == XIX əsrin 20-ci illərində İrandan köçüb gəlmış erməni ailələri məskunlaşdıqdan sonra kəndi Nerkin (erm. "Aşağı") Qılınçbağ adlandırmışdılar. 1992-ci ildə kəndin əvvəlki adı bərpa edilmişdir.Kənd 1826-1828-ci illərdə Rusiya-İran müharibəsində iştirak etmiş general Madatovun Şirvandan Qarabağa köçürdüyü Qılınclı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. 1829-cu ildə İrandan köçürülmüş ermənilər yerləşdikdən sonra Nerkin Qılıcbaq adlanmışdır. Mənşəcə qıpcaqların Kilic tayfasına mənsubdur. Rus salnamələrində bu tayfa ilk dəfə 1223-cü ildə Şimali Qafqazda Kalka çayı üzərində monqollarla qıpçaqların döyüşü münasibətilə cəkilir.
Birinci Qılıcyataq
Birinci Qılıcyataq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km məsafədə yerləşir. Kəndin digər adı Türk Qılıncyatağı (Qılıncyataq türk) olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən birinci sözü ilə Azərbaycan dilində «hündür bir yerin təpəsi», «dikdir, yolun başı» mənasında işlənən qılıc sözünün «payızda, qışda qoyun-quzu, mal-qara saxlanılan yer» mənasında işlənən yataq sözünə qoşulması ilə əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Suser qoyulmuşdur.
Damokl Qılıncı
Damokl qılıncı (lat. Damoclis gladius) — qədim yunan mifologiyasının bu günə qədər gəlmiş ibarə xarakterli əfsanələrindən biri. Tavromeniyalı Timeyin (e.ə. 356 — e.ə. 260) itirilmiş sayılan Siciliya tarixinə dair kitabında qeyd edilir. "Damokl qılıncı" ifadəsi bu gün "təhdid", "təhlükə" mənasında da istifadə olunur. Qədim yunan əfsanəsinə görə, e.ə. IV əsrdə Sirakuza hökmdarı kral Dionisi idi. O, sadə bir ailədə böyüməsinə baxmayaraq cəsarəti və hiyləgərliyi ilə məşhur idi. Kartaca ilə apardığı döyüşlərdən sonra Sirakuza o dövrün ən güclü dövlətlərindən birinə çevrilmişdi.
Dağ Qılıçlı
Dalqılınclı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Dalqılınclı kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Tarixi == Dağ Qılıçlı Kəlbəcər rayonunda kənd. Dikyurd yaylasının ətəyindədir. Oykonimin birinci komponenti (dağ) kəndin yerləşdiyi coğrafi movqeyi bildirir, ikinci komponent isə etnotoponimdir. "Dağlıq ərazidə, dağ ətəyində olan Qılıçlı kəndi" mənasındadır.
Elxan Məmmədov (qılıncoynadan)
Elxan Məmmədov (1 avqust 1969) — Azərbaycanı təmsil edən qılıncoynadan. == Karyerası == Elxan Məmmədov Azərbaycanı 1996-cı ildə Birləşmiş Ştatların Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil elədi. Elxan Məmmədov 1/16 final mərhələsində Ukrayna nümayəndəsi Vladimir Kalyujni ilə üz-üzə gəldi. Həmin görüşdə Elxan Məmmədov rəqibinə 5:15 hesabı ilə məğlub oldu və Atlanta Olimpiadasını 40-cı pillədə başa vurdu.
