QILINC

Mənası “əyri” deməkdir, görünür, qıyıq (qıyıq “ucu əyri iynə növü”dür) kəlməsi ilə qohumdur. Qılınc əyri olmasa, kəsməz deyimi də var. Qılınc paçaq ifadəsi mənbələrdə “əyri qıç” kimi izah olunub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

QILIM
QILQƏLƏM
OBASTAN VİKİ
Qılınc
Qılınc ― metal tildən və dəstəkdən ibarət, uzun və pazformalı kəsici tilə malik soyuq silah. Qılıncın tili xəncərə nisbətən uzundur. Buna baxmayaraq bu növdən olan silahların xəncər və qılınca bölünməsi şərtidir. Qılınclar forma və ölçülərinə görə müxtəlif olurlar. İlk dəfə olaraq bürünc qılıncların istifadəsi, kəsici tilləri daha uzun şəkildə hazırlamaq imkanı yarandığı dövrə, ikinci minilliyin əvvəlinə aid edilir. Dəmir qılınclar isə b.e.ə. 1300-cü ilə təsadüf edir.[mənbə göstərin]Zaman keçdikcə ağırlaşan zirehli döyüş paltarları silahların da inkişafını tələb eidrdi. Beləki, qılınc da qalın zirehə malik olan paltarı deşməyə qadir olmalı idi. Metal qoruyucu paltarların geniş yayılmaıs sonralar dəbliqələrin istifadəsini məhdudlaşdırır və döyüş zamanı sol əlin sərbəst olmasına imkan verir. İlk zamanlarda düzəldilən qısa qılınclar (0,8–1 m) sonralar uzn formada hazırlanırlar.
Kusanaqi (qılınc)
Kusanaqi (草薙) – Yaponiya miflərində əfsanəvi qılınc. Hərfi tərcümədə "ot biçən" deməkdir. Kusanaqi Yaponiya imperatorluq ailəsinə məxsusdur və inanca görə Şintoizm tanrısı Susano tərəfindən hədiyyə edilib. Şintoizm miflərində və əfsanələrində Kusanaqi çox böyük gücə malik bir qılıncdır. Ondan istifadə edən döyüşçü sadəcə bir əli ilə bütöv ordunu məhv edə bilər. == Əfsanələr == === Susano tərəfindən tapılması === Bir versiyaya görə qılınc Susanoya Amaterasu tərəfindən verilib. Digər bir versiyaya görə isə o, qılıncı Koşi adı nəhəng səkkizbaşlı ilanın quyruğunda tapıb. Əfsanəyə görə Susano gözəl bir qıza vurulur, lakin qızın yeddi bacısının ilan tərəfindən öldürüldüyünü və bu qızın da dalınca gələcəyini öyrənir. Susano qızı qorumaq üçün onu darağa çevirib saçına taxır. İlanla qarşılaşanda onu şərabla aldadaraq yatızdırır və onu öldürür.
Misri qılınc
Qılınc ― metal tildən və dəstəkdən ibarət, uzun və pazformalı kəsici tilə malik soyuq silah. Qılıncın tili xəncərə nisbətən uzundur. Buna baxmayaraq bu növdən olan silahların xəncər və qılınca bölünməsi şərtidir. Qılınclar forma və ölçülərinə görə müxtəlif olurlar. İlk dəfə olaraq bürünc qılıncların istifadəsi, kəsici tilləri daha uzun şəkildə hazırlamaq imkanı yarandığı dövrə, ikinci minilliyin əvvəlinə aid edilir. Dəmir qılınclar isə b.e.ə. 1300-cü ilə təsadüf edir.[mənbə göstərin]Zaman keçdikcə ağırlaşan zirehli döyüş paltarları silahların da inkişafını tələb eidrdi. Beləki, qılınc da qalın zirehə malik olan paltarı deşməyə qadir olmalı idi. Metal qoruyucu paltarların geniş yayılmaıs sonralar dəbliqələrin istifadəsini məhdudlaşdırır və döyüş zamanı sol əlin sərbəst olmasına imkan verir. İlk zamanlarda düzəldilən qısa qılınclar (0,8–1 m) sonralar uzn formada hazırlanırlar.
III Qılınc Arslan
III Qılınc Arslan (XII əsr – XIII əsr) — III Qılınc Arslanın yaşı çox az olduğundan türkmən bəyləri taxta I Keyxosrovu dəvət etdilər.
