QILLI

sif.
1. Üzərində qıllar olan, sərt tüklü, tük gətirmiş, bədənini çox tük basmış. Qıllı qaban.
– Hətta Dəmir adlı qıllı boz köpək də … gözlərini tütəkdən ayırmaz və ara-sıra həzin bir səslə zingildərdi. A.Şaiq.
Əsgər qarıdan aralandı və dərəyə endi.
Qapıda yatan boz qıllı itlər yerindən dik atılıb Əsgərə cumdular. S.Rəhimov.

// Kobud qoyun dərisindən tikilmiş. Sazaqlı bir sabah idi, yel adamı kəsirdi.
Qamış və kolluqlar arxasından qıllı papaqlar görünməyə başladı. Çəmənzəminli.

2. məc. köhn. Qanmaz, kobud, qanacaqsız mənasında.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QILLI qıllı bax tüklü
  • QILLI kobud — qaba
  • QILLI tüklü
QILLANMAQ
QILLICA
OBASTAN VİKİ
Qıllı zəli
Acanthobdella peledina (lat. Acanthobdella peledina) — acanthobdella cinsinə aid heyvan növü.
Qıllı zəlilər
Qıllı zəlilər (lat. Acanyhobdellıda) — Zəli sinfinə aid dəstə == Haqqında == Bu dəstənin Acanyhobdellıda fəsiləsindən olan ancaq bir nümayəndəsi var Qıllı zəli (Acanthobdella peledina) növünün bədəni 30 buğumdan ibarət olub, ön sormacı yoxdur. Bədənin ön tərəfindəki 5 buğum hər tərəfdən iki cüt qıllara malikdir. Qıllı zəli pirimitiv quruluşlu qədim forma olub, ikinci bədən boşluğuna və qan-damar sisteminə malikdir. Bu növ Fillandiya göllərində, Oneqa göllərində, Yenisey çayında və Kola yarımadasında müxtəlif su hövzələrində rast gəlinir. Qıllı zəlilər qızılbalıqlarda parazitlik edirlər. == Mənbə == B.İ.Ağayev, Z.A.Zeynalova. Onurğasızlar zoologiyası.

Digər lüğətlərdə

бутафо́рия в сбо́ре ветроло́мный вы́гатить жестколи́ственный межсосло́вный по-иждиве́нчески тро́е трудолю́бец демоноло́гия засусо́ливанье ма́ленький махово́й отпасти́сь склади́ровать упражня́ться э-ге-ге́ caryatides raki ruling machine synallagmatic выстрелить засекреченный клятвенный свастика