Hüceyrə qılafı
Hüceyrə qılafı – meyvə və tərəvəzin toxumalarının hüceyrələrini əhatə edir. Qılaf protoplastın fəaliyyəti nəticəsində onun xaricində əmələ gəlir və protoplazmanın ayrılmaz bir hissəsinə çevrilir. Qılaf hüceyrəyə mexaniki möhkəmlik verir və protoplazmanı xarici təsirlərdən qoruyur. Əsasən sellüloza, hemisellüloza və protopektindən təşkil edilmiş hüceyrə qılafı bir neçə təbəqədən ibarətdir. Belə qılafın keçiriciliyi yaxşıdır, belə ki, o, xarici məhlulları hüceyrəyə yaxşı çəkir ki, buradan da molekullar və ionlar qılafdan sitoplazmanın səthinə asan keçə bilir. Adətən yetişmiş bitki hüceyrəsində birinci və ikinci qılaf ayırd edilir. Birinci qılaf cavan hüceyrələrin hüceyrə divarını yaradır, tərkibində çoxlu su olur, lakin hüceyrə böyüdükcə hüceyrə daxilində yeni qatlar əmələ gəlir, qalınlaşır və sellüloza ilə zəngin olan ikinci qılaf yaranır. Getdikcə qalınlaşan qılaf üzərində üçüncü qılafın qatları əmələ gəlir. Yaranan qatlar üzərində iki qonşu hüceyrə arasında maddələr mübadiləsinin gedişini təmin edən məsamələr əmələ gəlir. Qılafın üzərində əmələ gələn məsamələr quruluşca 2 cür olur: sadə və haşiyəli məsamələr.
III Qılınc Arslan
III Qılınc Arslan (XII əsr – XIII əsr) — III Qılınc Arslanın yaşı çox az olduğundan türkmən bəyləri taxta I Keyxosrovu dəvət etdilər.
II Qılınc Arslan
II Qılınc Arslan (osm. قلج أرسلان‎ — Kılıc Arslân, türk. Kılıç Arslan) tam adı — İzzəddünya və din Qılınc Arslan ibn Məsud 1155–1192) — Rum sultanlığının sultanı. == Həyatı == İkinci Sultan İzzəddin Qılınc Aslan, 1116-cı ildə Konyada dünyaya gəldi. Türkiyənin dördüncü hökmdarı olan Rum sultanlığı sultanı I Məsudun oğludur. Atasının taxta çıxdığı gün dünyaya gəldi və onun 39 illik səltənəti dövründə tək varis olaraq qaldı və atası öldükdən sonra isə sultan oldu. Qılınc Aslan İsfahan sarayında Sultan Məlikşahın himayəsində çox yaxşı təhsil görmüşdü. Kiçik yaşlarından etibarən döyüş meydanlarında olmuş, savaş sənətində təcrübə qazanmışdı. II Qılınc Aslan haqqında məlumata keçməzdən əvvəl bir qədər onun yaşadığı dövrə qədərki hadisələr haqqında sizlərə qısa məlumat vermək istərdik. Rum sultanlığı səlcuqların Anadoluda qurduğu dövlətdir.
I Qılınc Arslan
I Qılınc Arslan — Rum Səlcuqlu dövlətinin sultanı. == Həyatı == Rum Səlcuqlu dövlətinin qurucusu Süleyman Şahın oğludur. Urfalı Mateos onun 1085-ci ildə dünyaya gəldiyini qeyd edir . Ancaq 1107-ci də vəfat etdiyində on bir yaşında bir uşağı olduğu diqqətə alınaraq daha öncəki bir tarixdə doğulduğu söylənə bilər. Adı Bizans qaynaqlarında Klitziasthlas , Latın xronikalarında atasının adıyla (Soliman) zikr edilir . Qaynaqlarda Qılıcarslana dair ilk bilgi, atası Süleyman Şahın 1084-cü ildə Antakiya səfəri sırasında onun yanında olduğudur. Atasının iyun 1086-cı ildə Tutuş ilə apardığı savaşda ölümündən sonra Qılıcarslan, vəzir Həsən ibn Tahirin himayəsi altında Antakiyada qaldı. 1087-ci ilin baharında Antakiyaya gələn Sultan Məlikşah tərəfindən İsfahana göndərilərək göz dustaqlığında tutuldu.Sultan Məlikşahın 1092-ci ildə vəfatı üzərinə qardaşı Kulanarslan ilə birlikdə Sultan Börkiyaruqun izniylə İsfahandan Anadoluya dönmək üçün yola çıxan Qılıcarslan, qədimdən atası Süleyman Şaha tabe olan Orta Anadoludan böyükcə bir qüvvə toplayaraq hicri 485-ci ilin sonlarında (1092 sonları, 1093 başları) İznikə gəldi. Bu sırada İznikdə idarəni əlində tutan Əbülqazinin iqtidarı ona təslim etməsiylə də Rum Səlcuqlu taxtına çıxdı. Atasının ölümünün ardından sərkərdələri ona təslim edilmiş olan şəhərlərdə müstəqil hərəkət etməyə başlamışdılar, bu üzdən dövlətin birliyi dağılmışdı.