II Qılınc Arslan
II Qılınc Arslan (osm. قلج أرسلان‎ — Kılıc Arslân, türk. Kılıç Arslan) tam adı — İzzəddünya və din Qılınc Arslan ibn Məsud 1155–1192) — Rum sultanlığının sultanı. == Həyatı == İkinci Sultan İzzəddin Qılınc Aslan, 1116-cı ildə Konyada dünyaya gəldi. Türkiyənin dördüncü hökmdarı olan Rum sultanlığı sultanı I Məsudun oğludur. Atasının taxta çıxdığı gün dünyaya gəldi və onun 39 illik səltənəti dövründə tək varis olaraq qaldı və atası öldükdən sonra isə sultan oldu. Qılınc Aslan İsfahan sarayında Sultan Məlikşahın himayəsində çox yaxşı təhsil görmüşdü. Kiçik yaşlarından etibarən döyüş meydanlarında olmuş, savaş sənətində təcrübə qazanmışdı. II Qılınc Aslan haqqında məlumata keçməzdən əvvəl bir qədər onun yaşadığı dövrə qədərki hadisələr haqqında sizlərə qısa məlumat vermək istərdik. Rum sultanlığı səlcuqların Anadoluda qurduğu dövlətdir.
I Qılınc Arslan
I Qılınc Arslan — Rum Səlcuqlu dövlətinin sultanı. == Həyatı == Rum Səlcuqlu dövlətinin qurucusu Süleyman Şahın oğludur. Urfalı Mateos onun 1085-ci ildə dünyaya gəldiyini qeyd edir . Ancaq 1107-ci də vəfat etdiyində on bir yaşında bir uşağı olduğu diqqətə alınaraq daha öncəki bir tarixdə doğulduğu söylənə bilər. Adı Bizans qaynaqlarında Klitziasthlas , Latın xronikalarında atasının adıyla (Soliman) zikr edilir . Qaynaqlarda Qılıcarslana dair ilk bilgi, atası Süleyman Şahın 1084-cü ildə Antakiya səfəri sırasında onun yanında olduğudur. Atasının iyun 1086-cı ildə Tutuş ilə apardığı savaşda ölümündən sonra Qılıcarslan, vəzir Həsən ibn Tahirin himayəsi altında Antakiyada qaldı. 1087-ci ilin baharında Antakiyaya gələn Sultan Məlikşah tərəfindən İsfahana göndərilərək göz dustaqlığında tutuldu.Sultan Məlikşahın 1092-ci ildə vəfatı üzərinə qardaşı Kulanarslan ilə birlikdə Sultan Börkiyaruqun izniylə İsfahandan Anadoluya dönmək üçün yola çıxan Qılıcarslan, qədimdən atası Süleyman Şaha tabe olan Orta Anadoludan böyükcə bir qüvvə toplayaraq hicri 485-ci ilin sonlarında (1092 sonları, 1093 başları) İznikə gəldi. Bu sırada İznikdə idarəni əlində tutan Əbülqazinin iqtidarı ona təslim etməsiylə də Rum Səlcuqlu taxtına çıxdı. Atasının ölümünün ardından sərkərdələri ona təslim edilmiş olan şəhərlərdə müstəqil hərəkət etməyə başlamışdılar, bu üzdən dövlətin birliyi dağılmışdı.
Qılınc Arslan Bayandur
Qılınc Arslan Bayandur — Qara Yuluq Osman bəyin qardaşı Əhməd bəyin oğlu, Ağqoyunluların Palu hakimi Qara Yuluq Osman ölümündən sonra başlamış Ağqoyunlular arasındakı ara müharibələrində taxt uğrunda mübarizə aparmağa başladı. Bu məqsədlə Qara İsgəndər ilə müttəfiqlik etdi. Qılınc Arslan Qaraqoyunlu dəstəyi ilə Harputu ələ keçirməyi bacardı. O Məmlüklər və Osmanlılar ilə də müttəfiqlik qursa da Ağqoyunlu taxtını ələ keçirmək səyləri uğursuzluqla nəticələndi. 1453-cü ildə hakimiyyətə gələn Uzun Həsən Qılıç Arslanı məğlub etdi və müstəqil hakimiyyətinə son qoydu.
Qılınc Əli Paşa
Qılınc Əli Paşa (1500 – 1587) — Bir çox dəniz döyüşlərində qələbə çalmış, ölkələr tutmuş böyük türk admiralı. == Həyatı == Qılınc Əli Paşa 27 iyun 1587-ci ildə İstanbulda vəfat etmişdir. Topxanə məscidinin yanında dəfn edilmişdir. == Mənbə == 100 böyük türk. (Azərbaycan dilinə tərcümə edəni Sabir Adil. Redaktoru: Məlik Allahverdiyev), Bakı, 1991. səh.24.
Qılınc və qələm (roman)
"Qılınc və qələm" — Məmməd Səid Ordubadinin tarixi romanı Yazıçının tarixi romanlarından sonuncusu olan "Qılınc və qələm"də böyük Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvinin yaşadığı dövrün geniş, hərtərəfli mənzərəsi yaradılmışdır. Tarixi sənədliliklə bədii təxəyyülün ustalıqla əlaqələndirildiyi romanda iki qəhrəmana daha geniş yer verilmişdir. Bunlardan biri Nizami, digəri isə Fəxrəddindir. Kitabda Nizaminin fikri-bədii təkamülündə rol oynayan şəxsiyyətlərin bədii surətləri də diqqəti cəlb edir. == Mövzu == Dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı ətrafında Ordubadi böyük tədqiqat aparmış, çox qiymətli əsərlər yazmışdır. Hələ 1925-ci ildə "Maarif işçisi" məcmuəsinin 8-ci nömrəsində dərc etdirdiyi "Fars ədəbiyyatında Nizami" məqaləsində Nizaminin yaşadığı mühitdən və şairin əsərlərindən bəhs edən Ordubadi, sonralar Nizaminin 800 illik yubileyinin keçirilməsində olduqca fəal və böyük səy ilə çalışaraq bu sahədəki tədqiqatını daha da genişləndirmişdir. 1939-cu ildən başlayaraq,onun müxtəlif qəzet və jurnallarda,eyni zamanda yubiley münasibətilə buraxılan "Nizami" almanaxlarında "Nizaminin dövrü və həyatı"(məqalələr silsiləsi,1939),"Böyük şairin yaşadığı mühit"(1947), "Nizami dövründə ədəbiyyat" (1947),"XII əsrdə Azərbaycan ədəbiyyatı və onun klassik Şərq ədəbiyyatına təsiri" (1943) və sair kimi dəyərli elmi məqalələri çap olunmuşdur.Bunlardan əlavə,"Nizami" (1939) adlı opera mətnini və "Qılınc və qələm" romanını da yubiley münasibətilə yazmışdır. 1941-ci ildə romandan "Bahar" adı ilə bir parça "Revolyusiya və kultura" jurnalında dərc olnumuş,bundan sonra ayrı-ayrı parçalar çap edilmişdir. Bütövlükdə-"Qılınc və qələm" romanı Azərnəşr tərəfindən ilk dəfə 1946-cı ildə (I kitab) və 1948-ci ildə (II kitab) çapdan çıxarılmışdır. Oxucuların böyük rəğbət və məhəbbətini qazanan roman ilk çapından sonra dəfələrlə nəşr edilmişdir.
Zülfüqar (qılınc)
Zülfüqar (ər:ذوالفقار) Əli bin Əbu Talibin qılıncı == Ad, apelyasiya və görünüşü == Zülfüqar ərəb sözü olub "fəqərələr sahibi" mənasını ifadə edir. Fəqərə özü onurğa mənasındadır. Bu adın qılınca onun arxasında nahamar və hamar cızıqların olduğu üçün verildiyi nəql olunur.Çoxlu belə düşünülür ki zülfüqarın iki baş və bleydi varmış, amma Deyxudanın dediyinə görə "bu fikir əsas qılınc deyil." fəqət İbni Şəhr Aşub Mənaqib kitabında zülfüqarı iki başlı zikr edib.Bəzi mənbələrdə, bu qılınc kiçik dekorativ bezellər uzun və dar çuxurlarla dəstədən qılıncın ucuna qədər çəkilən iki bleydli qılınc kimi tanıdılıb. habelə İmam Sadiqdən gələn bir hədisə görə qılınca zülfüqar adı verilməsinin nədəni onun Onurğaya oxşamağındandır. Biharül Ənvarda Gələn İmam Baqirdən nəql olunan bir başqa hədisdə belə deyilir:"Niyə ki Əli Zülfüqar qılıncı ilə heç kimə vurmadı məgər bu ki onu bu dünyada ev-uşaqından və axirətdə cənnətdən uzaq salmışdır." == Zülfüqarın Əli bin Əbu Talibə çatması == Zülfüqarın Əliyə necə yetişməsinə görə müxtəlif nəzər və baxışlar var. Əli ər-Rzadan nəql olunan bir hədisə görə Cəbrayıl Zülfüqarı özü ilə göydən gətirmişdir. Məhəmməd Baqir Məclisi Mənaqibdən (ərəb. محمد باقر المجلسي‎) nəql edir ki, Hədid surəsinin 25-ci ayəsində bu hadisəyə işarə olunur. Bu barədə Biharül-ənvarda nəql olunan başqa bir hədisdə qeyd olunur ki, Zülfüqar Bəlqisin Süleyman peyğəmbərə verdiyi hədiyələrdən biridir ki, Əlinin əlinə yetişib.Ən məşhur nəqllərdən ki Dehxuda və Moin sözlüklərində gəlmişdir zülfüqar Mənbə ibni Əlhəccac"ərəb. منبه ابن الحجاج‎" və ya As ibni Mənbənin"ərəb.