Kamal Qılıncdaroğlu
Kamal Kılıçdaroğlu (türk. Kemal Kılıçdaroğlu; 17 dekabr 1948, Nazimiyə[d], Türkiyə) — Türk siyasətçi və keçmiş dövlət məmuru. Cümhuriyyət Xalq Partiyasının sədri və Türkiyə Ana Müxalifət lideri (2010-cu ildən). Türkiyə Böyük Millət Məclisinin 22, 23, 24, 25, 26 və 27-ci çağırış millət vəkili, Türkiyədə prezidentliyə sabiq namizəd (2023). == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1971-ci ildə əmək fəaliyyətinə Türkiyə Maliyyə Nazirliyində mühasib köməkçisi kimi başlamışdır. 1983-cü ildə Gəlirlər Baş İdarəsinə şöbə müdiri təyin edilmiş, burada idarə rəisinin müavini vəzifəsinə qədər yüksəlmişdir. Daha sonra sosial sığorta sahəsində işləmiş, Hacəttəpə Universitetində müəllim, İş Bankında idarə heyətinin üzvü olmuşdur. === Siyasi fəaliyyəti === 1999-cu ildən başlayaraq bir müddət Demokratik Sol Partiya ilə əməkdaşlıq etmişdir. 2002 və 2007-ci illərdə İstanbuldan Cümhuriyyət Xalq Partiyası siyahısı ilə Türkiyə Böyük Millət Məclisinin millət vəkili seçilir. 2007-ci ildən o, həmçinin Türkiyə Böyük Millət Məclisində Dəniz Baykalla birlikdə CXP fraksiyasının həmsədri olmuş və bu vəzifəni 17 may 2010-cu il tarixinə qədər icra etmişdir.
Kusanaqi (qılınc)
Kusanaqi (草薙) – Yaponiya miflərində əfsanəvi qılınc. Hərfi tərcümədə "ot biçən" deməkdir. Kusanaqi Yaponiya imperatorluq ailəsinə məxsusdur və inanca görə Şintoizm tanrısı Susano tərəfindən hədiyyə edilib. Şintoizm miflərində və əfsanələrində Kusanaqi çox böyük gücə malik bir qılıncdır. Ondan istifadə edən döyüşçü sadəcə bir əli ilə bütöv ordunu məhv edə bilər. == Əfsanələr == === Susano tərəfindən tapılması === Bir versiyaya görə qılınc Susanoya Amaterasu tərəfindən verilib. Digər bir versiyaya görə isə o, qılıncı Koşi adı nəhəng səkkizbaşlı ilanın quyruğunda tapıb. Əfsanəyə görə Susano gözəl bir qıza vurulur, lakin qızın yeddi bacısının ilan tərəfindən öldürüldüyünü və bu qızın da dalınca gələcəyini öyrənir. Susano qızı qorumaq üçün onu darağa çevirib saçına taxır. İlanla qarşılaşanda onu şərabla aldadaraq yatızdırır və onu öldürür.