Əli Qılınc
Əli Qılınc, əsl adı Süleyman Asəf Əmrullah ya da daha çox bilinən adı ilə Qılınc Əli (8 fevral 1890, Konstantinopol – 14 iyul 1971, İstanbul), türk hərbçi və siyasətçi. == Hərbi kariyerası == 3 mart 1906-cı il tarixində İstanbul Gedikli Kiçik Zabitlər Məktəbini bitirdikdən sonra, göstərdiyi üstün xidmətlərinə görə mayor rütbəsi almışdır. I Dünya Müharibəsinə qatılmış, Çanaqqala döyüşlərində yaralanmışdır. Qafqaz İslam Ordusunda Nuru paşanın yavərliyini etmişdir. == Qafqaz İslam Ordusunda == Qafqaz İslam Ordusu yaradıldığı zaman Ənvər paşanın qardaşı Nuru paşa onun komandanı təyin edildi. Bu ordunun tapşırığı Qafqazda türk təsirini daha da artırmaq idi. Əli Qılınc Nuru paşanın yavəri kimi Qafqaz İslam Ordusunun bütün hərəkatlarında iştirak etmişdir. Bakının azad edilməsindəki xidmətlərinə görə təltif edilmişdir. == Türkiyə İstiqlaliyyət müharibəsində == Mudros barışığına görə Osmanlı qoşunları Azərbaycan Xalq Cümhuriyyətini tərk etməyə məcbur edildikdən sonra Anadoluya geri dönmüş və Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak etmişdir.28 oktyabr 1919-cu ildə Mustafa Kamal Paşa tərəfindən Maraş, Antep ətraflarında Qüvvə-i Millini qurmaq tapşırıldı. Bu bölgəyə gedərkən Mustafa Kamal Paşanın təklifi ilə, sonradan öz adı kimi istifadə edəcəyi kod adı Qılınc Əli adından istifadfə etdi.
Sıyrılmış qılınc (roman)
Sıyrılmış qılınc — Cəlal Bərgüşadın Babək Xürrəmidən bəhs edən, ilk dəfə 1981-ci ildə Bakıda nəşr edilmiş tarixi romanı. == Məzmun == Calal Bərgüşadın "Sıyrılmış qılınc" tarixi romanı məşhur xalq sərkərdəsi Babək Xürrəminin ölməz həyatına həsr edilmişdir. Romanda Babəkin azadlıq və istiqlaliyyət uğrunda xilafətə qarşı apardığı bir sıra şanlı döyüşlər, o dövrün tarixi xronologiyası təsvir olunur. == Nəşr və tərcümə == Əsər ilk dəfə Bakıda Kiril qrafikalı Azərbaycan əlifbası ilə 1981-ci ildə, Gənclik nəşriyyatında 375, latın qrafikalı Azərbaycan əlifbası ilə isə 2017-ci ildə Bakı Kitab Klubunda 436 səhifədə nəşr edilib.Roman azərbaycanlı tarixçi Zülfiyyə Vəliyeva tərəfindən türk dilinə tərcümə edilib, "Sıyrılmış Kılıç Babek" adı ilə 17 oktyabr 2005-ci ildə Ankarada "Yurt Kitap-Yayın"da 472 səhifədə nəşr edilib. == Tədqiq və tənqidi == Azərbaycanlı filoloq Nigar Göyçayskaya 2005-ci ildə “Ərəb və azərbaycan nəsrində Babək və xürrəmilər obrazı (Circi Zeydanın “Fərqanə gəlini” və Cəlal Bərgüşadın “Sıyrılmış qılınc” romanları əsasında)” mövzusunda olan namizədlik dissertasiyasının müdafiə edib.Asif Ata "Babəkliyimiz: Xəlifət boşluğu" məqaləsində Cəlal Bərgüşadın "Sıyrılmış qılınc" romanı barədə belə qeyd edir: «Sıyrılmış qılınc» romanının müəllifi tarixə daxili göz ilə baxa bilmir, hadisələri nəql eləyir, mahiyyətə varmır, mütəfəkkirlikdən uzaqdır, bu səbəbdən də Xəlifəlik bilinir – dərk olunmur... «Sıyrılmış qılınc»da Babəkin ayrı-ayrı nişanələri görünürsə də, bütöv Babək görünmür; dahilik, qeyri-adilik, bənzərsizlik dərk olunmur, açılmır, idraki, ilahi Qəhrəmanlıq İntiqamçılıq kimi qiymətləndirilir, Babək kiçilir... Babək romanda Qisas andıyla tarixi səhnəyə atılır; «Sıyrılmış qılınc» əsərdə ən çox intiqam rəmzi kimi canlanır, əslində isə o, azadlıq rəmzi kimi canlanmalıydı... == İstinadlar == == Xarici keçidlər == Google Books-da — Siyrilmiş qilinc: tarixi roman Goodreadsdə Sıyrılmış qılınc "Sıyrılmış qılınc" ( (az.)). bbclub.az. 2019-11-03 tarixində arxivləşdirilib.
Yaponiya Qılınc Muzeyi
Yaponiya Qılınc Muzeyi (刀剣博物館, Tōken Hakubutsukan) – Yaponiyanın Tokio şəhərində yerləşən, Yaponiya qılınc sənətinə həsr olunmuş kiçik muzey. Muzey Yaponiya Qılınc Sənətlərinin Mühafizəsi Cəmiyyəti tərəfindən idarə olunur. Muzey 1978-2017-ci illərdə Tokionun Şibuya rayonunda yerləşsə də, 2018-ci ildə Sumida rayonundakı yeni binaya köçmüşdür.Muzeydə 150-dən çox əşya sərgilənir. Kolleksiyaya qılınclar (əsasən katana), tosoqular (qın), yoroylar (zireh), eləcə də, metalişləmə ilə bağlı sənədlər daxildir. == Qalereya == == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Yaponiya Qılınc Muzeyi ilə əlaqəli mediafayllar var.
Vahdettinin qılınc alayı
Vаhdеttinin qılınc аlаyı — 1915-ci ildə istehsal olunmuş Osmanlı sənədli filmi. == Filmin heyəti == Filmi Osmanlı zabiti — ilk türk rejissoru Fuat Uzkınay çəkmişdir.
Seyid Əli Mir Qılınc
Seyid Əli Möhsun oğlu (ərəb. علی‌بن‌محسن, میرقلنج)‎ Mir Qılınca məşhur olan, Mərənd mahalında yerləşən Yekan Kəhriz kəndinin Səfəvilər dövründə yaşamış, orada Mir Qılınc Baba adlı türbənin sahibi seyid. == Soy və yaşayış == Mir Qılınc Seyid Həsən Babanın soyundadndır və Mərəndin Yekan Kəhriz kəndində dəfn olunmuşdur Mir Qılınc o, kəndin seyidlər və əşraflarındanidi və orada məşhur türbəsi vardır. Seyid Əlinin yaşamına görə indiyədək sənədli və mötəbər mənbələrdə heç bir söz tapılmayıb. Amma camaat içində onu Mir Qılınc adıyla tanıyıb və yad edirlər. onun qəbir daşı üzərində belə yazılıb: Farsca: {{{1}}} مقبره سید جلیل‌القدر مشهور و معروف به مرحوم میر قلنج که در زمان عهد صفویه وفات نموده در این مکان مقبره قدیمی داشت اهالی یکانات مخصوصا مردم یکان کهریز با مشاهده کرامات عدیده با اهدا نذورات و با همت اشخاص نیکوکار و خیر و با مباشرت چند نفر ریش سفید و معتمد در مورخه 62/1/1 شمسی اقدام به تجدید‌البنا و مقبره نوساز و جدیدالاحداث نمودند. Azərbaycan dili: Səfəviyyə dövründə vəfat etmiş Mir Qılınca məşhur olan böyük məqamlı seyidin türbəsi. bu yerdə əski bir türbə varidi ki Yekanat və xüsusilə Yakan Kəhriz əhalisi çoxlu möcüzələri görərək nəzirlər verərək və xeyrsevər insanlar və neçə ağ saqqal və mötəmidin məşvərətiylə 62.1.1 şəmsi ilində bu binanı yenidən düzəldib və türbəni yeniləmişlər. == Mir Qılınc rütbəsi == Mir qılınc Türk əmirlər və döyüş başçıları arasında bir ləqəb və rütbəimiş.Qılınc xan qədim xaqanlar arasında böyük əmir, başçı və sultana deyilirdi. o, sultan və əmirə ki iradəsi Qılınc kimi keçərli və kəskindir.
Vahdettinin qılınc alayı (film, 1915)
Vаhdеttinin qılınc аlаyı — 1915-ci ildə istehsal olunmuş Osmanlı sənədli filmi. == Filmin heyəti == Filmi Osmanlı zabiti — ilk türk rejissoru Fuat Uzkınay çəkmişdir.
1900 Yay Olimpiya Oyunlarında qılıncoynatma
1900 Yay Olimpiya Oyunlarında qılıncoynatma yarışları mayın ortalarından iyun ayının sonuna kimi keçirilmişdir. Bu yarışlarda 19 ölkədən 276 qılıncoynadan mübarizə aparırdı. Bu Olimpiya Oyunlarında qılıncoynatma yarışlarındakı iştirakçıların sayı yüngül atletika yarışlarındakı idmançıların sayından çox idi. Qılıncoynatmanın yeddi növü üzrə medallar oynanılıb. == Yekun medal sıralaması == == İştirakçı ölkələr == Paris Olimpiadasında 19 ölkədən ümumilikdə 276 qılıncoynadan mübarizə aparıb. Argentina (1) Avstriya (9) Belçika (5) Kuba (1) Danimarka (1) Fransa (223) Almaniya (2) Böyük Britaniya (1) Haiti (2) — Beynəlxalq Olimpiya Komitəsi tərəfindən iştirakı tanınmır Macarıstan (7) İran (1) — Beynəlxalq Olimpiya Komitəsi tərəfindən iştirakı tanınmır İtaliya (12) Niderland (1) Peru (1) — Beynəlxalq Olimpiya Komitəsi tərəfindən iştirakı tanınmır Rusiya imperiyası (3) İspaniya (1) İsveç (1) İsveçrə (3) ABŞ (2) == Medal cədvəli == == Xarici keçidlər == Rəsmi hesabat Arxivləşdirilib 2018-10-06 at the Wayback Machine səh 165.