Misri qılınc
Qılınc ― metal tildən və dəstəkdən ibarət, uzun və pazformalı kəsici tilə malik soyuq silah. Qılıncın tili xəncərə nisbətən uzundur. Buna baxmayaraq bu növdən olan silahların xəncər və qılınca bölünməsi şərtidir. Qılınclar forma və ölçülərinə görə müxtəlif olurlar. İlk dəfə olaraq bürünc qılıncların istifadəsi, kəsici tilləri daha uzun şəkildə hazırlamaq imkanı yarandığı dövrə, ikinci minilliyin əvvəlinə aid edilir. Dəmir qılınclar isə b.e.ə. 1300-cü ilə təsadüf edir.[mənbə göstərin]Zaman keçdikcə ağırlaşan zirehli döyüş paltarları silahların da inkişafını tələb eidrdi. Beləki, qılınc da qalın zirehə malik olan paltarı deşməyə qadir olmalı idi. Metal qoruyucu paltarların geniş yayılmaıs sonralar dəbliqələrin istifadəsini məhdudlaşdırır və döyüş zamanı sol əlin sərbəst olmasına imkan verir. İlk zamanlarda düzəldilən qısa qılınclar (0,8–1 m) sonralar uzn formada hazırlanırlar.
Mount & Blade: Odla və qılıncla
Mount & Blade: Odla və qılıncla (İngilis dili ndə: Mount & Blade: With Fire & Sword) orta əsrlər mövzusuna aid bir rol oynamalı videooyundur. TaleWorldsun icazəsi ilə Sich Studio adlı bir rus şirkəti tərəfindən hazırlanmış oyun, 2008-ci ildə buraxılmış oyun Mount & Blade üçün müstəqil bir genişləndirmə paketidir. Paradox Interactive tərəfindən dünyada 3 may 2011-ci ildən istifadəyə verilmişdir. XVII əsr Avropasında baş verən hekayədə bəzi personajlar Nobel mükafatı laureatlı müəllif Henrik Senkeviçin Odla və qılıncla adlı kitabından götürülmüşdür. == Məzmunu == Hadisələr XVII əsr Avropasında baş verir. Xəritə Qara dənizdən Skandinaviyaya qədər uzanır. Oyunda olan xəritədəki şəhərlər əsl memarlıq formasında miqyasları kiçildilmişdir. Şəhərlər kifayət qədər böyükdür. Binalar və onların daxili strukturları çox xırda detallarına qədər göstərilmişdir. Şəhərlərdə yeraltı zirzəmilər/tunellər mövcuddur.
Nadir şahın qılıncı
Nadir şahın qılıncı — Əfşar imperiyasının hökmdarı Nadir şah Əfşarın (1736-1747) istifadə etdiyi qılınc. == Haqqında == İranın Tehran şəhərində yerləşir. Nadir şahın qətlə yetirilməsindən təxminən 50 il sonra şahlıq etməyə başlayan Fətəli şah Qacar dövründə üzərinə yazılar yazılmış və bəzədilmişdir. Qılıncın qını briliantlarla bəzədilmişdir. Müasir tarixçi Maykl Eksvorti bildirir ki, "Nadir bir neçə dəfə özünü təsvir etmək üçün qılınc təsvirindən yararlanmışdır".Fətəli şahın heç bir rəsmində qılınc görünməyir. Lakin Gülüstan sarayının Mərmər otağının divarında Fətəli şahın varisi Məhəmməd şah Qacarın at üstündə olarkən qılıncı taxtığını əks etdirən rəsm əsəri vardır.Qılıncın və qınının arxa tərəfində bir neçə misra ilə birlikdə qəbzənin üstündə şahın və onun iki oğlunun şəkli əks olunub. == Həmçinin bax == Nadirin yürüşləri == İstinadlar == == Mənbə == Maykl Eksvorti. The Sword of Persia: Nader Shah, from tribal warrior to conquering tyrant/ Figure 1. I. B. Tauris. 2009.