Allahyar xan Qılıncçı
Allahyar xan Qılıncçı (1735-?)—Qılıncçı tayfasının başçısı, Səbzivarın hakimi. == Həyatı == Allahyar xan Qılıncçı 1735-ci ildə Xorasanda anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Qılıncçı elinə başçılıq etmişdi. Səbzivarı da əlinə keçirmişdi. Bu ərazi üstündə Hüseynqulu xan Məhəmmədhəsən xan oğlu Qovanlı-Qacarla üz-üzə gəlmişdi. Hüseynqulu xan Kərim xan Zəndin sərkərdələri tərəfindən oldürüləndən sonra Allahyar xan Xorasandan Xəzər dənizi sahillərinə qədər ərazilərə iddia etmişdi. Allahyar xan Qılıncçı Köklən türkmənlərinə qarşı vuruşaraq, Qorqanı, Astrabadı və digər yerləri müdafiə etmişdi. Allahyar xan Qılıncçı 1796-cı ildə Ağaməhəmməd şah Qovanlı-Qacara qarşı vuruşmuşdu. == Ədəbiyyat == Əzüdüddövlə, Tarix-eʿAzodi, 2nd ed., ed.
Azərbaycan Qılıncoynatma Federasiyası
Azərbaycan Qılıncoynatma Federasiyası — Azərbaycanda qılıncoynatmaya nəzarət edən rəsmi qurum. Mənzil-qərargahı Bakı şəhərində yerləşir. Prezidenti Mikayıl Cabbarovdur. == Tarixi == Azərbaycan Qılıncoynatma Federasiyası 1992-ci ildə Bakı şəhərində yaradılmışdır. Həmin ilin may ayında AQF Beynəlxalq Qılıncoynatma Federasiyasına (IFF) üzv seçilib. == Prezidentləri == Nazim İbrahimov – 2007–2017 illər arasında; Mikayıl Cabbarov – 20.09.2017-ci ildən.
Aşağı Qılıncbağ
Aşağı Qılıçbağ (əvvəlki adı: Nerkin Qılıçbağ) — Azərbaycan Respublikasının Xocalı rayonunun Xanabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Nerkin Qılıçbağ kəndi Aşağı Qılıçbağ kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Aşağı Qılıçbağ kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == XIX əsrin 20-ci illərində İrandan köçüb gəlmış erməni ailələri məskunlaşdıqdan sonra kəndi Nerkin (erm. "Aşağı") Qılınçbağ adlandırmışdılar. 1992-ci ildə kəndin əvvəlki adı bərpa edilmişdir.Kənd 1826-1828-ci illərdə Rusiya-İran müharibəsində iştirak etmiş general Madatovun Şirvandan Qarabağa köçürdüyü Qılınclı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. 1829-cu ildə İrandan köçürülmüş ermənilər yerləşdikdən sonra Nerkin Qılıcbaq adlanmışdır. Mənşəcə qıpcaqların Kilic tayfasına mənsubdur. Rus salnamələrində bu tayfa ilk dəfə 1223-cü ildə Şimali Qafqazda Kalka çayı üzərində monqollarla qıpçaqların döyüşü münasibətilə cəkilir.
Damokl Qılıncı
Damokl qılıncı (lat. Damoclis gladius) — qədim yunan mifologiyasının bu günə qədər gəlmiş ibarə xarakterli əfsanələrindən biri. Tavromeniyalı Timeyin (e.ə. 356 — e.ə. 260) itirilmiş sayılan Siciliya tarixinə dair kitabında qeyd edilir. "Damokl qılıncı" ifadəsi bu gün "təhdid", "təhlükə" mənasında da istifadə olunur. Qədim yunan əfsanəsinə görə, e.ə. IV əsrdə Sirakuza hökmdarı kral Dionisi idi. O, sadə bir ailədə böyüməsinə baxmayaraq cəsarəti və hiyləgərliyi ilə məşhur idi. Kartaca ilə apardığı döyüşlərdən sonra Sirakuza o dövrün ən güclü dövlətlərindən birinə çevrilmişdi.
Elxan Məmmədov (qılıncoynadan)
Elxan Məmmədov (1 avqust 1969) — Azərbaycanı təmsil edən qılıncoynadan. == Karyerası == Elxan Məmmədov Azərbaycanı 1996-cı ildə Birləşmiş Ştatların Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil elədi. Elxan Məmmədov 1/16 final mərhələsində Ukrayna nümayəndəsi Vladimir Kalyujni ilə üz-üzə gəldi. Həmin görüşdə Elxan Məmmədov rəqibinə 5:15 hesabı ilə məğlub oldu və Atlanta Olimpiadasını 40-cı pillədə başa vurdu.
Kamal Qılıncdaroğlu
Kamal Kılıçdaroğlu (türk. Kemal Kılıçdaroğlu; 17 dekabr 1948, Nazimiyə[d], Türkiyə) — Türk siyasətçi və keçmiş dövlət məmuru. Cümhuriyyət Xalq Partiyasının sədri və Türkiyə Ana Müxalifət lideri (2010-cu ildən). Türkiyə Böyük Millət Məclisinin 22, 23, 24, 25, 26 və 27-ci çağırış millət vəkili, Türkiyədə prezidentliyə sabiq namizəd (2023). == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1971-ci ildə əmək fəaliyyətinə Türkiyə Maliyyə Nazirliyində mühasib köməkçisi kimi başlamışdır. 1983-cü ildə Gəlirlər Baş İdarəsinə şöbə müdiri təyin edilmiş, burada idarə rəisinin müavini vəzifəsinə qədər yüksəlmişdir. Daha sonra sosial sığorta sahəsində işləmiş, Hacəttəpə Universitetində müəllim, İş Bankında idarə heyətinin üzvü olmuşdur. === Siyasi fəaliyyəti === 1999-cu ildən başlayaraq bir müddət Demokratik Sol Partiya ilə əməkdaşlıq etmişdir. 2002 və 2007-ci illərdə İstanbuldan Cümhuriyyət Xalq Partiyası siyahısı ilə Türkiyə Böyük Millət Məclisinin millət vəkili seçilir. 2007-ci ildən o, həmçinin Türkiyə Böyük Millət Məclisində Dəniz Baykalla birlikdə CXP fraksiyasının həmsədri olmuş və bu vəzifəni 17 may 2010-cu il tarixinə qədər icra etmişdir.
Mount & Blade: Odla və qılıncla
Mount & Blade: Odla və qılıncla (İngilis dili ndə: Mount & Blade: With Fire & Sword) orta əsrlər mövzusuna aid bir rol oynamalı videooyundur. TaleWorldsun icazəsi ilə Sich Studio adlı bir rus şirkəti tərəfindən hazırlanmış oyun, 2008-ci ildə buraxılmış oyun Mount & Blade üçün müstəqil bir genişləndirmə paketidir. Paradox Interactive tərəfindən dünyada 3 may 2011-ci ildən istifadəyə verilmişdir. XVII əsr Avropasında baş verən hekayədə bəzi personajlar Nobel mükafatı laureatlı müəllif Henrik Senkeviçin Odla və qılıncla adlı kitabından götürülmüşdür. == Məzmunu == Hadisələr XVII əsr Avropasında baş verir. Xəritə Qara dənizdən Skandinaviyaya qədər uzanır. Oyunda olan xəritədəki şəhərlər əsl memarlıq formasında miqyasları kiçildilmişdir. Şəhərlər kifayət qədər böyükdür. Binalar və onların daxili strukturları çox xırda detallarına qədər göstərilmişdir. Şəhərlərdə yeraltı zirzəmilər/tunellər mövcuddur.
Nadir şahın qılıncı
Nadir şahın qılıncı — Əfşar imperiyasının hökmdarı Nadir şah Əfşarın (1736-1747) istifadə etdiyi qılınc. == Haqqında == İranın Tehran şəhərində yerləşir. Nadir şahın qətlə yetirilməsindən təxminən 50 il sonra şahlıq etməyə başlayan Fətəli şah Qacar dövründə üzərinə yazılar yazılmış və bəzədilmişdir. Qılıncın qını briliantlarla bəzədilmişdir. Müasir tarixçi Maykl Eksvorti bildirir ki, "Nadir bir neçə dəfə özünü təsvir etmək üçün qılınc təsvirindən yararlanmışdır".Fətəli şahın heç bir rəsmində qılınc görünməyir. Lakin Gülüstan sarayının Mərmər otağının divarında Fətəli şahın varisi Məhəmməd şah Qacarın at üstündə olarkən qılıncı taxtığını əks etdirən rəsm əsəri vardır.Qılıncın və qınının arxa tərəfində bir neçə misra ilə birlikdə qəbzənin üstündə şahın və onun iki oğlunun şəkli əks olunub. == Həmçinin bax == Nadirin yürüşləri == İstinadlar == == Mənbə == Maykl Eksvorti. The Sword of Persia: Nader Shah, from tribal warrior to conquering tyrant/ Figure 1. I. B. Tauris. 2009.