Nerkin Qılıçbağ
Aşağı Qılıçbağ (əvvəlki adı: Nerkin Qılıçbağ) — Azərbaycan Respublikasının Xocalı rayonunun Xanabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Nerkin Qılıçbağ kəndi Aşağı Qılıçbağ kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Aşağı Qılıçbağ kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == XIX əsrin 20-ci illərində İrandan köçüb gəlmış erməni ailələri məskunlaşdıqdan sonra kəndi Nerkin (erm. "Aşağı") Qılınçbağ adlandırmışdılar. 1992-ci ildə kəndin əvvəlki adı bərpa edilmişdir.Kənd 1826-1828-ci illərdə Rusiya-İran müharibəsində iştirak etmiş general Madatovun Şirvandan Qarabağa köçürdüyü Qılınclı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. 1829-cu ildə İrandan köçürülmüş ermənilər yerləşdikdən sonra Nerkin Qılıcbaq adlanmışdır. Mənşəcə qıpcaqların Kilic tayfasına mənsubdur. Rus salnamələrində bu tayfa ilk dəfə 1223-cü ildə Şimali Qafqazda Kalka çayı üzərində monqollarla qıpçaqların döyüşü münasibətilə cəkilir.
Osman qılıncı
Osman qılıncı — (digər adı Taklide-Seif və ya Qılınc Alayı), Osmanlı İmperiyasının sultanlarının taxta çıxma mərasimi zamanı istifadə edilən mühüm dövlət qılıncı. Qılınca Osmanlı İmperatorluğunun qurucusu Osman Qazinin adı verilmişdir. Tətbiqi ilk olaraq Osman Qazinin qayınatası Şeyx Edebalinin Osman Qaziyə qılınc bağışlaması ilə başladı. Bu qılıncın istifadəsi padşahın taxta çıxmasından 2 həftə içərisində edilməsi məcburi idi. Bunun üçün İstanbulda Körfəz üzərindəki Əyyub məzar külliyyəsində keçirilib. Yeni padşah Topqapı Sarayından Səltənət Qayığına minərək Körfəzdən Əyyuba gəldi. Əyyub qəbiristanlığı, Səhabə Əbu Əyyub el-ensarinin VII əsrdəki İstanbulun ilk Müsəlman mühasirəsi zamanı şəhid olması səbəbiylə Fatih Sultan Mehmet tərəfindən tikdirilmişdir. Bu mərasim çox rəmzidi: Əvvəlcə yeni padşahın qılınca əl ataraq bir döyüşçü olduğunu göstərməsi baxımından vacib idi. Konyadan bir mövləvi dərviş bu qılıncın taxılma prosesində iştirak edirdi. XIX əsrin sonlarına qədər Müsəlman olmayan nümayəndələrin Əyyub Məscidindəki mərasimi izləməsi qadağan idi.
Qara qılquyruq
Qara qılquyruq (lat. Melanitta nigra) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qılquyruq cinsinə aid heyvan növü.
Qıla iyesi
Qılburun dili
Qılburun dili — Qılburun yarımadasının şimal-qərbində qumdan ibarət dil. Dnepro-Buq liman ilə Qara dənizi arasında yerləşir. Ukraynada bəzən bütün yarımadaya Qılburun dili deyilir. == Qılburun qəsri == XV əsrdə türklər tərəfindən dilin qutaracağında eyni adlı qala tililir. 1787-ci ildə Aleksandr Suvorovun rəhbərlik etdiyi ordu türk desantçılarınl məğlub etmişdir. Krım müharibəsi zamanı isə fransız və ingilis donanması qalanı darmadağın etmişdir.
Qıllı zəli
Acanthobdella peledina (lat. Acanthobdella peledina) — acanthobdella cinsinə aid heyvan növü.

Digər lüğətlərdə

ёжиком изма́чиваться либера́льно прекло́нность протеи́н сингале́зский взмета́ть горлови́к инструментова́ться неплодоно́сный палеопатологи́ческий призрева́ть умыва́льня baudrons camera-eye emigrant horn-eyed lathi phoneticist swim mask visionless заполниться наследник принестись пыхтеть