Osman qılıncı
Osman qılıncı — (digər adı Taklide-Seif və ya Qılınc Alayı), Osmanlı İmperiyasının sultanlarının taxta çıxma mərasimi zamanı istifadə edilən mühüm dövlət qılıncı. Qılınca Osmanlı İmperatorluğunun qurucusu Osman Qazinin adı verilmişdir. Tətbiqi ilk olaraq Osman Qazinin qayınatası Şeyx Edebalinin Osman Qaziyə qılınc bağışlaması ilə başladı. Bu qılıncın istifadəsi padşahın taxta çıxmasından 2 həftə içərisində edilməsi məcburi idi. Bunun üçün İstanbulda Körfəz üzərindəki Əyyub məzar külliyyəsində keçirilib. Yeni padşah Topqapı Sarayından Səltənət Qayığına minərək Körfəzdən Əyyuba gəldi. Əyyub qəbiristanlığı, Səhabə Əbu Əyyub el-ensarinin VII əsrdəki İstanbulun ilk Müsəlman mühasirəsi zamanı şəhid olması səbəbiylə Fatih Sultan Mehmet tərəfindən tikdirilmişdir. Bu mərasim çox rəmzidi: Əvvəlcə yeni padşahın qılınca əl ataraq bir döyüşçü olduğunu göstərməsi baxımından vacib idi. Konyadan bir mövləvi dərviş bu qılıncın taxılma prosesində iştirak edirdi. XIX əsrin sonlarına qədər Müsəlman olmayan nümayəndələrin Əyyub Məscidindəki mərasimi izləməsi qadağan idi.
Qılıncbalıq
Qılıncbalıq (lat. Xiphophorus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkidişkimilər dəstəsinin poeciliidae fəsiləsinə aid heyvan cinsi.
Qılıncbalığı (bürc)
Qızıl balıq (lat. Dorado) — göyün Cənub yarımkürəsində bürc.
Qılıncbuynuz antiloplar
Qılıncbuynuz antiloplar (lat. Hippotraginae) — cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid yarımfəsilə.
Qılıncbəyli
Qılıncbəyli (əvvəlki adı: Pravda) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Qasım İsmayılov kənd inzibati ərazi vahidi tərkibindəki Pravda kəndi Qılıncbəyli kəndi adlandırılmışdır. == Əhalisi == Kənd əhalisi 1290 nəfərdir ki, onunda 630 nəfəri kişi, 660 nəfəri isə qadınlar təşkil edir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Qılıncbəyli bələdiyyəsi
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarix == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qılıncdaroğlu
Kamal Kılıçdaroğlu (türk. Kemal Kılıçdaroğlu; 17 dekabr 1948, Nazimiyə[d], Türkiyə) — Türk siyasətçi və keçmiş dövlət məmuru. Cümhuriyyət Xalq Partiyasının sədri və Türkiyə Ana Müxalifət lideri (2010-cu ildən). Türkiyə Böyük Millət Məclisinin 22, 23, 24, 25, 26 və 27-ci çağırış millət vəkili, Türkiyədə prezidentliyə sabiq namizəd (2023). == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1971-ci ildə əmək fəaliyyətinə Türkiyə Maliyyə Nazirliyində mühasib köməkçisi kimi başlamışdır. 1983-cü ildə Gəlirlər Baş İdarəsinə şöbə müdiri təyin edilmiş, burada idarə rəisinin müavini vəzifəsinə qədər yüksəlmişdir. Daha sonra sosial sığorta sahəsində işləmiş, Hacəttəpə Universitetində müəllim, İş Bankında idarə heyətinin üzvü olmuşdur. === Siyasi fəaliyyəti === 1999-cu ildən başlayaraq bir müddət Demokratik Sol Partiya ilə əməkdaşlıq etmişdir. 2002 və 2007-ci illərdə İstanbuldan Cümhuriyyət Xalq Partiyası siyahısı ilə Türkiyə Böyük Millət Məclisinin millət vəkili seçilir. 2007-ci ildən o, həmçinin Türkiyə Böyük Millət Məclisində Dəniz Baykalla birlikdə CXP fraksiyasının həmsədri olmuş və bu vəzifəni 17 may 2010-cu il tarixinə qədər icra etmişdir.

Digər lüğətlərdə

в счёт естество́ коса́ лабе́т мантийный насказа́ть нэ́пманский рихто́вщица чва́нство возвы́шенно гравирова́ть buffwheel conceptus earth-bred sabre knot silicification tide-mark tree-like triggerman un- аскет горшечный зазубрина иглоукалывание месячный